Məhkəmə qərarları › İş №2(005)-2788/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2788/2023

25.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2788/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşya tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 adları qeyd edilən əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə xx.xx.2022-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 ilə 27 saylı Notariat Ofisində bağlanılmış AN-1 ******* saylı müqavilənin etibarsız hesab edilməsi və evinin ona qaytarılması barədə qətnamə qəbul etmənizi xahiş etmişdir. Həmin mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Onun 59 yaşı var və heç bir zaman nə Amerikada olmuş, nə də orada və ya hansısa ölkədə Cavabdeh1 əmlakını satmaq üçün etibarnamə vermişdir. X2 Dövlət Notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə saxta yolla cavabdehlər tərəfindən tərtib edilmiş və cavabdehlər əlbir olaraq vicdanlı alıcı rolu oynamağa çalışsa da, Vüqar Şükürov gizlicə inzibati məhkəməyə müraciət edərək onun qeydiyyatdan çıxmağına nail olmuşdur. Cavabdeh1 isə onun qeyd edilən əşyalarını evindən aparmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1 və Cavabdeh2 göstərilsə də, lakin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi Cavabdeh1 yönəlmişdir. İddiaçı ona məxsus əşyaların Cavabdeh1 tərəfindən aparıldığını qeyd edir. Lakin tələbini iddia ərizəsində hansı əsasla Cavabdeh2 yönəldilməsi qeyd etməmişdir. Tələb ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 yönəldilsə də, formal olaraq iddia ərizəsində ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh2 cavabdeh qismində göstərməklə, hazırki iddainı ərazi aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə vermişdir. Hesab edirəm ki, bu halda hazırki iddiaya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eləcə də iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşya tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar