Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2518/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Zaman Sığorta və Təkrarsıgorta üzrə Broker MMC-də KASKO-BUTİK məhsulu üzrə XL8240 könüllü sığorta şəhadətnaməsi ilə X4 məxsus 99CR853 dövlət qeydiyyat nişanlı Ford Kuga markalı avtomobil sığortalanmışdır. 02 mart2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi Kia Cerato markalı, 90BZ317 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində 7490 AZNməbləğində maddi zərər yetirmişdir. Cavabdeh məxsus avtomobil üzrə məsuliyyətini icbari qaydada sığortalamış Atəşgah Sığorta ASC tərəfindən 5000 AZN (beş min manat)məbləğində vəsait X4 ödəyərək icbari sığorta Qanununa əsasən öhdəliyi tam yerinə yetirmişdir. Qalıq 2490 AZN (iki min dörd yüz doxsan manat) məbləğindən müqavilədə razılaşdırılmış 155AZN (bir yüz əlli beş manat) azadolma məbləği çıxılaraq 2335 AZN (iki min üç yüz otuz beş manat )məbləğində sığorta ödənişi X4 həyata keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 2335 AZN (iki min üç yüz otuz beş manat) vəsaiti və 30 AZN (otuz manat)məbləğində məhkəmə dövlət rüsumu alınaraq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin nümayəndəsi X12 iddia tələbinin məzmunu ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 5000 manat “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən X4 ödənilmişdir. İş materiallarında olan “Avtoservis” xx.xx.2020-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, “Ford” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7490,00 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş XLB240CLM1 nömrəli sığorta aktından görünür ki, 2365,0 manat məbləğində sığorta ödənişi X4 kart vasitəsilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, X4 məxsus “Ford” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il saat 13:51-dən xx.xx.2020-ci il 13:50 tarixinədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında Qərarın məzmunundan görünür ki, X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Ford Kuga” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “KİA Cerato” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil X9 adına qeydiyyatdan keçmişdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X11 xx.xx.2020-ci il tarixdə idarə etdiyi “KİA Cerato” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla qəza törətmiş, nəticədə X4 məxsus “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sığortalanmış “Ford Kuga” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Qeyd edilən zərər X4 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ödənilmidir. Hazırda iddiaçı ödənilmiş sığorta pulunun subroqasiya qaydasında cavabdeh X5 tutulmasını tələb edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək. məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X5 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə vurulmuş ziyana görə 2335 (iki min üç yüz otuz beş manat) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. X5 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə vurulmuş ziyana görə 2335 (iki min üç yüz otuz beş manat) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2518/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2518/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver