Məhkəmə qərarları › İş №2(005)-2807/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2807/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2807/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “borcun, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “borcun, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 icarə razılaşmasına əsasən iddiaçı şəxsə borclu qaldıqları 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, cavabdeh şəxslərin dörd ay müddətində ona məxsus dəzgahı özlərində saxlamaqla və onu aldadaraq işgüzar nüfuzuna xələl yetirdiyindən ondan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi və 1.000 (bir min) manat məbləğində mənəvi ziyanın, eləcə də məhkəmə rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, dəzgahın onlarda olduğu müddətdə 600 (altı yüz) manat qiyməti olan suqovucu motorun, 300 (üç yüz) manat qiyməti olan dəzgahın yan listi və 300 (üç yüz) manat qiyməti olan müxtəlif ölçülü deşicilərin naturada, bu mümkün omadıqda isə onların dəyəri olan 1.200 (bir min iki yüz) manat məbləğində ziyanın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Bakı şəhərində qeyd edilən ünvanda yaşayır. 2019-cu ildə o şəxsi istifadə üçün Bakı şəhərindən “CNC” markalı dülgər dəzgahını 15.000 (on beş min) manata qiymətə almışdır. Həmin dəzgahdan istifadə edə bilmədiyindən, onu bu dəzgahdan istifadə etməyi bacaran ustalara icarəyə verməyə qərar verdi. Beləliklə də, xx xxxxxxx 2019-cu ildə Bakı şəhərində yaşayan Cavabdeh və X6 həmin dəzgahı istifadə üçün ondan istədilər və ilkin olaraq razılaşdılar ki, həmin dəzgahın aylıq icarə haqq 700 (yeddi yüz) manat məbləğində olmalıdır. Onlar hər iki tərəf bununla şifahi olaraq razılaşaraq öz razılıqlarını bildirdilər. 2019-cu ilin oktyabr ayında ilkin olaraq X6 ona 700 (yeddi yüz) manat məbləğində icarə haqqı verərək, sonrakı ayların icarə haqlarını Cavabdeh ödəyəcəkdir. Cavabdeh 2019-cu ilin noyabr ayı üçün olan icarə haqqından 450 (dörd yüz əlli) manat hissəsini ödəmiş və iddiaçı şəxsdən xahiş etmişdir ki, pulun qalan hissəsini sonra verəcəkdir. Lakin Cavabdeh bundan sonra icarə pullarını ödəməkdən qəsdən boyun qaçıraraq gizlənmiş və hətta dəzgahı başqa şəxslərə gizli yolla sataraq qaytarmaqdan imtina etmişdir. Ona məlum olmuşdur ki, Cavabdeh və X6 ondan həmin dəzgahı götürəndən sonra 26 zavodunda yerləşən işlədikləri mebel sexinə apararaq orada quraşdırmış və istifadə etmişlər. Hər iki şəxsin işlərinə rəhbərlik edən Tural Məlikov adlı şəxs həmin dəzgahı qanunsuz olaraq zəbt etmiş və müxtəlif obyektlərdə satışa çıxarmış və nəticədə dəzgah yararsız vəziyyətə düşmüşdür. O, dəzgahın Cavabdeh alınaraq ona qaytarılması üçün 2020-ci ilin may ayında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət vermişdir. Onun şikayəti əsasında araşdırma aparılmış və dəzgah ona qaytarıldığından o şikayətindən imina etmişdir, lakin icarə haqqının qalan hissəsini və ona vurulmuş maddi ziyanı tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Elşən Rəsulov tərəfindən xx xxx 2020-ci il tarixli qərarına əsasən faktla bağlı “cinayət işinin başlanmasının rədd olunmasıı haqqında” qərar çıxarılmış və ona bildirilmişdir ki, göstərilən tələblərlə bağlı məhkəmədə iddia qaldıra bilər. Həmin qərardan aydın görünür ki, həm cavabdeh, həm də üçüncü şəxs bu faktları tam etiraf etmişlər. Qərarda hər iki şəxsin qeydiyyat ünvanları və yaşayış yerləri aydın göstərilmişdir. Həmin material Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən tələb olunaraq baxılsa bunlar öz təsdiqini tapar. Eyni zamanda, razılaşmaya əsasən Cavabdeh və onun dostu X6 həmin dəzgahı 3 (üç) ay müddətinə ondan icarəyə götürmüşdülər və hər ay ona 700 (yeddi yüz) manat məbləğində icarə haqqı verməli, dəzgahı saz vəziyyətdə ona qaytarmalı və ya ondan həmin dəzgahı pul ilə satın almalı idilər. Lakin həmin icarə haqqından cəmi bir dəfə X6 700 (yeddi yüz) manat məbləğində vermiş, bir dəfə isə Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul vermişdir. Beləliklə də, Cavabdeh ona icarə haqqı olaraq 950 (doqquz yüz əlli) manat məbləğində pul borclu qalmışdır. Bundan əlavə, dəzgahı ona qaytaran zaman onun suqovucu motorunu açaraq götürülməsini, dəzgahın yan listini xarab etmələrini və müxtəlif ölçülü deşici alətləri götürməklə mənimsədiklərini görmüşdür. Suqovucu motorun qiyməti 900 (doqquz yüz) manat məbləğindədir, yan listinin və deşici alətlərin qiyməti isə 300 (üç yüz) manat təşkil edir. Beləliklə də, ona 1.200 (bir min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin may ayına kimi həmin dəzgahı ona verməyərək xeyli məbləğdə maddi, yəni 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində ziyan və 1.000 (bir min) manat məbləğində mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdeh dörd aydan artıq müddətdə onu aldatmaqla onun işgüzar nüfuzuna həm maddi, həm də mənəvi olmaqla xeyli ziyan vurmuşdur. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, X3 mülki iş üzrə cavabdeh qismində cəlb edilərək, cavabdehlər Cavabdeh və X2 icarə razılaşmasına əsasən iddiaçı şəxsə borclu qaldıqları 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, cavabdeh şəxslərin dörd ay müddətində ona məxsus dəzgahı özlərində saxlamaqla və onu aldadaraq işgüzar nüfuzuna xələl yetirdiyindən ondan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi və 1.000 (bir min) manat məbləğində mənəvi ziyanın, eləcə də məhkəmə rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, dəzgahın onlarda olduğu müddətdə 600 (altı yüz) manat qiyməti olan suqovucu motorun, 300 (üç yüz) manat qiyməti olan dəzgahın yan listi və 300 (üç yüz) manat qiyməti olan müxtəlif ölçülü deşicilərin naturada, bu mümkün omadıqda isə onların dəyəri olan 1.200 (bir min iki yüz) manat məbləğində ziyanın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, müvafiq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, İddiaçı 950 (doqquz yüz əlli) manat məbləğində borclu olduğunu qəbul etdiyini, iddia tələbini qalan hissədə qəbul etmədiyini bildirərək, etiraf etdiyi məbləğin hissə-hissə ödənilməsi barədə müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək, 2019-cu ilin oktyabr ayında ilkin olaraq iddiaçı şəxsə 700 (yeddi yüz) manat məbləğində icarə haqqı verərək, sonrakı ayların icarə haqlarını isə Cavabdeh ödəyəcəyindən, eyni zamanda cari ilin yanvar ayından artıq işləməyəcəyini bildirdiyindən iddia tələbinin ona aid hissəsini qəbul etməyərək, iddia ərizəsinin onunla bağlı hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Elşən Rəsulovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə icarəyə verdiyi “CNC” markalı dülgər dəzgahının Cavabdeh və X6 adlı şəxslər tərəfindən geri qaytarılmaması barədə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə İddiaçı yaranmış mübahisənin həll edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli 24724 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə müvafiq iddia tələbi qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2019-cu lin sentyabr ayının sonlarında mebel ustası olan Əhməd tanışı olan İddiaçı oyma işi görən “CNC” markalı dülgər dəzgahının satıldığını və həmin dəzgah vasitəsi ilə rahat qazanc əldə edilə biləcəyini bildirmişdir. İddiaçı gəlir əldə etmək niyyəti ilə həmin dəzgahla maraqlanmış və beləliklə dəzgahın sahibi olan Toğrul adlı şəxslə razılaşaraq həmin dəzgahı 15.000 (on beş min) manat qiymətə satın almışdır. 2019-cu ilin oktyabr ayının əvvəlində İddiaçı bibisi oğlu Fəzail Gülalıyev ona qonşusu olan dülgər sexində usta isləyən X3 onun aldığı dəzgahla maraqlandığını bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı, X6 və onun işlədiyi sexin rəisi Cavabdeh Babək prospektində görüşərək, öz aralarında razılığa gəlmişdilər. Belə ki, həmin razılığa əsasən, X6 və Cavabdeh dəzgahı üç aylıq müddətə ayda 700 (yeddi yüz) manat olmaqla icarəyə götürəcəklərini və 2020-ci ilin yanvar ayının əvvəlində 15.000 (on beş) manat qiymətə həmin dəzgahı satın alacaqlarına söz vermişdilər. Əldə edilən razılıqdan sonra xx xxxxxxx 2019-cu il tarixdə X6 və Cavabdeh İddiaçı dəzgahı təhvil almışlar və işlədikləri mebel sexində quraşdırmışdılar. 2019-cu ilin noyabr ayının əvvəlində X1 Ramil Səməd oğlu ilə görüşərək ilk ayın icarə pulunu vermiş və işdən çıxdığını, növbəti ayların icarə haqqını isə Cavabdeh tərəfindən ödəniləcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Cavabdeh dəzgahın noyabr ayı üçün icarə haqqının yalnız 450 (dörd yüz əlli) manat olan hissəsini verərək bir az gözləməsini xahiş etmişdir. İddiaçı Cavabdeh vədinə inanaraq 2019-cu ilin dekabr ayının sonlarınadək gözləmiş, 2020-ci ilin yanvar ayının ortalarında bibisi oğlu Fəzailə zəng edərək məsələ barədə ona danışmışdır. Bundan sonra Fəzail dəzgahın olduğu sexin sahibi X14 ilə əlaqə saxlamış və danışıq zamanı X7 Vüsal Abbas oğluna pul verərək dəzgahı aldığını və bu səbəbdən dəzgahı verməyəcəyini bildirmişdir. İddiaçı sözü gedən məsələ ilə bağlı tərəflər arasında heç bir yazılı sənəd və ya müqavilə olmamışdır. Bütün məsələlər şifahi razılıq əsasında olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul edərək, İddiaçı 950 (doqquz yüz əlli) manat məbləğində borclu olduğunu etiraf etmişdir. Cavabdeh X6 isə 2019-cu ilin noyabr ayının əvvəlində İddiaçı ilk ayın icarə pulunu vermiş və işdən çıxdığını, növbəti ayların icarə haqqını isə Cavabdeh tərəfindən ödəniləcəyini bildirmişdir. Buna görə də qeyd edilən pul öhdəliklərini Cavabdeh öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi pul tələbi hissəsində qismən təmin edilməli, məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapmış 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaiti (dekabr ayının qalıq 250 (iki yüz əlli) manat məbləğində hissəsi və yanvar ayının aylıq 700 (yeddi yüz) manat məbləğində icarə haqqı) məhz Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi həmin hissədə digər cavabdeh olan X4 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin “cavabdeh şəxslərin dörd ay müddətində ona məxsus dəzgahı özlərində saxlamaqla və onu aldadaraq işgüzar nüfuzuna xələl yetirdiyindən onlardan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyanın alınaraq ona verilməsi, dəzgahın onlarda olduğu müddətdə 600 (altı yüz) manat qiyməti olan suqovucu motorun, 300 (üç yüz) manat qiyməti olan dəzgahın yan listi və 300 (üç yüz) manat qiyməti olan müxtəlif ölçülü deşicilərin naturada, bu mümkün omadıqda isə onların dəyəri olan 1.200 (bir min iki yüz) manat məbləğində ziyanın alınaraq ona qaytarılması” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, müvafiq tələblər iddiaçı şəxs tərəfindən sübuta yetirilmədiyindən və həmin tələblərin təmin edilməsi üçün heç bir hüquqi əsas olmadığından iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin “cavabdeh şəxslərin dörd ay müddətində ona məxsus dəzgahı özlərində saxlamaqla və onu aldadaraq işgüzar nüfuzuna xələl yetirdiyindən onlardan 1.000 (bir min) manat məbləğində mənəvi ziyanın alınaraq ona verilməsi” hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X13 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh və X3 təqsirli hərəkətlərinin təsirindən onun mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxslərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia tələbinin ödənilməmiş pul vəsaitinin Cavabdeh münasibətdə tutulması tam əsaslıdır, iddiaçı müvafiq iddia tələbini əsaslı edən sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh oğlundan 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar