Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2755/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələr” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələr” tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 1042,2 kv.m. həyətyanı sahənin ona məxsus 665,1 kv.m sahəsini özəlləşdirilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıya qaynataası 1885-ci il təvəllüdlü X1 (doğum tarixi 1885-xx.xx.1973) miras qalmışdır. Mərhum həyat yoldaşı X2 (1934-1981) qohumluq faktının müəyyən edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2663/2023 saylı qətnaməsi ilə o, mərhum əri xx.xx.1981-ci ildə vəfat etmiş, X2 mərhum qaynatası xx.xx.1973-cü ildə vəfat etmiş, X3 olması faktı müəyyən edilmişdir. Ölüm faktını Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2594/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin 15 sentyabr 2023-cü il tarixli 3406 saylı məlumat məktubunda Əmlək Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsi. 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış məlumat məktubunda X1 qalmış miras, əmlaka dair vərəsələrin dairəsi müəyyən edilmişdir. Həmçinin cavabdehə ünvanlanmış məlumat məktubunda İddiaçı miras qoyanın vərəsəsi olması təsdiqlənmişdir. Sabunçu rayonu Bilgəh qəs., 28 Aprel küç., döngə 2, ev 56 ünvanında yerləşən sahəsi 1042,2 kv.m. olan mülk iki qardaş arasında, rəhmətliyin sağlığında bölünmüşdür. Belə ki, 665,1 kv.m. mirasa görə onun payına, 377,4 kv.m. sahə isə qaynının oğlunun payına düşmüşdür.İddiaçı bildirir ki, qaynatasının sağlığında aralarında daş hasar çəkdirmişdir. Bu işlər rəhmətlik ərinin və qaynatasının sağlığında aparılmışdır. İndi 377,4 kv.m. sahədə qaynı oğlu ailəsi ilə yaşayır və ünvanlan da başqadır. Amma, texniki pasportda 1042,2 kv.m. bir sənəddədir. O, ona aid olan Sabunçu rayonu Bilgəh qəs., 28 Aprel küç., döngə 2, ev 56 ünvanında yerləşən fərdi yaşayış evin və torpağın hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması ilə ərizə ilə müraciət etmişdir. 2023-cü ildən 2025-ci ilədək müraciətinin hər dəfə də eyni irad, mühəndisin fərdi yaşayış evinin 1042,2 kv.m. sahənin ölçülməsinə tam şərait yaradılmasına görə icra olunmadığını qeyd edir. Ona görə ki, qaynının oğlu 377,4 kv.m. sahəni də ölçməyə icazə vermir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsi əsas götürülərək qeydiyyata alınmasından hər dəfə imtina edilmişdir” Torpaqların yer quruluşu məqsədləri üçün mühəndis tərəfindən yer quruluşu planının hazırlanması təmin edilməmişdir. Yəni, rəhmətlik qaynının oğlu aralarındakı daş hasardan sərhəddi olduğu halda ona aid hissəni 377,4 kv.m. inventerlaşdımağa icazə vermir. Bu üç ildə beş müraciəti olmuşdur. Eyni cavabla cavablandırılmışdır. Cavabda göstərilir ki, mühəndisin işləməsinə şərait yaradılmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Ona görə ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. MPM-dən fərqli olaraq, İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnzibati mübahisə isə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İddia tələbindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək inzibati orqanın üzərinə həyətyanı sahənin ona məxsus olan hissəsinə özəlləşdirilməsi barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Başqa sözlə desək, iddianın əsasını inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin (məcburetmə haqqında iddia) qoyulması təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edirki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələr” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2755/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2755/2025
12.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver