Məhkəmə qərarları › İş №2(005)-2659/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2659/2020

24.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2659/2020 24.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “etibarsız əqdlərin nəticələrinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “etibarsız əqdlərin nəticələrinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı X1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Senya RX, ******* saylı Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və bu barədə xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2000 nömrəli reyestr kitabının 184766 nömrəli vərəqində aparılmış qeydiyyatın və s. qeydlərin ləğv edilməsi; Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması; AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarına dair Çıxarışın verilməsi barədə qətnamənin çıxarılmasını və bu Qətnamənin Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarına dair DƏDRX-də müvafiq qeydlərin aparılması və Çıxarışın verilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16-də yerləşən 23 №-li mənzilə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələri-hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Qeyd etmək lazımdır ki, daşınmaz əmlaka çıxarış keçirilmiş hərrac protokoluna əsasən verilmişdir. Həmin protokol və protokol əsasında bağlanılmış müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Beləliklə iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman aydın olmuşdur ki, iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Hazırda isə həmin qətnamənin icrası ilə bağlı mübahisə mövcuddursa, məhkəmə iddiaçıya izah edir ki, o, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı aidiyyəti üzrə müraciət etməli, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16-də yerləşən 23 №-li mənzilə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələri-hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan əmlakı üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “etibarsız əqdlərin nəticələrinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar