Məhkəmə qərarları › İş №2(103)-10209/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10209/2021

29.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasib
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10209/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçı, eyni zamanda 3-cü şəxs X8 nümayəndəsi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və 3-cü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3287/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması, dəymiş ziyanın ödənilməsi, evdən çıxarılma və həmin evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X17 tərəfindən xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları küçəsində yerləşən sahəsi 79,30 kv. metr olan 13 saylı fərdi yaşayış evindən istifadə istifadə etməyinə maneçilik edilməsinə son qoyulması və həmin yaşayış evinin açarlarının ona təhvil verilməsi; cavabdeh X2 maddi ziyana görə 3750 (üç min yeddi yüz əlli) manatın, hüquqi yardım üçün ödənilmiş 160 manatın və 30 manat dövlət rüsumu əvəzinin, maddi ziyana görə cəmi 3940 (üç min doqquz yüz qırx) manat və mənəvi ziyana görə 6000 (altı min) manatın onun xeyrinə alınması; Cavabdeh2 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 1 ünvanda yerləşən sahəsi 79,30 kv.m. olan fərdi yaşayış evindən çıxarılmaları və onun həmin ünvanda yerləşən yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3287/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - İddiaçı cavabdeh X15 tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadəsinə edilən maneənin aradan qaldırılması, yaşayış evinin açarları iddiaçıya təhvil verilməsi; Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən sahəsi 79,30 kv.m. olan fərdi yaşayış evindən çıxarılması və iddiaçının həmin evə köçürülməsi; cavabdeh X2 ödənilmiş 30 manat dövlət rüsumunun, 160 manat hüquqi yardım xərcinin İddiaçı xeyrinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddiasının təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tam sübut olundu ki, cavabdeh X15 tərəfindən mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulub. Ümumi paylı mülkiyyətdə olan payçı kimi onu və digər payçıların razılığı olmadan cavabdeh S.Əsədova ümumi mülkiyyətdə olan evii (ünvan 2 ünvanında yerləşən sahəsi 79,30 kv.metr olan fərdi yaşayış evini) cavabdeh X10 ailəsi ilə birlikdə hər ayı 250 manata kirayəyə vermiş və pullarını özünə götürmüşdür. Bu fakt məhkəmə iclasında tam sübut olunsa da, məhkəmə tərəfindən həmin fakta düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh2 cavabdeh Sevda Əsədovanın qohumu olmadığı halda, ümimi mülkiyyətində olan evində ərinin tanışı kimi təmənnasız qalması inandırıcı deyildir. Ona görə də ondan maddi ziyana görə 3750 manat pul tələb edir. Eyni zamanda da cavabdeh Sevda Əsədovanın qanunsuz hərəkətləri və özbaşnalıqları nəticəsində anasından miras qalmış evindən mülkiyyətçi kimi istifadə edə bilmədiyinə, faktiki olaraq mülkiyyətindən məhrum olunduğuna, yəni öz evinə daxil ola bilmədiyinə görə mənəvi sarsıntılar keçirmişdir. Ona görə də tam qanuni və əsaslı olaraq cavabdeh S.Əsədovadan mənəvi ziyana görə 6000 manat pul tələb edir. Cavabdeh X15 da apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. O, da mübahisəli fərdi yaşayış evindən 3/8 paya sahibdir, mülkiyyət hüquqları vardır. Necə ola bilər ki, açarlar iddiaçıya verilsin? Burada sual olunur ki, o, harada yaşayacaq? Birinci instansiya məhkəməsi iddiaçının ərizəsini əsassız şəkildə təmin etmişdir. Paylar faktiki olaraq müəyyən edilmədən Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul etmişdir. Tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatət təqdim etmişdi. Məhkəmə vəsatətə münasibət belə bildirmədən əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin iddiaçı tərəfindən ödənilən xərclərin cavabdehdən tutulması hissəsində də mövqeyi tamamilə əsassızdır, iddiaçı hüquqlarının bərpası ilə bağlı iddia verirsə, təbii ki, rüsum ödəməlidir. O, da iddiaçı kimi mülkiyyətçidir. Əgər iddiaçı hüquqlarının pozulmasını hesab edirsə, onda iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər və edibdir. İddiaçı mübahisəli ünvanda yaşamamışdır və oradan daimi olaraq istifadə etməmişdir. İddiaçının anası vəfat etdikdən sonra həmin evə dair vərəsəlik hüququ əldə edərək çıxarış almış və hazırki iddianı qaldırmışdır. Məhkəmə iddiaçının hansı sübutunu əsas götürüb qeyd edir ki, iddiaçının mübahisəli evdə yaşamasına maneələr yaradılır və bu da onun hüququnu pozduğuna görə o, əlavə xərclər çəkərək məhkəməyə müraciət edib. ünvan 3 ünvanı əvvəllər ünvan 4ddiaçının qardaşı X16 ilə 26 il bundan öncə ailə həyatı qurmuş, nikahından 2 övladı - 1996-cı il təvəllüdlü X18 və 1999-cu il təvəllüdlü X11 dünyaya gəlmişdir. Nikahı isə 06.02.2008-ci il tarixində rəsmiləşdirib nikah şəhadətnaməsi almışdır. 26 il əvvəl ailə qurduqdan sonar hazırki mübahisəli fərdi yaşayış evinə köçmüş və orada hazırki vaxtadək övladları ilə birlikdə yaşayır və pasport qeydiyyatındadır. İddiaçı isə iddia ərizəsində qeyd edir ki, mübahisəli fərdi yaşayış evi mərhum anası X3 miras qalmışdır. Həmin miras əmlakdan 1/8 hissə Əbilova Zərnşan, 1/8 hissə İddiaçı, 3/8 hissə Paşayeva Elyaza məxsusdur və onlar da iddiaçıya etibarnamə vermişlər; 3/8 hissə isə hazırki vaxtadək açıq olaraq qalmışdır. İddiaçı qeyd edir ki, ona etibarnamə veriblərsə, onun payı 5/8 hissədir. Etibarnamə vermək əmlaka sahib olmaq demək deyildir. ünvan 5 ünvanı 3/8 hissədə paylı mülkiyyətindədir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Paşayeva Zina öldükdən sonra o, oraya qanunsuz daxil olmuş və oradan qanunsuz istifadə etmişdir. Bu, tamamilə yalandır. 26 ildən çoxdur ki, həmin evdə övladları ilə birlikdə yaşayır və təmir işləri aparmış, təsərrüfat işləri görmüş, daimi olaraq mübahisəli fərdi yaşayış evində yaşamış və hazırda da yaşayır. Hazırki fərdi yaşayış evinin faktiki olaraq yerində payları müəyyən edilməmişdir, ona görə hesab edir ki, bu barədə ekspertiza təyin olunarsa, paylar naturada müəyyən edilərsə, iddiaçının oraya köçüb yaşaması mümkün olar, hazırki vəziyyətdə bu mümkün deyildir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda 3-cü şəxs Paşayev Eliazın nümayəndəsi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs X4 da iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddələrinə; həmçinin “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Marks Belçikaya qarşı" işinə, "Mançini İtaliyaya qarşı" işinə, “Loizidu Türkiyəyə qarşı” işinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi X20 olmuş, onun ölümündən sonra əmlak onun övladları 1/8 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı, 1/8 hissəsi X1, 3/8 hissəsi X12 və 3/8 hissəsi isə X6 mülkiyyətinə keçmişdir. X14 bağışlanma haqqında müqaviləyə əsasən özünə düşən 3/8 hissədə payını arvadı X9 bağışlamışdır.X13 ölümündən sonra cavabdeh Sevda Əsədova mərhumun övladı olan iddiaçını evə buraxmır, evin açarlarını dəyişmışdir, həmçinin evdə Cavabdeh2 ailəsi iə birlikdə yaşayır. Bu fakt cavabdeh tərəfindən məhkəmə iclasında etiraf olunmuşdur. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüququnun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Beləliklə, iddiaçıya cavabdeh X15 tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadəsinə edilən maneə aradan qaldırılmalı, həmin yaşayış evinin açarları ona təhvil verilməli; Cavabdeh2 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 1 ünvanda yerləşən sahəsi 79,30 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalı və iddiaçı həmin evə köçürülməlidir. Belə ki, mübahisəli əmlakla bağlı naturada bölgü aparılmadıgından Cavabdeh2 həmin evin tərəflərin payına düşən hansı hissəsində yaşaması müəyyən deyildir. Ona görə də qeyd olunan cavabdeh ailəsi ilə birgə evdən çıxarılmalıdır. İddiaçının digər tələbi cavabdeh X2 maddi ziyana görə 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pulun tutulmasıdır ki, həmin hissədə sübutlar məhkəməyə təqdim olunmadıgından rədd olunmalıdır. Məhkəmə İddiaçı Məmmədovanın 6.000 manat mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Həmçinin iddianın “hüquqi yardım üçün ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun” tutulması hissəsi də təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, cavabdehin apellyasiya şikayəti mübahisələndirdiyi hissədə qətnamənin qismən ləğv edilməsi və iddianın qismən rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi, cavabdeh Sevda Əsədovanın apellyasiya şikayətinin obyektini isə qətnamənin digər hissəsi, yəni iddianın təmin edilən-konkret olaraq şikayətində mübahisələndirdiyi hissələr, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuş, lakin fərdi yaşayış evindən istifadəsinə edilən maneənin aradan qaldırılması, yaşayış evinin açarları iddiaçıya təhvil verilməsi hissəsində nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı təmin edilməyən hissələr üzrə iddia tələb(lər)inin qanuni əsası kimi iddia ərizəsində göstərdiyi Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Ancaq iddianın həmin hissələrdə faktiki əsası (faktiki hallar) müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxırsa) əsassız hesab edilir. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi və mənəvi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, işdən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin 1/8 hissəsinin mülkiyyətçisidir, lakin kirayə haqqı kimi 15 ay üçün tələb etdiyi maddi zərər əvəzini sanki evin tam mülkiyyətçisi olaraq tələb edir. Bu halın özü də iddianın bu hissəsinin əsassızlığına dəlalət edir. Ona görə də mübahisələndirilən bu hissələrdə qətnamə ləğv edilə və iddia bu hissələrdə təmin edilə bilməzdi. Məhkəmənin bu hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. İkincisi, cavabdeh Sevda Əsədovanın apellyasiya şikayəti mübahisələndirdiyi hissədə qismən əsaslıdır. Belə ki, işdən görünür ki, iddiaçının köçmək istədiyi ev 79.30 kv.metrdən ibarətdir. Bu ev hal-hazırda 4 nəfər paylı mülkiyyətçiyə məxsusdur. İddiaçı bu evin 1/8(29.10.2020-ci ildə qeydiyyata alınmışdır), Sevda Əsədova isə 3/8(14.07.2021-ci ildə qeydiyyata alınmışdır) hissədə paylı mülkiyyətçiləridir. Göründüyü kimi, qeyd olunan paylı mülkiyyətdə iddiaçı ən az paya məxsus olan şəxsdir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu evə köçüb yaşamaq istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçının qeyd olunan evdə mülkiyyət payı cüzi olsa da, bu hal onun həmin evə köçürülməsindən imtina üçün əsas ola bilməz. Buna baxmayaraq, iddiaçı “cavabdeh X17 tərəfindən xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları küçəsində yerləşən sahəsi 79,30 kv. metr olan 13 saylı fərdi yaşayış evindən istifadə istifadə etməyinə maneçilik edilməsinə son qoyulması və həmin yaşayış evinin açarlarının ona təhvil verilməsini” da tələb edir. Təbii ki, iddiaçının paylı mülkiyyətçi olaraq həmin evdən yaşayış və istifadə hüququ ilə bağlı cavabdehin ona yaratdığı maneələr mövcuddursa aradan qaldırıla bilər. Əks halda, yəni cavabdehin bununla bağlı iddiaçıya yaratdığı manelər nəticəsində sonuncunun mülkiyyət hüququ pozula bilər və qanunsuz olaraq həmin evdən yaşayış və istifadə hüququ məhdudlaşdırıla bilər ki, bu da yolverilməzdir. Ancaq iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə etməyinə hansı manelər yaratdığını və bu manelərin konkret nədən ibarət olmasını göstərə bilmir. İşdən bəlli olur ki, iddiaçının mübahisəli fərdi yaşayış evinin 1/8 hissəsinə mülkiyyət hüququ qeydə alındıqdan sonra bu iddia irəli sürülmüş, yəni əvvəllər bu evdə daimi olaraq yaşayıb istifadə etməmişdir. Bu faktın özü də cavabdehin iddiaçıya həmin yaşayış evindən istifadə etməyə hansısa formada maneçilik yaratdığını istisna edir. Çünki, iddiaçı həmin evin 1/8 bir hissəsinin paylı mülkiyyətçisidir. Onun payı naturada ayrılmamışdır. İddiaçı tələbini bu cür göstərməklə (xüsusən də yaşayış evinin açarlarının ona verilməsi hissəsini) sanki evin həmin hissəsi ilə bağlı məhkəmə qərarı ilə özünün payının ayrıldığını həm cavabdehə, həm də digər paylı mülkiyyətçilərə göstərmək və onlar tərəfindən bunun qəbul olunmasına nail olmaq istəyir. Əlbətdə ki, onun tələbinin bu cür təmin olunması digər paylı mülkiyyətçilərin, o cümlədən cavabdehin mülkiyyət hüquqlarının açıq-aşkar məhdudlaşıdırılması deməkdir. Bu hal isə yolverilməzdir. Belə ki, həm iddiaçının, həm də cavabdehin evin bütün tərkib hissələrindən eyni həcmdə istifadə etmək hüquqları vardır. Bunu, yəni evin açarlarının ona verilməsini cavabdehdən tələb etmək üçün əsas yoxdur. Məhkəmə aktı ilə müəyyən edilən bu halın icrası prosesi də mümkünsüz olmaqla özü ziddiyyətli bir vəziyyət yarada bilər. Çünki, bu cür qaydanın müəyyən edilməsi tərəflər arasında onsuzda xoş olmayan münasibətləri bir qədər də gərginləşdirə bilər. Belə ki, payı naturada ayrılmayan evdə bu cür qadağanın məhz məhkəmə aktı ilə müəyyən edilməsi tərəflərin qarşılıqlı münasibətlərinə və işin halarına da açıq-aşkar uyğun deyildir. Birdəki yaşayış evinin açarlarının ona verilməsi kimi tələb özü də qeyri-müəyyən və ziddiyyətlidir. Çünki, cavabdeh evin açarlarını iddiaçıya verməlidirsə, onda cavabdeh evdən necə istifadə etməlidir. Əlbətdə ki, bu ritorik sual olsa da, iddiaçı bu cür iddia irəli sürərkən bunun mahiyyətini özü üçün aydınlaşdırmalı idi. Birdəki, onsuzda iddiaçının mübahisəli evə köçürülməsi təmin edilmiş və qətnamənin bu hissəsinin qüvvədə qalacağı təqdirdə icrası zamanı cavabdeh tərəfindən yaradılımış yaxud yaradılacaq bütün manelər aradan qaldırılacaq, evdə yaşayıb istifadə etmək üçün açarın, ola bilsin ki, yeni açarın iddiaçıya verilməsi də təmin ediləcəkdir. Ona görə də evə köçürülmə tələbinin təmin edildiyinə görə ayrıca mövcud olmayan maneənin aradan qaldırılması və açarların verilməsi müstəqil iddia predmeti kimi əhəmiyyəti kəsb etmədiyindən onların təmin edilməsinə də ehtiyac olmamışdır. Ancaq məhkəmə bu hissələrdə səhvə yol verərək həmin hissələri də təmin etmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh X5 apellyasiya şikayəti isə qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3287/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı cavabdeh X15 tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadəsinə edilən maneə aradan qaldırılsın, yaşayış evinin açarları iddiaçıya təhvil verilsin hissələrində ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməli, qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin, cavabdeh X5 apellyasiya şikayəti isə qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3287/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı cavabdeh X15 tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,30 kv. metr olan fərdi yaşayış evindən istifadəsinə edilən maneə aradan qaldırılsın, yaşayış evinin açarları iddiaçıya təhvil verilsin hissələrində ləğv edilsin və həmin hissələrdə iddia təmin edilməsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar