Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2505/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “maddi (əldən çıxmış fayda) və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “maddi (əldən çıxmış fayda) və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-dən 671 (altı yüz yetmiş bir) manat maddi, mənəvi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 4201 (dörd min iki yüz bir) manat məbləğində pulun tutularaq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 24.05.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-dən maddi zərərin əvəzi olaraq 1668 (min altı yüz altmış səkkiz) manat, mənəvi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 5198 (beş min yüz doxsan səkkiz) manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 13 nömrəli evin 41 nömrəli mənzilinin satışı zamanı hərracda iştirak etmək məqsədilə cavabdeh - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ərizə ilə müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan əmlakın dəyərinin 05 faizi dəyərində, yəni 5562 (beş min beş yüz altmış iki) manat məbləğində pulu MMC-nin kassasına vəsait daxil etmişdir. Bu barədə iddiaçıya kassa mədaxil orderi verilmişdir. İddiaçı hərracda qalib gəlmiş və mənzili 111240 (yüz on bir min iki yüz qırx) manata almış, bundan sonra həmin məbləği «Nikoyl» İKB-yə ödəmişdir. Mənzilin dəyərindən 5562 (beş min beş yüz altmış iki) manatı çıxıldıqdan sonra bank hesabına ödəməli olduğu iddiaçıya cavabdeh tərəfindən izah olunmamışdır kı, bunun da nəticəsi olaraq 12 dekabr 2017-ci il tarixdə iddiaçı artıq pul ödəmiş və iddiaçıya məxsus olan 5562 manat məbləğində pul 03 ilə yaxın müddətdə cavabdehin bank hesabında və istifadəsində qalmışdır. Artıq ödədiyi üçün həmin beh məbləği iddiaçıya qaytarılmalı olsa da həmin məbləğ iddiaçıya qaytarılmamış, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4700/2019 saylı 25 noyabr 2019-cu il tarixli qətnaməsi (hakim Gültəkin xanım Əsədova) ilə cavabdeh - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-dı altmış iki) manat və dövlət rüsumuna kimi ödənilmiş 30 (otuz) manat, cəmi 5592 (beş min beş yuz doxsan iki) manat məbləğində pulun tutularaq, iddiaçıya qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh apellvasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1494/2020-ci il tarixli qətnaməsi ilə (haikm cənab Azad İmanov) Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4700/2010 saylı 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla razılaşan və qəbul edən "xxxx" MMC kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. "xxxx" MMC qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınaraq 5562 manat məbləğində pulu iddiaçıya qaytarmamış, buna görə də icra orqanı tərəfindən məcburi icra tədbirləri görülmüş, cavabdehin bank hesabları üzərinə həbs qoyulmuş, beləliklə də iddiaçıya məxsus 5562 (beş min beş yüz alımış iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 5592 (beş min beş yüz doxsan iki) ımınat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya qaytarılmışdır. 27 oktyabr 2020-ci il tarixdə icra sənədi üzrə icraata xilam verilmişdir. Cavabdehin qanunazidd hərəkətləri, yəni 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qanuni qəvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçı əldən çıxmış fayda qismində maddi zərər dəymişdir. Belə ki, ötən bu 03 müddət ərzində 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində cavabdehin iddiaçıya qalmış borcu ödənilmədiyindən, iddiaçı hər hansı bir fəaliyyətlə məşğul olmaqdan məhrum olmuş, əsasən təsadüfi xırda gəlirlərlə müxtəlif qohum-tanışlardan borc ala-ala yaşamış, ailəni dolandırmışdır. Halbuki, iddiaçıya olan 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində borc cavabdeh tərəfindən vaxtında iddiaçıya ödənilmiş olsaydı, həmin pulları, sadəcə olaraq, ölkə banklarının təkidlə təklif eldiyi illik 10-12% gəlirlə banklara yerləşdirməklə, nəticədə ən azı 671 (altı yüz yetmiş bir) manat qazanmış olardı. Bundan əlavə, bütün bu müddət ərzində hər hansı bir işlə məşğul ola bilmədiyindən, ailəni dolandırmaq üçün iddiaçı pul çatışmazlığından çox əziyyət çəkmiş, aylarla gecə-gündüz müxtəlif qazanc vasitəsi və üsulları barədə ailəni necə dolandıracağı, sabaha çörək pulunu haradan tapacağı barədə fikirləşməyə məcbur olmuşdur. Bu hal isə uzun illər boyu, aylarla iddiaçının ağır mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Belə ki, iddiaçının psixoloji durumu pisləşmiş, həddən artıq əsəbi olmuşdur. Bu hal da ailədə səbəbsiz söz-söhbət yaranmasına, ailə münasibətlərinin korlanmasına gətirib çıxarmışdır. Beləliklə, artıq ödənilmiş 5592 (beş min beş yüz doxsan iki) manatın iddiaçıya ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh tərəfindən vaxtında ödənilsəydi, hər hansı iş tapmaq üçün günbəgün özünü ora-bura vurmaq, ailəni necə dolandırmaq barədə aylarla gecə-gündüz fikirləşib, ağır mənəvi sarsıntılara məruz qalmazdı.Yuxarıda göstərilənlərdən birmənalı şəkildə görünür ki, 5592 (beş min beş yüz doxsan iki) manat iddiaçıya ödənilmədiyindən, iddiaçının maddi vəziyyəti xeyli ağırlaşmış, bu hal da iddiaçını daim çox ağır mənəvi sarsıntılar keçirməyə məruz qoymuşdur. Beləliklə, cavabdeh tərəfindən borcun vaxtında qaytarılmaması səbəbindən 03 ilə yaxın müddət ərzində iddiaçıya mənəvi zərər dəymişdir. Bu zərəri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq pulla ifadə etdikdə, mənəvi zərərin əvəzi kimi cavabdehdən 3500 (üç min beş yüz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə müvafiq qərarın çıxarılması qanuni, əsaslı və ədalətli hesab edilir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 16.11.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oölu xx.xx.1951ci il tarixdə doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(005)-4700/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdehndən 5.562 (beş min beş yüz altmış iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 5.592 (beş min beş yüz doxsan iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1494/2020 saylı 29.01.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4700/2019 saylı 25 noyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" Məhdud MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 27.10.2020-ci il tarixli qərarı ilə Nərimanov rayon məhkəməsinin 2(005)-4700/2019 saylı 25.11.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “xidmət rüsumunun və cərimənin tutulması” tələbinə dair iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərracda iştirak etmək üçün "xxxx" MMC-nə əmlakın dəyərinin 5 faizi məbləğində, yəni 5562 manat pul ödəmişdir. O, hərracda qalib gəlmiş, 111240 manat təklif edərək qalib olmuş, hərracın yekunları barədə protokol imzalamışdır. Bundan sonra ödənlən beh məbləği çıxıldıqdan sonra qalıq məbləğ “Nikoyl” İKB-na ödənilməli olduğu halda, bu hal nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1494/2020 saylı 29.01.2020ci il tarixli qətnaməsi ilə 5562 manat pul "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmuşdur. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-dən pulun əsassız saxlanmasına görə mə\nəviz zərərin və əldən çıxmış faydanın əvəzini tələb etməkdədir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərərin əvəzini tələb etməsi əsassızdır. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizədə özgənin qanunsuz pul vəsaitini əsassız olaraq saxlamaqla maddi zərərin də əvəzinin ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin pul məbləğindən sonuncunun faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçının bu hissədə də tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “maddi (əldən çıxmış fayda) və mənəvi zərərin ödənilməsi tələbinə dair” dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2505/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2505/2021
26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver