Məhkəmə qərarları › İş №2(005)-2867/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2867/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2867/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və “X23” Klinikasına qarşı (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və “X23” Klinikasına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1100 manat pulun, 500 manat əlavə xərclərin və 5000 manat mənəvi zərərin əvəzinin Cavabdeh alınaraq öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 ağır şəkər xəstəsi olduğundan ayaq barmağında qaralmalar olduğu üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şəms’' Klinikasında Cavabdeh müraciət etmişlər. E.X4 müayinə etmiş və ona 11 günlük müalicə yazmışdı. Cavabdeh etdiyi iynənin dəyəri olan bir ədədini 100 manat olmaqla, 1100 manat pulu əlbəəl vermişdir. Həyat yoldaşı İsrafılova Surayanın müalicəsini aparmış, lakin müalicə heç bir nəticə verməmişdi. Bu səbəbdən onu Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışdır. Orada bir gün qaldıqdan sonra İsrafılova Surayanın ayağı pəncə hissəsindən amputasiya edildi. Lakin damarlarda “Tromblaşma” olduğu üçün ayaqda qaralma davam etmiş, buna görə də həyat yoldaşını Topçubaşov adına X12 aparmışdır. X10 ayağı yenidən müayinə edilmiş, diz nahiyəsindən amputasiya edilmiş və bundan sonra ayaqda olan qaralma tam olaraq dayanmışdı. Həkim Cavabdeh düzgün müalicə aparmadığına görə ondan şikayətçi olmuş və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin onun yazdığı dərman pereparatları üçün ödədiyi 1100 manat məbləğin geri qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi, X13 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 sentyabr 2024-cü il tarixli qərar qəbul etdi və mülki qaydada pul tələbi ilə məhkəməyə müraciət etməli olduğu bildirildi. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə etdiyi müraciətə də, eyni qaydada cavab verilərək məhkəməyə müraciət etməyi məsləhət bilindi. Yekun olaraq, qeyd etmək istəyir ki, Cavabdeh əməlləri nəticəsində əlavə dərmanlar almış, nəqliyyat xərcləri çəkmişdir. Həmin məbləğ də, 500 manat təşkil edir. Məhkəmə araşdırması zamanı “X23” Klinikası mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh həkim kimi savadlı həkim ola bilər, lakin insanlara qarşı pis rəftar edir. Bu insandan cavab almaq mümkün olmayan bir işdir. Növbə onlara çatanda mərhum Suraya İsrafilovanı oğlu və gəlininin iştirakı ilə stola qaldırıldı. Dırnağında qaralma var idi və həkim bildirdi ki, baş tərəfdə yerləşən aptekdən iynəni və mazı al gətir. Sonradan məlum oldu ki, həmin iynə Səhiyyə Nazirliyi tərəfindən ləğv edilmiş iynədir. Bir iynəni 100 manatdan damara vuracağınl bildirmişdir və 11 gün ərzində “Şəms” Klinikasına gələrək həmin aptekdən iynəni alıb cavabdeh tərəfindən 100 manat əlbəəl verərək vurdurmuşlar. Onunla müqavilə bağlamayıb və 11 gündən sonra bildirdi ki, müalicə bitdi. Mərhum yoldaşını evə gətirmiş, lakin ağrıları kəsməmişdir. Səhəri gün Topçubasov adına olan xəstəxanaya Vəli həkimin yanına aparmışdır. O, bildirdi ki, təcili olaraq Bakı Sağlamlıq Mərkəzinə anju elətdirin. Bundan sonra Bakı Sağlamlıq Mərkəzinə gəlmişlər və həkim bildirdi ki, mərhumun ürəyində problem var və anju elətdirmək olmaz. Bildirdi ki, palataya köçürün və 7-8 gün müalicə aldıqdan sonra anju olunar. 9 günə ayağı çürüdü və həyat yoldaşı onunla əlaqə saxlayaraq bildirdi ki, vəziyyəti ağırdır buradan çıxar. Elçin həkimin qəbuluna getmiş və xahiş etmişdir ki, həmin xəstəxanaya yaxınlaş. Bildirdi ki, iynə vurmuşam, lakin köməyi olmayıb. Cavabdeh imtina etdi və yoldaşını oradan çıxarıb Respublika Klinik Xəstəxanasına aparmışdır. Orada onun ayağını pəncəsindən kəsdilər, lakin ağrı yenə kəsmədi. Bundan sonra yenidən Topçubasov adına olan xəstəxanaya Vəli həkimin yanına aparmış və bu dəfə ayağını dizindən aşağı kəsdi. 15-20 gündən sonra ağrıları kəsmədi və yenidən kəsdilər. 5-6 ay sonra həyat yoldaşı vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özünün 44 illik iş stajı var. 20 il Moskva şəhərində işləmişdir və kifayət qədər təcrübəsi var. Mərhum 2022-ci ildə qəbulunda olub və ona müalicə yazmışdır. İki il ərzində ayağına görə müraciət etməyib. İki ildən sonra oğlu və gəlini ilə birgə gəlib. İddiaçı onunla heç bir danışıq aparmayıb və 5-6 gün ərzində iddiaçı yanına gəlməyib. Mərhumun müalicəsi lazımı qədəri ilə düzgün şəkildə aparılıb. Barəsində cinayət işi qaldırıb cinayətkar kimi qələmə vermək istəyib. Nəsimi rayon prokurorluğuna müraciət olunub və cinayət işi rədd olunması barədə qərar var. Bu işlə bağlı ekspertiza keçirilib və qoyulan diaqnozun və aparılan müalicənin düzgün olması qeyd olunub. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” phş tərəfindən iddiaçıya ünvanlanmış 18 aprel 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC - TEBRİZ MEHR KLİNİKASİ - BAKİ TEYRAN) məxsus özəl tibb müəssisələrində sizə göstərilmiş tibbi xidmətlə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı müraciətə aidiyyəti üzrə Səhiyyə Nazirliyinin X7 publik hüquqi şəxsində baxılmış, müraciətdə qeyd olunan faktların eyni zamanda mülki məsələ olduğunu, sağlamlığında yaranmış problemlərin məhkəmə - tibb ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyi və dəymiş ziyanın ödənilməsi məsələsinin Səhiyyə Nazirliyinin X7nin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, təsdiqedici sənədlərlə birlikdə məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” phş tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və iddiaçıya ünvanlanmış 01 may 2024cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2024-cü il tarixli 1-1- 18/2-1-1459-105/2024 nömrəli müşayiət məktubu ilə vətəndaş X9 Bakı Sağlamlıq Mərkəzininin həkim və tibb personallan haqqında şikayəti “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş, müraciətdə qeyd edilmiş məsələnin həllinin TƏBİB-in səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciət aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə birinci dərəcəli əlillik təyin olunmuşdur. - AZ-İİ seriyalı 481511 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. - Nəsimi rayon prokurorluğu köməkçi, kiçik ədliyyə müşaviri X6 cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən olunur ki, X14 tərəfindən onun həyat yoldaşı-israfilova Şuraya Həmzə qızının “Şəms” Klinikasının həkimi Cavabdeh tərəfindən düzgün müayinə və müalicə olunmadığı barədə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında araşdırılmanın aparılma aparılmış, aparılmış araşdırma zamanı müraciət müəllifi X9 izahatı alınmış, Tibb işçilərinin peşə fəaliyyətlərinin pozulmasına dair komisyon qaydada məhkəmə-tibb ekspertizası təyin edilərək MTE və PA X20 şəxsində ekspertizanın keçirilməsi təmin edilərək müvafiq rəy alınmış və zəruri sorğular verilərək cavabları toplanmış materiala əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X20 şəxsinin 791/KEŞ saylı xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1952-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, xx.xx.2024-cü il tarixində ona “Şəms” Tibbi Mərkəzində “Aşağı ətrafların obliterasiyaedici aterosklerozu. Şəkərli diabet İİ tip” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir, həmin diaqnoza uyğun olaraq xəstəyə müalicələr aparılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixində “Bakı Sağlamlıq Mərkəzi"ndə Şuraya İsrafilovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, aparılmış müvafiq müayinələrdən sonra ona “Ətraf arteriyalarının aterosklerozu. Sağ aşağı ətraf alt səthində irinli yara. Sol mədəcik çatışmazlığı, İİİ funksional sinif’ diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2024-cü il “Respublika Kliniki Xəstəxanası” PHŞ-da ona "Şəkərli diabet İİ tip. Sağ ayaq barmaqlarının qanqrenası. Pəncənin fleqmonası. intoksikasiya. Ürəyin işemik xəstəliyi. Sol mədəcik çatışmazlığı" diqanozu düzgün təyin edilmiş, həmin diaqnoza uyğun olaraq xəstənin üzərində “Sağ ayaq pəncəsinin orta hissəsindən keçən amputasiyası” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliy/atrdan sonrakı dövrdə müaclicələr aparılmış və xx.xx.2024 tarixində evə yazılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində S.lsrafilova “X17”nə “sağ ayağın güdülünün diabetik yaş qanqrenası. Şəkərli diabet, tip 2 ağır forma. Xroniki sol mədəcik çatıçmazlığl. Açağı ətrafın ateroskleroz" diaqnozu ilə xəstəxanaya daxil olmuş, xx.xx.2024-cü il tarixində üzərində “Sağ baldırın yuxarı 1/3-nin amputasiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2024-cü il tarixində yaranın birincili sağalması ilə kafi vəziyyətdə evə yazılmışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X20 şəxsinin yuxarıda adıçəkilən rəyində qeyd edilir ki, Suraya İsrafilovaya aparılmış müalicələr təyin olunmuş diaqnozlara uyğun olmuşdur. xx.xx.2024-cü il tarixli, 217c-24 nömrəli Toplu sənəd görünür ki, X9 həyat yoldaşı Şuraya İsrafılova ilə bağlı müraciət etdiyi tibb müəssisələrində ona təyin edilmiş diaqnozlar düzgün olmuş və onlara uyğun müalicələr aparılmışdır. Qeyd olunanlara əsasən, toplanmış 24-3-2-2/315-0374 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçının həyat yoldaşı, mərhum X3 xx.xx.2024-cü il tarixdə “Şəms” Tibbi Mərkəzində “Aşağı ətrafların obliterasiyaedici aterosklerozu. Şəkərli diabet İİ tip” diaqnozu qoyulmuş, müalicələr aparılmışdır. Hazırda iddiaçı sözügedən müalicələrin uğursuz keçdiyini bildirərək, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: -59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: - 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. - 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır:

1. zərərin mövcud olması;

2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması;

3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı AR Mülki Məcəlləsinin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, müalicənin cavabdeh həkim və ya klinika tərəfindən tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verildiyi və səhhətində yaranmış problemlərin həkimin və ya klinikanın təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı hazırki mübahisə ilə bağlı ilkin olaraq Nəsimi rayon prokurorluğuna müraciət etmişdir. Araşdırma zamanı komisyon qaydada məhkəmə-tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsinin rəyi alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 791/KEŞ saylı rəyindən görünür ki, Milli Onkologiya Mərkəzində Suraya İsrafilovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Mədənin kiçik əyriliyinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi cT3N2Ml mərhələ İVB G 2. Mədənin kiçik əyriliyin karsinoması. Retroperitoneal, sol paraaortal sahədə patoloji l/d.cT3N2Ml (LYM ) İV B mərhələ” diaqnozu düzgün təyin edilmişdir. “Şəms” X19 İsrafılovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə tibb mərkəzinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Aşağı ətrafların obliterasiyaedici aterosklerozu. Şəkərli diabet İİ tip” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstəyə müalicələr aparılmış və müalicədən sonra müsbət dinamika qeyd olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi”ndə Suraya İsrafilovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Ətraf arteriyalarının aterosklerozu. Sağ aşağı ətraf alt səthində irinli yara. Sol mədəcik çatmamazlığı, İİİ funksional sinif’ diaqnozu düzgün təyin edilmişdir. Yüksək kardioloji riski nəzərə alaraq planlanmış “Sağtərəfli periferik angioqrafıya” müayinəsi və periferik angioplastıka əməliyyatı təxirə salınmış və xx.xx.2024-cü il tarixdə xəstə kardioloq müşahidəsi altında evə yazılmışdır. “Respublika Klinik Xəstəxanası” PHŞ-ndə Suraya İsrafılovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Şəkərli diabet İİ tip. Sağ ayaq barmaqlarının qanqrenası. Pəncənin fleqmonası. intoksikasiya. Ürəyin işem, xəstəliyi. Sol mədəcik çatmamazlığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Sağ ayaq pəncəsinin orta hissəsindən keçən amputasiyası” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövrdə müalicələr aparılmış və xx.xx.2024-cü il tarixdə xəstə evə yazılmışdır. “X17”ndə Şuraya İsrafilovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə “Sağ ayağın güdülünün diabetik yaş qanqrenası. Şəkərli diabet, tip 2 ağır forma. Xroniki sol mədəcik çatışmazlığı. Aşağı ətrafın ateroskleroz” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə xəstənin üzərində “Sağ baldırın yuxarı 1/3-nin amputasiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2024-cü il tarixdə xəstə yaranın birincili sağalması ilə kafi vəziyyətdə evə yazılmışdır. Suraya İsrafılovaya aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. İddiaçı tərəfindən qeyd edilən rəyi təkzib edən hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. İddiaçı həmçinin vurulmuş mənəvi zərər qismində 5000 (beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iztirab və sarsıntı keçirdib və mənəvi zərər vurulduğunu bildirərək mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehlərin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh və “X23” Klinikasına qarşı “1100 manat pulun, 500 manat əlavə xərclərin və 5000 manat mənəvi zərərin əvəzinin öz xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh və “X23” Klinikasına qarşı “1100 manat pulun, 500 manat əlavə xərclərin və 5000 manat mənəvi zərərin əvəzinin öz xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar