Məhkəmə qərarları › İş №2(005)-3062/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3062/2024

08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3062/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, AR Dövlət Vergi Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, AR Dövlət Vergi Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin nizamnaməsində dəyişiklik edilərək, iddiaçının 5 faiz hissədə pay hüququnun AR Dövlət Vergi Xidmətində qeydiyyata alınmasının təmin edilməsi və yeni redaksiyada Nizamnamənin (iddiaçının 5 faiz payı göstərilməklə) qəbul edilməsi öhdəliyinin "xxxx" MMC-nin təsisçiləri (cavabdehlər) Cavabdeh3, Cavabdeh1 və X1 üzərinə qoyulmasına, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər bütün dividentləri üzrə İddiaçı 5 faiz hissədə payının müəyyən edilməsi və həmin dividentlərin ümumi məbləği olan 7000 manatın (5 faiz hissəsi miqdarı) cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həyat yoldaşından ona "xxxx" MMC-nin Nizamnamə Kapitalında özünə (X2) məxsus 50% paydan, birgə nikah dövründə əldə edilmiş 10% payın ½hissəsi (5% hissəsi) miras qalmışdır. Lakin müvafiq hissə üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cəmiyyətin təsisçilərinin qərarı olmadığı üçün “Məclis" MMC-nin Nizamnamə Kapitalında dəyişiklik edilməsini və onun 5 % hissədə pay hüququnun müəyyən edilərək AR X5 elektron sistemində qeydiyyata alınması və pay hüququnun qeydiyyata alındığı reyesterdən çıxarışın əldə edilməsinə dair AR Dövlət Vergi Xidmətinə ünvanlanmış müraciətlərinə imtina cavabı verilmişdir. Bildirmək istəyir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhər 41 saylı notariat ofisində 4Ə-764 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş həmin təsis payını digər təsisçinin razılığı əsasında onun xəbəri olmadan qanunsuz şəkildə Cavabdeh2 alqı-satqı müqaviləsi ilə satmışdır. Məlumatı olduğu qədər və AR Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumatlardan göründüyü kimi Cavabdeh2 hal hazırda Dövlət Vergi Xidmətində yeni təsisçi olaraq qeydiyyata alınmamış və keçmiş təsisçilər Cavabdeh1 və Cavabdeh3 yeni redaktədə Nizamnaməni təstiq etməmiş və bununla bağlı Dövlət Vergi Xidmətində qeydiyyat aparılmamışdır.Hal hazırda sözügedən cavabdehlərin “Məclis" MMC-nin Nizamnamə Kapitalında onun 5 % hissədə payhüququnu təstiqləyən yeni redaktədə Nizamnamənin təsdiq edilməsi və Notariat qaydada qeydiyyata alınması mütləq və zəruridir. Göründüyü kimi, “Məclis" MMC-nin Nizamnamə Kapitalında dəyişiklik edilməsi və onun 5 % hissədə pay hüququnun müəyyən edilməsi məqsədilə “Məclis" MMC-nin iştirakçılarının (onun təsisçilərinin) qərarı olmalı olduğu halda, təsisçilər bu qərarın qəbul edilməsindən qanunsuz şəkildə yayınırlar. Ona görə də hesab edir ki, “Məclis" MMC-nin Nizamnamə Kapitalında dəyişiklik edilməsi və onun 5 % hissədə pay hüququnun müəyyən edilərək AR Dövlət Vergi Xidmətində qeydiyyata alınmasının təmin edilməsi məqsədilə bu barədə qərar qəbul edilməsi və yeni redaksiyada Nizamnamənin qəbul edilməsi öhdəliyinin “Məclis" MMC-nin təsisçilərinin (cavabdehlər) Cavabdeh3 və Cavabdeh1 üzərinə qoyulması mütləq və zəruridir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib müəyyən etmişdir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh1 VÖEN-i vardır. Cavabdehlərdən biri - AR Dövlət Vergi Xidmətidi, yəni inzibati orqandır. İddia tələbi isə kommersiya hüquqi şəxsi olan "xxxx" MMC-nin Nizamnaməsində dəyişiklik edilərək, iddiaçının 5% payı göstərilməklə qəbul edilməsi öhdəliyinin "xxxx" MMC-nin təsisçilərinin üzərinə qoyulması, (cavabdehlər) hüququnun AR Dövlət Vergi Xidmətində qeydiyyata alınması məqsədilə bu barədə bu barədə qərar qəbul edilməsi və yeni redaksiyada Nizamanamənin qəbul edi İddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM İdidaçı İddiaçı Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, AR Dövlət Vergi Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. ********** nömrəli qəbzlə ödənilmiş 300 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar