Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2711/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 mtk tərəfindən Cavabdeh1 adına ünvan 1ənzil 106 ünvanında yerləşən mənzilə dair verilmiş 01 nömrəli xx xxx 2018-ci il tarixli protokolun, 029/18 nömrəli, xx xxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması və bunlara əsasən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oğu ilə Cavabdeh1 arasında nikah bağlanmış və nikah xx xxxxxx 2009-cu il tarixdə qeydə alınmışdır. Nikahdan təqribən bir il əvvəl 2008-ci ildə iddiaçının atası Ağakişiyev Rasim tərəfindən ‘'Cavabdeh2” Mənzil Tikinti Kooperativdən ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının adına almışdır. Mənzil alındıqdan sonra ev təmir edilərək 2009-cu ildə toy olduqdan sonra həmin mənzilə köçmüşlər. Mənzil alınan vaxtdan bütün kommunal ödənişlər iddiaçının adına olmuşdur. Eyni zamanda "xxxx” QSC, Telefon Qovşağı, "Azərişıq", “xxxx” ilə müqavilələr iddiaçı ilə bağlanmışdır. 2018-ci ildə iddiaçı işlə bağlı X3-Peterburq şəhərinə getmiş, getməmişdən əvvəl cavabdehə xx xxxxx 2018-ci il tarixdə etibarnamə vermişdir. Etibarnamə iddiaçının adından çıxış edərək, müvafiq hərəkətlər etməyi etibar etmişdir. Cavabdeh bu etibarnamədən sui-istifadə edərək, atasının aldığı və mübahisə predmeti olan mənzili iddiaçının adına deyil öz adına rəsmiləşdirmişdir. Hazırda münasibətlər pozulub, cavabdeh nikahın pozulması barədə məhkəməyə ərizə verib, iddiaçı təzəlikcə bilmişdir ki, yaşadığı evə dair cavabdeh adına çıxarış alıb. İddiaçının razılığı olmadan qanunsuz olaraq digər Cavabdeh2 bil-bilə ki, bu mənzili iddiaçının atası alıb və iddiaçının adına müqavilə və maliyyə arayış imzalanıb, Cavabdeh1 adına saxta protokol və maliyyə arayışı tərtib edərək, həmin sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış verilmişdir. Göründüyü kimi cavabdehlər iddiaçının verdiyi etibarnamədən sui-istifadə edərək, qanunsuz hərəkətlərə yol vermişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2012-ci il tarixli istehlakçı arasında qazın alqısatqısı barədə İddiaçı ilə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 reyesterdə 7E/18980 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Etibarnamənin qüvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibranmə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibrnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsi qeyd edilmişidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********36 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanı Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, xx xxx 2018-ci il tarixli protokolundan çıxarışa, 029/18 nömrəli, xx xxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətdə olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətin 2 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2020-ci il tarixli 26-MŞŞ4/1358 saylı arayışdan görünür ki, ünvan 6 mənzil 106 ünvanda İddiaçı adına ***-**-** saylı telefon nömrəsi xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək qeydiyyatda olub və xx.xx.2016-cı il tarixdə ***-**-** saylı telefon İddiaçı adından çıxarıldığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev4A, mənzil 106 ünvanında yerləşən mənzil üzrə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alıq-satqısı barədə “xxxx” İB ilə məişt qaz qurğusu istifadəçisi İddiaçı arasında müqavilə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 03/01-7/6/14717 nömrəli məktubdan görünür ki, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4A saylı yaşayış binasının mənzillərinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair abonent kodları MTK-nın “xxxx ASC-yə təqdim etdiyi dislokasiya cədvəlinə və abonentlərin şəxsiyyət vəsiqələrinə əsasən açılmışdır. Sözügedən yaşayış binasının 106 saylı mənzilinin **********060 saylı abonent kodu təqdim edilən sənədlərə istinadən xx.xx.2016-cı tarixində İddiaçı adına sənədləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 01/01-3/01-506 nömrəli sorğuya cavab məktubundan görünür ki, “xxxx” ASC su təchizatı və çirkab sularının axıdılması xidmətlərinə görə İddiaçı ilə xx xxxx 2016-cı il tarixində 33378461 saylı müqavilə bağlanmışdır. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixində “ASAN Komunal” Mərkəzinə müraciət edərək su təchizatı xidmətlərinə görə müqaviləni öz adına dəyişdirmişdir. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının xx xxx 2018-ci il tarixli, 01 nömrəli protokolunun çıxarışından görünür ki, Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək onun kooperativə üzv qəbul edilməsinin xahiş etmiş və MTK-ya üzv qəbul edilərək və ona MTK-nın Həsənoğlu küçəsi ev 4A kooperativ yaşayış binasında giriş 2 mərtəbə 6 yaşayış sahəsi 48.2 kv olan ümumi sahəsi 100.4 kv.m olan 2 otaqlı 106 saylı mənzilil verilərək çıxarışa 1 nəfər ailə tərkibində daxil edilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən xx.xx.2018-ci il tarixli, 029/18 nömrəli maliyyə arayışının surətindən görünür ki, payçı Cavabdeh1 tərəfindən tam ödəniş edilmişdir. MTK-yə borcu olmadığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat 40 qəpik (on manat qırx qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 adına ünvan 2 ünvanında yerləşən mənzilə dair verilmiş 01 nömrəli xx xxx 2018-ci il tarixli protokolun, 029/18 nömrəli, xx xxx 2018-ci il tairxli maliyyə arayışının etibarsız hesab olunması və bunlara əsasən verilmiş xx.xx.2018ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 xx xxxxx 2018-ci il tarixdə bütün əmlakının idarə edilməsi və.s hüquqlarına dair etibarnamə vermişdir. xx.xx.2019-cu il tarixdə həmin etibarnamənin qüvvəsinə xitam verilməsilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmişdir. İddiaçı mübahisələndirilən çıxarışın verildiyi əmlaka dair mənzili nikahdan təqribən bir il əvvəl 2008-ci ildə iddiaçının atası Ağakişiyev Rasim tərəfindən Cavabdeh2ndən ünvan 2 ünvanında yerləşən mənzili iddiaçının adına alındığını göstərsə də bu barədə sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin hallarından göründüyü kimi iddiaçı iddia tələbinin əsaslandırdığı Ağakişiyev Rasim tərəfindən Cavabdeh2ndən ünvan 2 ünvanında yerləşən mənzili iddiaçının adına alındığını göstərsə də bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair” iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2711/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2711/2020
30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver