Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2565/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakla bağlı sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakla bağlı sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “KASPİAN PARK" MTK-ya 58000 (əlli səkkiz min) manat ödənilməklə, “KASPİAN PARK" MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarasi nə təqdim olunması üçün maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması üçün 2(005)-2565/2025 saylı işi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərərək 2(011)-4948/2025 saylı işlə bir icraatda baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Mohammad Khadish mübahisəli mənzili boşaltmaqdan boyun qaçırdığına görə çıxış yolunu həqiqətdən uzaq bir iddia ilə məhkəməyə müraciət etməkdə və mənzili bu müddət ərzində yəni məhkəmə çəkişməsi müddəti ərzində boşaldılmasına mane olmaqdan ibarətdir. Mənzilin boşaldılmasına dair dəfələrlə pretenziya və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçının arvadı və iki azyaşlı uşağı mübahisəli mənzildə yaşamağa davam edirlər. İddiaçıya bundan əvvəl də bildirilmişdir ki, mənzilin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. AR MPM-nin 39.1-ci maddəsinə görə "Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir." Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4948/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh Khadisn Mohammada qarşı müqavilənin ləğv olunmuş hesab edilməsi və mənzildən çıxarılmaya dair iddia ərizəsi mümkün hesab edilərək xx.xx.2025-ci il tarixə saat 10:30-a hazırlıq iclası təyin olunmuşdur. İddiaçı tərəfindən mübahisəli mənzildə özbaşına arakəsmələri dağıldaraq məznilin quruluşunu tamamilə dəyişdiklərinə görə qonşuların narazılıqları vardır və bu azmış kimi qapını heç kimin üzünə açmırlar. İş üzrə mübahisəli mənzilə baxış keçirilməsi ilə əlavə sübutların əldə edilməsinə ehtiyac olduğundan hesab edir ki AR MPMnin 44.2.5-ci maddəsinə əsasən sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması üçün 2(005)-2565/2025 saylı işi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərərək 2(011)-4948/2025 saylı işlə bir icraatda baxılmasına dair qərardad çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş vəsatətə etiraz etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkillərini dinləyib, cavabdehin vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan 2(005)-2565/2025 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4948/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi “KASPİAN PARK" MTK-ya 58000 (əlli səkkiz min) manat ödənilməklə, “Kaspian Park" MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarasi nə təqdim olunması üçün maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun iddiaçıya verilməsi barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki: - iddiaçı “Kaspian Park" MTK cavabdeh Khadish Mohammada qarşı müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 01 iyul 2021-ci il tarixli 193 saylı müqavilənin ləğv olunması, cavabdeh Khadish Mohammadın və qeyrilərinin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı 125,5 kv.m ibarət 79 №-li mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir, iddia ərizəsi icraata qəbul edilmişdir. (mülki iş № e- 2(011)-4948/2025). Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Hazırki iş üzrə İddiaçı iddia tələbinin əsasını Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən mənzilə dair cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 193 saylı müqavilə təşkil edir. Digər tərəfdən isə hazırkı iş üzrə cavabdeh, iddiaçının iddianın əsası kimi göstərdiyi müqavilənin ləğv edilməsi barədə tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu, habelə tərəflərin eyni olmasını nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməli, mübahisəli mənzilin Xətai rayonu ərazisində yerləşməsi nəzərə alınmaqla baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakla bağlı sənədlərin verilməsi” tələbinə dair 2(005)-2565/2025 saylı mülki iş Bakı şəhəri Xətai Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(011)-4948/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh MMCyə qarşı “əmlakla bağlı sənədlərin verilməsi” tələbinə dair 2(005)-2565/2025 saylı mülki iş Bakı şəhəri Xətai Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(011)-4948/2025 saylı mülki işə birləşdirilsin. Mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyev
Məhkəmə qərarları › İş №2(005)-2565/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2565/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver