Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2889/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin boşaldılması və yaradılan maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair iş üzrə (açar sözlər: əşyalarının çıxarılması) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin boşaldılması və yaradılan maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a. İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin boşaldılması və yaradılan maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilməsi,Cavabdeh tərəfindən hazırda iddiaçının sahibliyində olan ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildən Cavabdeh məxsus əmlakların, yəni həmin mənzilin giriş hissəsində olan, mebel dolablarının, yataq dəstinin (tam çarpayı və dolabları ilə birlikdə), yataq otağındakı makiyaj masasının, mətbəx mebel dəstindən yalnız divara yığılmış hissəsinin və çamaşırxana hissədə yığılmış kiçik mebellərin mənzildən çıxarılmasına və yaradılan bu maneələri ona qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın sədri X14 (icraçı) ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2018-ci il tarixli, № M2-97-08K-TS saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “icraçı” ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzili “sifarişçi”-yə verməyi, “sifarişçi”isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.Bildirir ki, xx.xx.2018-ci il tarixli, № M2-97-08K-TS saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzil hazırda iddiaçının payçısı olduğu və həmin məziliə dair qısa müddətə qədər potenasial mülkiyyətçidir və həmin mənzil iddiaçının sahibliyindədir.Bildirir ki, ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzilə dair çıxarışın alınması üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edilmişdir və həmin əmlakın onun adına rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış yaxın müddət ərzində əldə ediləcəkdir.Məlumat üçün bildirir ki, cavabdeh iddiaçının oğlunun həyat yoldaşıdır və oğlu X3 və Cavabdeh boşanma ərəfəsindədirlər, onlara dair boşanma işi üzrə mülki iş İş № 2(01l)-4225/2025 qeydiyyat №li Bakı şəhəri Xətai rayon Məhkəməsi hakim Samirə Eyvazovanın icraatına daxil olmuş və məhkəmə iclas təyinatı verilmişdir.Bildirir ki, Cavabdeh tərəfindən bütün cehiz əşyaları və özünə məxsus digər əşyaları şəxsən özü tərəfindən, xx.xx.2025-ci il tarixində mülkiyyətində və sahibliyində olan ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildən sərbəst formada onun tərəfindən onun təkidi ilə götürülmüşdür. Həmin vaxt onun götürülən əşyaları çərçivəsində xx.xx.2025-ci il tarixdə akt tərtib edilmiş, həmin tərtib edilmiş “akt”a əsasən, Cavabdeh məxsus mənzilin giriş hissəsində olan və divara yığılmış mebel dəstləri, yataq dəsti(tam), mətbəx mebel dəstindən yalnız divara yığılmış hissəsi, mənzilin girişində olan və divara yığılmış geyim dolabı, çamaşırxana hissədə yığılmış mebellər Cavabdeh tərəfindən şəxsi istəyi ilə götürülməmişdir.Hazırda ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzil onun istifadəsində olduğundan, Cavabdeh məxsus mənzilin giriş hissəsində olan və divara yığılmış mebel dəstləri, yataq dəsti(tam), mətbəx mebel dəstindən yalnız divara yığılmış hissəsi, mənzilin girişində olan və divara yığılmış geyim dolabı, çamaşırxana hissədə yığılmış mebellərin mənzildən çıxarılması zəruridir. Belə ki, həmin əşyalar onun cehiz olaraq gətirdiyi əşyalardır və iddiaçının mənzilində qalması zərurəti mövcud deyildir. Eyni zamanda həmin mənzildə yaşamaq və öz əşyalarının ora yerləşdirilməsinə maneədir. Baş verən bu hal mənzil sahibi olaraq iddiaçının mənzilindən istifadə hüququnu məhdudlaşdırmaqdadır. Cavabdehin qərəzli olaraq əşyaları aparmaq istəməməsi hüquqlarımın məhdudiyyəti ilə paralel olaraq,eyni zamanda mənzilində olan əşyalarını aparmaq istəyinin yalnız həmin hissədə məhdudlqşdırmaqla qərəz yaratmasının göstəricilərindədndir.Bu səbəbdən iddia tələbi çərçivəsində qeyd edir ki, iş cehiz əşyaharənən potenasial mülkiyyətində və sahibliyində olan mənzildən çıxarılması, eyni zamanda onun əşyalarına dair öhdəliyin üzərində olması hallarının aradan qaldırılması mütləq və zəruridir. b. Cavabdehin iddia ərizəsinə etirazı və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, cavabdehə məxsus digər əşyalar götürülmüş, lakin iddia ərizəsində göstərilən əşyalar götürülməyib. Evlilik vaxtı tərəflər iddiaçıya məxsus Əhmədli rayonunda yerləşən mənzildə yaşayıb. Mübahisəli mənzildə yaşamaları üçün əşyalar yığılsa da, yaşamayıblar. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia ərizəsində göstərillən əşyalar məhz həmin mənzil üşün sifariş edib və yığılıb. Onların söküldüyü təqdirdə başqa heç bir mənzildə istifadəyə yaralı olmayacaqdır. Eyni zamanda mənzildə olan əşyaların dəyəri cavabdehin valideynləri tərəfindən ödənilib. Ümumilikdə 17000 manat məbləğində xərc çəkilib. İddiaçı təkidlə standart mebellərin alınmasına qarşı çıxaraq, mebelin sifarişlə hazırladılmasına nail olub. Beləliklə, iddia təmin ediləcəyi təqdirdə cavabdehə xeyli maddi ziyan dəymiş olacaqdır. Cavabdehin keçmiş həyat yoldaşı üçüncü şəxs döyülüb və evdən qovulub. Hazırda aralarında olan əmlak mübahisəsinə Xətai Rayon Məhkəməsində baxılır. İddianı rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştiakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - 09 aprel 2018-ci il tarixli,M2-97-08K-TS nömrəli müqavilədən görünür ki, “İcraçı” ünvan 1 ünvanında tikilən 5-ci bina,8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzili “Sifarişçi ”-yə verməyi,“Sifarişçi” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi himdən-himə (oxdan-oxa, ölçülən sahəyə losiya, balkon, divar altı sahə və şaxtalar aiddir) 126,5 m2- dir.Göstərilən mənzilin ümumi dəyəri (ƏDV daxil) 126,5 m2 x 1500 AZN) 189750 AZN (Bir yüz səksən doqquz min yeddi yüz əlli manat) məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandıqdan sonra “Sifarişçi” tərəfindən mənzilin dəyəri 100% mənzil sahibinə ödəniləcəkdi. - Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli,MŞB/6-00765 nömrəli arayışdan görünür ki,mediasiya sessiyasında İddiaçı iştirak etmiş, X5 iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat mediasiya haqqı ödəmişdir. - xx.xx.2025-ci il tarixli aktın surətinə əsasən,”Metroparkla üzbəüz Faiq Yusifov ev 87/A mənzil 24 ünvanında yerləşən mənzildən Cavabdeh cehiz əşyalarınından mebellərdən mətbəx və yataq dəsti istisna olunmaqla(qeyd olunan mebellərin ölçülərini bu evə uyğun yığıdığına görə könüllü olaraq götürməkdən imtina etdi) digər mebel dəstələrini, cehiz əşyalarından,qab-qacaq geyim əşyaları, kosmetik dəstələri ,ətirləri, oyuncaqlar, mətbəx qabları, xrustal qab qacaqlar ,yemək dəsti, məişət texnikaları, yorğan döşək dəstləri (üst geyimləri istisna olmaqla) eyni zamanda mənim tərəfimdən öncədən bəyan edilməmiş və istənilməmiş müxtəlif qab-qacaq və əşyalar mənə tədqim edildi. Qeyd:27 aprel 2025-ci il tarixdə əşyalarımı qeyd olunan ünvandan götürən zaman qızıl əşyalarımı götürməmişəm, aşkar edilməmişdir (tərəfimdən)”.Həmin akt X2 nümayəndəsi və vəkili X8, Cavabdeh nümayəndəsi və vəkili X10 və X15 tərəfindən imzalanmışdır. Akta Əlavədən görünür ki,”Mebel dəstlərindən (divara yığılmış yataq dəsti tam, mətbəx dəstindən yalnız divara yığılmış mebel hissəsi,girişdə olan paltar dolabı (divara yığılmış), çamaşırxana hissədə yığılmış mebellər ölçü ilə əlaqədar şəxsi istəyi ilə götürülməmişdir. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(011)-4225/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, iddiaçı X3 ilə cavabdeh Şükürova(İbadova) Röya Rafiq qızı arasında xx.xx.2021-ci il tarixində 5 saylı Bakı “Asan xidmət” X7 bağlanmış 3315№ ilə qeyd edilmiş nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X12 anaları Cavabdeh yanında saxlanılması,xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla,hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment iddiaçı X1 tutularaq Cavabdeh ödənilməsi,xx.xx.2023-cü il təvəllüdlü X12 3 yaşına çatandək hər ay 100 (yüz) manat pul vəsaiti iddiaçı X1 tutularaq Cavabdeh ödənilməsi,alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanması qət edilmişdir. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş, üzərində “hoco.16GB” yazısı olan flaş kart informasiya daşıyıcısı vasitəsində əks edilmiş videofayldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-248/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzilə tələbkar, icra məmuru, tələbkarın nümayəndəsi və vəkilinin, eyni zamanda hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, həmin sözügedən mənzildə Cavabdeh məxsus əmlaklar –mənzilin giriş hissəsində olan və divara yığılmış mebel dəstləri, yataq dəsti(tam), mətbəx mebel dəstindən yalnız divara yığılmış hissə, mənzilin girişində olan və divara yığılmış geyim dolabı, çamaşırxana hissədə yığılmış mebellərin siyahısı tutulmuş, fato və video şəkilləri çəkilmişdir. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş, üzərində “VİVA 16GB” yazısı olan flaş kart informasiya daşıyıcısı vasitəsində əks edilmiş fotoşəkillərdə ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildə olan, iddia ərizəsinə qeyd edilmiş əşyalar əks edilmişdir. Eyni zamanda həmin daşıyıcıda olan videofaylda iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin, onun nümayəndəsi və vəkilinin iştirakı ilə mənzildən cavabdehə məxsus digər əşyaların çıxarılması prosesi əks edilmişdir. - Ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.1-ci maddəsinə əsas ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuşəmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; İşin məhkəmə tərəfindən müəyyən edilən halları Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin keçmiş qaynanasıdır. İddiaçının oğlu X3 ilə Cavabdeh 06 avqust 2021-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan 07 iyul 2022-ci il təvəllüdlü X11 və 10 oktyabr 2023-cü il təvəllüdlü X12 dünyaya gəlmişdir. X3 və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(005)-4225/2025 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment iddiaçı X1 tutularaq Cavabdeh ödənilməsi, xx.xx.2023-cü il təvəllüdlü X12 3 yaşına çatandək hər ay 100 (yüz) manat pul vəsaiti iddiaçı X1 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildən cavabdehə məxsus əşyaların sonun tərəfindən çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Eyni zamanda əşyaların həmin ünvanda yerləşməsini, mənzilin iddiaçıya məxsus olmasını mübahisələndirmir. Mebel əşyalarının valideynlərinin pul vəsaiti hesabına alındığını, əşyaların başqa mənzildə istifadəsinin qeyri-mümkün olduğunu, buna görə də maddi ziyan çəkdiyini bildirir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini və cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Mülki işin materiallarından, o cümlədən cavabdehin izahatından görünür ki, cavabdeh ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №li mənzilə hər hansı hüququnun olduğunu iddia etməmiş, digər mülki məhkəmə icraatı çərçivəsində də həmin mənzilin istifadə hüququnun tanınması və s. kimi iddialar qaldırmamışdır. Mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-16(005)-248/2025 saylı qərardadı ilə e-2(005)- 2889/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildə Cavabdeh məxsus əmlaklar - yəni həmin mənzilin giriş hissəsində olan və divara yığılmış mebel dəstləri, yataq dəsti(tam), mətbəx mebel dəstindən yalnız divara yığılmış hissəsi, mənzilin girişində olan və divara yığılmış geyim dolabı, çamaşırxana hissədə yığılmış mebellə siyahıya alınsın və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardadın icrası məqəsdi ilə ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzilə icra məmuru,tələbkar və nümayəndəsi vəkilinin iştirakı ilə baxış keçirildiyi zaman məlum olmuşdur ki, ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildə cavabdehə məxsus əşyalar aşkar edilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzil iddiaçının mülkiyyətində olduğundan, həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin, Cavabdeh həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı özünün mülkiyyətində olan mənzildən cavabdehə məxsus əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibə bildirərək qeyd edir ki, əşyaların başqa mənzilə quraşdırılması mümkün olmaması halı öz təsdiqini tapmış olsa belə, iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Əşyaların iddiaçının fərdi yaşayış evində yerləşməsi isə iddiaçının sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Eyni zamanda cavabdeh gələcəkdə ona hər hansı maddi zərər vurulacağı təqdirdə bununla bağlı ayrıca iddia tələbi qaldırmaq hüququna malikdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında tikilən 5-ci bina, 8-ci blok, 6-cı mərtəbəsində yerləşən 24 №-li mənzildən cavabdehə məxsus əmlaklar, yəni həmin mənzilin giriş hissəsində olan, mebel dolabları, yataq dəsti (tam çarpayı və dolabları ilə birlikdə), yataq otağındakı makiyaj masası, mətbəx mebel dəstindən yalnız divara yığılmış hissəsi və çamaşırxana hissədə yığılmış kiçik mebellər çıxarılsın və maneələrin yaradılması cavabdehə qadağan edilsin. Mülki iş üzrə ödənilmiş 50 manat dövlət rüsum Cavabdeh qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2889/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2889/2025
27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver