Məhkəmə qərarları › İş №2(005)-3278/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3278/2020

18.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3278/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin övladları ilə birlikdə fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin övladları ilə birlikdə fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X2 və X1 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev küçəsi 83 saylı fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, Əfəndiyev küçəsi (keçmiş Plotnikov küç.) 83 nömrəli, ümumi sahəsi 80.5 kv. metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mənim xüsusi mülkiyyətimdədir. Bu barədə mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasına dair FM seriyalı 026585 say.ı qeydiyyat vəsiqəsi və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Qeyd edim ki, faktiki olaraq 1988-ci il tarixdən sözügedən ünvanda yaşayıram. Cavabdeh oğlum X3 ilə ailə qurduqdan sonra 2006-cı ildə qeyd etdiyim fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlinim olan cavabdeh tərəfindən 2009-cu ildə həyat yoldaşım vəfat edən zaman yas mərasiminə yığılmış 8000 manat pul vəsaiti oğurlanaraq Sumqayıt şəhərinə qaçmışdır. 2017-ci ilin sentyabr ayında isə cavabdeh tərəfindən evdən 1000 manc.t məbləğində pul oğurlanmışdır. Cavabdehin bu kimi hərəkətləri, eyni zamanda evdə qəsdən oğullarımla mənim aramda nifaq salması səbəbindən mən Nərimanov Rayon Məhəməsinə “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, evdən və qeydiyyatdan çıxarılma” tələbi ilə müraciət etmişdim. Sözügedən iddia tələbim Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)- 7953/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdeh mənim xüsusi mülkiyyətimdə olan Nərimanov rayonu, Əfəndiyev küçəsi 83 saylı fərdi yaşayış evindən çıxarılması və qətnamənin cavabdehin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas olması müəyyən edilmişdir. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(012)-1545/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)-7953/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdeh həmin ünvandan məhkəmə qətnaməsi əsasında istifadə hüququnu itirmiş və pasport qeydi y y at ı ndan çı xarı 1 m ı şd ı r. Buna baxmayaraq, cavabdeh yenə də, mənə məxsus fərdi yaşayış evinə daxii olmağa davam edir. Dəfələrlə cavabdehə bu barədə narazılıqlarımı bildirsəm, mənə məxsus evə daxil olmağını istəmədiyimi desəm də, cavabdeh bunlara məhəl qoymur və cavabında istədiyim yerə şikayət verə biləcəyimi bildirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bir mülkiyyətçi kimi mənim qanunla qorunan mülkiyyət hüquqlarım pozulur. Bu səbəbdən də, cavabdehin mənim xüsusi mülkiyyətimdə olan “fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi” tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Məhkəmənin hazırlıq iclasında Cavabdeh mübahisə ilə bağlı çoxsaylı məhkəmə qərarlarının olduğunu bildirərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmışicraataxitamverilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-1056/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin iki uşaqlarının mənzildən çıxarılması və mənzilə gedib-gəlməsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarı və hazırki iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh qarşı iki uşağının mübahisəli mənzilə gedib-gəlməsinə qadağa qoyulması tələbinə baxılaraq, həmin tələblərə artıq hüquqi qiymət verilmiş, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2583/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-1056/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırki iddia ərizəsindən göründüyü kimi “cavabdehin övladları ilə birlikdə fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi” tələbi ifadə tərzi fərqli olsa da, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi üzrə baxılmış tələblə mahiyyətcə eyni tələbdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, artıq hazırki mübahisəyə yuxarıda qeyd edilən qətnamə ilə qiymət verilmiş və İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin iki uşaqlarının mənzildən çıxarılması və mənzilə gedib-gəlməsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin övladları ilə birlikdə fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi” tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin övladları ilə birlikdə fərdi yaşayış evinə daxil olmasının qadağan edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar