Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3106/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızının, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Daşınmaz əMlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə verilmiş çıxarışın ləğv edilməsi dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 25 ünvanına verilmiş çıxarışın lə\ğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə iddiaçı X2 ilə tanış olmuş və ər-arvad kimi birlikdə yaşamağa başlamışlar. İlyas Həmin həmnin vaxt işləmədiyi üçün onu öz evinə aparmışdır. 2001-ci ildə ona məxsus əmlakını satıb müvəqqəti bacısıgildə qalmışdır. 2002-ci ilin may ayında Gəncə şəhərində 2 otaqlı mənzili almışlar. Həmin vaxt mənzili baş etibarnamə ilə almışdır ki, evi öz adına sənədləşdirə bilsin. Öz adına sənədləşdirə bilmədiyinə görə sonradan həmin evi İlyasın adına sənədləşdirmişdir. 10 il İlyasla birlikdə həmin evdə yaşamış, sonra o evi satıb ünvan 1 mənzil 25 ünvanında olan mənzili almışlar. 2014-cü ildə İlyas infarkt olmuş, əməliyyat xərclərini “Bank Standart”dan götürüb ödəmişdir. 2017-ci ildə İlyas vəfat etmişdir. Onun dəfn xərcləri də bibisi oğlu Rsaim və onun tərəfindən çəkilmişdir. İlyasın ölümündən xeyli müddət sonra İlyasın qızları onun yanına gələrək vərəsəlik şəhadətnaməsi alacaqlarını və mənzilin yarısının onun, yarısının isə onlara məxsus olacağı barədə razılkaşmış, lakin sonda onu aldatmışlar. İıyasın qızı Esmira Abubəkirova onun mənzildən çıxarılması üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İşə birinci və apelyasiyada baxılan zaman müəyyən edilmişdir ki, o İlyasla faktiki nikah münasibətlərində yaşamışdır. Lakin məhkəmə qeyd edilən faktları qəbul etməmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-175/2019 saylı qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6589/2019 saylı xx.xx.2019-cu il tarixli qərarını təqdim edərək həmin iş üzrə məhkəmə aktlarının olduğunu, lakin bu qətnamələrin Azərbaycan Respublikası Konstistusiya Məhkəməsinin qərarı əsasında ləğv olunduğundan işə yenidən baxılmalı olduğunu bildirmişlər. Bu səbəbdən məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-175/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 6 saylı Notariat Kontoruna və X1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə baxılmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə iddia rədd edilmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3106/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3106/2020
16.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver