Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3180/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, Ermənistan Respublikası Yeqeqnazor rayonu VVAQ Şöbəsi tərəfindən ona verilmiş 01 noyabr 1984-cü il tarixli, «İV-SL 126016» nömrəli, «54» saylı doğum haqqında şəhadətnaməmin ata qrafasındakı X1nun adının «Mirsahib» kimi deyil, «Mirsayab» kimi qeyd edilməklə yeni (təkrar) doğum şəhadətnaməsinin verilməsinin Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1984-cı ildə Ermənistan Respublikasının Yeqeqnazor rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. 01 noyabr 1984-cü ildə Ermənistan Respublikasının Yeqeqnazor rayonun VVAQ Şöbəsi tərəfindən «İV-SL 126016» nömrəli, «54» saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin ata qrafasında atası X4 adı «Mirsahib» kimi göstərilmişdir. Beləki, atasının adında olan yeddinci «a» hərifi «i» hərifi kimi yazılmışdır. Lakin atasına aid olan şəxsiyyət vəsiqəsində, eləcədə doğum şəhadətnaməsində atasının adı «Mirsayab» kimi göstərilmişdir. Ona aid olan doğum şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində isə atasının adı Mirsahib kimi qeyd olunmuşdur. Qeyd edir ki, atası X4 adına «Azəkimya» DŞ Bakı Şin zavodu tərəfindən Bakı şəhəri. Yusifzadə küçəsi 37 saylı evin 62 nömrəli mənzilinə dair 16.03.1992-ci il tarixli, seriya nömrəsi 01830 olan, 125 nömrəli ORDER verilmişdir. Hal-hazırda atası öz adına həmin mənzili özəlləşdirmək istəyir və bunun üçün mənim notarial qaydada razılıq ərizəsi tələb olunur. Lakin yuxarıdakı göstərilən atasının adında olan səhv, yəni Mirsayab əvəzinə Mirsahib yazılması hal-hazırda həmin razılıq ərizəsinin notarial qaydada təsdiqlənməsinə mane olur. Bu səbəbdən notariat ol isi ərizəni təsdiq etməkdən imtina edir və nəticədə atam yuxarıda göstərilən mənzili özəlləşdirə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1988-ci ildə Ermənistanda yaranmış məlum olaylardan sonra ailəvi olaraq didərgin düşmüş və Bakı şəhərində məskunlaşmışıq. Göstərilənlərə əsasən hesab edir ki, Ermənistan Respublikasının Yeqeqnazor rayonun VVAQ Şöbəsi tərəfindən verilmiş 01 noyabr 1984-cü il tarixli, «İV-SL 126016» nömrəli, «54» saylı doğum haqqında şəhadətnaməmin ata qrafasındakı X1nun adının «Mirsahib» kimi deyil, «Mirsayab» kimi qeyd edilməklə yeni (təkrar) doğum şəhadətnaməsinin verilməsinin Bakı şəhəri, Nərimanov rayonu Qeydiyyat Şöbəsinə məhkəmə qaydasında həvalə edilməlidir. Ərizəçi X8 məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iclasında şahid X9 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun oğludur. Onun adı Mirsayabdır, bütün sənədlərdə adı belədir. Lakin oğlunun doğum haqqında şəhadətnaməsində onun adı Mirsahib kimi qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi X2 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 22.12.2011-ci il tarixli, AZE 09372032 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qəmbərov Mirsayab Musa oğlu 01.10.1960-cı il tarixdə Ermənistan SSR-nin Yeqeqnadzor rayonunda anadan olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 07.02.2014-cü il tarixli, AZE 14839492 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01.05.1958-ci il tarixdə Ermənistan SSR-nin Yeqeqnadzor rayonunda anadan olmuşdur. İş materiallarında olan Yeqeqnadzor rayonu, Qovuşuq kənd soveti tərəfindən verilmiş 01.11.1984-cü il tarixli, İV-СЛ № 351800 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Yeqeqnadzor rayonun, Qızılgül kəndində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 01.11.1984-cü il tarixdə 54 nömrə ilə qeyd edilmişdir. X1, anası isə X5r. İş materiallarında olan Yeqeqnadzor rayonu, Qovuşuq kənd soveti tərəfindən verilmiş 20.10.1981-ci il tarixli, İ-СЛ № 447402 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X10 arasında 20.10.1981-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 20.10.1981ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “Azərkimya” Bakı Şin zavodu tərəfindən verilmiş 125 saylı yaşayış sahəsindən istifadə hüququna dair orderin dublikatının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 istifadəsinə verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ərizəçinin atasının adı X7r, lakin Ərizəçi barəsində tərtib edilmiş Yeqeqnadzor rayonu, Qovuşuq kənd soveti tərəfindən verilmiş 01.11.1984-cü il tarixli, İV-СЛ № 351800 nömrəli doğum haqqında şəhadətnamədə “adı” qrafasında “Ərizəçi” oğlu, ata qrafasında “X15” oğlu, ana qrafasında “X10” yazısı qeyd olunmuşdur. Ərizəçi doğum akt qeydində olan səhvlərin düzəliş edilməsi üçün MPM-in 37-ci fəslinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci maddəsinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, vətəndaş vəziyyəti aktlarının 01.11.1984-cü il tarixli, 54 nömrəli doğum akt qeydində ərizəçinin atasının adının “X11” qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum haqqında akt qeydində düzəliş edilməli, atasının adı “adı” qrafasında “X12” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaş vəziyyəti aktlarının 01.11.1984-cü il tarixli, 54 nömrəli doğum akt qeydində Ərizəçi atasının adı qrafasındakı “X11” qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydində düzəliş edilsin, “soyad, adı və atasının adı” qrafasında "Ərizəçi Mirsayab oğlu” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3180/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3180/2021
05.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver