Məhkəmə qərarları › İş №2(005)-25/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-25/2021

28.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-25/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X5 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi və pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi” tələbi dair və qarşılıqlı iddia üzrə iddiaçı Ağayeva (İsayeva) Xəzəngül İsa qızının cavabdeh İddiaçı qarşı “pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi və mənzilin açıq hərracdan satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satış pulunun ½ hissəsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ½ hissəsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)- 6545/2018 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilə onun 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməklə həmin paya mülkiyyət hüquqları tanınmışdır. Həmin qətnamə AR Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7523/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəsini almışdır. O cavabdeh X.İsayevaya paylı mülkiyyətçi kimi dəfələrlə şifahi və yazılı təkliflər etmişdir ki, mənzili sataraq öz aralarında bölsünlər, yaxud da paylarını öz aralarında alsınlar. Lakin müraciətləri cavabsız qalmışdır. Cavabdeh ona məxsus hissəyə dair payın ayrılması üsulu və şərtləri haqqında təkliflərini, satın almaqda üstünlük hüququ ilə bağlı, ona aid hissəyə hüququn xitamı üçün kompensasiya təkliflərini bildirməyi ilə bağlı xahiş (bildirişini) ərizəyə əlavə edir. Cavabdehin onun müraciətlərinə müsbət reaksiya verdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ½ hissəsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi, 237 saylı bağ sahəsinin dəyərinin yarısının (6000 manat) onun tərəfindən Cavabdeh ödənilməklə onun həmin bağ sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən bağ sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddiaçı ilə ½ pay hüququ ilə sahib olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərindəki tikilinin, Nərimanov, Həsənoğlu küçəsi, məhəllə 851, ev 2-də yerləşən 21 saylı mənzilin və “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin pay hüquqlarının kompensasiyasının cavabdehdən alınaraq Ağayeva (İsayeva) Xəzəngül İsa qızına verilməsi və kompensasiyanın ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi icraata götürülərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bildirirəm ki, ilkin İddiaçı paylı mülkiyyətimizin açıq hərracda satılması tələbinə dair 2(005)-1800/2019 saylı mülki işi sizin ieraatınızdadır. Həmin mülki işin ilk məhkəmə baxışı xx.xx.2019-cu ilə təyin edilmişdir. Mənim həmin mülki iş üzrə qarşılıqlı iddia ərizəsi vermək zərurətim yaranmışdır. Belə ki. ilkin iddiaçı ilə paylı mülkiyyətimiz təkcə ilkin iddiaçının bildirdiyi kimi Nərimanov, Həsənoğlu küç., məh.,851, ev 2, m.21 deyil. Nikahımızın pozulması və ar ıq bütün əlaqələrə son qoyulmalı olduğundan aramızda olan bütün paylı mülkiyyətlərin naturada bölgüsü vacib şərtdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-225/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövüründə əldə olunmuş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağlar ərazisində yerləşən 0.04 ha 2379Vsaylı torpaq sahəsi və BMV 318 markalı, 10VR 128 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində /2 pay hüququmun müəyyən edilməsinin təmin edilməsi qət edilmişdir. Qeyd etmək istəyirəm ki. ilkin iddiaçının iddia ərizəsində qeyd edilən əmlakın hərracda satılmasına narazı olmaqla yanaşı, ilkin iddiaçı qanunvericilikdə nəzərdə tutulan pretenziya qaydasına riayət etməmiş və ilkin olaraq mənə bu barədə təklif göndərməmişdir. Belə bir təklif olmuş olsaydı mən ümumi paylı mülkiyyətimizdə olaıı əmlakların əvəzlənməsi yol ilə bunu qəbul edər, bu barədə pay dəyişmə müqaviləsi bağlayardım. Onu da vurğulamaq istəyirəm ki, qarşılıqlı iddia üzrə cavabdeh mənim payımı almaq istədiyini ərizəsində bildirir. Mən isə ona pay hüququmu salmaq istəmədiyimi bildirmədiyim halda onun mənzili hərracda satmaq istəməsi tam qanunsuzdur və iddia ərizəsi əsassızdır. Belə ki. ilkin iddiaçının hərracda satılmasını tələb etdiyi mənzil mənim yeganə daimi yaşayış məskənim olmaqla mənim həmin mənzildə xatirələrim və mənəvi bağlılığım var. Bu səbəbdən mən ilkin iddiaçının həmin mənzildəki pay hüququnu digər əmlaklardakı pay hüququmla əvəzləşdirmək və ya həmin əmlaklardakı pay hüququmu ona satmaq istəyərəm. İlkin iddia tələbindəki mənzilin pay hüququnun mənə verilməsi, mənim isə digər əmlaklardakı pay hüququmun ilkin iddiaçıya verilməsi ilə əvəzlənmənin və ya ilkin iddiaçının pay hüququnun mənə verilməsi və kompensasiyanın ödənməsi halında pay hüququna xitam verilməsini məhkəmədən xahiş edirəm. xx.xx.20201-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X8 qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi 2379 V saylı bağ sahəsinin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək X1, “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək X1, Bakı şəhəri, Nərimanov rayonu , Həsənoğlu küçəsi, məhəllə 851, ev 2-də yerləşən 21 saylı mənzilin hərracda satılaraq dəyərinin tərəflər arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsinə dair ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-25/2021 saylı mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçının öz iddia tələbinin Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən torpaq sahəsinə dair hissədə tələbinin həcmini dəyişdirərək sonuncu ekspertiza rəyində göstərilən qiymətin yarısının ilkin iddia üzrə iddiaçıya ödənməsi yolu ilə İddiaçı mülkiyyət hüquqlarına xitam verilməsi zərurəti yaranmışdır. Daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinə əlavə təqdim edərək, “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə mülkiyyət hüququnu əldə etdikdən sonra avtomobilin cavabdeh və digər şəxslərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, qarşılıqlı iddia tələbinin “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək X6 verilməsi hissəsində etiraz etməyini bildirərək bu barədə yazılı ərizəni məhkəməyə təqdim etdi. Qarşılıqlı iddia tələbinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi 2379 V saylı bağ sahəsinin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək X1 hissəsində qəbul etməyərək həmin hissədə iddianın rədd edilməsini, mənzilə dair hissədə isə qarşılıqlı iddianın ilkin iddia ilə üst-üstə düşdüyünü bildirərək təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə İddiaçı vəkili Vəkil ilkin iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X8 Bakı şəhəri, Nərimanov rayonu , Həsənoğlu küçəsi, məhəllə 851, ev 2-də yerləşən 21 saylı mənzilin hərracda satılaraq dəyərinin tərəflər arasında bölünməsinə dair hissədə ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-225/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, X7 ilə Ağayev 3əylər İsgəndər oğlunun birgə nikah müddətində əldə etdikləri Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağlar ərazisində yerləşən 0.04 ha 2379V saylı torpaq sahəsinin və «BMW 318» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ½ hissəsinə X4, digər ½ hissəsinə isə İddiaçı pay hüquqları müəyyən edilməklə bölünməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6545/2018 saylıxx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli, 2(005)-788/2018 saylı qətnaməsi dəyişdirilərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851 -ci məhəllədə istifadədə olan 0.10397 ha torpa sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın 1 -ci girişində, 7-ci mərtəbəsində, 75.6 kv.m ümumi, 43.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 21 nömrəli mənzilə İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payı müəyyən edilsin və onların həmin paya mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7523/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)-6545/2Q18 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3754 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı (1/2 hissədə) və Cavabdeh (1/2 hissədə) paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21-in naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2. bəndinin və Məhkəmə X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarında olan xxxx MMC-nin Ç-166 saylı xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851 -ci məhəllədə istifadədə olan 0.10397 ha torpa sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın 1 -ci girişində, 7-ci mərtəbəsində, 75.6 kv.m ümumi, 43.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 21 nömrəli mənzilinin real bazar qiyməti 130 000 manat, 0840/20/Mİ saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən, təftiş zamanı müəyyən olundu ki, torpaq sahəsinin üzərində sənəddə əksini tapmayan tikili mövcuddur. Qeyd edək ki, qiymətləndirmə prosesi torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olan Çıxarış və Texniki Pasport əsasında aparılmış, sənəddə əksini tapmayan tikili qiymətləndirmədə nəzərə alnımamışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi. 2379V nömrəli bağ sahəsində yerləşən, İddiaçı mülkiyyətində olan **********04 reyestr nömrəli, 0.04 ha torpaq sahəsinin real bazar qiyməti 18000 manat, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, İddiaçı məxsus 1993-cü il buraxılışlı, “BMW-318” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiyməti 4200 manat təşkil edir. İş materiallarında olan xxxx MMC-nin 35-359/20 saylı xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851 -ci məhəllədə istifadədə olan 0.10397 ha torpa sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın 1 -ci girişində, 7-ci mərtəbəsində, 75.6 kv.m ümumi, 43.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 21 nömrəli mənzilinin real bazar qiyməti 140 000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2379V nömrəli bağ sahəsində yerləşən 0.04 ha torpaq sahəsinin bazar dəyəri xx.xx.2020-ci il tarixə 12 000 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanladığı ərizədən görünür ki, ona məxsus hissəyə dair payın ayrılması üsulu və şərtləri haqqında təklifləri, satın almaqda üstünlük hüquqları ilə bağlı, ona aid hissəyə hüququn xitamı üçün kompensasiya təkliflərini bildirilməsini xahiş etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə istifadədə olan 0.10397 ha torpa sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binanın 1 -ci girişində, 7-ci mərtəbəsində, 75.6 kv.m ümumi, 43.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 21 nömrəli mənzilinin naturada ayrılması qeyri-mümkündür. Bu xx.xx.2020-ci il tarixli, 10/3754 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur. Bundan sonra tərəflərin birgə mülkiyyətində olan daşınmaz əmlakın bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq buna razılaşmamışlar, məhkəmə iclası zamanı tərəflər iddia tələblərini dəqiqləşdirərək hər ikisi izahatlarında və ərizələrində həmin əmlakın açıq hərraca çıxarılması və əmlakın hərracda satıldıqdan sonra paylarına uyğun vəsaitin onlara ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzilində mülkiyyətçilərin payı bərabər olduğundan, eləcə də tərəflərin kompensasiya ilə bağlı təklifi digəri tərəfindən qəbul edilmədiyindən, həmin mənzil açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək, mülkiyyət hüququnu əldə etdikdən sonra avtomobilin cavabdeh və digər şəxslərdən alınıb ona verilməsi barədə tələbinə münasibətdə bildirir ki, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh İddiaçı qarşılıqlı iddia tələbini ona 2100 manat məbləğində kompensasiya verilməklə, mülkiyyət hüququna xitam verilməsinə etiraz etməmiş və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Buna görə də məhkəmə həmin hissədə qarşılıqlı iddia tələbinin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edərək, həmin hissədə iddia tələbinin təmin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi, 237 saylı bağ sahəsinin dəyərinin yarısının ödənilməklə digər mülkiyyətçinin pay hüquqularına xitam verilməsi hissəsində iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesində hər iki tərəf onun mülkiyyət hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə etiraz etmiş, bu hissədə iddia tələblərinə dair öz mövqelərini müvafiq olaraq iddia ərizələrinə dəqiqləşdirmə verərək bildirmişlər. Məhkəmə digər tərəfdən qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizələrində “Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi, 237 saylı bağ sahəsinin dəyərinin yarısını” ifadə etməklə əslində qeyd olunan bağ sahəsindəki torpaq sahəsinin dəyərinin ödənilməsi ilə digər paylı mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilməsini xahiş etmişlər. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından müəyyən olunduğu kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi, 237 saylı bağ sahəsində yerləşən tikiliyə dair tərəflərin paylı mülkiyyəti müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, paylı mülkiyyətçilərin mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə dair iddia tələbi əsaslı deyil. Belə ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə riayət etməmişlər. Bundan başqa tərəflər torpağa dair paylı mülkiyyətlərinin natura şəklində ayrılmasının mümkün olmamasını əsaslandırmamışlar, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişlər, beləliklə MM-in 220-ci maddəsinin tələblərinə riayət etməklə, məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə də təqdim etməmişlər. Eyni zamanda tərəflər onlara paylı mülkiyyət hüququ əsasında məxsus olan mübahisəli torpaq sahəsinə kompensasiya verilməklə onların mülkiyyət hüquqlarına xitam verilməsinin iradə ifadələrinə zidd olduğunu qeyd etmişlər. Məhkəmə yuxarıda sadalananlara əsasən tərəflərin bu mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 500 manat məbləğində pul “xxxx” MMC-nin, 300 manat məbləğində pul “xxxx” MMC-nin hesabına, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pul bərabər qaydada İddiaçı, Cavabdeh tutularaq Məhkəmə Ekspertizasının hesabına keçirilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzil açıq hərracda satılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiyməti 140 000 manat müəyyən edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməli, İddiaçı 2100 manat məbləğində kompensasiya ödənilməklə, “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsində mülkiyyət hüququna xitam verilməklə həmin avtomobil Cavabdeh təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 162, 191, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzil açıq hərracda satılsın. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiyməti 140 000 manat müəyyən edilsin. ünvan 3 ünvanında yerləşən mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilsin. İddiaçı 2100 manat məbləğində kompensasiya ödənilməklə, “BMV 318” markalı, **- VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsində mülkiyyət hüququna xitam verilməklə həmin avtomobil Cavabdeh təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 500 manat məbləğində pul bərabər qaydada İddiaçı və Cavabdeh tutulsun, VÖEN: ********** «xxxx» ASC Neftçilər filialı Bankın kodu: 507376 VÖEN : ********** M/h: AZ27N ABZO**********000007944 S.W.İ.F.T. BİC: JBBKAZ22 “xxxx” MMC-nin hesabına, 300 manat məbləğində pul bərabər qaydada İddiaçı və Cavabdeh tutulsun, (VÖEN: **********, Hesab N AZN: AZ15GUNA4006Ü**********00000, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350100G**********4, KOD: 505594; SWİFT: GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pul bərabər qaydada İddiaçı və Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar