Məhkəmə qərarları › İş №2(005)-3029/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3029/2022

29.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3029/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Maraqlı şəxs, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs «itirilmiş məhkəmə icraatının bərpası» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs «itirilmiş məhkəmə icraatının bərpası barədə» ərizə ilə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-103/1999 nömrəli xx.xx.2022ci il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs «itirilmiş məhkəmə icraatının bərpası barədə» ərizəsi təmin edilməmişdir. Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-103/1999 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-103/1999 nömrəli xx.xx.2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4276/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs şikayəti təmin edilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-103/1999 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, ərizəyə baxılması üçün iş materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, itirilmiş icraatın bərpa edilməsi barədə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, 2-103/1999-cu il tarixli Bakı Şəhəri Nərimanov Rayonu Məhkəməsinin qərarından görünür ki, qeyd olunan mülki iş üzrə iddiaçı X2 cavabdeh X1 qarşı “uşağın anadan olması haqqında akt qeydində ata haqqında qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilərək xx.xx.1996-cı il təvəllüdlü Elminin doğum haqqında şəhadətnaməsindəki ata haqqında qeydin ləğv edilməsi və Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsinin üzərinə müvafiq qeydi aparmaq vəzifəsi qoyulmuşdur. Göründüyü kimi, hazırda məhkəməyə ərizə ilə müraciət etmiş Maraqlı şəxs itirilmiş məhkəmə icraatının bərpa edilməsi nəzərdə tutulmuş iş üzrə işdə iştirak edən şəxs olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə 1 saylı Əlavəsinin:

1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.

2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır.

3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir.

4. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə, müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir.

8. İşə baxarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti olan arayış və kağızlardan istifadə edir. Ərizəçi Maraqlı şəxs bərpa edilməsini xahiş etdiyi iş işdə iştirak edən şəxs olmasına dair məhkəməyə hər-hansı sübut təqdim etmədiyindən məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçi Maraqlı şəxs «itirilmiş məhkəmə icraatının bərpası barədə» ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi Maraqlı şəxs «itirilmiş məhkəmə icraatının bərpası barədə» ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar