Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3293/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 75 manat müəyyən edilmişdir. İddia tələbində 2500 ABŞ dolları və 650 manat məbləğinndə maddi ziyanın tutulması tələb edilsə də, iddia ərizəsinin verilməsi üçün 21 manat rüsum ödənilmişdir. Belə olan halda məhkəmə dövlət rüsmunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməməsi səbəbindən ərizənin geri qaytarılması qərarına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266- 269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. Ödənilmiş 21 manat dövlət rüsumu İddiaçı(qəbz tarixi: xx.xx.2025; no: **********) geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3293/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3293/2025
04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver