Məhkəmə qərarları › İş №2(005)-2932/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2932/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2932/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, X26 Rızanın nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh X13 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə X26 Rızanın cavabdeh X16 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X26 Rızanın cavabdeh X16 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xeyrinə 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN (iki min beş yüz əlli manat) icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN (on bir min beş yüz manat) təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN (beş yüz qırx bir manat) real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN (əlli min manat) mənəvi ziyan cavabdeh X8 tam şəkildə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İ Hissə - İşin faktiki halları. İddiaçı X33 2004cü ildən 2020-ci ilin fevral ayınadək cavabdeh X19 ilə yaxın qardaş münasibətlərində olub. İddiaçı Türkiyə Respublikasında uzun müddət “Ancl” şirkətlər qrupunda, əsasən mexanika mühəndisi kimi işləyib. Həmin vaxtlarda cavabdeh Hasan Şahin də eyni şirkətdə elektrik mühəndisi kimi çalışırdı. 2004-cu ildə Türkiyə Respublikası İstanbul şəhəri Bakırköydə “Carouscl” alış-veriş mərkəzində tərəflər birgə işləyiblər. 2006-cı ildə iddiaçı X33 “ANELTECİP firmasının Avca layihəsində mexanika mühəndisi kimi işləyirdi, cavabdeh Hasan Şahin “ANELTECH” firmasının Cevizli bağda Türkcell layihəsində, elektrik mühəndisi kimi işləyib. İddiaçı uzun müddət işlədikdən sonra şirkətdən ayrılmış və öz işini quraraq “klima hava 1 andırma" işləri ilə məşğul olub. İddiaçı öz işini qursa da cavabdehlə sıx münasibətdə olub. İddiaçı “ANEL” şirkətlər qrupundan ayrılsa da, şirkət əməkdaşlarının yaddaşında qabiliyyətli, işgüzar, işini yaxşı bilən və görən işçi kimi yaddaşda qalmışdı. Uzun müddət sonra 2019-cu ilin avqust ayında şifahi şəkildə “ANELGRUP” şirkəti tərəfindən təkrar avlıq maaşlı iş təklifi edilib. İddiaçı cavabdehin azı 4 il ailəsi ilə birgə Bakı şəhərində yaşadığını və işlədiyini öyrəndikdən sonra “Abi" böyük qardaşı ilə birgə əvvəlki kimi işləmək, ona dəstək olmaq qərarına gəlir. “AnelGrup” şirkətlə əmək müqaviləsi ilə işləmək müddətsiz nəzərdə tutulurdu. İddiaçı yazılı şəkildə təklifi xx.xx.2019-cu ildə alu' və qəbul edir və xx xxxxxxxx 2019-cu ildə Bakı şəhərinə gəlmiş, 20 sentyabr tarixində EM Consulting and Maintcnance MMC-də işə başlamışdır. Bu razılaşmaya etibar etdiyindən iddiaçı öz ailəsini Bakıya gətirmiş, az yaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və baxçaya yazdırıb. Cavabdeh iddiaçıya qaldığı eyni binadan kirayə ev tutmasından uşaqlarının məktəbə yazılmasına kimi istiqamət verib. Belə ki, iddiaçı öncədən Azərbaycanda olmayıb yaşamayıb. Yalnız “Abr böyük qardaşa etibar etdiyindən bir çox şeyləri cavabdehdən soruşurdu. İddiaçının həyat yoldaşı Eəryal Erdoğan cavabdehin həyat yoldaşı Özləm xanıma “Abla" böyük bacı deyə müraciət edir və yalnız ona etibar edirdi. Tərəflər bir binada qonşu kimi yaşadıqlarından tez-tez bir-birlərinə gedibgəlir, kömək edirdilər. İddiaçı EM Consulting and Maintcnance MMC-də böyük mexanikaistismar texniki kimi işləyirdi, cavabdeh isə “xxxxM MMC-də texniki xidmət rəhbəri kimi işləyir. Amma iddiaçının özünə “xxxx" MMC-nin əməkdaşı kimi “Socaf' tərəfindən buraxılış müvəqqəti vəsiqə verilmişdir. Tərəflər arasında münasibət ilk olaraq 2019-u ilin noyabr ayından pozulmağa başlayır. Səbəb odur ki. cavabdeh iddiaçıya müraciət edib bildirib ki, ‘'iddiaçının işlədiyi şirkətdə Erdal Keskendir pis adamdı, davaçıdır, onun yerində gözü var. Təhrik edir ki, onun işində ona hər hansı yardım etməsin, işində çətinliklər yaratmasını təmin etsin. Nəticədə həmin adamın işindən şirkət rəhbəri narazı qalaraq onu işdən çıxardacaqlar.” İlk əvvəl iddiaçı cavabdehə inanır, lakin iddiaçının işlədiyi şirkətdə Erdal Keskcnsirin öz işinə ciddi yanaşdığını, işini düz gördüyünü, vicdanlı və ailəli olmasını müəyyən etdiyindən cavabdehin təklifindən qəti imtina edir. İddiaçı qaydasında, vaxllıvaxtında işləyir, Erdal Keskendirə heç bir xətər yetirmir, ona heç bir söz demir ki, bəlkə nə vaxtsa onlar aralarındakı məsələni özləri həll edər. 2019-cu il yeni il ərəfəsində münasibətlər daha da pozulur. Səbəb odur ki, yeni il gecəsi cavabdeh iddiaçının evində, 4dən çox olan türk qonaqların qarşısında birbaşa iddiaçını təhqir edir, dava salır. Bununla iddiaçının qüruru digər kənar şəxslərin qarşısında alçaldılır. Bu hadisədən sonra iddiaçı cavabdehin hərəkətlərindən mənəvi sarsıntı alaraq ondan küsür. Lakin, cavabdeh hərəkətlərinə davam edib iddiaçının işlədiyi şirkətdə onun barəsində nüfuzuna xələl gətirən məlumatlar yayır. Hətta, pis adam dediyi Erdal Keskendir ilə münasibət qurur və şirkətin rəhbərliyinə mütəmadi deyirdi ki, əgər iddiaçının işindən narazıdırlarsa, dərhal onu işdən göndərə bilər. Digər tərəfdən iddiaçını təhrik etmişdi ki, Erdalın işində problemlər yaratsın. Lakin, iddiaçının bu hadisələrdən xəbəri olmur. Rəhbərliyin və əməkdaşların ona qarşı soyuq davranışlarına fikir vermir, ümid edir ki, ona qarşı anlaşılmaz münasibət aradan qalxacaq. Cavabdeh isə yenə iddiaçı ilə yaxın qardaş münasibətlərində olmağa çalışır, guya ona məsləhətlər verərək istiqamətləndirməyə çalışdırdı. İddiaçının qüruru incilsə də, bir müddət cavabdehə “Abi" böyük qardaş deyə müraciət edirdi. Tərəflər arasında münasibət 2020-ci ilin iyun ayında daha gərginləşir. Belə ki, 2020-ci ilin may və iyun aylarında başqa yerdən iş təklifi alsa da, işəgötürənlə omok müqaviləsi müddətinin davamlı olmasına əmin olduğundan həmin iş təklifindən imtina edib. Cavabdeh iddiaçı barəsində şirkət rəhbəri, Erdal Keskendir və digər şirkət əməkdaşlarında onun barəsində nüfuzunu alçaldan məlumatlar yaydığından xx xxxx 2020-ci il tarixdən onunla əmək münasibətlərinə xitam verilir və iddiaçı işsiz qalır. Bununla iddiaçı maddi və mənəvi ağır vəziyyətə düçar olur. Bu hadisədən sonra 2020-ci ilin iyul ayında iddiaçı alçalmış şərəfini, işgüzar nüfuzunu bərpa etmək, pozulmuş hüquqlarını bərpa etmək üçün yaşadıqları binada və məhəllə türk qonşularını və cavabdehi məhlodə üzləşməyə dəvət edir. Üzləşmə ərəfəsində iddiaçının çalışdığı şirkətdən Erdal Keskendir də iştirak edir. Nəticədə bir sıra qaçılmaz faktlar, həqiqətlər aşkar olur, cavabdehin əxlaq normalarına sığmayan ikili hərəkətləri müəyyən olur. Həmin faktlarla üzləşən cavabdeh əvvəl etdiyi hərəkətlərindən zərrə qədər peşman olmadığını bəyan edir və əməlinə davab edib iddiaçını məhəllədə qonşuların və üzləşmədə iştirak edən digər şəxlərin aydın eşitdiyi tərzdə, ağır şəkildə bir neçə dəfə təhqir edir. Bununla da iddiaçının şərəfini ağır və kütləvi şəkildə kobutcasına alçaldıb. Nəticədə iddiaçıya bir daha ağır mənəvi ziyan vurulub. İddiaçı barəsində pis təqdimata imza edən Erdal Keskendir yanlış etdiyini gec başa düşür. Lakin, vəziyyəti bərpa etmək qeyri-mümkündür. Vurulmuş ziyan həddən ağırdır. Sonuncu iş yeri iddiaçının yeganə qazanc yeri olub. Himayəsində 2 azyaşlı uşağı var, özü əcnəbi, türk vətəndaşıdır. Kirayədə qalaraq ayda 850 AZN icarə haqqı ödəyir. Yeganə qazanc yerini itirib uzun müddət işsiz qalaraq qazanc əldə edə bilmədiyi iıçün maddi vəziyyəti ağırlaşıb. Övladlarının təhsil haqqısını, evin icarə haqqısını və həyat yoldaşının sağlamlığındakı problemin müalicə haqqını ödəmək iqtidarında deyil. İİəm də onun barəsində şirkət rəhbərliyi və işçilərdə neqativ fikirlərin aşılanması, neqativ rəylərin olmasına dair təqdimatın qəbul edilməsi nəticəsində iddiaçı həm də mənəvi sarsıntı keçirir. Aşağıda qeyd edilən kobud qanunsuz aktiv hərəkətlər nəticəsində hesab edilməlidir ki, İ) cavabdeh iddiaçının işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olaraq əmək müqaviləsinin xitam edilməklə uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurub. 2) Maddi ziyan dedikdə - iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi xərclər, övladlarının borc pulla ödədiyi təhsil haqqısını, işsiz qaldığı üçün borc pulla ödədiyi icarə haqqı və aylıq əmək haqqı verilən digər iş təkliilərindən imtina etdiyindən əldən çıxmış fayda nəzərdə tutulur, mənəvi ziyan dedikdə - iş yerində nüfuzuna xələl gətirilməsi, barəsində mənfi fikir aşılanması və təkrar, kütləvi və ədəbsiz şəkildə təhqir olunaraq şərə fənin alçaldılması nəzərdə tutulur. 3) Cavabdeh məhəllədə kütləvi şəkildə üzləşmədə iştirak edən və eşidən kənar şəxslərin qarşısında iddiaçını ağır, ədəbsiz şəkildə təhqir edərək onun öncədən incildilmiş qürununu və şərəfini təkrar alçaldaraq ona mənəvi sarsıntı keçirtməsinə səbəb olub. Belə qanunsuz hərəkətlərinə görə cavabdeh məsuliyyətə cəlb edilərək iddiaçıya vurduğu maddi və mənəvi ziyanın tam ödəməsi ilə bağlı qətnamə qəbul edilməlidir. II. Hissə - Sübutlar.

1. İddiaçının xarici Türkiyə Respublikası pasportu- bu sənədlə sübut olunur ki, iddiaçı həqiqətən xx xxxxxxxx 2020-ci il tarixdə Bakıya daxil olmuş və 20 sentyabr tarixindən etibarən cavabdehin müəssisəsində çalışmağa başlayıb.

2. MVİ № 0******, xx.xx.2019 tarixli AR ərazisində Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi-əmək fəaliyyəti üçün iş icasəsi 1 il müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək verilib. Sübut edir ki, iddiaçı ilə azıl il müddətində iş razılşaması olub.

3. 06.2020-ci il tarixli X15 məlumatları - rəsmi məlumata əsasən KM Consulting and Maintenance MMC xx.xx.2019-cu il tarixdə ilk dəfə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi X1r. “xxxx” MMC xx.xx.2015-ci il tarixdə ilk dəfə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi X20. Qeydiyyat ünvanı fərqli olsa da. hər ikisi Bakı Olimpiya Stadionda fəaliyyət göstərir.

4. 2x xxxxxxxx 2019-cu il tarixli mənzil kirayə müqaviləsi - bu sənədə əsasən iddiaçı mənzili xx.xx.2023-cu il tarixədək kirayə götürüb. Səbəb budur ki, ona öncədən vəd verilib ki, əmək münasibəti müddətsiz olacaq.

5. 01.12.2021 tarixədək etibarlı olan SOCAR-dan “xxxx” MMC iddiaçıya verilən müvəqqəti vəsiqə - bu bəcikin su-əti sübut edir ki, iddiaçı təkcə rəsmi digər şirkətdə işləmirdi, həm də cavabdehin işlədiyi müəssisədə, həm də Socarda müəyyən kollektiv əməkdaşları ilə yaxşı münasibətdə olub. Onun barəsində müsbət rəy, etimad var idi.

6. 1x xxxx 2020-ci il tarixli iddiaçının kart hesabından çıxarış - bu sənəd 1 daha sübut edir ki, əmək haqqı kartı müddəti xx.xx.2019-xx.xx.2020-ci il tarixinədək 1 il müddətinə işlək vəziyyətdədir. Müqavilə üzrə əmək haqqı 6200 manat olsa da, hesabdan məlum olur ki, iddiaçıya ilk dəfə 01.1}.2019-cu il tarixdə 7704.79 AZN (yeddi min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) əmək haqqı ödənilib. Sonra xx.xx.2919-cu il tarixdə daha çox, 7947,83 AZN (yeddi min doqquz yüz qırx yeddi manat, səksən üç qəpik) əmək haqqı ödənilib. Sonra xx.xx.2019-cu ildə 6445,60 AZN (altı min dörd yüz qırx beş manat, altmış qəpik) əmək haqqı ödənilib. Növbəti aylarda da bu məbləğ ödənilib. Bu məbləğ müqavilədə nəzərdə tutulan əmək haqqından çoxdur. Bu fakt onu sübut edir ki, iddiaçı hdqicələn 2019-cu ilin sentyabr ayının 20-dən etibarən cavabdehin şirkətində işləyib. İşçi müqavilə üzrə işini yaxşı gördüyündən və anıq çalışdığından buna görə əmək haqqı artıqlaması ilə rəsmi ödənilib. Birdən-birdə işəgötürənin və kollektivin iddiaçıya münasibətinin dəyişməsi səbəbi bilavasitə cavabdehdir.

7. 05.06.2020-ci il tarixli “Prokon”-dan iş təklifi - bu sənəd sübut edir ki. həqiqətən iddiaçıya 6 ay müddətinə ayda 3000 ABŞ dolları məbləğində iş təklifi edilib. Lakin, iddiaçı artıq əmək müqaviləsi ilə işlədiyindən həmin iş təklifindən imtina edib. Hazırda həmin yerdə başqa işçi çalışdığından işə qəbul mümkün deyil.

8. 19.05.2020-ci il tarixdə “X21” şirkətində iş görüşməsində olmasına dair VVhatsap yazışma- iddiaçı bu işdən də imtina edib. Səbəb odur ki, öncədən razılaşdığı kimi uzun müddət müqavilə bağladığı şirkətdə işləyəcək. İşə qəbul mümkün deyil. Cavabdehin iddiaçının işgüzar nüfuzuna xələl gətirən mənfi fikirlər, məlumatlar yaydığından iddiaçı barəsində neqativ fikirlər aşılanmış və onunla əmək münasibətlərinə xitam verilib, iddiaçı işsiz qalaraq maddi ziyana düşar olub.

9. 0x xxxx 2010 təvəllüdlü Ozan Erdoğan və xx.xx.2016 təvəllüdlü Eren Erdoğanın və xx xxxx 1980 təvəllüdlü Fəryal Erdoğanın pasportları - bu sənədlərlə 10 və 4 yaşlı azyaşlı uşaqlar iddiaçının övladlarıdır və onun həyat yoldaşı yalnız iddiaçının himayəsindədirlər. ilər 3-ü Bakı şəhərinə iddiaçı ilə birgə gəliblər, çünki əmin idilər ki, iddiaçı Bakıda uzun müddət daimi işləyəcək. Əgər bu haqda öncədən qəti vəd verilməsə idi, iddiaçı ailəsini Bakıya gətirməzdi.

10. 21.11.2019-cıı il tarixli Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumları - bu mədaxil qəbzləri bir daha sübut edir ki, iddiaçı ailəsinin Bakı şəhərində müvəqqəti 1 il müddətində qalmaları üçün hər birinə ayrılıqda 100,4 AZN, 100,4 AZN və 160.4 AZN, ümumilikdə 361,2 AZN rüsum ödəmişdir.

11. 01.11.2019-cu il tarixli 863 və 864 nömrəli təhsil müqavilələri - bu müqavilələr “Azərbaycan British College" Təhsil Kompleksində iddiaçının oğulları Ozan Erdoğan və Eren Erdoğanın təhsil almaları ilə bağlı bağlanmışdır. 864 nömrəli müqavilə üzrə Ozan Erdoğanın ibtidai təhsil bölməsində tədris ili üçün illik haqqısı 12320 AZN (on iki min üç yüz iyirmi manat) təşkil edir. 863 nömrəli müqavilə üzrə Eren Erdoğan məktəbəqədər təhsil bölməsində tədris ili üçün illik haqqısı 4400 AZN' (dörd min dörc yüz manat) təşkil edir.

12. 01.11.2019-cu il tarixli 11 və 12 nömrəli məktəbli daşıma xidmətlərin göstərilməsi müqaviləsi - bu müqavilələr üzrə iddiaçı hər bir övladı üçün daşıma haqqı kimi hər ay 110 AZN' və 180 AZN ödəməlidir.

13. Rabitəbank ASC ilə X12 Təhsil Kompleksinə ödənişlər bu qəbzlər sübut edir ki, iddiaçı şirkətlə müqavilə bağladıqdan sonra öz övladlarını həmin kollecə yazdırmış və bunun üçün illik təhsil haqqını hissəvi şəkildə köçürüb. Ümumilikdə hər iki uşağı üçün ümumilikdə 11,550 AZN təhsil haqqı keçirib. İddiaçı heç vaxt Azərbaycanda olmayıb. Burada nəyin yaxşı, pis olmasını cavabdehdən öyrənirdi. İddiaçı hesab edib ki, həmin tehsil müəssisəsi ölkədə ən yaxşısıdır. Başqa yerləri araşdırmayıb, çünki qonşuları və iş yoldaşlarının 1 qisminin övladları həmin müəssisədə təhsil alır. Cavabdeh isə iddiaçının övladlarının həmin təhsil müəssisəsində təhsil almasını ona görə məsləhət bilib ki, həmin yerdə pis adam Eıxlal Keskcndirin övladlarının təhsil almaları üçün yer qalmasın. Lakin, Erdal Keskendir öz övladını həmin təhsil müəssisəsinə qeydiyyata aldırır. Cavabdeh istəyinə nail ola bilmir, amma nəticədə iddiaçı xeyli miqdarda borc alaraq təhsil haqqı ödəmək məcburiyyətində qalır. xx xxxx 2020-ci il tarixdən işsiz qaldığından övladlarının gələcək təhsil haqlarını ödəmək iqtidarında deyil, həm də aldığı borcları qaytarmaq iqtidarında deyildir.

15. 15.04.2020-ci il tarixli Təqdimat - iddiaçının işlədiyi şirkətdə işçi Erdal Keskendirin iddiaçı barədə qeyri-qənaətbəxş rəyidir. Sonda yazılıb ki, uzun müddət işlədikdən sonra işveren tərəfindən verilən neqativ paylaşımları nəzərə alıb belə qənaətə gəlib ki, cihazdan gərəkli texniki biliklərə sahib deyil. Bu sənəd guya əmək müqaviləsi müddətinin bitməsinə 15 gün qalmış tərtib edilib! Səbəb aydın deyil!

16. № 01/04.20, xx.xx.2020-ci il tarixli Komissiya iclasının protokolu - bu sənədi ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan işçilər tərtib ediblər. İclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və iddiaçının əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunub. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddətdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun araşdırılmasını məqsədəuyğun hesab etdiyini bildirib. Sonda qərara alınıb ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlmasına və pandcmiyanın yayılması ilə bağlı ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi əmək müqaviləsi müddəti uzadılması işəgötürənə tövsivyə edilib. Qeyd edilən 2 sənəd iyul ayında hazırlanıb. İddiaçını həmin sənədlərdən xəbəri olmayıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi normal iş vaxtı müəssisədə işləyiblər, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilib! Heç birinin iclasda iştirakı təmin edilmir!

17. 27.07.2020-ei il tarixli və 07.2020-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sorğuya cavablar- qeyd edilib ki. X27 adma “Əmək müqaviləsi bildirişi'* altsisteminə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi xx.xx.2020-ci il tarixdə 68.2) b bəndinə əsasən icra olunub. Təqdimatla bağlı komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsin əmək müqaviləsinə dair məlumatlar elektron altsistemə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X5-kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019- cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskcndir öncə 2016-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X9 öncə 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X14 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışır.

18. Əmək müqaviləsinin surəti - bu sənəd sübut edir ki, iddiaçı ayda 6200 manat əmək haqqı alırdı.

19. Whapsap yazışmalar bu yazışmalar birbaşa iddiaçının cavabdeh və onun ailəsi ilə yaxın münasibətdə olmasını sübut edir.

20. Məhəllədə cavabdehlə üzləşmədə cavabdehin iddiaçını ağır şəkildə təhqir etməsinə dair səs yazıları disk - bu səs yazıları yazılarkən öncədən tərəflərə elan edilib ki, danışıqlar audio yazılır. Həmin yazıları Erdal Kcskendir və iddiaçı yazır. Üzləşmədə iştirak edən şəxslər bilirdilər ki, danışıqlar yazılır. 2 səs yazısı Erdal Kcskendir elan edir ki, cavabdeh iddiaçıya 0:20-0:23-cü. 0:35-0:48-cı, 7:35-7:42-ci, 18:25-18:30 saniyələrdə “şerefsizin tekisin, səni bura gətirdiyim günə lanet olsun, şerefsizliyindən qapına dalacam, şerefsizliyindən bitirdin" deyir. 6:20-6:30-cı və 9:00-9:30-cı saniyələrdə “Erdal səni ona istəmir ki, sən mənim adamımsan”, 17: 00 saniyədə “mənim uğraşdığım sənsərf'dcyir ki, 17:40-17:50 ci saniyələrdə “nah çalışıyordun” deyir. 17:50-18:00-cı saniyələrdə Erdal Kcskendir sual edir ki, madam “nah çalışırdı, niyə gətirilməsinə vasitə oldun. Niyə hayvan kimi çalışır dedin”. Cavabdeh 21:40- 21:45-ci saniyələrdə iddiaçını ******* ədəbsiz ağır tərzdə təhqir edir. 26:52-27:16-ci saniyələrdə Erdal Keskendir təkrar cavabdehə sual edir ki, “madam işləmirdi niyə tərif edirdin", 28:14-28:48- ci saniyələrdə Erdal Keskendir cavabdehə deyir ki, "sən demişsin ki, iddiaçını toplantılara dair götürmə, 3 ayda adamın nə olduğunu anlamadım, işinə yaramırsa, göndərəlim, bu dediklərini 6 ay sonra dedin, net hatırlıyorum.” 31:00 saniyələrdə cavabdeh qarşı tərəfə "şirkəti batırmaq istəyirsiz?” deyir. 31:17-31:40 saniyələrdə Erdal Keskendir cavabdehə sual edir “şirkətin rəhbərisiz, şantiyəyə getdikdə, çıxıb Fəridi aradız. Şantiyəyə gedib məni rəzil etdiz. Ona-buna yaxınlaşıb puantajlar açıq amma mənim burda olmağımdan kimsənin xəbəri olmasın nə deməkdir?”. 2.2. Qeyd edilən sübutlardan müəyyən olur ki, cavabdehin aktiv əxlaqa sığmayan hərəkətləri nəticəsində iddiaçıya ilk maddi ziyan vurulmuş. İddiaçıya vəd verilən müddətsiz əmək münasibətlərinə son qoyuldu. İddiaçı şirkətdə əmək müqaviləsi ilə uzun müddət işləyəcəyindən əmin olduğundan ona müsahibədə təklif edilmiş işlərdən imtina edib. xx xxxx 2020-ci il tarixdə xx.xx.2020-ci il tarixdə bitmiş müqavilə münasibətlərinə xitam verildiyindən tam işsiz qalıb. Gələcəkdə ilin sonunadək (: ay sabit şəkildə alacağı 6200 AZN (altı min iki yüz manat) və ya 3000 ABŞ (üç min dollar) əmək haqqı onun əldən çıxmış faydası hesab olunur. Cəmi şəkildə 6 ayda 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) iddiaçının əldən çıxmış faydası hesab olunur. Maddi ziyanına həm də kirayədə qaldığı mənzil üçiin 850 .AZN borcla ödəmək məcburiyyətində qaldığından, cəmi 3 ay üçün 2550 AZN (iki min beş yüz əlli manat) icarə haqqı daxildir. Maddi ziyana təhrik nəticəsində uşaqların təhsil haqqısı üçün borcla ödənilən 11.500 AZN (on bir min beş yüz manat) təhsil haqqı iddiaçının maddi ziyanı hesab olunur. Pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu 541 AZN (beş yüz qırx bir manat) çəkilməli məhkəmə xərci hesab olunur. Son hadisələrdən iddiaçı mənəvi sarsıntı keçirir, cəmi 50.000 AZN (əlli min manat) ona vurulan mənəvi ziyan hesab olunur. Söyüş söymək dedikdə- qaba, nalayiq, ədəbsiz təhqiredici sözlər demək başa düşülür. Söyüş insanın daxili aləminin təzahürüdür. Başqasını alçaldıcı sözlərlə təhqir edən şəxs öz eqosunu tamamlayır və qarşı tərəfi özünün yaratdığı obrazda görməyə başlayır. Söyüşlər, adətən insanların dəyər verdiyi əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni, söyüş söymək əksər insanların, toplumun əxlaq çərçivəsinə daxil edərək dəyər verdiyi şeyləri alçaltmaq, əzmək deməkdir. Söyüş söyən şəxs bilir ki, bu zaman qarşı tərəfin qürurunu incitmiş, şərəfini alçaltmış olur və bu halda incidilmiş şəxsdə gizli və ya açıq qəzəb, nifrət, stres, mənəvi sarsıntı yaranır. Bununla söyüş söyən şəxs qarşı tərəfi söyməklə onu incidərək öz istəyinə tez bir zamanda nail olur. Söyüş birbaşa və bilavasitə qarşı tərəfin şəxsiyyətinə yönəldilmiş təhqirdir. Təhqir etmək dedikdə - Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini alçaltmaqdır. Təhqir edən şəxs başqa şəxsi təhqir etdikdə 1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə qarşı tərəfi alçaldıb özünü yüksəltməyi nəzərdə tutur və bu yolla təhqir edən özünü təsdiqləmiş olur; 2. Qarşı tərəfə bu yolla birbaşa zərər vuraraq öz. apresiyasını, qəsdini, təhqirlə ifadə edir; 3. Təhqir vasitəsilə özünü qarşı tərəfdən üstün olduğunu isbatlamış olur. Nəticədə təhqir olunan şəxsdə elə bir hiss olur ki, əvvəlcə əsəb və aqressiya, nifrət, ardınca depressiya, unudulmayan və düzəldilməsi illər sürən bir acılıq, mənəvi iztirab olur.xx xxxxxx 2014-cü il tarixli Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarı ilo müəyyən olunub ki, bir sıra hallarda bəzi şəxslər, onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Qeyd edilən qərarda şərəf ləyaqət və nüfuz sözlərinə hüquqi anlayışlar da verilib. Belə ki, həmin qərara görə, “hər kəsin şərəfi” dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət başa düşülür. “Hər kəsin ləyaqəti” dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Hesab edirik ki, maddi zərər hər bir halda qiymətləndirilib pulla kompensasiya edilə bilər. Həyat eşqinin azalması, şərəf və ya ləyaqətinin ləkələnməsi, hər hansı qabiliyyətinin itirilməsi və s. kimi mənəvi zərərin əvəzinin ödənilməsi, şəxsin məruz qaldığı zərərin pulla kompensasiya etməsi barədə hüquqi qiymət verməyə söykənir. Həmin kompensasiya ağrını azaldacağına və ya hər hansı qabiliyyəti bərpa edəcəyinə, yaxud həyat eşqini bərpa edəcəyinə zəmanət verməsə də, belə qiymətləndirmənin pulla ödənilməsi qabul ediləndir. Bu zaman itirilmişin qiymətləndirilməsi ilə geri qaytarılacağına ümid olmur, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vəsaiti kimi çıxış edir. İşin materiallarında olan sübutlardan aydın olur ki, cavabdeh iddiaçını şərəfsiz, pul üçün hər şey edən şəxs kimi tanıdır. Belə səslənmiş fikirlərdən müəyyən olunur ki, həqiqətən iddiaçıya mənəvi zərər vurulub. Məhkəmə iclasında X26 Rızanın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ona uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X13 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair yazılı etiraz ərizəsini təqdim edərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiçı X25 ona qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. İddianın əsas mahiyyəti ondan ibarətdir ki, guya o iddiaçının işgüzar nüfuzunu ləkələyərək və onun şərəfini qəsdən alçaldaraq ona maddi və əmənəvi ziyan vurmuşdur. Bildirir ki, o 2004-cü ildə işə girməsi ilə bağlı Ali Rza ilə dostunun sayəsində tanış olub və onu işə götürmüşdür. Elə 2004-cü ildə də həmin firmadan ayrılmış və başqa firmada işə başlamışdır. 2006-cı ildə işlədiyi firmanın başqa layihəsində mexanik vəzifəsinə ehtiyac oldu və Ali Rızanı tövsiyə etmiş və işə qəbul edilmişdir. 2015-ci ildə Bakıda işləməyə başlayandan sonra X36 2018-ci ildə ən son işlədiyi yerdən ayrıldığı üçün tez–tez ondan iş tapmağını xahiş edirdi. Bunu onunla aralarında olan xx.xx.2018-ci il və xx.xx.2018-ci illərdə vvhatsapp yazışmalarından görmək olar. 2018-ci ilin avqust ayında Türkiyə-Aydın-Didim vilayətində ailəsi ilə istirahətdə olarkən X36 ailəsi ilə birlikdə onun yanına gələrək iş istədiyini təkrarladı. 2019-cu ilin avqust ayında Türkiyə-Aydın-Didim vilayətində ailəsi ilə istirahətdə olduğu müddətdə X36 ailəsi ilə birlikdə onun yanına gəlib istirahət etməyi planlayıb. İstirahətdə olduğu müddətdə gəmi ilə tur da təşkil etmişdi. xx.xx.2019-cu ildə Bakıya gələndə gecə saat 02:30-da hava limanına gedib evinə gətirmişdir. 10 gün evində qonaq etmişdir. Bu müddət ərzində birlikdə 5-dən çox evə baxmışlar. Ən sonda o qaldığı binada ev tapmış və icarəyə götürmüşdür. Bu müddətdə maddi çətinlik çəkə biləcəyini düşündüyündən borc pul təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. Yuxarıda yazdıqlarından aydın olur ki 2004-cü ildən etibarən 3 firmada işə girməsinə ona köməklik etmişdir. Uşaqlarını onun qızının təhsil aldığı ABC-də oxumağı özü seçmişdir. Məktəbə gedib şərtləri danışmağında və digər məsələlərdə o və yoldaşı kömək etmişlər. Məktəbin sözləşməsində 3.2 maddəsində göründüyü kimi ödənişin mart ayına kimi tam ödənilməsi lazım idi. İddia ərizəsində 31 yanvar tarixində ödəmə edildiyi qeyd olunur. xx xxxx 2020-ci ildə son haqq hesab edilənə qədər gecikməsiz hər ay tam maaşını alıb. Bu ödəmə üçün hər hansı borc almağına ehtiyac olmayıb. Həyat yoldaşının diş müalicəsi pandemiyadan əvvəl başlamışdı. Bildirdiyi kimi bu müddətdə problem yaşanmamışdı. Bura gəldiyində dişləri ilə bağlı problem var idi. Özü demişdi ki, “burda diş müayinəsi Türkiyəyə görə ucuzdu, burda müalicəni tamamlayaram”. X36 iddia ərizəsinin 1.2 bəndində 2019-cu ilin noyabr ayında aralarındakı münasibətin pozulduğunu qeyd edib. Lakin vvhatsapp yazışmalarından da doğru olmadığı görünür. Yeni il gecəsi 3 türk ailəsi içində ən böyükləri o olduğu üçün onun evində yığışmışlar və yeni ili qeyd etmişlər. Ali Rızanın dediyi kimi onun evində deyildilər. Həmin axşam ona heç bir təhqir edilməyib əksinə çox mehriban olmuşlar. "X32 Maıntenance" MMC-yə onun tövsiyyəsi ilə işə qəbuı edilmişdir. 2004-cü ildən başlayan yaxşı qarşılıqlı münasibətlərinə istinadən 7 may tarixində olan danışıqlarında (səs yazısında özü tərəfindən də söylənilir. Yanlarında “xxxx” MMC-nin mühasibi Adəm müəllim də var idi) onunla işə davam edilməyəcəyini və pandemiya ilə əlaqədar 31 may tarixinə qədər sözləşmənin uzadılacağını 1 iyun tarixində karantin rejiminin müddətinə görə vəziyyətin dəqiqləşəcəyini bildirmişdir. Yəni demək istəyir ki, əmək müqaviləsinin pozulmasını o, əvvəlcədən bilirdi. xx xxxxxxxx 2019-cu ildən etibarən “iş icazəsi”ni alana qədər işi, binanı və bərabər işləyəcəyi iş yoldaşlarını tanıması üçün oriyentasiya məqsədli olaraq iş yerinə dəvət edilmiş və işə giriş tarixinə uyğun olaraq hissələrlə əmək haqqına əlavə edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi “işini yaxşı gördüyündən və artıq işlədiyindən” dolayı əlavə ödəmə edilməmişdir. Onda olan səs yazısında 18:29-da “şərəfsizliyindən dolayı iyiki bitirmişim” deyib. Səs yazısında eşidildiyi kimi bütün danışıqlar zamanı və əvvəlində ona şər-böhtan atıb nüfuzunu zədələdi. Onu guya Erdal Keskenderi nüfuzdan salmaq və onu işdən qovdurmaq üçün gətirdiyini yalandan bildirərək onun tabeliyində olan işçilərin yanında onun etibarını sarsacaq şəkildə danışmışdır. Onun iddiaçıya 2004-cü ildən etibarən etdiyi yaxşılıqları qarşı bu davranışlarına görə onun sözünü kəskin kəsmişdir. X38 əsl üzünü göstərmişdir. İndi anlayır ki, onu şər böhtanla hövsələdən çıxarmaq və səsini yazaraq onu şantaj eləmək istəyir. Məhkəməyə bildirir ki, onların X36, Erdal Keskender və onun arasında olan bu söhbət xx xxxx 2020-ci il tarixində yəni iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən 9 gün sonra olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onun Erdal Keskenderlə heç bir münaqişəsi yoxdur və olmayıb da. İşlədiyi “xxxx” MMC Erdal Keskendirin çalışdığı işlərə nəzarət edir. Onun işində indiyədək bir qüsur olmamışdır. Belə olan bir halda onun işdən çıxarılması üçün Ali Rızadan istifadə etməsi sadəcə mənasızdır. Bunların hamısı Ali Rızanın uydurmalarıdır. Bundan əlavə guya tərəfindən X31 iş yerində nüfuzdan salınması barədə dediklərinin heç bir əsası yoxdur. Sadəcə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir. Bildirir ki, iddiaçı Suraxanı Rayon məhkıməsində X31 "X32 Maıntenance" MMC-yə qarşı “işə bərpa barədə” iddia qaldıraraq ondan istədiyi 37000 manat pulu, yəni işə bərpa olunsa alacağı məbləği həm də MMC-dən istəyir. Hazırda mübahisə Suraxanı Rayon Məhkəməsində baxılır. İddia ərizəsində iddiaçı real zərər kimi, işə bərpa olunacağı halda ala biləcəyi 37000 manat uşaqlarının təhsilinə xərclədiyi 115000 manatı mənzil kirayəsinə görə ödədiyi 2550 manatı ondan istəyir. Bununla əlaqədar bildirir ki, 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı özü tərəfindən Suraxanı Rayon Məhkəmısində iddia qaldırırlıb. Bundan əlavə o onunla əmək müqaviləsi bağlamadığı halda bu kompensasiyanı nəyə görə ödəməlidir. Onun xərclədiyi 115000 mnanat təhsil haqqı barəsində onu deyə bilər ki, uşaqları həmin müəssisədə təhsil aldıqları üçün o pul ödənilmişdir. Uşaqlar da orada təhsil almışlar. Daha sonra onun 2550 manat məbləğində kirayə haqqının kompensasiyasının ödənilməsi barəsində tələbi də əsassızıdır. Belə ki iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir dəxli yoxdur. İddianın mənəvi zərər ödənilməsi barədə hissəsinə gəldikdə bildirir ki, o yox, Ali Rıza onun haqqında böhtan xarakterli məlumatlar yaymaqla onun ləyaqətinə və işlədiyi müəssisədə işgüzar nüfuzuna zərər vurmuşdur. Belə ki, guya tərəfindən ona təlimat verilmişdir ki, digər bir türk vətəndaşının Erdel Keskenderi müəssisədə nüfuzdan salsın və o guya onun yerinə iddialıdır. Bunların hamısı onun tərəfindən işdən çıxdıqdan sonra uydurulmuş böhtanlardır. Ali Rıza bu böhtanları 5 ildən çox müddətdə işlədiyi AR-da onun işgüzar nüfuzuna zərər yetirir. Sual olunur. Niyə bütün bu böhtanlar yalnız işdən çıxdıqdan sonra uydurulur. Niyə o işlədiyi zaman bu barədə heç kəsə məlumat verməmişdir. Ali Məhkəmənin xx xxx 1999-cu il tarixli plenum qəraraının iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir və xx xxxxxx 2008-ci il tarixli plenum Qərarında göstərilən “zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını” tələblərini iddiaçı sübut edə bilməmişdir. Sadəcə söz yığınından ibarət cümlələrlə ona mənəvi zərərin vurulmasını indi israr edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, “xxxx” MMC ilə X25 arasında xx xxxxx 2020-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. İşçinin aylıq əmək haqqı 6200 manat təşkil edir. İş materiallarında olan MYİ № 0******, xx.xx.2019 tarixli Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası ərazisində -əmək fəaliyyəti üçün iş icasəsi 1 il müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək verilib. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, işçi X2 işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiasının yayılması ilə əlaqədər ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, işçi ilə bağlanmış əmək müqaviləsi l (bir) ay müddətinə uzadılması üçün İşəgötürənə tövsiyə edilsin. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğunuzla əlaqədar məktubda qeyd olunan X3 adına "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı təqdim edirik. Müqavilənin tarixi xx.xx.2019, xitamın tarixi xx.xx.2020. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “xxxx” MMC ilə X25 arasında xx xxxxxxx 2020-ci il tarixli Əmək müqaviləsi bağlanmışıdır. Əmək müqaviləsinin müddəti xx xxxxx 2020-ci il tarixinədək müəyyən edilmişdir. xx xxxxx 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, işçi X2 işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiasının yayılması ilə əlaqədər ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, işçi ilə bağlanmış əmək müqaviləsi l (bir) ay müddətinə uzadılması üçün işəgötürənə tövsiyə edilməsi qərara alınmışdır. AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 adına "xxxx" MƏHDUD MƏSUİ İYYƏTLİ CƏMİYYƏTİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə xx.xx.2019-cu il tarixli müqavilədaxil edilmiş, xx.xx.2020-ci il tarixli müqavilənin xitam edilməsi barədə məlumat daxil edilmişdir. İddiaçı öz tələbini “cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olmaqla əmək müqaviləsinin xitam verilməsinə və bu səbəbdən də iddiaçının uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyanın vurulması” ilə əsaslandırır. Belə ki, bu aspektdən çıxış edərək, iddiaçı iddia edir ki, işgüzar nüfuzuna xələl gətirildiyindən ona maddi ziyan vurulmaqla yanaşı iddiaçı ilə əmək münasibətlərinə son qoyulduqdan sonra kütləvi şəkildə üzləşmədə iştirak zamanı kənar şəxslərin qarşısında ağır, ədəbsiz şəkildə təhqir edildiyindən onun mənəvi sarsıntı keçirtməsinə səbəb olmaqla mənəvi ziyan da vurulmuşdur. Göründüyü kimi tərəflər arasında ilk öncə ailə-məişət səviyyəsində yaranmış münasibətlər daha sonra iş yoldaşlığı səviyyəsinə qalxmış, bundan sonra tərəflər arasında mübahisə mövcuddur. Bu mübahisələrə görə iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzunun alçaldılmasını, bunun nəticəsində əmək müqaviləsinə xitam verilməsini, habelə daha sonra yaşayış binasının qarşısında cavabdeh tərəfindən söyüşlərlə təhqir edildiyini bildirir, yuxarıda sadalananlara əsaslanaraq 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN və ya 30.600 ABŞ əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıldığını, bundan əlavə onlar arasında əmək müqaviləsi bağlanmadığı halda bu kompensasiyanın nəyə görə ödəməli olduğunu, iddiaçının xərclədiyi 11.500 manatın təhsil haqqı kimi uşaqlarının təhsil aldıqları üçün ödənildiyini, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir aidiyyətinin olmamasını, mənəvi ziyanın ödənilməsini tələb edərkən keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməli olduğu halda sadəcə söz yığınından ibarət cümlələrlə ona mənəvi zərərin vurulmasını bildirir. Bu səbəbdən də iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı əldən çıxmış fayda, maddi ziyan və mənəvi ziyan tələb etməsini şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi ilə əlaqələndirməsinə görə aşağıdakıları qeyd edir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə tərəflər arasında münasibətlərin gərgin olmasına əsas yaradan halların mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan iddiaçı əldən çıxmış fayda, icarə haqqı, uşaqlarının təhsili üçün borcla ödənilən təhsil haqqı, real zərərin ödənilməsini tələb etməsini cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirərək işgüzar nüfuzuna xələl gətirildiyinə və sonda işsiz qaldığından bir sıra xərclərini borcla təmin etməsi ilə əsaslandırmışdır. Məhkəmə belə olan təqdirdə, ilk öncə iddiaçının işgüzar nüfuzuna xələl gəlməsini yoxlayaraq mülki mübahisəyə qiymət verməyi zəruri hesab etmişdir. Eyni zamanda məhkəmə iddiaçının iddia tələbinin “iddiaçının itirdiyi əmək haqqı cəmi 37.000 və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın cavabdehin qanunsuz hərəkətləri, o cümlədən təqsiri nəticəsində meydana gəldiyi sübuta yetmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bu mövqedən çıxış edərək, məhkəmə iddiaçının iddia tələbinin “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər”ə dair tələbi ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər”ə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, məhz bu üç şərtin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddia təmin olunur. Bundan başqa, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X23 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X23 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X23 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı X31 fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh X16 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddianı əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X2 cavabdeh X16 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar