Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3256/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, onun vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16860 manat məbləğində dəymiş maddi, 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 08 iyun 2019-cu il tarixdə Cavabdeh1 ilə el adətinə uyğun nişanlanmış və nişan məclisi hər iki tərəfin qohumlarının iştirakı ilə "Mona Liza" şadlıq sarayında keçirilmişdir. 06 iyul 2019-cu il tarixdə ‘Viktoriya şadlıq sarayında Cavabdeh1 toyu olmuşdur. 13 iyul 2019-cu il tarixdə “Göyçay” şadlıq sarayında toy mərasimi keçirərək Cavabdeh1 ilə nikah bağlamaqla evlənmişdir. Cavabdeh1 ilə evlənərkən aralarında ər-arvad münasibəti olmamışdır. Belə ki, iddiaçı tərəf sonradan Cavabdeh1nın xəstə olmasını ondan və ailəsindən gizlətmişlər. 25 iyul 2019cu il tarixdə Cavabdeh1 valideynləri qızlarını müalicə etdirmək adı ilə evlərinə aparmış və bir müddət valideynlərinin evində qaldıqdan sonra Cavabdeh2 qızının ailə münasibətlərinin davam etməsinin mümkünsüz olduğunu bildirmişdir. Aralarında mübahisə olmadığı üçün bu səbəbdən nikah 02 oktyabr 2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində pozulmuşdur. Cavabdeh1 2019-cu ilin dekabr ayında ona qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, qiyməti 1500 manat olan İtaliya istehsalı olan brilyant qaşlı nişan üzüyünün, ümumi dəyəri 7400 manat olan brilyant qaşlı üzük, sırğa, boyunbağı, qolbaq dəstinin, dəyəri 800 manat olan 2 ədəd paltonun, hər birinin qiyməti 60 manat olan 2 ədəd ayaqqabının, hər birinin qiyməti 45 manat olan 2 cüt uzunboğaz çəkmənin, qiyməti 150 manat olan 01 ədəd dəri gödəkçənin, hər birinin qiyməti 70 manat olan 6 ədəd donun və dəhliz mebelinin dəyəri olan 1500 manat pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(046)-181/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəyəri 400 manat olan 2 ədəd palto, hər bir cütünün dəyəri 60 manat olan 2 cüt ayaqqabı, hər bir cütünün dəyəri 45 manat olan 2 cüt uzunboğaz çəkmə, dəyəri 150 manat olan 1 ədəd dəri gödəkçə, dəyəri 20 manat olan 1 ədəd don, hər birinin dəyəri 70 manat olan 5 ədəd don və dəhliz mebelinin dəyəri olan 1500 manat pul və dəyəri 600 manat olan nişan üzüyü, dəyəri 3800 manat olan qızıl dəsti və ya həmin əmlakların dəyəri olan cəmi 7030 manat pulun ondan alınıb X5 verilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(107)-1225/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(046)- 181/2020 nömrəli qətnaməsi “dəyəri 400 manat olan 2 ədəd palto, hər bir cütünün dəyəri 60 manat olan 2 cüt ayaqqabı, hər bir cütünün dəyəri 45 manat olan 2 cüt uzunboğaz çəkmə, dəyəri 150 manat olan 1 ədəd dəri gödəkcə, dəyəri 20 manat olan 1 ədəd don, hər birinin dəyəri 70 manat olan 5 ədəd don, dəyəri 3800 manat olan qızıl dəsti və ya həmin əmlakların dəyəri olan cəmi 7030 manat" hissəsində dəyişdirilmiş, 2 ədəd palto-hər birinin dəyəri 100 manat (cəmi 200), hər bir cütünün dəyəri 30 manat olan 2 cüt ayaqqabı, hər bir cütünün dəyəri 40 manat olan 2 cüt uzunboğaz çəkmə, dəyəri 50 manat olan 1 ədəd dəri gödəkcə, dəyəri 20 manat olan 6 ədəd don və dəyəri 3000 manat olan qızıl dəsti (brilyant qaşlı üzük, sırğa, boyunbağı, qolbaq dəsti) və ya həmin əmlakların ümumi dəyəri olan cəmi 5610 (beş min altı yüz on) manat dəyərində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə baxılan zaman 2 nömrəli X1 vəkil sorğusuna verdiyi cavabdan məlum olmuşdur ki, Cavabdeh1 “Kəskin psixotik pozuntusu" diaqnozu ilə 17 iyun 2011-ci il tarixdən 28 iyun 2011-ci il tarixə, 20 mart 2017-ci il tarixdən 27 mart 2017-ci il tarixə kimi həmin xəstəxanada stasionar müalicə olunmuş, sonuncu müalicə onun atasının ərizəsinə əsasən dayandırılmış və bu səbəbdən diaqnoz tam müayinə olunmamışdır. Göründüyü kimi Cavabdeh1 psixi xəstə olduğu və xəstəliyi ilə bağlı ər-arvad münasibətinə girə bilməyəcəyini bildikləri halda özü və atası məndən Nərgizin xəstəliyini gizlətmişlər və nəticədə ona maddi və mənəvi zərər vurmuşlar. İddiaçı 08 iyun 2019-cu il tarixdə “Mona Liza" şadlıq sarayında el adətinə uyğun nişan mərasimi keçirilərkən Cavabdeh1 bəzədilməsi üçün 300 manat, xonçalar və hədiyyələr üçün 450 manat pul xərcləmişdir. Nişan mərasimi zamanı Cavabdeh2 ondan mərasim keçirilən yerə verilməsi üçün 600 manat pul almışdır. 06 iyul 2019-cu il tarixdə “Viktoriya" şadlıq sarayında Cavabdeh1 toyu zamanı gəlinin bəzədilməsi üçün 300 manat, xonçalar və hədiyyələr üçün 500 manat, yer haqqı üçün isə 700 manat pul xərcləmiş, 13 iyul 2019-cu il tarixdə “Göyçay" şadlıq sarayında toy mərasimi üçün sarayın bir günlük kirayəsinə 2000 manat, 400 nəfər qonaq üçün yemək-içməyə 6500 manat, zalın dizaynı üçün 300 manat, məclisi idarə edən musiqiçilər üçün 500 manat, gəlinin bəzədilməsi və gəlinlik paltarı üçün 600 manat pul xərcləmişdir. Beləliklə, Cavabdeh1 ilə evlənərkən nişan və toy mərasimləri üçün 12750 manat, gəlinə geyim üçün 510 manat, qızıl nişan üzüyü üçün 600 manat, qızıl dəsti üçün 3000 manat, cəmi 16860 manat pul xərcləmişdir. Bundan başqa iddiaçı ailə qurmaq niyyəti ilə Cavabdeh1 ilə nikaha girmiş, lakin cəmi 12 gün rəsmi nikahda olmaqla onunla aralarında ər-arvad münasibətləri olmamışdır. Bu faktı qohum və tanışları bildiyi üçün iddiaçı çox böyük mənəvi əzablar çəkmiş və bu gündə eyni halı yaşayır. Cavabdehlər, Cavabdeh1 psixi xəstə olmaqla onunla ər-arvad kimi yaşaya bilməyəcəyini bildikləri halda ondan gizlədərək iddiaçıya mənəvi sarsıntı yaşatdıqları üçün ona mənəvi zərərin əvəzini ödəməlidirlər. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ona vurduğu maddi zərərə görə 14.070 (mərasimlərin təşkilinə görə 12.070 manat, müalicə və müayinələrə görə 2000 manat), mənəvi zərərə görə 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 aprel 2019-cu il tarixdə Sevda müəllimə bacısı ilə onlara elçi gəlmiş, razılıq əldə olunmuş və 08 iyun 2019-cu il tarixə nişan mərasimi keçirilməsi təyin edilmişdir. Nişan mərasimi 08 iyun 2019-cu il tarixdə «Mona Liza» şadlıq evində keçirilmişdir. Nişan mərasiminin keçirilməsi zamanı ona qiyməti 1500 manat olan İtaliya istehsalı olan brilyant qaşlı nişan üzüyü hədiyyə olunmuşdur. 06 iyul 2019-cu il tarixdə «Viktoriya» şadlıq evində toy (qız toyu) oldu. Bu zaman ona ümumi qiyməti 7400 manat olan brilyant qaşlı üzük, sırğa, boyunbağı, qolbaq dəsti, həmçinin bir sıra əşyalar (paltarlar, ayaqqabılar və s.) hədiyyə olunmuşdur. Cavabdeh İddiaçıla 13 iyul 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və 13 iyul 2019-cu il tarixdə Göyçay şəhərində «Göyçay» şadlıq evində toyları olmuşdur. 06 iyul 2019-cu il tarixdən 13 iyun 2019-cu il tarixədək olan müddət ərzində onun cehiz əşyaları cavabdehə məxsus Bakı şəhərinin Yasamal Ərazində yerləşən mənzilinə aparılmış, həmçinin həmin mənzildə ümumi qiyməti 1500 manat təşkil edən dəhliz mebeli quraşdırılmış, Göyçay şəhərinə gəlin köçmüş, bir müddət sonra Bakı şəhərinə gəlməli olmuşdur. Bu zaman cavabdeh tərəfindən ona hədiyyə olunmuş və bununla da ona məxsus olan qiyməti 1500 manat olan İtaliya istehsalı olan brilyant qaşlı nişan üzüyü və ümumi qiyməti 7400 manat olan brilyant qaşlı üzük, sırğa, boyunbağı, qolbaq dəsti cavabdehin Göyçay şəhərində yerləşən evində qalmışdır. Ailə münasibətləri uzun davam etməmiş və onlar ayrılmalı olmuşlar. Əşyalarını Yasamalda yerləşən mənzildən götürərkən ümumi qiyməti 800 manat olan 2 ədəd palto, hər birinin qiyməti 60 manat olan 2 ədəd ayaqqabı, hər birinin qiyməti 45 manat olan 2 uzunboğaz çəkmələr, qiyməti 150 manat olan 1 ədəd dəri gödəkçə, hər birinin qiyməti 70 manat olan 6 ədəd don cavabdeh tərəfindən götürülmüş və ona qaytarılmamışdır. Həmçinin ümumi qiyməti 1500 manat olan cavabdehin mənzilinə quraşdırılmış mebelin götürülməsinə icazə verilməmişdir. Belə ki, İddiaçı ilə 13 iyun 2019-cu il tarixdə ailə həyata qurmuş, lakin, aralarında ailə münasibəti alınmamış, alınmasa da, yaxınlıq nəticəsində ondan cavabdehə xəstəlik keçmişdir. Cavabdeh münasibətin alınmamasında problemin məhz Mətləbdə olduğunu heç kəsə, hətta anasına belə bildirməmişdir. Bir tərəfdən də qohumları və anası cavabdehə müxtəlif hədə-qorxu gələrək, başını keçəl qırxdıracaqlarını, hər kəsin yanında onu biabır edəcəklərini deyərək, hər gün eyni təzyiqlərlə onu hədələyirdilər. Toydan 2 gün sonra Mətləbin anası və bibisi cavabdehi Qəbələ rayon Tibb Mərkəzinə aparmış, müayinədən sonra onda heç bir problem olmadığı aşkarlanmışdır. Daha sonra cavabdeh qızıl mücrüsünün içini boş vəziyyətdə kreslonun üstünə atıldığını görmüş, qaynanasından səbəbini soruşduqda, qızılları özü ona verdiyini bildirmişdir. Onlar daha sonra cavabdehdə xəstəlik olduğunu bildirmiş, anası onu 500 manat ödəniş edərək, «Funda» klinikasında müayinə etdirmiş, xəstəlik olmadığı aşkarlanmışdır. Daha sonra cavabdehin valideynləri müalicələrə 350 manat pul ödəmişdirlər. Bir ay müddətində infeksiyaya qarşı müalicə götürsə də, heç bir təsir göstərməmiş, onu Milli Təhlükəsizlik Nazirliyinin Poliklinikasına aparmışdır. Şəfa klinikasındakı müayinədən sonra cavabdehdə bir neçə infeksiyalar aşkarlanmış, həkim bunların yalnız oğlan tərəfindən keçdiyini bildirmiş, ümumi 600 manat ödəniş etmişlər. Beləliklə, cavabdeh İddiaçı və onun ailə üzvlərinin cavabdehə yaşatmış olduğu maddi və mənəvi sarsıntılardan qurtulmaq üçün valideynləri özləri də həkim olduqları üçün onu psixoloq Rafiq həkimin seanslarına aparmış, müayinə və müalicələrə birlikdə 350 manat pul xərclənmişdir. Belə ki, nişandan öncəki mərasim (elçilik) üçün 200 manatdan çox vəsait sərf olunmuşdur. 08 iyun 2019-cu il tarixə nişan mərasimi keçirilmiş, bunun üçün 220 manat dekor xərci, 180 manat dəyərində nişan üçün don, 120 manat dəyərində saç və makiyaj xərci, oğlanın qardaşı arvadının saç yığımı üçün 60 manat pul ödənilmişdir. 08 iyun 2019-cu il tarixdə nişan mərasiminin keçirilməsinə görə «Mona Liza» şadlıq evinə 1500 manat ödənilmiş, 06 iyul 2019-cu il tarixdə toy mərasiminin keçirilməsi üçün «Viktoriya» şadlıq evinə 7040 manat ödənilmişdir. Toy paltarının xərc 300 manat, xına mərasiminə 380 manat, bütün bunların xərci 10.000 manat təşkil etmiş və həmin xərc cavabdehin ailəsi tərəfindən ödənilmişdir. Həmçinin oğlun üçün 1200 manat dəyərində xonça, toydan sonra qızı görmək üçün 870 manat dəyərində xonça hazırlanmışdır. Beləliklə, xırda xərclər nəzərə alınmadan göstərilən tədbirlərin (elçilik, nişan, toy mərasimlərinin və sair) keçirilməsi üçün 12.070 manat pul vəsait sərf olunmuşdur. Həmçinin müalicə və müayinələrə 2000 manatdan artıq vəsait sərf olunmuşdur. Beləliklə, göstərilən hallar nəticəsində sonradan məlum oluşmudur ki, cavabdeh İddiaçı evliliyi planlı şəkildə olmuşdur. Bununla da İddiaçı çirkin niyyətləri nəticəsində cavabdehin şərf və ləyaqətini ləkələmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə 27.08.2021-ci il tarixdə məhkəmənin dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən əsaslar və tələblər absurd və həqiqətə uyğun olmayan məlumatlar olmaqla inandırıcı və qanunauyğun hesab edilməməlidir. Belə ki, Bakı şəhəri 2 nömrəli X2 vəkil sorğusuna verdiyi cavabdan məlum oldu ki, Cavabdeh1 17.06.2011-ci il tarixdən 28.06.2011-ci il tarixə kimi stasionar müalicəyə qəbul olmuşdur. 28.06.2011-ci il tarixdə professor G.Ç.Gəraybəyli tərəfindən müayinə olunmuş və “kəskin psixiotik pozuntusu” diaqnozu müəyyən edilmişdir. 28.06.2011-ci il tarixdə Cavabdeh1 “kəskin psixiotik pozuntusu” diaqnozu ilə evə yazılmışdır. Təkrarən Cavabdeh1 X11 stansiyasının göndərişinə əsasən 20.03.2017-ci il tarixdə 2 nömrəli X3 stasionar müalicəyə qəbul olmuşdur. 27.03.2017-ci il tarixdə atasının ərizəsinə əsasən müayinə və müalicədən imtina etmişdir və Cavabdeh1 “Tam müayinə olunmayıb” diaqnozu ilə evə yazılmışdır. 2 nömrəli X2 verdiyi arayışdan görünür ki, psixoz xəstələrdə düşüncə və duyğunun ağır formada pozğunluğu müşahidə olunur. Göründüyü kimi Cavabdeh1 psixi xəstə olduğu və xəstəliyi ilə bağlı ər-arvad münasibətlərinə girə bilməyəcəyini bildikləri halda özü və valideynləri (atası) Nərgizin xəstəliyini gizlətmişlər. Qarşılıqlı iddia ərizəsində göstərilən xəstəliklərin heç biri Mətləbdə bu günə kimi müşahidə olunmamış və heç bir formada müalicə almamışdır. Bunlar şantaj xarakterli əsası olmayan məlumatlardır. Beləliklə, göstərilən hallar nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 evliliyi planlı şəkildə olmuşdur. Göstərilənlərə əsasən, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 02.11.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 333504 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02.11.2019-cu il tarixdə 130 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Vəlizadə soyadı verilmişdir; Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(046)-181/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 məxsus dəyəri 400 manat olan 2 ədəd palto, hər bir cütünün dəyəri 60 manat olan 2 cüt ayaqqabı, hər bir cütünün dəyəri 45 manat olan 2 cüt uzunboğaz çəkmə, dəyəri 150 manat olan 1 ədəd dəri gödəkcə, dəyəri 20 manat olan 1 ədəd don, hər birinin dəyəri 70 manat olan 5 ədəd don və dəhliz mebelinin dəyəri olan 1500 manat pul və iddiaçıya hədiyyə edilmiş dəyəri 600 manat olan nişan üzüyü, dəyəri 3800 manat olan qızıl dəsti və ya həmin əmlakların dəyəri olan cəmi 7030 manat cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir; Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(107)- 1225/2020 saylı qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(046)- 181/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh İddiaçı nümayəndəsi (atası) Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(046)-181/2020 nömrəli qətnaməsi “dəyəri 400 manat olan 2 ədəd palto, hər bir cütünün dəyəri 60 manat olan 2 cüt ayaqqabı, hər bir cütünün dəyəri 45 manat olan 2 cüt uzunboğaz çəkmə, dəyəri 150 manat olan 1 ədəd dəri gödəkcə, dəyəri 20 manat olan 1 ədəd don, hər birinin dəyəri 70 manat olan 5 ədəd don. dəyəri 3800 manat olan qızıl dəsti və ya həmin əmlakların dəyəri olan cəmi 7030 manat" hissəsində dəyişdirilməsi, 2 ədəd palto- hər birinin dəyəri 100 manat (cəmi 200), hər bir cütünün dəyəri 30 manat olan 2 cüt ayaqqabı, hər bir cütünün dəyəri 40 manat olan 2 cüt uzunboğaz çəkmə, dəyəri 50 manat olan 1 ədəd dəri gödəkcə, dəyəri 20 manat olan 6 ədəd don və dəyəri 3000 manat olan qızıl dəsti (brilyant qaşlı üzük, sırğa, boyunbağı, qolbaq dəsti) və ya həmin əmlakların ümumi dəyəri olan cəmi 5610 (beş min altı yüz on) manat dəyərində müəyyən edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1287/21 saylı, 14.04.2021-ci il tarixli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(107)-1225/2020 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır; 25.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. 10.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilk iddia tələbinə uyğun olaraq ilk növbədə onun tərəfindən Cavabdeh1 ilə evlənərkən nişan və toy mərasimləri üçün 12750 manat, gəlinə geyim üçün 510 manat, qızıl nişan üzüyü üçün 600 manat, qızıl dəsti üçün 3000 manat, cəmi 16860 manat pul xərclənməsini sübut etməli idi. Digər tərəfdən, ilk iddiaçı iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ona vurduğu maddi zərərə görə 14.070 (mərasimlərin təşkilinə görə 12.070 manat, müalicə və müayinələrə görə 2000 manat), mənəvi zərərə görə 10.000 manat məbləğində pulu tutulmasını tələb etsə də, məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; İş materiallarından və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında hər hansı borc və ya pul münasibətləri olmamış, iddiaçının Cavabdeh1 ilə evlənərkən nişan və toy mərasimləri üçün 12750 manat, gəlinə geyim üçün 510 manat, qızıl nişan üzüyü üçün 600 manat, qızıl dəsti üçün 3000 manat, cəmi 16860 manat pul xərcləməsini sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hər iki tərəfin irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəflərin maddi ziyan tələbləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə zərərin (maddi və mənəvi) əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma iddialarından yaranır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onları irəli sürən şəxslərin üzərinə düşür və məhz onlar, iddia etdikləri pul məbləğlərini digər tərəfə verdiklərini və beləliklə də həmin tərəfin əsassız varlandığını, yaxud müvafiq xərcləri çəkdiklərini və ya mənəvi ziyana məruz qaldıqlarını sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu mənada məhkəmə tərəflərin istinad etdikləri hallar hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda yalnız şifahi bildirdiklərinə əsasən onların iddialarını əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə nəzərə alır ki, ilkin iddiaçı nişan və ya toy mərasiminin keçirilməsi məqsədilə restorana verdiyini iddia etdiyi pulu tələb etsə də, tərəflərin münasibətləri pozulana qədər nişan, toy mərasiminin keçirilmiş olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə görə isə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunan əsaslara görə məhkəmə ilk və qarşılıqlı iddia tələbini əsassız hesab edir və belə qənaətə gəlir ki, rədd edilməlidir. Məhkəmə, iddialar üzrə "pul" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "mənəvi zərərin tutulması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "pul" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi "mənəvi zərərin tutulması” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3256/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3256/2021
01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver