Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-283/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baki şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 68 mənzil 12-də yaşayan Cavabdeh mənim xeyrimə olaraq mənzilin təmiri üçün dəymiş maddi ziyana görə 5 000 (beş min) manat, mənəvi ziyana görə 5 000 (beş min) manat, cəmi 10 000 (on min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, yuxarıda qeyd olunan ünvanda- ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun mənzilinin üst mərtəbəsinin 4-cü mərtəbəsində yaşayır. 05 avqust 2020-ci il tarixində cavabdeh onun mənzilinə 4 saat ərzində su axıtmışdır. Həmin müddətdə cavabdeh evdə olmadığından o, poliə də müraciət etdi və polis suyun axmasını videosunu da çəkmişdir. Bu axıntı nəticəsində onun mənzilinin qonaq otağı yararsız vəziyyətə düşmüş, elektrik naqilləri sıradan çıxmışdır, servantı yararsız hala düşmüşdür, 3 ədəd xalçası və yumşaq mebeli natəmiz vəziyyətə düşmüşdür. Onun hesablamasına görə ona 5 000 manat (beş min) maddi ziyan dəymişdir. Mənzilin təmirə ehtiyacı vardır. Qeyd etmək istəyir ki, onun mənzili təmir olunmuşdu və cavabdeh tərəfindən axıdılan su onun əsasən zalımı yararsız hala salmışdır. Cavabdehin qanunsuz və etinasız hərəkətləri nəticəsində həm özünə həm də ailə üzvlərinə mənəvi ziyan vurulmuşdur və onlar mənəvi iztirablar çəkmişlər. Cavabdehin bu hərəkəti nəticəsində əsəbləri pozulmuş, mənəvi sarsıntılar keçirmiş, və ona həm maddi həmi də mənəvi ziyan dəymişdir. Cavabdehin məsuliyyətsiz hərəkətli nəticəsində keçirdiyi mənəvi sarsıntının dəyərini pulla qiymətləndirmək olmaz, lakin onun tərəfindən suyun axıdılması nəticəsində mənəvi cəhətdən ona dəymiş mənəvi ziyanın məbləği 5 000 (beş min) manat məbləğində qiymətləndirir. Mənzilin üst mərtəbədə olan mənzildə yaşayan cavabdeh tərəfindən suyun axıdılması ilə əlaqədar olaraq 116 saylı MKİS-ə müraciət etmisəm. MKİS-in işçiləri tərəfindən mənzilə baxış keçirilmiş və müvafiq Akt tərtib edilmişdir. Aktdan da məlum olur ki, həqiqətən də üst mərtəbədə olan 12 saylı mənzildən suyun axıdılması nəticəsində mənzilə xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh könüllü olaraq ona vurduğu maddi və mənəvi ziyanı ödəməkdən imtina edir. Ona görə də məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdi. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departmamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 116 saylı Mənzil-Kommunal İstisamar sahəsinin 517 saylı, 15.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov, Ağa Neymətulla prospekti, 68 saylı, 12 saylı mənzilində yaşayır və mənzil şəxsi mülküdür. İş materiallarında olan 14.08.2020-ci il tarixli aktdan görünür ki, 116 saylı MKİS-in rəisi M.Əsədova, mühəndis A.Şalmanov, sahə nəzarətçisi N.İsmayılzadə bu aktı ona görə tərtib etmişlər ki, A.Neymətulla 68 saylı binanın 3-cü mənzilindən olunmuş şikayətə əsasən həmin ünvanda oldular. Mənzil yuxarı mərtəbədə yerləşən 12 saylı mənzildə yaşayanlar tərəfindən suya basılmışdır. (12-ci mənzilin sahibi Cavabdeh). Su axması nəticəsində 3 saylı mənzilin zal otağının tavanında çatlar və qara ləkələr əmələ gəlmişdir. Mənzilin təmirə ehtiyac vardır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 146941 nömrəli qeydiyyat vəsaqəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 68 saylı evin , 45,87 yaşayış sahəsindən ibarət 3 otağlı 3 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət ki mi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1262 saylı reyestr kitabında 189583 səhifə qeydə alma 30/189583 nömrəsi ilə, 11.03.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli, 10/27487 №-li ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 68 saylı yaşayış binasının 3 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 116 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 14.08.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 68 saylı yaşayış binasının 3 saylı mənzilinə yuxarı mərtəbədəki 12 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 68 saylı yaşayış binasının 3 saylı mənzilinin tikililərində qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1242,0 manat məbləğində müəyyən edilir.. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 68 saylı yaşayış binasının 3 saylı mənzilə, üst mərtəbədə yerləşən 12 saylı mənzildən su sızması nəticəsində həmin mənzilə zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert tərəfindən 1242 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1242 manat müəyyən edildiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1242 manat İddiaçı xeyirinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 68 saylı yaşayış binasının 3 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1242 (bir min iki yüz qırx iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-283/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-283/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver