Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3133/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və "Audi A7" markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 5030.40 manat cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutularaq “İddiaçı" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə idarə etdiyi cavabdeh X3 məxsus “Mercedes Benz E280” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində yolnəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin TP ******* saylı X12 haqqında Qərarında öz əksini tapmışdır.xx.xx.2019cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 312D" markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1075 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata uyğun olaraq, “Audi A7" markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə 65044.30 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 067092, 067556 və 069630 saylı sığorta aktına əsasən “İddiaçı" Sığorta Şirkəti 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində ‘İddiaçı" sığorta şirkətinə dəymiş 5000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli sığorta və ziyan aktının təsdiq edilmiş surətindən görünür ki, yol nəqliyyat hadisəsinə görə sığortalı “Mercedes Benz E280” markalı, 90ND064 markalı avtomobil ilə “Mercedes Benz C180” markalı, 10UV122 markalı avtomobil toqquşmuş, 2445 manat zərər müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktının və ziyan təsdiq edilmiş surətindən görünür ki, yol nəqliyyat hadisəsinə görə sığortalı “Mercedes Benz E280” markalı, 90ND064 markalı avtomobil ilə “Mercedes Benz 312D” markalı, 90JN617 markalı avtomobil toqquşmuş, 1075 manat zərər müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta və ziyan aktının təsdiq edilmiş surətindən görünür ki, yol nəqliyyat hadisəsinə görə sığortalı “Mercedes Benz E280” markalı, 90ND064 markalı avtomobil ilə “AUDİ A7” markalı, 10PP122 markalı avtomobil toqquşmuş, 65044,30 manat zərər müəyyən edilmişdir. AD № 450089 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E280” markalı, 90ND064 dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. ƏN-İV 749302 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamədən görünür ki, X5 “Mercedes Benz E280” markalı, 90ND064 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixə kimi X9 idarə etməyi etibar etmişdir. TP ******* saylı, xx.xx.2019-cu il tarixli X12 haqqında Qərara əsasən Cavabdeh2 “Mercedes Benz E280” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN- *** dövlət qeydiyyat nişanlı və “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. İXM-nin 332.1-ci və 327.2-ci maddəsində nəzərdə tutulan qəzanı törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş zərərin aradan qaldırılması üçün İddiaçı S.Ş ASC tərəfindən ümumilikdə 5000 manat pul ödənildiyindən, iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törədilə zaman "Mercedes Benz E280" markalı, ** ND *** dövlət qeydiyyat nişanlıavtomobilin X2 mülkiyyətində olması müəyyən olunmuş, eyni zamanda Cavabdeh2 həmin avtomobili etibarnamə olmadan idarə etdiyi də müəyyən edilmişdir. Odur ki, yüksək təhlükə mənbəyinin – "Mercedes Benz E280" markalı, ** ND *** dövlət qeydiyyat nişanlıavtomobilin sahibi X5 həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan mülki hüquq pozuntusuna görə məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni "Mercedes Benz E280" markalı, ** ND *** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən Cavabdeh2 üzərinə qoyulmalı və 5000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı S.Ş Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. X1 və Cavabdeh2 müştərək qaydada 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu "İddiaçı" SŞ-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3133/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3133/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver