Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-271/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45-ə dair iştirakı olmadan keçirilmiş xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və həmin xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə Protokolu” əsasında bağlanmış mənziliin alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilinə dair "xxxx" ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, № ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 iyun 2024-cü il tarixdə icra məmurundan əldə etdiyi xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə protokol”dan ona məlum oldu ki, cavabdehlərdən Azərbaycan Respublikası Respublika Xammal və X11 və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən 3 otaqlı mənzilinə dair iştirakı olmadan hərrac keçirmiş, qanunsuz və əsassız olaraq 3 otaqlı mənzilini bazar dəyərindən qat-qat aşağı qiymətə satılmışdır. Bununla da, Beynəlxalq Konvensiyalarla, Konstitusiya və Qanunlarla qorunmalı olan mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş X5 saxlayana X8 edilməsi üçün Hərracın yekunları barədə 84/07 nömrəli, 30 dekabr 2019-cu il tarixli Protokoldan müəyyən edilir ki, “30 dekabr 2010-cu il tarixdə ona məxsus olan ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı mənzili Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Nizami rayon İcra və Probasiya Şöbəsinin 17/71-5A-42 saylı, xx.xx.2019-cu il tarixli məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur, ipoteka predmetinin ilkin hərac qiyməti 80000 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı iştirakını təmin etmədən, “formal” hərrac keçirərək ona məxsus mənzili qanunsuz olaraq bankın nümayəndəsinə satmışdır. Belə ki, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Nizami rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2019-cu il tarixli məktubdan da müəyyən edilir ki, tələbkar alıcı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 hərrac yolu ilə mənzili 51000 manata əldə etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Respublika Xammal və X11 və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilə dair iştirakı təmin olunmadan qanunsuz olaraq hərrac keçirilmiş, mənzilin mülkiyyətçisi olmağına baxmayaraq, hərraca çıxarılan mənzili almaq ona təklif edilməmişdir və bu kimi qanunsuz hərəkətlərin sonunda mülkiyyətidə olan mənzili bilə-bilə bazar dəyərindən qat-qat aşağı qiymətə satılmış, bununla da mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən mənzilinə dair iştirakı olmadan Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərrac əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə Protokol”un, onunla bağlı “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair "xxxx" ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, № ********** nömrəli Çıxarışın və ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, 45 nömrəli mənzilinə dair Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış AN-İ № ******* nömrəli, 07.10.202l-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında mənzilinə dair X1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız və formal xarakter daşıdığını bildirmiş və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində hərracın nəticələrinin ləğv edilməsinin əsası kimi əmlakın birinci ona satılmamasını, təklif edilməməsini göstərmişdir. Məhkəmə gedişatında isə sonradan hərracdan məlumatı olmadığını bildirmişdir. Lakin o iddia ərizəsində hərracdan məlumatının olmaması barədə hər hansı bir iddia irəli sürmür və sadəcə olaraq əmlakı birinci olaraq onun almalı olduğunu iddia edir. Bildirilir ki, İddiaçı oğlunun qətnamə üzrə olan borcunu ödəyəcək qədər pulu olmadığı və ödəmədiyi üçün onun əmlakı hərraca çıxarılmışdır. Hərracdan həmin vaxt öz mülkiyyətində olan və ipoteka predmeti olan əmlakını ala biləcək qədər pulu olsa idi, qətnamə üzrə borcunu tam icra edərək həmin vaxt mülkiyyətində olan və ipoteka predmeti olan əmlakının hərracdan satılmasını dayandıra bilərdi.Bakı Şəhər Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifarişi əsasında Daşmar və Daçınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərrac prosesi təşkil edilmiş və 1-ci hərrac xx.xx.2019-cu il, 2-ci hərrac xx.xx.2019-cu il tarixlərində keçirilmiş, hərracın baş tutmadığı üçün Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixində təklif göndərilmiş və xx.xx.2019-cu il tarixində hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanmışdır. Bakı Şəhər Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu və Hərrac bildirişləri ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanına da göndərilmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsində qeyd edilmişdir ki, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Qanununun 43.1-ci maddəsində isə qeyd edilmişdir ki, Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bütün bunlar isə onu göstərir ki, İddiaçı hərracdan vaxtında məlumatlı olub və məlumatlı olmalı idi. Həmçinin xx.xx.2021-ci il tarixində Cavabdeh2 ASC ilə X4 arasında alqı-satqı müqaviləsi imzalanaraq sözügedən əmlak X6ma satılmış, xx.xx.2021-ci il tarixində X1 adına mülkiyyət çıxarışı alınmışdır. Yuxarıda qeyd edilən qanunvericilyi nəzərə alaraq, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən Məhkəməyə təqdim olunan sənədlərə əsasən hərrac bildirişləri İddiaçı çatdırılmış və hərrac bildirişləri mediada və özünün rəsmi internet saytında elan edilmiş, həmçinin hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında xx.xx.2019-cu il tarixində məlumat dərc edilmişdir. Hərracın baş tutmadığının elan edildiyi tarixdən bugünə qədər 4 il 10 ay vaxt keçmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən müqaviləni 1 il ərzində mübahisələndirə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçının Cavabdeh2 ASC-yə borcu olmuşdur və borcunu icra etmədiyinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdir və sonradan Ali Məhkəmə həmin qərarı qüvvədə saxlamışdır. xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmiş və icra vərəqəsinin icrası ilə əlaqədar olaraq hərrac mərkəzi tərəfindən əmlakın satışı həyata keçirilmişdir. Əmlakın ilkin satış qiyməti 80.000 manat məhkəmə tərəfindən müəyyən edilmiş və ikinci hərracda təkrar alıcı olmadığına görə 51.000 manat məbləğinə Cavabdeh2 ASC-yə təklif olunmuşdur. 51.000 manat məbləğə Cavabdeh2 ASC-nin nümayəndəsi həmin əmlakı əldə etmişdir. Hərracın keçirilməsi qanun pozuntusu yol verilmədən aparılmış və hesab edir ki, hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddia qaldırılması üçün hüquqi əsas yoxdur. Cavabdeh2 ASC həmin əmlakı başqa şəxsə satmış və satarkən mənzili boşaldıb satmışdır. Hazırda həmin mənzil vicdanlı alıcının istifadəsindədir və bu iş üzrə həmin şəxs üçüncü şəxs qismində cəlb olunub. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, əmlakın ilkin satış qiyməti hərracda 80.000 manat müəyyən olunub və hərracın keçirilmə qaydalarına görə əmlak birinci hərracda satılmadığına görə təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı qiymətə satılır və ikinci hərracda satılmadıqda əmlak 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunur. 51.000 manat həmin əmlakı balansa götürmüşlər və bir hissəsi borca yönəldilib. 2018-ci ildən sonra hərracla bağlı iddiaçının mübahisəsi olmayıb. Hazırda əmlak başqa şəxsin adındadır və istifadəsindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı öz ailəsi ilə həmin ünvanda yaşamış və 2023-cü ildə İddiaçı həbs ediləndə həmin borca görə mənzili satıb kirayə mənzilə köçmüşdürlər. Hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildiriş gəlməyib. "xxxx" ASC mənzili əldə etmiş, daha sonra həmin mənzili başqa şəxsə satmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 bildirmişdir ki, mübahisəli əmlakı “Yeniəmlak.az” səhifəsində elan olaraq görmüşdür. Sonradan maklerlə görüşmüşdürlər. Ev onlara göstərilərkən tamamilə boş idi və alqı-satqı zamanı bildirilmişdir ki, ev "xxxx" ASC-nin mülkiyyətindədir. Mənzili 92000 manata almışdırlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(001)-729/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 04 sentyabr 2014-cü il tarixli RBNPU-0223 saylı kredit müqaviləsi üzrə 4182,03 manat əsas borc, 499,04 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilikdə 4731,07 manat məbləğində borcun, 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə 101835,54 manat əsas borc, 12238,62 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilkdə 114124,16 manat məbləğində borcun və iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin 45,6 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, hər iki kredit müqaviləsi üzrə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47 ünvanında yerləşən 67,55 kvadrat metr ümumi, 46,05 kvadrat metr yaşayış, 21,5 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilə ilkin satış qiyməti 72000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, tutma mənzilə yönəldikdən və satıldıqdan sonra ən geci bir ay müddətində cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, hər iki müqavilə üzrə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 110,2 manat hissəsinin cavabdehdən, 34.8 manat hissəsinin isə iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə faizlərin tutulması və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə tutlmalı olan faizlərin məbləği 27362,31 manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47 ünvanında yerləşən 67,55 kvadrat metr ümumi, 46,05 kvadrat metr yaşayış, 21,5 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 80000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019cu il tarixli 2(102)-6882/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 11642/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -“Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nizami rayon İcra və probasiya şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01 №-li bildirişdən görünür ki, Nizami rayon icra və probasiya şöbəsinin 17/71-5A 42 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilinə dair hərracın ilkin satış qiyməti 80000 manat olmaqla keçirilməsi xx.xx.2019-cu il tarixə elektron formada təyin edilmişdir. -“Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nizami rayon İcra və probasiya şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 02 №-li bildirişdən görünür ki, Nizami rayon icra və probasiya şöbəsinin 17/71-5A 42 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilinə dair hərracın 68000 manat olmaqla keçirilməsi xx.xx.2019-cu il tarixə elektron formada təyin edilmişdir. -"xxxx" MMC tərəfindən Nizami rayon İcra və probasiya şöbəsinə, İddiaçı və "xxxx" ASC-yə ünvanlanmış X8 olunmasına dair xx.xx.2019-cu il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 51000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - İpoteka saxlayana X8 edilməsi üçün hərracın yekunları barədə 84/07 №-li 30 dekabr 2019-cu il tarixli protokoldan və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzili dəyəri 51000 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 tərəfindən əldə edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - "xxxx" MMC tərəfindən Nizami rayon icra və probasiya şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, -17/71-5A-42 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzili 51000,00 (əlli bir min man 00 qəpik) manata tələbkar alıcı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 əldə etmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən 24-cü Polis Bölməsin, tələbkar, borclu və məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilin boşaldılması xx.xx.2021-ci il tarixdə saat 11:00-a təyin olunur. -"xxxx" ASC və X4 arasında 07 oktyabr 2021-ci il tarixli AN-İ ******* №-li Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Daşınmaz əmlak 90000 manat qiymətinə satılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil tam mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli cra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, icra sənədi üzrə tələb təmin edildiyindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Cavabdeh2 ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbin ödənilməsi üçün ipoteka yönəldilmiş ipoteka predmeti İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil hərracdan alınmış, bankın balansına götürülmüşdür. İcra sənədində qeyd olunan cavabdehlə bağlanmış xx.xx.2014-cü il tarixli RBNPU-0223 saylı kredit müqaviləsi üzrə borc ödənilmiş və xx.xx.2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsinə əsasən cavabdehin banka 85933,37 AZN borcu qalmaqdadır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflərin nümayəndə və nümayəndə-vəkilinin izahatları, iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11642/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ödənilməli olan borcun, ilkin satış qiyməti 80000 manat müəyyən olunmaqla ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün icra şöbəsinə yönəldilmiş və icraata başlanılmışdır. Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən əmlakın ilkin satış 80000 manat olmaqla xx.xx.2019-cu il tarixdə ilkin hərrac, satış qiyməti 68000 (15% daha az) manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrar hərracı keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 51000 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuşdur. Bundan sonra X8 edilməsi üçün hərracın yekunları barədə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 84/07 №-li 30 dekabr 2019cu il tarixli protokol və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzil dəyəri 51000 manat olmaqla ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. Əmlak əvvəlcə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ASC-nin adına, daha sonra isə xx.xx.2021-ci il tarixdə X1 adına qeydiyyatdan keçmiş, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış verilmişdir. Bununla razılaşmayan İddiaçı hərracın yekunu barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin hərraca çıxaran zaman hərracın vaxtı barədə məlumat verilməmiş, hərracın təyin edilməsi barədə olan bildiriş təqdim edilməmiş, hərrac iştirakı olmadan keçirilmişdir. Məhkəmə qeyd edir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin “FM Express” məktub və bağlama daşıması xidməti vasitəsilə sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının qeydiyyat ünvanı (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə eyni ünvanı qeyd etmişdir) üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (“Birja yenilikləri” qəzetinin 189 №-li, 191 №-li, 194 №-li, 196№-li saylarında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliklə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan hərrac təşkilatı hərrac iştirakçısının faktiki olaraq yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə mənzilə dair keçirilmiş ilkin və təkrar hərraclara dair sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Bununla yanaşı iddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmə aktları barədə məlumatlı olmuş, onun apellyasiya şikayəti əsasında birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən ləğv edilməklə ipoteka predmetinin ilkin satış qiyməti hissədə dəyişdirilmiş, ilkin satış qiyməti 80000 manat müəyyən olunmuşdur. Bundan sonra onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı mənzilin açıq hərracda satılmalı olması barədə məlumatlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan kredit borcunun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçıya müvafiq bildirişlər göndərilmiş, müvafiq elanların verilməsi təmin olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən xx.xx.2019-cu il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq tələbkara təklif olunmuşdur. xx.xx.2019-cu il tarixdə təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) "xxxx" MMC tərəfindən 30 dekabr 2019-cu il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar – Cavabdeh2 ASC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Bundan sonra əmlak xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsə satılmışdır. Hazırda qeyd olunan əmlak X1 mülkiyyətindədir və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış verilmişdir. Məhkəmə iddiaçının “mənzilin ona təklif edilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliklə iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətlə almaq hüququna malikdir. Göründüyü kimi hərrac təşkilatının hərrac baş tutmadıqda qeyd olunan mənzili ipoteka qoyana təklif etmək kimi öhdəliyi olmamışdır. Hərrac baş tutmamış elan edildikdən sonra mənzil 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif edilmiş və onun tərəfindən əldə edilmişdir. Məhkəmə iddiaçının “mənzilin aşağı qiymətə satılması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə əmlakın ilkin satış qiyməti Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(001)-729/2018 saylı qətnaməsinə əsasən, 72000 manat müəyyən edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə həmin hissədə ləğv edilmiş mənzilin ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2(102)- 6882/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mənzilin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Qətnamə mübahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmuş "xxxx" MMC-yə ünvanlanmış sifariş məktubunda hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat olaraq göstərilmiş və əmlak "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 80000 manat olmaqla ilkin hərrac keçirilmişdir. Yəni mənzilin satış qiymətinin 80000 manat olaraq göstərilməsində hər hansı bir pozuntu olmamış, əmlakın satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Mənzilin satış qiyməti məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyindən, mənzilin dəyərinin mübahisələndirilməsi, onun qiymətinin yenidən müəyyən edilməsi hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əmlaka dair keçirilmiş hərracın etibarsız hesab olunması barədə nəticəyə gəlmək üçün əsas hesab oluna bilməz. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqısatqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 saylı mənzilin açıq hərracda satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə iddianın "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair protokolun və müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair Cavabdeh2 ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, № ********** nömrəli Çıxarışın və ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, 45 nömrəli mənzilinə dair Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında mənzilə dair üçüncü şəxs X1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi - əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan mənzilə dair hərrac təşkilatı tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə hərrac təşkilatı və ipoteka saxlayan arasında bağlanmış müqaviləyə əsasən, ipoteka saxlayan Cavabdeh2 ASC-nin mənzilə dair hüquqları dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra əmlak bankın xüsusi mülkiyyətinə keçdikdən sonra bank onu özgəninkiləşdirməkdə və satış qiymətini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn sərbəstliyə malik olmuşdur. Nəticə etibarilə əmlak bank və üçüncü şəxs X4 arasında bağlanmış alqı-müqaviləsinə əsasən sonuncuya satılmışdır və hazırda da daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeyd edilməklə qanuni əsaslarla onun mülkiyyətindədir. Rabitəbank” ASC ilə X4 arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız hesab olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışlar törəmə hüquq münasibəti olub, həmin mənzilə dair keçirilmiş açıq hərracın nəticələrinə dair yekun protokoldan, habelə müqavilədən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair keçirilmiş hərracın, buna əsasən tərtib olunmuş protokolun və müqavilələrin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab olunması hissədə də iddia təmin edilə bilməz. Məhkəmə cavabdeh "xxxx" ASC-nin iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar qeyd edir ki, iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia (kəsici) müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 ünvanında yerləşən mənzilinə dair iştirakı olmadan Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərrac əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 84/07 nömrəli “Hərracın yekunları barədə Protokol”un, onunla bağlı “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair "xxxx" ASC-nin adına tərtib edilib verilmiş xx.xx.2021-ci il tarixli, № ********** nömrəli Çıxarışın və ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, 45 nömrəli mənzilinə dair Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında mənzilinə dair X1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-271/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-271/2025
21.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver