Məhkəmə qərarları › İş №2(005)-2604/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2604/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2604/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1510 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxx» ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “BDY F3” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən AC № 534822 nömrəli şəhadətnamə ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2015-cı il tarixdə saat 10:20 radələrində sərxoş vəziyyətində Bakı şəhəri, Z.Yusifov küçəsi ilə idarə etdiyi “BDY F3” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Mercedes Benz” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 1510 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Xətai RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh Hilal Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MYP 447150 nömrəli Protokol tərtib olunmuşdur. “Mercedes Benz” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “xxxx” ASC tərəfindən müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən vurulmuş ziyana görə 1510 manat məbləğində pul vəsaiti zərərçəkənin hesabına ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin iddiaçının nümayəndəsi iddia ərizəsinə vəsatətini əlavə edərək, onun iştirakı olmadan, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus “BYD F3” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixində «xxxx» ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, “Mercedes Benz” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1510 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1510 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MYP 447150 nömrəli Protokolun surətindən görünür ki, AR DİN Xətai RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-cı il tarixdə saat 10:20 radələrində sərxoş vəziyyətində Bakı şəhəri, Z.Yusifov küçəsi ilə idarə etdiyi “BDY F3” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Mercedes Benz” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 1510 manat məbləğində maddi ziyan dəymişdir.Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir.“Mercedes Benz” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1510 manat məbləğində maddi ziyan dəymiş, həmin məbləğ zərəçəkmiş şəxsə sığorta şirkəti tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətiyindən, bu barədə inzibati tənbeh vermə haqqında qərar olduğundan və vurulmuş zərərin əvəzi 1510 manat həcmində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən digər avtomobilin təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 1510 manat xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə 1510 manat və 30 manat dövlət rüsumu cəmi 1540 manat məbləğində pul vəsaiti ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar