Məhkəmə qərarları › İş №2(005)-2859/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2859/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2859/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X1, Qarşılıqlı iddia üzrə iddiaçı- ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi Həşimov Əbir yadulla oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin əvəzinə 20% əlavə sahə ilə birlikdə yeni qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması və kirayə haqqının ödənilməsi tələbi”nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri” Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dövlət reyesterindən çıxarışın və əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin yerinə yetirilərək, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməmiş hissəsinin ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 6 (altı) ay üçün ümumi məbləği 1200 (bir min iki yüz) manat təşkil edən kirayə haqqı məbləğinin Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarışın etirbarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin İddiaçı adına verilimiş, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışın və Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin (sökülərək yerində yeni bina inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binanın zirzəmisində yerləşən, mülkiyyətdə olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, aylıq kirayə haqqı 200 manat olmaqla, 46,4 kv.m.sahəsi olan qeyri-yaşayış sahəsini olan qeyri-yaşayış sahəsini verilməsi barədə) etibarsız hesab edilməsi, dövlət rüsumu 10 manat pulun İddiaçı alınaraq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə 52,32 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 9 (doqquz) ay üçün ümumi məbləği 1800 (bir min səkkiz yüz) manat təşkil edən kirayə haqqı məbləğinin Cavabdehndən alnaraq İddiaçı verilməsi və vurulmuş mənəvi zərərin əvəzinin təşkil edən 10.000 (on min) manat məbləğində vəsaitinin Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Həmin Qərarın icrası çərçivəsində, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli bina sökülərək, yerində yeni bina tikilmişdir. Bununla bağlı Cavabdeh MTK ilə X2 arasında xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən, Cavabdeh M'İ'K, iddiaçının ailəsinin yaşadığı bina sökülərək yerində yeni bina inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada ailəyə məxsus olan mənzilin əvəzinə, həmin binanın yerində inşa edilmiş yeni binada 21 saylı, mənzili iddiaçının ailəsinə verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı, yəni İddiaçı ilə bağlanmış xx xxx 2019- cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən sökülərək yerində yeni bina inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binanın zirzəmisində yerləşən, iddiaçının mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, aylıq kirayə haqqı 200 manat olmaqla, 46,4 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçının ailəsinin yaşadığı, indi sökülmüş binada yerləşən mənzil birinci mərtəbədə yerləşdiyi üçün həmin mənzilin qarşısında istifadədə olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 ədəd hündürlüyü 5 metrdən çox olan müxtəlif meyvə ağaclarına və 5-6 ədəd kiçik meyvə ağaclarına görə MTK-dan heç bir pul alınmamış, onlara güzəşt edilmişdir. MTK rəhbərliyi iddiaçıya söz vermişdir ki, qeyriyaşayış sahəsinin əvvəlki təchizatla, küçəyə çıxışı və pəncərəsi olmaqla, həmçinin sahəsinə əlavə olaraq 20% sahə də verəcəklər. Mənzilə dair bağlanmış müqavilə üzrə öhdəliklərinin icrasında ciddi problem olmasa da, Cavabdeh MTK qeyri-yaşayış sahəsinə dair bağlanmış xx xxx 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrasını həyata keçirmir. Belə ki, iddiaçıya qeyri-yaşayış sahəsinin əvvəlki təchizatla, küçəyə çıxışı və pəncərəsi olmaqla, həmçinin sahəsinə əlavə olaraq 20% sahə də söz verilsə də və yeni inşa edilmiş binanın altında yerləşən yer göstərilsə də, MTK-nın bəzi işçiləri iddiaçının mülkiyyətində olmuş və sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə binanın altında, iki mərtəbə aşağıda (yəni, lifilə düşdükdə-2 mərtəbəsi) qaraj sahəsini iddiaçıya göstəriblər. Nəzərə alınmalıdır ki, iddiaçıya aid yer daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən həmin qeyri-yaşayış sahəsi binanın 1-ci blokunun girişində, yerdən cəmi 35 sm aşağıda (yəni, qeyri-yaşayış sahəsinə girmək üçün cəmi bir pillə aşağı düşmək lazım idi) yerləşirdi, qeyri-yaşayış sahəsi əsas küçəyə pəncərələri olan, elektrik enerjisi və istilik sistemi ilə təchiz edilmiş hazır obyekt idi. İakin, göstərilən yer binanın altında, iki mərtəbə aşağıda (yəni, liftlə düşdükdə-2 mərtəbəsi) yerləşir. Bundan əlavə, artıq 6 (altı) aydır ki, qeyri-yaşayış sahəsinə görə ödənilməli olan 200 (iki yüz) manat kirayə haqqı da iddiaçıya ödənilmir ki, buna görə də Cavabdeh MTK-nın iddiaçıya 1200 (bir min iki yüz) manat məbləğində borcu yaranmışdır. İddiaçı, xx xxxx 2020-ci il tarixdə, Cavabdeh MTK tərəfindən təklif olunan yeni tikilmiş binadakı qeyri-yaşayış sahəsinin yerləşmə nöqtələri (oxlar göstərilməklə) barədə məlumat verilməsini və həmin sahənin iddiaçıya göstərilməsini tələb etsə də iddiaçının məktubuna hələ də heç bir cavab verilməmişdir. Həmçinin, xx xxxx 2020-ci il tarixdə Nərimanov rayon icra Hakimiyyəti başçısına MTK-nın qanunsuzluqları barədə müraciət edilsə də iddiaçının müraciətinə hələ də heç bir reaksiya verilməmişdir. Halbuki, Sərəncamın icrasına nəzarəti Nərimanov rayon İcra Hakimiyyəti həyata keçirir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 45,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 6 (altı) ay uçün ümumi məbləği 1200 (bir min iki yüz) manat təşkil edən kirayə haqqı məbləğinin Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxx 2019- cu il tarixli əvəzləşdirmə müqaviləsində sökülərək yerində yeni bina inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binanın zirzəmisində yerləşən, qarşılıqlı iddiaçının mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada» qeyri-yaşayış sənədi ilə, aylıq kirayə haqqı 200 manat olmaqla, 46,4 kv.m. sahəsi (olan qeyri- yaşayış sahəsini ona verməyi öhdəsinə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam (etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfırldən təsdiq olunmuş xx xxxxxx 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasnda xx.xx.2017 ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “MTK” ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməsini öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh MTK tərəfindən xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə məktublar ünvanlanmış, ünvan 1 ünvanında yerləşən binanın qəzlı vəziyyətdə olması, sökülərək yerində yeni binanın tikilməsi barədə müqavilənin bağlandığı bildirilmiş və yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binasında olan mənzil və qeyri yaşayış sahələrinin alqı satqısının, digər hüquqlarının məhdudlaşdırılması xahiş edilmişdir. Cavabdehin təqdim etdiyi çıxarışdan görünmüşdür ki, xx.xx.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli qeyri yaşayış sahəsinə dair çıxarış verilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 42/9 nömrəli binanın yerində Cavabdeh MTKya yaşayış binasının tikitisinə icazə verilməsinə dair sərancamdan sonra cavabdehə həmin zirzəmini onun müliyyətində olmasına dair çıxarış xx.xx.2017 ci il tarixdən binada mülkiyyətləri olan mülkiyyətçilərə binanın qəzalı vəziyyətdə olması və sökülərək yerində müasir tələblərə cavab verən binanın tikilməsi və tikiləcək binada mülkiyyətçilərə, o, cümlədən cavabdehə veriləcək evlərin və qeyri yaşayış sahələrinin sənədlərinin təqdim edilməsi və əvəzləşdirmə müqavilələrinin (şərtlərinin müzakirə edilməsi barədə bildirişlər verilmişdir. Cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, 45,6 kv.m, sahəsi olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir. xx xxx 2019-cu il tarixli tarixdə cavabdeh 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair çıxarış təqdim etmiş, MTK digər mülkiyyətçilərinin hüquqlarının pozulmaması, onlarla bağlanmış əvəzləşdirmə müqavilələrinin vaxtında yerinə yetirilməsi üçün məcburiyyət qarşısında qalacaq onunla əvəzləşdirmə müqaviləsi bağlamış çıxarışda göstərilən sahənin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi İlə, aylıq kirayə haqqı 1200 manat olmaqla, 46.4 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə İddiaçı qarşılqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən sökülərək yerində yeni bina inşa edilməsi nəzərdə tutulan binanın mülkiyyətçilərinə binanın qəzalı vəziyyətdə olması və binanın söküləcəyi ilə bağlı bildirişlər verilmişdir. İlkin iddia üzrə iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh MTK tərəfindən ona hər hansı bildiriş verilməmişdir və bildirişin göndərilib-göndərilməməsi heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçı əri Əsəd Muradov onların yaşadıqları mənzillə bağlı əvəzləşdirmə müqaviləsi imzalandıqdan sonra mənzilin söküntüsünün başlanması ilə əlaqədar mənzilin boşaldılması barədə bildiriş verilmişdir. İddiaçı isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılması barədə ümumiyyətlə heç bir bildiriş verilməmişdir. İddiaçı binanın sökülərək yerində yeni inşa ediləcəyindən yalnız müqavilənin imzlanması üçün çağırıldıqda xəbər tutmuş və xx xxx 2019-cu il tarixdə onunla Cavabdeh MTK arasında əvəzləşdirmə müqaviləsi imzalanmışdır. Əvəzləşdirmə müqaviləsi imzalanarkən iddiaçı onun adına verilmiş daşınmaz əmlakın dövlət reyesterindən çıxarışı MTK-ya təqdim etmişdir. Həmin vaxt, MTK iddiaçının adına olan çıxarışa dair hər hansı pretenziya irəli sürməmiş və həmin sənədi iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edərək, onunla müqavilə imzalamışdır. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Cavabdeh MTK-nın məktubu əsasında iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina etmək üçün səlahiyyəti olmamışdır. Müqavilənin məcburiyyət qarşısında qalaraq bağlanılması əsassızdır, çünki iddiaçının müraciətinə verilmiş xx xxxx 2020-ci il tarixli cavab məktubunda da MTK qeyri-yaşayış sahəsini təhvil verəcəyini təsdiqləmişdir. Yəni müqavilə imzalandıqdan təxminən 1 ildən çox müddət keçdikdən sonra da MTK, özünün iddiaçı qarşısında imzalanmış xx xxx 2019cu il tarixli müavilənin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Belə ki, Cavabdeh MTK ən geci xx xxx 2019-cu il tarixdə, yəni müqavilə imzalanan zaman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən qeyriyaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə çıxarışdan xəbərdar olmuşdur. Çünki həmin çıxarış müqavilə imzalanan zaman iddiaçı tərəfindən onlara təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili X3 izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi Həşimov Əbir yadulla oğlu qarşılıqlı iddia ərizəsinin təmin edilməsini ilkin iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev.42/9, mənzil 1 də qeydiyyatdadır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK ilə ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməklə söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan 43,6 m2 zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənədi ilə aylıq kirayə haqqı 200 azn olmaqla, 46.4 m2 qeyriyaşayış sahəsinin “mülkiyyətiçi” yə verməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanladığı müraciətdən görünür ki, Bakı şəhəri, Nərimanov Rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binanın zirzəmisində yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binanın zirzəmisində, qeyri-yaşayış sənədi ilə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birilikdə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli 52/08 nömrəli ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsünü nəzərdə tutulmuş binada iddiaçıya məxsus olan 43,6 m2 zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə 46,4 m2 qeyri-yaşayış sahəsini qarşı tərəfin öhdəsinə verməyi Cavabdeh MTK öhdəsinə götürmüşdür. İddiaçı məxsus qeyriyaşayış sahəsi binanın zirzəmisində yerləşmişdir. Daşınmaz əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi Texniki Pasportdan görünür ki, İddiaçı aid Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə 42/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, həmin binanın zirzəmisində yerləşir. Yeni tikilimiş binanın zirzəmisindən 46,4 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin verilməsi təklif olunmuşdur. Ümumi istifadədə olan zirzəminin özəlləşdirmə sənədinə özəlləşdirmə prosesi, binanın sökülməsinə qərar verildikdən sonra həyata keçirilmişdir. Həmin binanın zirzəmisində 46,4 m2 sahənin verilməsini təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK tərəfindən təklif olunan yeni tikilmiş binadakı qeyri-yaşayış sahəsinin yerləşmə nöqtələri (oxlar göstərilməklə) barədə məlumat verilməsi və həmin sahənin iddiaçıya göstərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir . İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinə iddiaçı tərəfindən ünvanlanmış müraciətdən görünür ki, yeni binanın tikintisinə verilmiş sərəncamın icrasına nəzarət qaydasında Cavabdeh MTK-nın hansı səbəbdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetrilməməsinin araşdırlması barədə göstəriş verilməsini və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9-da tikilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə, cəmi 52,3 kv.m.qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı qeyriyaşayış sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrlə qeydiyyata alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Cavabdeh xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına almışdır. İş materiallarında olan bildirşdən görünür ki, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən istismar müddətini keçmiş yaşayış binası sökülmüş və bu sahədə yeni yaşayış binası tikilir. İddiaçıya məxsus olan mənzilin əvəzinə, güzəştli şərtlərlər müassir tələblərə cavab verən, qanunda nəzərdə tutulmuş qaydada daha geniş mənzilin verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən inşa edilmiş binada A blokunda 77.1 kv.m sahəsi olan təmirli mənzil verilmişdir. Həmin mənzil xx xxx 2020-ci ildə təmirli vəziyyətdə təhvil veriləcəkdir. Həmin müddətdən verilən kirayə haqlarının dayandırlacağını və xx xxx 2020-ci il tarixdə ofisə yaxınalaşaraq mənzilin açarlarının götürülməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” tərəfindən elmi-texniki və layihə-smeta məhsulunun təhvil-təslim aktının surətindən görünür ki, xx xxx 2017-ci il tarixli 5518 nömrəli müqavilyə əsasən akt tərtib edilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 143 nömrəli sərəncamına əsasən Ə.Dəmirçizadə, Ə.Əlizadə və Ə.Ağaoğlu küçələrinin kəsişməsində 0,68 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının lahiyələndirilməsi Cavabdeh MTK ya icazə verilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 495 nömrəli sərəncamına əsasən Ə.Dəmirçizadə, Ə.Əlizadə və Ə.Ağaoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə Cavabdeh MTK ya icazə verilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 119 nömrəli sərəncamına əsasən Ə.Əlizadə küçəsi 42/9 ünvanda yerləşən yaşayış binasının söküntüsü üçün Cavabdeh MTK ya icazə verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli məhkəmə sorğusundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq mülki işlə əlaqədar İddiaçı ünvan 5 ünvanında yerləşən əmlaka dair **********70-05101-083014 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini təxirə salınmadan məhkəməyə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, iş üzrə tərəflər məhkəmədə iddia qaldırılması üçün 30 manat 40 qəpik və 10 manat 40 qəpik məbləğində dövlət rüsumları ödəmişlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında müyyən edilmiş hallardan göründüyü kimi “Cavabdeh ” MTK ilə İddiaçı arasında xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək sökünstüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan 43,6 m2 zirəzimdə yerləşən qeyiyaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənəd ilə, aylıq kirayə haqqı 200 azn olmaqla, 46,4 m2 qeyri-yaşayış sahəsinin “mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüşdür. Tərəflər bu barədə razılığa gələrək müqavilə imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılğın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb elmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilkin iddia tələbinin əsaslılığı ilə bağlı gəldiyi nəticəni ilkin iddia tələbi üzrə, cavabdehin verdiyi qarşılıqlı iddianın əsasları və konteksində araşdıraraq belə qənaətə gəlir ki, göstərilən faktlar əsassızdır və ilkin iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarına əsasən məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Məhkəmə ilkin iddia tələbində iddiaçının Cavabdeh MTK tərəfindən ona 20 % sahə ilə birlikdə 52,32 kv.m sahənin verilməsinə münasibətdə qeyd edir ki, xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK ilə ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməklə söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan 43,6 m2 zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənədi ilə aylıq kirayə haqqı 200 azn olmaqla, 46.4 m2 qeyri-yaşayış sahəsinin “mülkiyyətiçi” yə verməyi öhdəsinə götürmüş və barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsində 46.4 m2 qeyri-yaşayış sahəsinin verilməsilə bağlı tərəflərin razılığının mövcudluğu iddiaçının ona daha artıq sahənin verilməsinə dair iddiasının əsaslılığını istisna edir. İlkin iddia tələbinin xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən 1800 manatın tələb edilməsinə mnünasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin yerinə yetirilməsi və aylıq kirayə haqqı olan 200 AZN məbləğin köçürülmə yolu ilə həyata keçirilməsinə dair tərəflər razılıq əldə etmişlər. Tərəflər rasında olan razılaşmaya əsasən aylıq həmin pulun köçürülməsi “xxxx” ASC vasitəsilə yerinə yetirilməli idi. By hal tərəflər arasında mübahisələndirilməmişdir. İddiaçı təqdim etdiyi iş materiallarına əlavə edilmiş çıxarışla müəyyən edilmişdir ki, aylıq məbləğlərin cəmi olaraq 1600 manat Cavabdeh MTK tərəfindən İddiaçı bank hesabına köçürülməmişdir. Odur ki, 1600 manat məbləğində pul Cavabdeh MTK tərəfindən İddiaçı xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbilə bağlı məhkəmə qeyd edir ki, xx xxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə görə tərəflər razılığa gəlmişlər. Həmin əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də qarşılıqlı iddiaçı bu müqavilənin bağlanması zamanı etibarsızlığa qanunvericilikdə nəzərdə tutulmuş əsasların olması ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi Cavabdeh MTK-dan pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə dövlət reyesterindən çıxarışın və əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, dövlət rüsumuna dair tələb olmadığından tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MTK-dan 1600 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılqlı iddia üzrə iddiaçı “Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri” Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dövlət reyesterindən çıxarışın və əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar