Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-248/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, "xxxx" MMC, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC və "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə qiymətləndirmə hesabatının və protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı, "xxxx" MMC-yə və Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMCyə üçüncü şəxslər qismində cəlb edilməklə qiymətləndirmə hesabatının və protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomaşına dair verilən əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-də açıq hərracda keçirilən həmin avtomaşının satılmasına dair 13.02.2017-ci il tarixli, 10/09 saylı protokolun etibarsız hesab edilməsi və həmin avtomobilinin yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5928/2015 saylı, 07.07.2015-ci il tarixli icra sənədinə əsasən iddiaçıdan 16175,77 ABŞ dollar pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Bank VTB Azərbaycan ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Cavabdehnə daxil olmuşdur. Cavabdeh 41360-7803/13 saylı, 29.12.2016-cı il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən onun mülkiyyətində olan 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, Kia Cerato markalı, 90-VR826 dövlət nömrə nişanlı avtomaşının qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi hesabata əsasən avtomaşının qiyməti 9000 manat təşkil etmişdir. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-də açıq hərrac keçirilmiş və həmin avtomaşın 13000 manata X1 satılmışdır. Mülkiyyətində olan sözügedən avtomaşının qiymətləndirilməsi barədə hesabatla, habelə maşının satış qiyməti ilə razı deyil, belə ki, avtomaşının qiymətləndirilməsinin kimin tərəfindən və hansı qiymətə qiymətləndirilməsi barədə onun xəbəri olmamış və ona bu barədə qiymətləndirməni keçirən MMC və Cavabdeh heç bir məlumat verməmişdir. Hərraca dəvət etməmişlər və ona məxsus avtomaşın ucuz qiymətə satılmışdır. Həmin avtmomaşının satış qiyməti hazırda 22000 manat təşkil edir. Aparılmış qiymətləndirməni qanunsuz və əsassız hesab edir, belə ki, 13000 manat həmin avtomaşının hazırki real qiymətini əhatə etmir, həmin avtomaşın satılan zaman onun bazar qiyməti 22000 manatdan artıq olmuşdur. Cavabdeh tərəfindən ona məxsus avtomaşının ucuz qiymətə qiymətləndirilməsi və açıq hərracda ucuz qiymətə satılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Qiymətləndirmə hesabatı və açıq hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməli və qiymətləndirmə yenidən aparılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; "xxxx" MMC-nin 16.12.2016-cı il tarixli, 735 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9000 manat təşkil etmişdir. Həmçinin hesabatda avtomobilin texniki xarakterizəsində avtomobilin ümumi vəziyyətinin cari təmirə ehtiyacı olduğu qeyd edilmişdir. “Açıq hərracın nəticələri haqqında” 10/09 nömrəli, 13 fevral 2017-ci il tarixli protokoldan müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5928/2015 saylı, 07.07.2015-ci il tarixli icra sənədinə və Cavabdeh 41360-7803/13 saylı, 29.12.2016-cı il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobil 13000 manata X1 satılmışdır. “X2 Mərkəzi” MMC-nin 05.11.2021-ci il tarixli, 136 saylı hesabatından görünür ki, İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilmə tarixinə bazar dəyəri 22600 manat, likvid dəyəri 19000 manat müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən "xxxx" MMC-nin 16.12.2016-cı il tarixli, 735 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatında İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9000 manat göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq “X2 Mərkəzi” MMC-nin 05.11.2021-ci il tarixli, 136 saylı ekspert rəyində İddiaçı məxsus Kia Cerato markalı, 90-VR- 826 dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilmə tarixinə bazar dəyərinin 22600 manat, likvid dəyərinin 19000 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin məhkəmə qeyd edir ki, “X2 Mərkəzi” MMC tərəfindən hesabatın hazırlanmasında eyni il, eyni markalı avtomobil analoqlarından istifadə edilmiş, mübahisə predmeti olan avtomobilə baxış keçirilməmiş, onun real vəziyyəti, avtomobilin real amortizasiya halı nəzərə alınmamışdır. Belə ki, “X2 Mərkəzi” MMC-nin 05.11.2021-ci il tarixli, 136 saylı ekspert rəyində istinad edilmiş avtomobil üçün analoqlardan görünür ki, həmin analoqlarda 2013-cü il buraxılışılı “Kia Cerato” markalı avtomobillərin ilkin satış qiyməti 20000 manat məbləğindən 21000 manat məbləğinədək olmuşdur. Qeyd edilmiş analoqlardan görünür ki, daha təmirli və istifadəyə yararlı avtomobillər 20000 manat, 26000 və 21000 manat məbləğində təklif edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, “X2 Mərkəzi” MMC-nin 05.11.2021-ci il tarixli, 136 saylı ekspert rəyi obyektiv olmamışdır. Həmçinin ekspert qarşısında “2013-cü il buraxılışlı, ağ mirvari rəngli, Kia Cerato markalı, 90-VR- 526 dövlət nömrə nişanlı avtomobilin bazar və likvid dəyəri nə qədər təşkil edir” sualı qoyulmuş, yəni sırf həmin maşın qeyd edilmiş, lakin ekspert avtomobili qiyabi olaraq, yalnız avtomobil bazarında olan analoqlar əsasında qiymətləndirmişdir. "xxxx" MMC-nin 16.12.2016-cı il tarixli, 735 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatında isə avtomobilə əyani olaraq baxış keçirilmiş və avtomobilin təmirə ehtiyac olan hissələri, həmçinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9000 manat müəyyən edilmişdir. Odur ki, “X2 Mərkəzi” MMC-nin 05.11.2021-ci il tarixli, 136 saylı ekspert rəyini məhkəmə sübut kimi qəbul etməməyi daha əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bununla da məhkəmə hesab edir ki, İddiaçı məxsus Kia Cerato markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC-nin 16.12.2016-cı il tarixli, 735 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən məbləğ əmlakın real qiymətinə uyğundur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı, "xxxx" MMC, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC və "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə qiymətləndirmə hesabatının və protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı, "xxxx" MMC, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC və "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə qiymətləndirmə hesabatının və protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-248/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-248/2022
13.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver