Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2966/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 865 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxx» ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov küçəsində “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və qapını açaraq arxada hərəkətdə olan “X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə verindən yayınmışdır, hadisə nəticəsində “X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli Protokol tərtib olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat cərimələnmişdir. “X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı F.Ş X2 tərəfindən 865 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən avtomobilə dəymiş zərər 865 manat məbləğində pul vəsaiti avtomobilin təmiri üçün F.Ş X2 bank hesabına ödənilmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbi ilə bağlı etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi ilə tanış olduqda bir sıra halların yanlış göstərildiyi məlum olur. İlkin olaraq qeyd edir ki. xx.xx.2019-cu il tarixdə hadisə yerindən cavabdeh yox X4 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yayınmışdır. Cavabdeh isə hadisə yerində qalarkən Hyundayın sürücüsü oranı tərk edərək DYP müraciət etmişdir. Faktiki olaraq cavabdehin avtomobilinin qapısının açılması nəticəsində ehtiyatsızlıqdan avtoqəza olmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, İcbari Sığortalar haqqında qanunun 25.1.1-ci maddəsinin tələbləri hazırkı işə tətbiq edilə bilməz. Bundan başqa, cavabdeh tərəfindən vurulmuş 865 manat məbləğində maddi ziyanın necə hesablandığı və nə ilə sübuta yetirildiyi iş materiallarından bəlli deyildir. O da bəlli deyildir ki, hər iki avtomobilin "xxxx” ASC ilə sığorta müqaviləsi olduğu halda nə üçün iddiaçı belə bir iddia ilə müraciət etmişdir (müqavilə əlavə olunur).Sığorta hadisəsi olduğu halda xərclərin qarşılanmaması qəbuledilməzdir. "xxxx“ ASC həm X4 markalı. **-KS-***, həm də Wolkswagen Polo markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillər barədə məlumatlı olmuş, buna baxmayaraq bir müddət gözləmə mövqeyi tutaraq vəziyyətdən sui-istifadə etmiş, müqavilə şərtlərini və qanunun tələblərini pozmuşdur. Mövcud qanunvericiliyə görə belə olan halda maddi məsuliyyət tam iddiaçı “xxxx" ASC-nin üzərinə düşür və onun hazırkı iddia ilə müraciət etməsi qanunsuz olur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək iddia ərizəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıb yekun qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 865 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, ““X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində «xxxx» ASC tərəfindən standart icbari sığorta növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş № AP ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə saat 08:00-radələrində Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov küçəsində “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və qapını açaraq arxada hərəkətdə olan “X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə verindən yayınmışdır Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə saat 08:00radələrində Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov küçəsində “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və qapını açaraq arxada hərəkətdə olan “X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə verindən yayınmışdır.0094284 №-li inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli tərəf kimi bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir.“X4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat məbləğində maddi ziyan dəymiş, həmin məbləğ X1 ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh hadisə yerindən yayındığından, bu barədə inzibati tənbeh vermə haqqında qərar olduğundan və vurulmuş zərərin əvəzi 865 AZN həcmində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 865 manat xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə 865 manat və 30 manat dövlət rüsumu cəmi 450 (dörd yüz əlli) məbləğində pul vəsaiti ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2966/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2966/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver