Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2624/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia яризяси вя онун dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən səhvən köçürülmüş 200 manat məbləğində pulun və 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 18:21-də iddiaçıya məxsus **********421356 nömrəli Kapital Bank kartından mobil tətbiq vasitəsilə **********209174 nömrəli Bank of Baku kartına 200 manat məbləğində pul köçürməsi etmək istədiyi zaman kartın son rəqəmini səhvən 9471 yazdığına görə həmin pul məbləği tanımadığı bir şəxsin bank kartına köçürülüb. Məsələ ilə bağlı dərhal Kapital banka müraciət etmiş və bank tərəfindən Bank of Bakuya sorğu göndərildi. 10 iş günü keçdikdən sonra Kapital bank tərəfindən iddiaçıya bildirildi ki, Bank of Baku tərəfindən həmin müştəri ilə əlaqə saxlanmağa cəhd edilsə də, müştəri zənglərə cavab verməyib. Bundan sonra xx.xx.2023-cü il tarixində məsələ ilə bağlı 102 qaynar xəttinə şikayətini bildirmiş və iddiaçı Xətai rayon 36-cı polis bölməsinə dəvət edib izahatını aldılar. Lakin ötən 5 ay müddətində ona polis əməkdaşları tərəfindən heç bir köməklik göstərilməmişdir. Onlar banka dəfələrlə sorğu göndərsələr də, cavabsız qaldığını bildirdilər. Həmçinin, xx.xx.2024-cü il tarixində Bank of Baku-ya pretenziya məktubu ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Bank of Baku tərəfindən xx.xx.2024-cü il tarixli məktubla “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə istinad edilərək, müvafiq məlumatların yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Beləliklə, səhvən pul göndərdiyi şəxsdən pulu məhkəmə qaydasında geri qalmaq üçün həmin şəxsin məlumatlarını əldə etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunması xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixinə (saat 10:15) təyin edilmiş iclasın onların iştirakı olmadan keçirilməsini və "xxxx" ASC-nin qanunvericiliyin tələblərinə tam şəkildə riayət edərək, iddiaçının şəxsi sorğusu əsasında tələb etdiyi bank sirri təşkil edən məlumatların məhkəmə qərarı və qanunvericilikdə göstərilən başqa hallar mövcud olmadığına görə ona təqdim etməkdən imtina etdiyini, daha sonra isə məhkəmə qərardadı əsasında müvafiq məlumatların Nərimanov Rayon Məhkəməsinə göndərildiyini nəzərə alaraq, 200 manat məbləğindəki pul vəsaitinin və 100 manat məbləğindəki ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianın təmin edilməməsini xahiş etmiş, iddianın qalan hissəsi ilə bağlı məsələni isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" ASC-nin ödəniş tarixi üzrə xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus 416973******1356 nömrəli kart hesabından 531599******9471 nömrəli kart hesabına 200 manat köçürülüb. İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı məxsus olan pul vəsaitinin geri qaytarılması üçün məhkəməyə müraciət etmək məqsədilə **********209471 nömrəli kartın sahibinin adı, soyadı, ata adı, qeydiyyatda olduğu ünvan, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN koduna dair məlumatların 10 iş günü ərzində ona təqdim edilməsi xahiş olunmuş, əks halda öhdəliyin Cavabdeh1 ASC-nin üzərinə qoyulacağı bildirilmişdir. Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə istinad olunaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər şəxslərə verilə biləcəyi iddiaçıya bildirilmişdir. Cavabdeh1 ASC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 5315 9921 4520 9471 nömrəli plastik kart Cavabdeh2 məxsusdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı səhvən xx.xx.2023-cü il tarixdə ona məxsus 4169 73** **** 1356 nömrəli kart hesabından 5315 9921 4520 9471 nömrəli kart hesabına 200 manat pul köçürmüşdür. İddiaçı pul köçürdüyü kart hesabının kimə məxsus olmasını öyrənmək məqsədilə Cavabdeh1 ASC-yə müraciət etmiş, lakin Bank, Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsaslanaraq, həmin məlumatların verilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 ASC-yə verilmiş sorğu nəticəsində 5315 9921 4520 9471 nömrəli kart hesabının Cavabdeh2 məxsus olduğu müəyyən olunmuşdur. Hazırda iddiaçı səhvən köçürdüyü 200 manat məbləğində pulun və 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə heç bir münasibət bildirməmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən səhvən Cavabdeh2 məxsus kart hesabına 200 manat ödəniş edilmiş, daha sonra həmin məbləğ iddiaçıya geri qaytarılmamışdır. Göründüyü kimi, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh2 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı tərəfindən tələb olunan 200 manat pul məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “vəsaitin Cavabdeh1 ASC-dən tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 ASC ilk öncə haqlı olaraq Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsaslanaraq digər cavabdeh barədə məlumatların verilməsindən imtina etmiş, daha sonra isə məhkəmə sorğusuna cavab olaraq tələb olunan zəruri məlumatları məhkəməyə vermiş, beləliklə, məlumatların verilməsinə dair öhdəliyini yerinə yetirmişdir. Bununla yanaşı, tələb olunan pul vəsaitinin yanlışlıqla digər Cavabdeh2 hesabına köçürülməsində Cavabdeh1 ASC-nin hər hansı təqsiri müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilməli olan 100 dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 200 (iki yüz) manat məbləğində pul və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2624/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2624/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver