Məhkəmə qərarları › İş №2(005)-3085/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3085/2020

01.10.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3085/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2007-ci il tarixdə X8 Dubay şəhərində anadan olmuş X17 Mohammed İqbalın xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Birləşmiş X12 şəhər konsulluğunda tərtib edilmiş 192 saylı doğum haqqında akt qeydində uşağın soyadı qrafasında Şeyx, adı qrafasında Jahana, ata qrafasında Mohammed İqbal qızı, atasının ata qrafasında Qulam, anasının ata adı Qədir kimi göstərilərək düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Hindistan Respublikasının vətəndaşı X9 ailə həyatı qurmuşdur. Bu izdivacdan xx.xx.2007-ci il təvəllüdlü qızları X17 Mohammed İqbal X8 Dubay şəhərində doğulmuşdur. Bu barədə qızına Azərbaycan Respublikasında AZE №10954928 saylı, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsi və xx.xx.2007-ci il tarixli İ-AZ №067973 haqqında şəhadətnamə verilmişdir. Şəxsiyyət vəsiqəsini yeniləyərkən iddiaçıya Dubay şəhərində qızının doğularkən X14 Dubay şəhər konsulluğunda tərtib edilmiş 192 saylı doğum haqqında akt qeydində və qızlarının doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində ziddiyyətlər olduğu məlum olmuşdur. Bu düzəlişin edilməsi üçün o qanunauyğun olaraq yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi 959 saylı, xx.xx.2020-ci il tarixli məktubla onun müraciətindən imtina edərək, ona yaşayış yeri üzrə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinə düzəliş üçün müxtəlif orqanlara müraciət etmişdir. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin düzgün yazılması zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın yerevan şəhərində anadan olmuş və hazırda ünvan 2 mənzil 65 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, 10954928 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Şeyx Jahana X13 xx.xx.2007-ci il tarixdə BƏƏ, Dubay şəhərində doğulmuşdur, atası – Biscuitvvala Mohammed, anası – Ərizəçidır; AR-nın Dubaydakı Konsulluğu soveti tərəfindən verilmiş İ-AZ 067970 nömrəli, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə X15, Dubay şəhərində doğulmuş X4 atası X16, anası Ərizəçidır; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 959 nömrəli məktubunun surətinə əsasən Ərizəçi ərizəsinə cavab olaraq, övladının xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Birləşmiş X5 tərtib edilmiş 192 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşağın adı, soyadı, ata adı və ananın ata adı təqdim etdiyi digər sənədlərlə ziddiyyətli olduğu aşkar edilmişdir. Belə ki, Nərimanov RPİ tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı 10954928 nömrəli şəxsiyyət vəsiqəsində uşağın soyadı "Şeyx'', adı “Jahana’", atası "X13", Azərbaycan Respublikasının Birləşmiş X5 tərtib edilmiş doğum haqqında şəhadətnamədə uşağın soyadı və adı “X24"’, ata adı “İqbal qızı", anasının ata adı “Qədir" kimi qeyd olunmuşdur. Doğum haqqında akt qeydində isə uşağın sdyadı “Mühəmməd'’, adı “Şeyx Cohana", ata adı “İqbal", atası haqqında məlumat qrafasında “X23", anasının ata adı “Fəsəl" kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2020-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şeyx Jahana X13 xx.xx.2007-ci il tarixdə BƏƏ, Dubay şəhərində doğulmuşdur, atası – Biscuitvvala Mohammed, anası – Ərizəçidır; Azərbaycan Respublikasının Birləşmiş X5 tərtib edilmiş 192 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşağın adı, soyadı, ata adı və ananın ata adı təqdim etdiyi digər sənədlərlə ziddiyyətli olduğu aşkar edilmişdir. Belə ki, Nərimanov RPİ tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı 10954928 nömrəli şəxsiyyət vəsiqəsində uşağın soyadı "Şeyx'', adı “Jahana’", atası "X13", Azərbaycan Respublikasının Birləşmiş X5 tərtib edilmiş doğum haqqında şəhadətnamədə uşağın soyadı və adı “X24"’, ata adı “İqbal qızı", anasının ata adı “Qədir" kimi qeyd olunmuşdur. Doğum haqqında akt qeydində isə uşağın sdyadı “Mühəmməd'’, adı “Şeyx Cohana", ata adı “İqbal", atası haqqında məlumat qrafasında “X23", anasının ata adı “Fəsəl" kimi qeyd edilmişdir. Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə doğum akt qeydində düzəliş edilməsi mümkün olmadığından doğum akt qeydində düzəlişlər edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şeyx X1 məxsus Birləşmiş X5 tərtib edilmiş doğum haqqında şəhadətnamədə müvafiq düzəlişlər edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə X8 Dubay şəhərində anadan olmuş X4 xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Birləşmiş X12 şəhər konsulluğunda tərtib edilmiş 192 saylı doğum haqqında akt qeydində olan uyğunsuzluq aradan qaldırılsın. Doğum haqqında akt qeydində düzəliş edilərək xx.xx.2007-ci il tarixdə X8 Dubay şəhərində anadan olmuş uşağın adı – Jahana, soyadı – Şeyx, ata adı – Mohammed İqbal kimi qeyd olunsun. Ana qrafasında (milliyyətcə azərbaycanlı olan) Ərizəçi, atası qrafasında (milliyyətcə hindistanlı olan) X2 kimi göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar