Məhkəmə qərarları › İş №2(005)-2621/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2621/2021

15.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2621/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Daha sonra iddia tələbinin həcminin artırılmasında dair ərizə ilə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71,4 kv.m. sahəsi olan 3 saylı mağaza üzərindəki mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulsması; həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 kv.m. sahəsi olan zirzəmi ona təhvil verilməsi; həm 3 saylı mağazanın, həm də altındaki zirzəminin ona təhvil verilməsi faktı Cavabdeh MTK və onun arasında imzalanan təhviltəslim aktı ilə sənədləşdirilməsi; ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və onun altında yerləşən zirzəminin təmiri (3 saylı mağazadan altındaki zirzəmiyə gediş-gəliş məqsədilə pilləkanın inşası, kommunikasiya xətlərinin çəkilməsi, divarların ağardılması, metlağın vurulması və s.) xərclərinin əvəzi kimi, cavabdehdən onun xeyrinə 19412,5 manat məbləğində pulun tutulması; ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləğinin Cavabdeh MTK-dan alınaraq ona verilməsi; müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi Cavabdeh MTK-dan onun xeyrinə 28000 manat pulun tutulması; Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altındaki zirzəmiyə dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunun ona təqdim edilməsi; ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat vəkil xidmət haqqının əvəzinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 57B ünvanında yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi və Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən 49,5 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. 17.02.2018-ci il tarixdə onun və Cavabdeh MTK arasında 225 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ona məxsus hər iki qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən, eni 4.4 metrdən az olmamaq şərtilə 71,4 kv.m. qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli şəkildə ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələrini təhvil verənədək ona kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 25.11.2020-ci il tarixdə cavabdeh tərəfindən ona məxsus mobil nömrəyə SMS-bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, yeni inşa edilmiş binadakı ona məxsus olan qeyriyaşayış sahəsi hazırdır və həmin qeyri-yaşayış sahəsini təhvil ala bilər. Yeni inşa edilmiş binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi sahiblik və istifadəsindədir. Həmin sahə təmirsizdir, oranı öz hesabına təmir etməsinə isə cavabdeh müxtəlif yollarla mane olur (elektrikin kəsilməsi, qapının qırılması və ora daxil olunaraq mal-materialın naməlum yerə daşınması və s.). Həmin qeyri-yaşayış sahəsinin altında yerləşən sahə (zirzəmi) isə ona indiyədək təhvil verilməmişdir. Sonuncu dəfə 2018-ci ilin noyabr ayında cavabdeh tərəfindən ona aylıq kompensasiya məbləği ödənilmiş, həmin tarixdən indiyədək heç bir məbləğ ödənilməmişdir. Tərəfindən cavabdehə Pretenziya ünvanlansa da, bunun heç bir faydası olmamışdır. Onun 3 saylı mağaza üzərindəki mülkiyyət hüququnun pozulmasına son qoyulması. 3 saylı mağaza xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mağaza onun Xətai prospekti, 57B ünvanında yerləşmiş 71,4 kv.m. qeyri-yaşayış sahəsinin əvəzində verilmişdir. Bu barədə müvafiq Çıxarışın olmaması mülkiyyət hüququnun yarandığını nəticəsinə gəlməyə mane olmur. Çünki 3 saylı mağazaya dair Çıxarışın alınmasını təmin etmək öhdəliyi məhz cavabdehin üzərindədir. Lakin cavabdeh onun həmin 3 saylı mağaza üzərində mülkiyyət hüququnu həyata keçirməsinə müxtəlif yollarla mane olur. Cavabdeh mağazaya gedən elektrik xəttini dəfələrlə kəsərək təmir işlərinin aparılmasının qarşısını almış, onun xəbəri olmadan mağazanın qapısını sındıraraq ora daxil olmuşdur. Qeyd edilən hərəkətlər onun 3 saylı mağaza üzərində xüsusi mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Onun 3 saylı mağaza üzərindəki mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulmalıdır. Müqavilənin 1.1.1-ci bəndinə görə iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsi və altındaki zirzəmi təmirli (yerə metlaq vurulması və divarların ağardılması) vəziyyətdə olmalıdır. Lakin indiyədək bu işlər görülməmişdir. Müqavilədəki “təmirli (yerə metlaq vurulması və divarların ağardılması)” ifadəsi həm döşəmə, həm də divarlarda zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilməsini ehtiva edir. Çünki özünə məxsus qeyri-yaşayış sahələrini cavabdehə təhvil verərkən orada zəruri bütün kommunikasiya xətləri var idi. Digər tərəfdən 3 saylı mağazanın altında yerləşən zirzəmiyə küçədən giriş-çıxış mümkün deyildir. Zirzəminin üzərindəki 3 saylı mağazadan isə, zirzəmiyə giriş (pilləkən) nəzərdə tutulmayıb. Cavabdehin səlahiyyətli şəxslərinə bu problemin həlli ilə bağlı dəfələrlə müraciət etmiş, lakin heç bir faydası olmamışdır. Cavabdehə pretenziya ünvanlanaraq qüsurların aradan qaldırılması tələb edilmiş, lakin cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Qeyd edilən işlərin (qeyriyaşayış sahələrinin təmiri, kommunikasiya xətlərinin çəkilməsi, 3 saylı mağazadan altındaki zirzəmiyə girişin açılması, pilləkanın inşası və s.) görülməsi üçün təxminən 15000 manat məbləğində pul vəsaiti tələb edilir. Həmin vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. Müqavilə bağlanandan sonra 2018-ci ilin fevralında özünə məxsus qeyriyaşayış sahələrini boşaldaraq sökülmək üçün cavabdehə təhvil vermişdir. Yəni öz öhdəliyini lazımınca və vicdanla icra etmişdir. Cavabdeh isə 2018-ci ilin noyabr ayında sonuncu dəfə aylıq 1000 manat kompensasiya ödənişini həyata keçirmişdir. Həmin tarixdən sonra heç bir məbləğ ödənilməmişdir. Cavabdehin SMS-bildirişi 2020-ci ilin noyabr ayında, yəni ödənişin dayandırıldığı tarixdən 2 il sonra gəlmişdir. 2 il üçün icarə haqqı kompensasiya məbləği 24000 manat təşkil edir. Eyni zamanda 24000 manat məbləğində pulun gecikdirilməsinə görə, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləğinin ödənilməsi tələb edilir. 24000 manatın illik 5 faizi 1200 manat edir. Həmin məbləğin ödənilməsi 5 aydır ki, gecikdirilir. Bu müddət üçün gecikmə faizi 500 manat təşkil edir. 24.000 manat və onun gecikdirilməsinə görə hesablanmış 500 manat da cavabdehdən tutulmalıdır. Müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzi ödənilməlidir. Özünə məxsus qeyri-yaşayış sahələrini aylıq 3500 manata icarəyə vermişdir. Bu barədə müvafiq icarə müqaviləsi var və cavabdeh də bu halı bilirdi. 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayı da daxil olmaqla, 5 ay üçün ona vurulmuş maddi zərər 17500 (3500 manat x 5 ay) manat təşkil edir. Həmin məbləğ cavabdehdən tutulmalıdır. Müqavilənin 2.2.8-ci bəndinə görə cavabdeh qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunu İddiaçıya təqdim etməlidir. Cavabdehin mövcud davranışı onun gələcəkdə (yəni hüquqlarının dövlət qeydiyyatı ilə bağlı sənədləşmənin aparılması zamanı) də hüquqlarının pozulması ilə qarşılaşacağını ehtimal etməyə imkan verir. Hazırki iş çərçivəsində bu hala da qiymət verilməli və hər iki qeyri-yaşayış sahəsinin onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunun ona təqdim edilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17.02.2018-ci il tarixli, 225 saylı müqavilənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən 17.06.2017-ci il tarixində, **********4 qeydiyyat və **********56-05101-083009 reyestr nömrəsi ilə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 57B ünvanında yerləşən 71.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini və 29.07.2017-ci il tarixində ********** qeydiyyat və **********56-05***-******* reyestr nömrəsi ilə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49.5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini (zirzəmini) sökülmək üçün "Poleks” MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən eni 4.4 metrdən az olmamaq şərti ilə 71.4 kv.m qeyri-yaşayış sahəsini və həmin qeyri yaşayış sahəsinin altında yerləşən 71.4 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli (yerə metlax vurulması və divarların ağardılması) qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti ''Poleks” MMC Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 57B ünvanında yerləşən "Əmlak müıkiyyətçisi”-nin mülkiyyətində olan 71.4 kv.m qeyri yaşayış sahəsinin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49.5 kv.m qeyri yaşayış sahəsinin (zirzəmini) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış sahəsinin girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən eni 4.4 metrdən az olmamaq şərti ilə 71.4 kv.m qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71.4 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli (yerə metlağ vurulması və divarların ağardırlması) şəkildə "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi’-ni qeyri-yaşayış sahələri ilə təmin edən günədək “Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 1000 manat məbləğində pulu əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına 29.07.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 57B ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına 17.06.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. “X10 və Ekspertiza Mərkəzi” MMC-nin 09.07.2021-ci il tarixli, 36 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 57B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə çəkiləcək xərc qeyri-yaşayış sahəsi üçün 9610 manat, qeyri-yaşayış sahəsinin zirzəmisi üçün 9802,5 manat məbləğində müəyyən edilmişdir. DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28.3 kv.m olan qeyri yaşayış sahəsi tam mülkiyyə hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 317 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28.3 kv.m olan qeyriyaşayış sahəsi X7 adına 23.02.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. 19.02.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən, ümumi sahəsi 28.3 kv.m olan qeyri-yaşayış sahəsini alıcı X1. Cavabdeh MMC ilə X9 arasında bağlanmış müqavilənin surətindən görünür ki, tərəflər Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən, ümumi sahəsi 28.3 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlamışlar. Cavabdeh MMC ilə X5 arasında bağlanmış müqavilənin surətindən görünür ki, tərəflər Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən, ümumi sahəsi 28.3 kv.m olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlamışlar. 21.11.2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 57B ünvanında yerləşən qeyri-yaşayış sahəsini içarəçi X3 aylıq 3500 manata icarəyə vermişdir. İddiaçı göndərilmiş 25.11.2020-ci il tarixli SMS-məktubdan görünür ki, Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində ona məxsus olan qeyriyaşayış sahəsi təhvilə hazır olduğu qeyd edilmiş və 25.11.2020-ci il tarixdən ona verilən kirayə haqqı dayandırılmışdır. İddiaçı bank hesabından çıxarışın surətindən görünür ki, 01.05.2018-ci il tarixdən 04.02.2019-cu il tarixədək 9646,51 manat kirayə haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 57B ünvanında yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi və Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən 49,5 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. 17.02.2018-ci il tarixdə iddiaçı və Cavabdeh MTK arasında 225 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya məxsus hər iki qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən, eni 4.4 metrdən az olmamaq şərtilə 71,4 kv.m. qeyriyaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli şəkildə ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələrini təhvil verənədək ona kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 25.11.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus mobil nömrəyə SMS-bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, yeni inşa edilmiş binadakı ona məxsus olan qeyri-yaşayış sahəsi hazırdır və həmin qeyri-yaşayış sahəsini təhvil ala bilər. Yeni inşa edilmiş binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi sahiblik və istifadəsindədir. Həmin sahə təmirsizdir, oranı öz hesabına təmir etməsinə isə cavabdeh müxtəlif yollarla mane olur (elektrikin kəsilməsi, qapının qırılması və ora daxil olunaraq malmaterialın naməlum yerə daşınması və s.). Həmin qeyri-yaşayış sahəsinin altında yerləşən sahə (zirzəmi) isə ona indiyədək təhvil verilməmişdir. Cavabdeh tərəf iddiaçı ilə aralarında bağladığı müqavilənin şərtlərinə lazımi dərəcədə icra etməmiş və bu səbəbdən hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de faktö) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2- ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Cavabdeh MMC müqavilə şərtlərinə əsasən iddiaçıya sökülmüş mülkiyyətlərinin əvəzinə inşa edəcəyi hündürmərətbəli binanın girişində Xətai prospektinə baxan hissəsində müqavilə ilə müəyyən edilmiş qeyri-yaşayış sahəni və onun altında yerləşən zirzəmini verməyi öhdəsinə götürüb. Məhkəmə iddianın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağaza üzərindəki mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulmasına dair hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbindən aydın olur ki, mülkiyyət hüququ toxunulmazdır və iddiaçı haqlı olaraq mülkiyyət hüququnun pozulmasına son qoyulmasını xahiş etmişdir. Odur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağaza üzərindəki mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulmalıdır. Məhkəmə iddianın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağazanın altında yerləşən 71.4 kv.m sahəsi olan zirzəminin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsinə dair hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin təhvil verdiyi qeyri-yaşayış sahəsi cavabdeh MTK-ya təhvil verilənədək icarədə olmuş və həmin qeyri-yaşayış sahələrində zəruri kommunikasiya xətlərinin olmasına dəlildir. Belə olan halda cavabdeb təhvil aldığı qeyri-yaşayış sahələrinin əvəzinə inşa etdiyi tikintidə qeyri-yaşayış sahələri təhvil verərkən, həmin qeyri-yaşayış sahələrini müqavilədə qeyd olunan kimi təmirli ( yerə metlağ vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilməlidir. Məhkəmə iddianın həm 3 saylı mağazanın, həm də altındaki zirzəminin İddiaçı təhvil verilməsi faktının Cavabdeh MTK və İddiaçı arasında imzalanan təhvil-təslim aktı ilə sənədləşdirilməsinə dair hissədə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, cavabdeh tərəf iddiaçı ilə aralarında bağladığı müqavilənin şərtlərinə lazımi dərəcədə riayət etməmiş və bu səbəbdən tərəflər aralarında təhvil-təslim aparılmamışdır. Odur ki, cavabdeh yuxarıda qeyd olunan şəkildə iddiaçıya təhvil vərəcəyi qeyri-yaşayış sahəsini təmir etdikdən sonra aralarında təhvil-təslim edilməli və akt ilə sənədləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iddianın iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və onun altında yerləşən zirzəminin təmiri (3 saylı mağazadan altındaki zirzəmiyə gediş-gəliş məqsədilə pilləkanın inşası, kommunikasiya xətlərinin çəkilməsi, divarların ağardılması, metlağın vurulması və s.) xərclərinin əvəzi kimi, cavabdehdən onun xeyrinə 19412,5 manat məbləğində pulun tutulmasına dair hissədə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddia ərizəsində qeyd olunduğu və iş materiallarındanda aydın olur ki, 3 saylı mağazanın altında yerləşən zirzəmiyə küçədən giriş-çıxış mümkün deyil, zirzəmindən isə qeyd olunan mağazaya giriş (pilləkən) nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətinin əvəzi olaraq verdiyi qeyri-yaşayış sahəsinə (zirzəmi) giriş-çıxış üçün yol açılmalı, həmçinin iddiaçıya aid 3 saylı mağaza və altında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) müqavilədə qeyd olunan kimi təmirli ( yerə metlağ vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilərək iddiaçıya təhvil verilməli və ya qeyd olunan təmir işlərin əvəzi olaraq 19412,5 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Mülki Məcəllənin: 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə görə, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə görə, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə görə, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iddinın ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləğinin Cavabdeh MTK-dan alınaraq ona verilməsinə dair hissədə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə ki, iş materiallarında olan İddiaçı bank hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya kirayə haqqı olan kompensasiya son dəfə 15.11.2018-ci il tarixdə ödənilmiş və cavabdeh tərəf həmin tarixdən sonra ödənişlərin olmasına dair sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq 2018-ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək hər ay üçün müqavilədə nəzərdə tutulmuş qaydada 1000 manat kirayə haqqı olmaqla, ümumilikdə 24000 manat icarə haqq ödənilməlidir. Bundan başqa yuxarda istinad olan qanunun maddələrinə əsasən iddiaçı cavabdehdən keçikdirilmiş 24000 manat icarə haqqının gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyi tələb etməkdə haqlıdır. 2020-ci ilin noyabr ayından cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizədə qeyd etdiyi 8 ay üçün 800 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (24000 manat * illik 5% = 1200 manat, 8 ay üçün düşən məbləğ 800 manat təşkil edir). Məhkəmə iddianın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altındaki zirzəmiyə dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunun ona təqdim edilməsinə dair hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Sadalanan qanunvericlik əsaslarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, daşınmaz əmlakların üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı ilə Cavabdeh MTK arasında cavabdeh tərəfindən təhvil veriləcəyi qeyri-yaşayış sahələrinə dair lazımi sənədlər toplusunun verilməsi Cavabdeh MTK üzərinə vəzifə kimi qoyulmalıdır. Məhkəmə iddianın ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat vəkil xidməti əvəzinin cavabdehdən iddiaçın xeyrinə tutulması hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf 300 manat vəkil xidmətinin əvəzini tələb etsə də, həmin ödənişin olunmasına dair sübut təqdim etməmişdir. Bundan başqa ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq tərəflərə aid edilməlidir. İddianın 28000 manat və 300 manat hissəsi rədd olunmuş, 19412,5 manat 24800 manat hissəsi təmin edilmişdir. Odur ki, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçını xeyrinə ödənilməlidir. Göründüyü kimi Cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə iddianın müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi Cavabdeh MTK-dan onun xeyrinə 28000 manat pulun tutulmasına dair hissədə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Belə ki, iddiaçı 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayınadək ona vurulmuş zərər (əldən çıxmış fayda) 28000 manat cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlimişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağaza üzərindəki iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulmalı, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17.02.2018-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağazanın altında yerləşən 71.4 kv.m sahəsi olan zirzəminin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Həm 3 saylı mağazanın, həm də altındaki zirzəminin İddiaçı təhvil verilməsi faktının Cavabdeh MTK və İddiaçı arasında imzalanan təhvil-təslim aktı ilə sənədləşdirilməlidir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) müqavilədə qeyd olunan kimi təmirli (yerə metlağ vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilərək iddiaçıya təhvil verilməli və ya qeyd olunan təmir işlərin əvəzi olaraq 19412,5 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləği Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altındaki zirzəmiyə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusu İddiaçı Cavabdeh MTK tərəfindən təqdim edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütanasibə olaraq 18,30 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağaza üzərindəki iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulsun. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17.02.2018-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 kv.m sahəsi olan 3 saylı mağazanın altında yerləşən 71.4 kv.m sahəsi olan zirzəmi Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Həm 3 saylı mağazanın, həm də altındaki zirzəminin İddiaçı təhvil verilməsi faktının Cavabdeh MTK və İddiaçı arasında imzalanan təhvil-təslim aktı ilə sənədləşdirilsin. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) müqavilədə qeyd olunan kimi təmirli (yerə metlağ vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilərək iddiaçıya təhvil verilsin və ya qeyd olunan təmir işlərin əvəzi olaraq 19412,5 manat cavabdehdən iddiaçının xeyrinə ödənilsin. Ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləği Cavabdeh MTK-dan alınaraq İddiaçı verilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altındaki zirzəmiyə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusu İddiaçı Cavabdeh MTK tərəfindən təqdim edilsin. İddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 18,30 manat Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar