Məhkəmə qərarları › İş №2(005)-3112/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3112/2021

02.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3112/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydində dəyişiklik edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydində dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, ona 20 avqust 1965-ci ildə Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən AZ №0948713 seriyalı, 928 nömrə ilə akt qeydi aparılmaqla doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ərizəçinin soyadı Rzayev, adı Əli-İsa, ata adı isə Ağa Yusuf yazılmalı halda Ağa Yusif” yazılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamədə və hərbi biletdə isə soyadı Rzayev, adı Əli-İsa, ata adı isə Ağa Yusuf kimi qeyd edilmişdir. İddiaçı və ailə üzvləri bəzi hüquqi sənədləri almaq üçün aidiyyatı orqana müraciət etdikdə bildirmişlər ki, ərizəçinın sənədlərində ata adında ziddiyyət vardır və bu ziddiyyəti aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilərlər. Bu ziddiyyəti aradan qaldırmaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 19 may 2021-ci il tarixli 103 saylı imtina məktubunda doğum haqqında şəhadətnamədə ziddiyyət olduğundan məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə 12.06.2021-ci il tarixli 1165 saylı məktubu ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 1958-ci ildə Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən AZ № ******* seriyalı, 928 nömrə ilə akt qeydi aparılmaqla doğum haqqında şəhadətnamədə ərizəçinın soyadı Rzayev, adı Əli-İsa, ata adı Ağa Yusif göstərilmişdir. İş materiallarında olan 25.08.1990-cı il tarixdə verilmiş №401105 nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ərizəçinın ata adı Ağa Yusuf kimi qeydə alınmışdır. İş materiallarında olan 11 noyabr 1976-cı il tarixdə verilmiş №3376633 hərbi biletdən görünür ki, ərizəçinın ata adı Ağa Yusuf kimi qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 19.05.2021-ci il tarixli məktubdan görünür ki, doğum akt qeydində düzəliş etmək üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə edilir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, ərizəçinin ata adı rəsmi sənədlərdə Ağa Yusuf kimi yazılmasına baxmayaraq, ona məxsus AZ №0948713 seriyalı, 928 nömrə ilə akt qeydi aparılmaqla doğum haqqında şəhadətnamə Ağa Yusif göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Yenə də həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğuna görə təmin edilərək, Ərizəçi məxsus 20 avqust 1965-ci ildə Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən AZ №0948713 seriyalı,928 nömrə ilə akt qeydi aparılmaqla doğum haqqında şəhadətnamə verilmişdir.Həmin şəhadətnamədə ərizəçinin ata adının “Ağa Yusif”kimi oxunması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 216-220, 305.1.1, 307.2.3, 308, 311-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1958-ci ildə Bakı şəhərində doğulması barədə Nərimanov rayon VVAQ Şöbəsi tərəfindən 1958-ci ilin oktyabr ayının 22-də 928 saylı doğum akt qeydində dəyişiklik aparılaraq, ərizəçinin atasının adı Ağa Yusif kimi qeyd edilsin. Bu barədə yeni doğum haqqında şəhadətnaməsinin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar