Məhkəmə qərarları › İş №2(005)-250/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-250/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-250/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X9 oğlunun , Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat, hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat, dövlət rüsumu üçün ödədiyi 30 ( otuz) manatı və həmçinin mənəvi ziyana görə 1000 (bir min) olmaqla cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh iddia tələbinin həcmini artıraraq, 10500 manat, hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat, dövlət rüsumu üçün ödədiyi 30 ( otuz) manatı və həmçinin mənəvi ziyana görə 1000 (bir min) olmaqla cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat dəymiş real ziyanın və 4700 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 16530 manat dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsini Cavabdeh almışdır. O, obyekti alan zaman orada Nəzakət Məmmədova icarədar kimi işlədiyindən icarə müqaviləsinə əsasən 23.04.2021 -ci il tarixdə obyekti təhvil verəcəyini bildirmişdir. Həmin vaxt obyektdə olan Cavabdeh köməkçisi Mahmud İbrahimov obyektdə olan 3 ədəd kondisionerin, 4 ədəd yazı stolunun, 3 ədəd şkafın 10 ədədə yaxın stulların, 1 ədəd LCD ekran televizorun Cavabdeh məxsus olduğunu, alqı-satqı olduğundan həmin gündən vətəndaş İddiaçı aid olacağını qeyd elmişdir. Eləcə də danışığa əsasən Nəzakət Məmmədovun 120 manat işıq, 478 manat isə sudan istifadəyə görə borcu olduğunu, obyekti təhvil verdiyi zaman ödəniş olunacağı razılaşdırılmışdır. Lakin vətəndaş Nəzakət Məmmədova aralarında olan danışıqlara və razılığa məhəl qoymayaraq 30.04.2021-ci il tarixdə obyektdən yuxarıda adları qeyd olunan əşyaları götürərək tərk etmişdir. Cavabdehin bu əməllərinə görə o,İddiaçı 30.04.2021-ci il tarixdə saat 14:05 radələrində DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi olan obyekti icarə əsasında işlədən Nəzakət adlı qadının obyektdən 3 ədəd kondisioner, stol, stul və aliminium arakəsmələri oğurlaması barədə məlumat vermişdir.Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı. polis kapitanı İsa Taralov icraatında olan 1NK 581 saylı .30.04.2021 -ci il tarixli təhqiqat materialı əsasında 09.05.2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar belə əsaslandırılmışdır; “mən-İddiaçı 30.04.2021-ci il tarixdə saat 14:05 radələrində DİN-nin 103. xidmətinə zəng edərək bildirmişdi ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi olan obyekti icarə əsasında işlədən Nəzakət adlı qadının obyektdən 3 ədəd kondisioner, stol, stul və aliminium arakəsmələri oğurlaması barədə məlumat vermişdi. İddiaçı izahatı alınan zaman DİN-.ıin 102 xidmətinə verdiyi məlumatı təsdiq edib, əlavə olaraq isə qeyd etmişdi ki, 2021-ci ilin aprel ayının əvvəlində ünvan 2 ünvanında 3 mərtəbəli qeyri-yaşayış sahəsini Cavabdeh alıb. İddiaçı- İddiaçı obyekti alan zaman orada Nəzakət Məmmədova icarədar kimi işlədiyindən icarə müqaviləsinə əsasən 23.04.2021-ci il tarixdə obyekti təhvil verəcəyini bildirmişdir. Həmin vaxt obyektdə olan Cavabdeh köməkçisi Mahmud İbrahimov obyektdə olan 3 ədəd kondisionerin. 4 ədəd yazı stolunun, 3 ədəd şkafın 10 ədədə yaxın stulların, 1 ədəd İ CD ekran televizorun Cavabdeh məxsus olduğunu, alqı-satqı olduğundan həmin gündən vət, İddiaçı üsəd oğluna aid olduğunu bildirmişdir. Eləcə də danışığa əsasən Nəzakət Məmmədovun 120 manat işıq, 478 manat isə sudan istifadəyə görə borcu olduğunu, obyekti təhvil verdiyi zaman ödəniş olunacağı razılaşdırılmışdır. Lakin vət. Nəzakət Məmmədova aralarında olan danışıqlara və razılığa məhəl qoymayaraq 30.04.2021-ci il tarixdə obsekıdən şuxunda adları qeyd olunan əşyaları götürülərək tərk etmişdir. Araşdırılma müddəti ərzində vət. X1 izahatı alınan zaman o, mənim ərizə və izahatımda qeyd olunan xüsusatları təkzib etmişdir. Belə ki, o, adları qeyd olunan əşyaların guya özünə məxsus olduğunu, bu səbəbdən obyekti tərk edən zaman əşyaları götürüb getdiyini, oğurlamadığını qeyd etmişdir.Təhqiqat zamanı vət. N. Məmmədova əlavə izahat vermiş və əşyaların Cavabdeh tərəfindən ona bağışlandığını bildirmişdir. Tərəfimdən aparılan araşdırılma müddəti ərzində vəl, Cavabdeh izahatı alınan zaman o, 3 ədəd kondisionerin, 4 ədəd yazı stolunun, 3 ədəd şkafın 10 ədədə yaxın stulların, 1 ədəd LCD ekran televizoru özünə məxsus olduğunu, əşyaların bir qismini isə bağışladığını qeyd etmişdir. Həmçinin obyekti təhvil alan zaman orada imtina olmadığını, köməkçisi İbrahimov Mahmud tərəfindən edildiyini bildirmişdir. Təhqiqatçı əsas gətirmişdir ki, dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İİ iyun 2015-ci il tarixli qərarının 5-ci bəndində bildirilir ki, Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan luiququ) əldə edərək onların verilməsinin şərtləri ilə batdı öhdəlikləri verinə Yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 27-ci bəndində bildirilir ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, "Mülki və siyasi hüquqlar haqqında " Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və "İnsan hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Lakin təhqiqalçı oğurluq faktına göz yummuşdur. Təhqiqat zamanı ünvan 1 ünvanında yerləşən obyektə tərəfimdən baxış keçirilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Həmçinin əlavə olaraq İbrahimov Mahmııd və Məmmədova (Hind arasında tərtib edilmiş, təhvil-təslim aktı və icarə müqaviləsinin sürəti də əhvə edilmişdir. Beləliklə Azərbaycan Respublikası MM-nin alqı-satqıya dair 567-570-ci maddəsinin tələbləri pozulmuşdur”. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) X9 oğlu ayrı-ayrılıqda iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edərək, etirazlarını onunla əsaslandırmışdır ki, mənafeyini təmsil etdiyi Cavabdeh aşağıdakılara əsasən iddianı qəbul etmir: Xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıya satılmış, həmin vaxt o, qeyri- yaşayış sahəsi ilə birlikdə hər hansı əşyanın, o cümlədən qeyri-yaşayış sahəsində mövcud olmuş hər hansı əşyanın iddiaçıya verilməsi haqqında üzərinə rəsmi yaxud şifahi öhdəlik götürməmişdir. Onların arasında ancaq qeyri-yaşayış sahəsinin alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmış və müqavilə öhdəlikləri tam icra edilmişdir. Alqı-satqı müqaviləsi bağlandığı gün müqavilə predmetinə aid olan qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçı cavabdehin barəsində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə şikayət etməmişdir, daxili işlər orqanlarında belə bir şikayət mövcud deyildir. İddia ərizəsində adı göstərilən Mahmud İbrahimov iddiaçı ilə cavabdehin arasında mövcud olmuş alqı-satqı münasibətlərində cavabdehi təmsil etməmiş və təmsilçilik üçün cavabdeh tərəfindən ona rəsmi səlahiyyət verilməmiş, eləcə də Mahmud İbrahimov hər hansı əşyanın cavabdehə veriləcəyi barədə cavabdehə vəd verməmişdir. Hətta bu cür vəd verildiyi halda belə, cavabdeh tərəfindən Mahmud İbrahimova hər hansı əşyanın iddiaçıya verilməsi barədə tapşırıq və ya səlahiyyət verilmədiyi üçün Mahmud İbrahimovun iddiaçıya verdiyi vədin hüquqi əhəmiyyəti olmamışdır. Alqı-satqı müqaviləsindən sonra satılmış qeyri-qeyri yaşayış sahəsi cavabdeh tərəfindən icarəyə götürülməmiş və cavabdehin iddiaçıya hər hansı icarə haqqı ilə bağlı borcu yaranmamışdır. Göstərdiklərini nəzərə alaraq, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan 09.04.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 210.8 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi , 16 İddiaçı Əsəd oğlunun adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin 22.08.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 30.04.2021-ci il tarixli müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Beləliklə məhkəmədə müəyyən edilir ki, 04.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsina əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 210.8 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə İddiaçı mülkiyyətinə vermişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh köməkçisi Mahmud İbrahimov alğı-satqı müqaviləsi əsasında aldığı qeyri-yaşayış sahəsində olan 3 ədəd kondisionerin, 4 ədəd yazı stolunun, 3 ədəd şkafın 10 ədədə yaxın stulların, 1 ədəd LCD ekran televizorun Cavabdeh məxsus olduğunu, alqı-satqı olduğu gündən İddiaçı aid olacağını qeyd etmiş, həmçinin həmin qeyri-yaşayış sahəsində 120 manat işıq, 478 manat isə sudan istifadəyə görə kommunal borcu olduğunu, obyekti təhvil verdiyi zaman ödəniş olunacağı razılaşdırılmış, lakin cavabdeh aralarındakı razılığa əsasən öz üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmışdır. Bu səbəblə, cavabdehdən Cavabdeh 10500 manat, hüquqi yardıma görə ödədiyi 300(üç yüz) manat, dövlət rüsumu üçün ödədiyi 30 ( otuz) manatı və həmçinin mənəvi ziyana görə 1000(bir min) olmaqla cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi təqdim edərək bildirir ki, o, iddiaçıya satılmış qeyri-yaşayış sahəsi ilə birlikdə hər hansı əşyanın, o cümlədən qeyri-yaşayış sahəsində mövcud olmuş hər hansı əşyanın iddiaçıya verilməsi haqqında üzərinə rəsmi yaxud şifahi öhdəlik götürməmişdir. Onların arasında ancaq qeyri-yaşayış sahəsinin alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmış və müqavilə öhdəlikləri tam icra edilmişdir. O, iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı iddia ərizəsində bildirdiyi kimi, yəni 10500 manat məbləğində zərərə məruz qaldığını, o cümlədən əldən çıxmış fayda qismində 4000 manat tələb etməsini əsaslandırmağa çalışsa da, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. İddiaçı, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıya satılarkən həmin vaxt qeyri- yaşayış sahəsi ilə birlikdə hər hansı əşyanın, iddiaçıya verilməsi haqqında cavabdehin üzərinə öhdəliyin qoyulmasına dair, o cümlədən cavabdehin təsirli hərəkətləri nəticəsində əldə edə biləcəyi faydadan məhrum olduğunu, həmin itirilmiş faydanın 4000 manat olduğunu təsdiqləyən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa məhkəmə mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Habelə məhkəmə, 300 manat məbləğində göstərilmiş hüquqi yardımla bağlı pulun tutulması ilə əlaqədar qeyd edir ki, iddia tələbləri təmin edilmədiyindən, hüquqi xidmətə görə çəkilmiş xərclər də iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar