Məhkəmə qərarları › İş №2(005)-299/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-299/2022

31.01.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-299/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 (Maraqlı şəxs2) və X2 qarşı “uşağın atası olmamasının müəyyən edilməsi və bununla bağlı qeydiyyat şöbəsində müvafiq düzəlişlərin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 (Maraqlı şəxs2) və X2 qarşı “uşağın atası olmamasının müəyyən edilməsi və bununla bağlı qeydiyyat şöbəsində müvafiq düzəlişlərin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs1 01.11.2016-cı il təvəllüdlü X3 atası olmamasının müəyyən edilməsi və bununla bağlı X3 doğum haqqında akt qeydinə müvafiq düzəlişlərin (ata haqqında məlumat qrafasında aparılmış qeydlərin ləğv edilməsi, soyadın dəyişdirilməsi və s.) aparılmasının Maraqlı şəxs2nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X8 ilə 05.01.2015-ci il tarixdə ailə qurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11.2016-cı il tarixli qətnaməsi ilə rəsmi nikah pozulmuş və bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17.02.2017-ci il tarixdə 44 nömrəli qeyd aparılmışdır. Rəsmi nikah qeyd edilən tarixdə pozulsa da, faktiki olaraq ailə münasibətləri ailə qurduqdan yəni, 05.01.2015-ci il tarixdən 4 ay sonra pozulmuşdur. Ayrı yaşadıqları dövr ərzində o, başqa şəxslə yaşamış və ailə münasibətlərində olmuşdur. Elə həmin dövrdə 01.11.2016-cı il tarixdə Dəniz adlı övladı dünyaya gəlmişdir. Həmin vaxtı rəsmi nikahda olmağına baxmayaraq, ayrı yaşadıqları üçün cavabdeh uşağın dünyaya gəlməsindən xəbəri olmamışdır. Uşağı ev şəraitində dünyaya gətirmişdir. Cavabdehlə birgə nikahları rəsmi şəkildə pozulduqdan sonra Maraqlı şəxs2nə müraciət etmiş, oradan bildirmişlər ki, uşağın ev şəraitində dünyaya gəlməsi ilə əlaqədar məhkəmə qaydasında uşağın doğulması faktı təsdiq edilməlidir. Bununla bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 01.08.2018-ci il tarixli, 2(003)-2246/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş və 01.11.2016-cı il tarixdə Bakı şəhərində 1 qız uşağı dünyaya gətirməyi faktı təsdiq edilmişdir. Daha sonra Maraqlı şəxs2nə uşağına doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etdikdə, onlar şəhadətnamədə, habelə doğum haqqında akt qeydində uşağın ata adı qrafasına yalnız uşaq doğulan vaxtı rəsmi nikahda olduğu, lakin faktiki olaraq birgə yaşamadığı cavabdehin qeyd edilməsinin mümkün olduğunu bildirdilər. Baxmayaraq ki, həmin şəxsin uşağının atası olmadığını və bunun onun özünün də bildiyini qeyd etmiş, lakin buna baxmayaraq Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İV №338666 doğum haqqında şəhadətnamədə uşağının soyadı, adı, ata adı X1 qeyd edilmişdir. Bu anlaşılmazlığın aradan qaldırılması məqsədilə Maraqlı şəxs2nə müraciət etmiş, lakin adıçəkilən qurum 21.08.2021-ci il tarixli, 332 saylı məktubla bu dəyişikliyin edilməsinin mümkün olmadığı və məsələnin araşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsini məqsədəuyğun olduğu bildirilmişlər. Ovladı dünyaya gəldiyi gündən hal hazıradək uşağının həqiqi atası ilə birgə yaşayırlar. Bu səbəbdən doğum haqqında şəhadətnaməsində ata qrafasında uşağının həqiqi atasının qeyd edilməsi zəruridir. Bu uşağının gələcəkdə normal ailə mühitində böyüməsi, cəmiyyətdə sağlam şəkildə formalaşması üçün vacibdir. Qızı doğma atasını öz atası kimi tanıyır, sadəcə formal olaraq sənədlərdə bu öz əksini tapmalıdır. Cavabdeh hazırkı iddia ilə razıdır və heç bir etirazı yoxdur. Məhkəmə prosesi zamanı bununla bağlı sənədlər təqdim ediləcəkdir. Həqiqəti elə o vaxtı da bilirdi. Hazırda övladının üstündən adının götürülməsinə razıdır. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh Maraqlı şəxs1 Ələkbəroviç məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, azyaşlı 01.11.2016-cı il təvəllüdlü X3 atası deyil və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxs məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 01.11.2016-cı il tarixdə doğulmuş, ata qrafasında “Maraqlı şəxs1”, ana qrafasında “Ərizəçi” qeyd edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs1 ilə Ərizəçiı nikahları 17.02.2017-ci il tarixdə ləğv edilmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 147 ünvanında qeydiyyatdadır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23.09.2021-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 22.09.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. Maraqlı şəxs2 Ərizəçi ünvanlanmış 21.08.2021-ci il tarixli məktubundan görünür ki, 01.11.2016-cı ildə anadan olan X4 doğum haqqında şəhadətnamə verilərkən, Maraqlı şəxs1 ilə qanuni nikahda olduğu üçün uşağın doğum haqqında şəhadətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən valideynlər kimi qeyd edilmişlər. 05.09.2014-cü ildə vətəndaş Maraqlı şəxs1 ilə bağladığı 2375 saylı nikah 17.02.2017-ci ildə pozulmuşdur. 05.01.2015-ci ildən isə vətəndaş Şamil Cəfərovla qeyrirəsmi nikahdadır və o, uşağın atasıdır. Məsələnin araşdırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Xəzər Rayon Məhkəməsinin 2(003)-2246/2019 saylı, 01.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi 01.11.2016-cı il tarixdə Bakı şəhərində bir qız uşağı doğulması faktı müəyyən edilməsi qət edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 882/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan qrup faktorlarının nəticələrinə əsasən ekspertizaya təqdim olunmuş Ərizəçi ilə Maraqlı şəxs1 olan cütlükdən Dəniz adlı uşağın törəməsi mümkün deyil. Göründüyü kimi, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 ilə 05.01.2015-ci il tarixdə nikaha daxil olmuş və faktiki olaraq 4 ay sonra ailə münasibətləri pozulmuş, lakin nikahları rəsmi olaraq 17.02.2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdehlə ailə münasibətləri pozulan zaman başqa bir şəxslə ailə münasibəti qurmuş və həmin münasibətdən faktiki olaraq 01.11.2016-cı il təvəllüdlü Dəniz adlı uşaq doğulmuşdur. Uşağa doğum haqqında şəhadətnamə verilməsi üçün müraciət etdikdə, şəhadətnamədə və doğum haqqında akt qeydində uşağın ata adı qrafasına yalnız uşaq doğulan vaxtı rəsmi nikahda olduğu, lakin faktiki olaraq birgə yaşamadığı cavabdehin qeyd edilməsinin mümkün olduğunu bildirmişlər. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 882/2021-MTBŞ nömrəli ekspert rəyində tərəflərin birgə münasibətindən 01.11.2016-cı il təvəllüdlü Dəniz adlı uşağın doğulması törəməsi mümkün olmaması qeyd edilmişdir. Həmçinin cavabdeh Maraqlı şəxs1 məhkəmə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul edir, uşağın atası olmadığını qeyd edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideyinlik hüququndan məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək müəyyən olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Maraqlı şəxs1 01.11.2016-cı il təvəllüdlü X3 atası olmaması faktı müəyyən edilməli və bununla bağlı X3 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin aparılması Maraqlı şəxs2nə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 01.11.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 atasının Maraqlı şəxs1 olmaması faktı müəyyən edilsin. Bu barədə X3 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin aparılması Maraqlı şəxs2nə həvalə edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar