Məhkəmə qərarları › İş №2(005)-2562/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2562/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2562/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İHakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdehna qarşı vəzifə öhdəliyinin qoyulması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Nərimaov rayonu, PY U A 38/10 ev 103, evə cavabdeh Azərbaycan Respublikası Enerqetika Nazirliyi Enerji məsələrinin tənzimləmə Agentliyi Bakı filialı üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı evə işıq çəkilməsi barədə 2022-ci il dekabr ayında “ASAN Komunal”a müraciət etmişdir. Ancaq evlərin üstündə yüksək gərginlikli hava elektrik xətti keçməsinə görə, “ASAN xidmət”dən imtina məktubu gəldi. Bundan sonra o və xəstəliyi ilə əlaqədar tez-tez Bakıya gəlib onun evində qalan, mərhum həyat yoldaşının dayısı, şəhid atası O.X7 işıq çəkilməsi üçün müraciət ediblər. Azərişıq enerji məsələlərinin Tənzimləmə Agentliyi dayısının şəhid, qazi atası olduğu üçün işıq çəkilməsinə icazə verib və sayğac qoyublar. Lakin bu yaşadığı ünvandakı torpağı 20.000 manat verib, aldığı X5 və onun həyat yoldaşı X2 xoşuna gəlmədi. Çünki danışığa əsasən onlar 20.000 manatın içərisində onun bütün kommunallarını çəkdirib ona verməli idilər. Ancaq Çingiz işıq üçün ondan əlavə 2000 manat, qaz üçün 500 manat, qeydiyyat üçün 300-dən yuxarı, su üçün 320 manat tələb edəndə o pulunun olmadığını, özünün bu kommunalları həll etməsi üçün sənəd verilməsini bildirərək Çingizdən notariusda yazdığı sənədi almışdır. Sonra idarələrə müraciəti başlayıb. Ona qədər isə müvəqqəti su və işığı daxil sayğac ilə Çingizdən alırdı, onlar isə sayğacın üzərindəki puldan əlavə ondan 20-25 manat pul tələb edirdilər. Bu səbəbdən onun işıq çəkdirib sayğac qoşmağı onlara sərf etmədi. Hətta işıq işçilərinə hücum edərək “sayğacı ya mənim adıma qoşun, ya da sökün” deyiblər. O “nəyə görə bura pul verib almışam sayğac sizin adınıza olmalıdır?” deyəndə ona da hücum edib, vurmaq istəyiblər, lakin qonşu və işıq işçiləri araya girib. Lakin içləri soyumayan bədnam qonşular həyətə girərək ona məxsus paltar sərən roliki qırıb yerə salanda o etiraz etdiyinə görə Çingiz rolik dəmiri ilə başını vurub yarıb. Başının kəsik, tikişli, baş zərbəsinin silkələnməsi cinayəti ilə bağlı iş məhkəmədədir. Bu hadisədən 3 gün sonra işıq idarəsi ona məxsus sayğacı söküb aparıb. Artıq may ayının 1-dən o Bakı şəhəri mərkəzinə yaxın ərazidə qızıyla işıqsız şam işığında yaşayır. O, bu barədə Azırişığa müraciət edəndə, onlar tutarlı cavab verə bilməyiblər. Sonra o Energetika Nazirliyinə müraciət edib. Onların araşdırması və verdikləri Aktda da göstərilir ki, sağ və sol tərəflərində 100-lərlə evlər eyni yüksək gərginliyin altında yerləşməyinə baxmayaraq onlarda işıq və sayğac olduğu halda ona işıq verilməməsi buna səbəb ola bilməz. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun 2.0.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), eləcə də inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırkı iddia tələbinin əsasını Cavabdeh üzərinə öhdəliyinin qoyulması, yəni inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən müdafiəyə dair iddia tələbi təşkil edir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehna qarşı vəzifə öhdəliyinin qoyulması tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Ərizəçiyə izah edilsin ki, aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar