Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3287/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, eyni zamanda Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X11 nümayəndəsi İddiaçı, nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh X7, onun nümayəndəsi X33 oglunun Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, dəymiş ziyanın ödənilməsi, evdən çıxarılma və həmin evə köçürülmə” tələbinə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X12 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, dəymiş ziyanın ödənilməsi, evdən çıxarılma və həmin evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X22 tərəfindən xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadə istifadə etməyimə maneçilik edilməsinə son qoyulması və həmin yaşayış evinin açarlarının ona təhvil verilməsi; Cavabdeh X4 maddi ziyana görə 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, maddi ziyana görə cəmi 3940 (üç min doqquz yüz qırx) manat və mənəvi ziyana görə 6000 (altı min) manat məbləğində pulun onun xeyrinə alınması; Cavabdeh2 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 1 ünvanda yerləşən sahəsi 79,30 kv.m. olan fərdi yaşayış evindən çıxarılmaları və onun həmin ünvanda yerləşən yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışlar ki, 19.01.2020-ci ildə vəfat etmiş mərhum anası X5 ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakda onun payı 1/8 hissə, bacısı X2 payı 1/8 hissə, qardaşı X11 payı isə 3/8 hissədir. Qalan 3/8 hissəsi isə hal-hazıradək açıq qalmışdır. Bu barədə onun adına DƏDRX-dən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış da verilmişdir. Hazırda digər vərəsələr (bacısı Zərnişan və qardaşı Elyaz) də xüsusi mülkiyyət hüququ əsasında özlərinə aid hissəni də etibarnamə əsasında ona vermişlər. Rəsmi olaraq olaraq miras əmlakın 5/8 hissəsi ona məxsusdur, qalan hissəsi isə açıq qalır. Anası dünyasını dəyişdikdən sonra qonşuluqda yaşayan 1-ci cavabdeh X19 (digər qardaşı Knyazın həyat yoldaşı) dərhal anasının evini ələ keçirmiş, evin açarlarını ələ keçirərək bütün evi zəbt etmişdir. Onun da başı anasının yas mərasiminə qarışdığından Sevdanın hərəkətlərinə əhəmiyyət vermirdi və fikirləşirdi ki, anamın “40” mərasimindən sonra evin açarlarını ona qaytarar. Lakin Sevda qısa müddət sonra, yəni 2020-ci ilin mart avından anasına məxsus olmuş evimizi vərəsə kimi onun razılığı olmadan 2-ci Cavabdeh2 (ailəsi ilə birlikdə) hər ayı 250 manat olmaqla hal-hazıradək kirayəyə vermişdir. 2-ci cavabdehdən hər ay 250 manat aldığı kirayə pullarını isə özünə götürərək, onun əmlakından qanunsuz istifadə edərək əsassız olaraq varlanır. Bununla da xüsusi mülkiyyətindən istifadə etməyinə maneçilik edir, faktiki olaraq mülkiyyət hüququndan onu məhrum edir. Hətta 1-ci cavabdehə (S.Əsədovaya) xüsusi mülkiyyətində olan evindən istifadə etməyinə maneçilik etməsinə son qoymasını, aldığı kirayə pullarını ona verməsini, xüsusi mülkiyyətində olan evimdə saxladığı kirayənişinləri çıxarmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda da 2-ci Cavabdeh2 evin kirayə pulunu ona verməsini, əks halda evindən ailə üzvləri ilə birlikdə çıxmasını tələb etsə də, bunun da heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də məcbur olub hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. İddiaçı, eyni zamanda Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X11 nümayəndəsi İddiaçı, nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh X19 məhkəmə iclasında iddianı qəbul etmədi və iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, qeyd edir ki, iddia ərizəsinin surətini 09.07.2021- ci il tarixində məhkəmənin inzibati binasından almışdır. İddia ərizəsini qəbul etmir, iddia əsassızdır və rədd edilməlidir. ünvan 2 ünvanı əvvəllər Bakı şəhəri, Nərimanov rayonu, 4-cü aşırım dön 2, cv 13 ünvanı kimi qeyd edilirdi. O, iddiaçının qardaşı X20 ilə 26 il bundan öncə ailə həyatı qurmuş, nikahından 2 övladı dünyaya gəlmişlər, 1996-cı il təvəllüdlü X23, 1999-cu il təvəllüdlü X15. Nigahını isə 06.02.2008-ci il tarixində rəsmi qeyd etdirərək nigah şəhadətnaməsi almışlar. 26 il bundan öncə Ailə həyatı qurduqdan sonra o hazırki mübahisəli fərdi yaşayış evinə köçmüş və orada hal-hazırki vaxtadək övladlarında birlikdə yaşayır və pasport qeydiyyatındadır. İddiaçı iddia ərizəsində qeyd edir ki, hazıri mübahisəli fərdi yaşayış evi mərhum anası X13 miras qalmışdır. Həmin miras əmlakdan 1/8 hissə Əbilova Zərnişan, 1/8 hissə hazırki İddiaçı, 3/8 hissə Paşayev Elyaza məxsusdur və onlarda iddiaçıya etibarnamə vermişlər və 3/8 hissə hal-hazırki vaxtadək açıq olaraq qalmışdır. Əlavə olaraq iddiaçı qeyd edir ki, etibarnamə verilərsə onun payı artıq 5/8 hissədir. Etibarnamə vermək hər hansısa əmlaka sahib olmaq demək deyildir. Onun həyat yoldaşı da vərəsədir, Bakı şəhəri 51 saylı Notariat Ofisi vərəsəlik işi açmış və ona vəsiyyət edildiyi üçün 3/8 açıq qalmış hissəyə 07.07.2021 -ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır və reyestr xidmətinə həmin şəhadətnamə təqdim edilmiş 23.07.2021 ci il tarixində hazır olma barədə bildiriş verilmişdir, (vərəsəlik şəhadənaməsini surəti əlavə edilir) İddiaçı iddia ərizəsində qeyd edirki, Əsədova Zina öldükdən sonra oraya qanunsuz daxil olmuş və oradan qanunsuz istifadə etmişdir. Bu tamamilə yalandır, 26 ildən çoxdur ki, həmin evdə övladları ilə birlikdə yaşayır, təmir işləri aparmış, təsərrüfat işləri görmüş, daim olaraq hazırki mübahisəli fərdi yaşayış evində yaşamış və hazırdada yaşayır. İddiaçı qeyd edir ki, onun payı 5/8 hissədir, bu həqiqəti əks etdirmir. Reyestr xidmətinin verdiyi çıxarışda onun payı 1/8 hissədir. Hazırki fərdi yaşayış evinin faktiki olaraq yerində payları müəyyən edilməmişdir, ona görə hesab edir ki, bu barədə ekspertiza təyin olunarsa paylar naturada müəyyən edilərsə iddiaçının oraya köçüb yaşaması mümkün olar, hazırki vəziyyətdə bu mümkün deyildir. Mübahisəli evin 2 çıxışı vardır, iki tikili vardır, bir hissə təxmini 40 kv.m hissədə o və övladları yaşayırlar. Digər hissə isə boşdur. O, yaşadığı hissədə təsərrüfat aparmış, orada təmir işləri görmüş və yaşanılacaq vəziyyətə gətirərək ailəmlə 26 ildən çoxdur ki, yaşayır. Cavabdeh2 onların ailəvi yaxınları olduğu üçün ailəsi ilə birlikdə o evdə müvəqqəti yaşamağa icazə vermişlər. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. ünvan 1 ünvanda yerləşən əmlakın digər mülkiyyətçiləri X8, X24 və X18 müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X8 məhkəmə iclasında bildirdi ki, anası rəhmətə gedəndən sonra cavabdeh Sevda və onun anası onları evə buraxmırlar, qapını bağlamışlar. Evdə hazırda kirayəşin olaraq Cavabdeh2 və ailəsi yaşayır. Cavabdeh2, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və 3-cü şəxsın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlar məcmuəsinə hüquq qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin materiallarında olan 07 iyul 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vəfat etmiş X16 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X6 və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. DƏDRX tərəfindən verilmiş 22.09.2020-ci il tarixdə X21 verilmiç çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evi 1/8 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı, 1/8 hissəsi X3, 3/8 hissəsi X17 və 3/8 hissəsi isə X14 məxsusdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X19 06 fevral 2008ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, hədiyyə verən X18 ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evinın ona düşən payını (3/8 hissəsi) hədiyyə alan (arvadı) X7 mülkiyyətinə verir. Məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi X27 olmuş, onun ölümündən sonra əmlak onun övladları 1/8 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı, 1/8 hissəsi X1, 3/8 hissəsi X11 və 3/8 hissəsi isə X9 mülkiyyətinə keçmişdir. X18 bağışlanma haqqında müqaviləyə əsasən özünə düşən 3/8 hissədə payını arvadı X12 bağışlamışdır. Həmçinin müəyyən edildi ki, X16 ölümündən sonra cavabdeh Sevda Əsədova mərhumun övladı olan iddiaçını evə buraxmır, evin açarlarını dəyişmışdir, həmçinin evdə Cavabdeh2 ailəsi iə birlikdə yaşayır. Bu fakt cavabdeh tərəfindən məhkəmə iclasında etiraf olunmuşdur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh X19 tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadə istifadəsinə edilən maneə aradan qaldırılmalı, həmin yaşayış evinin açarları ona təhvil verilməli; Cavabdeh2 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 1 ünvanda yerləşən sahəsi 79,30 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalı və iddiaçı həmin evə köçürülməlidir. Belə ki, mübahisəli əmlakla bağlı naturada bölgü aparılmadıgından Cavabdeh2 həmin evin tərəflərin payına düşən hansı hissəsində yaşaması müəyyən deyildir. Ona görə də qeyd olunan cavabdeh ailəsi ilə birgə evdən çıxarımalıdır. İddiaçının digər tələbi cavabdeh X4 maddi ziyana görə 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pulun tutulmasıdır ki, həmin hissədə sübutlar məhkəməyə təqdim olunmadıgından rədd olunmalıdır. Məhkəmə İddiaçı Məmmədovanın 6.000 manat mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Həmçinin iddianın “hüquqi yardım üçün ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun” tutulması hissəsi də təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh X19 tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadə istifadəsinə edilən maneə aradan qaldırılsın, yaşayış evinin açarları iddiaçıya təhvil verilsin. Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən sahəsi 79,30 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın və iddiaçı həmin evə köçürülsün. Cavabdeh X4 ödənilmiş 30 manat dövlət rüsumu, 160 manat hüquqi yardım xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3287/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3287/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasib
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver