Məhkəmə qərarları › İş №2(005)-33/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-33/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-33/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və X25 qarşı, “Yeni Klinika” X50, X9 və X30 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC və “"xxxx" Tibb Mərkəzinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 MMCdən 700 manat, cavabdeh “City Hospital" MMC-dən 1800 manat məbləğində pul vəsaitlərinin maddi zərər kimi tutularaq X5 və İddiaçı2 ödənilməsi; Cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçılar X5 və İddiaçı2 ödənilməsi barədə qətnamə; Həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 övladı və digər iddiaçı X4 doğma bacısı X20 18 yanvar 2021-ci il tarixdə "xxxx" Tibb Mərkəzində həkim (Lor) Natavan Əliyeva tərəfindən, sonuncunun təşəbbüsü ilə cərrahi əməliyyat olunmuş və həmin əməliyyatdan sonra G. Əliyevanın vəziyyəti qəfildən ağırlaşaraq, səhhətindəki bu ağırlaşma bir neçə gün ərzində Günay Əliyevanın ölümü ilə nəticələnmişdir. Günay Əliyeva tənəffüsündə məhdudiyyət yaranması səbəbindən "xxxx" Tibb Mərkəzində fəaliyyət göstərən həkim (Lor) Natavan Əliyevaya müraciət etmiş, həkim N.Əliyeva onu müayinə edərək, tənəffüsündə çətinlik yaranmasını Günay Əliyevanın burnunda çəpər olması ilə əlaqələndirmişdir. X40 Günay Əliyevaya təxirəsalmadan cərrahi əməliyyat edilməsinin zəruriliyini bildirmişdir. Bundan sonra, X40 xx.xx.2021-ci il tarixdə Günay Əliyeva ilə telefon əlaqəsi yaradaraq, cərrahiyyə əməliyyatını xx.xx.2021-ci il tarixdə həyata keçirəcəyini bəyan etmişdir. Qeyd edilən tarixdə X40 tərəfindən Günay Əliyevanın burun nahiyyəsində cərrahiyyə əməliyyatı icra olunmuşdur. Lakin, sonradan iddiaçılara bəlli olmuşdur ki, X40 və klinikanın tibbi personalı tərəfindən bütün zəruri təhlillər və müayinələr, xüsusi ilə pandemiya şəraitində əməliyyatdan öncə Günay Əliyevanın müvafiq qan təhlilləri və ağ ciyər nahiyyəsinin müayinəsi aparılmamışdır. Nəticədə, xəstə üzərində zəruri müayinələr aparılmadan, sonuncu cərrahiyyə əməliyyatına buraxılmış və burun nahiyyəsində sadə bir əməliyyat edildikdən sonra Günay Əliyevanın qəfildən vəziyyəti ağırlaşmışdır. Əməliyyat olunan gündən başlayaraq Günay Əliyevanın orqanizminin son dərəcə zəiflədiyi, tez-tez və davamlı olaraq ögümə və qusma hallarının olması, çox miqdarda qan itirdiyi, təzyiqinin anormal olaraq aşağı düşdüyü xəstəxanadan iddiaçılara bildirilmişdir. Lakin, Günay Əliyeva vəziyyətinin ağırlaşmasının səbəbləri barədə klinikadan onun yaxınlarına, o cümlədən iddiaçılara heç bir məlumat verilməmişdir. X40, Günay Əliyevanın vəziyyətinin ağırlaşdığını qeyd edərək, onun başqa xəstəxanaya, daha doğrusu Cavabdeh2 klinikasına keçirilməsinin zəruriliyini Günay Əliyevanın yaxınlarına bildirdikdən sonra, iddiaçılar məhz onun məsləhətini nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Günay Əliyevanı həkimin dediyi "City Hospital” klinikasına köçürmək məcburiyyətində qalmışlar. Cavabdeh2 klinikasına keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin klinikanın Toğrul adlı həkimi xəstənin vəziyyətinin ağır olduğunu, onda böyrək çatışmazlığı və qara ciyərində ciddi problemlər yarandığını Günay Əliyevanın yaxınlarına bildirmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 17.00-18.00 radələrində Cavabdeh2 klinikasının baş həkimi X41 Əliyevanın koronovirusa yoluxduğunu, vəziyyətinin daha da ağırlaşdığını bildirərək, onun “Yeni Klinika” tibb müəsissəsinə keçirilməsini məsləhət görmüşdür. İddiaçılar dərhal həmin axşam Günay Əliyevanı “Yeni Klinika” tibb müəsissəsinə köçürmüşlər. Növbəti gün, yəni xx.xx.2021- ci il tarixdə səhər saat 08.00 radələrində həkimlərin bütün müdaxilələrinə baxmayaraq Günay Əliyevanın həyatını xilas etmək mümkün olmamışdır. Nəticə etibarı ilə, həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi "xxxx" Tibb Mərkəzinin və Cavabdeh2 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində Günay Əliyeva həyatdan məhrum olmuşdur. İddiaçıların səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən cavabdehlər "xxxx" Tibb Mərkəzinə və Cavabdeh2 klinikasına müvafiq sorğular verilməklə, mərhum 1986-cı il təvəllüdlü X13 müayinəsi (analizlər daxil olmaqla) və müalicəsi, o cümlədən sonuncu üzərində aparılmış cərrahi əməliyyat barədə bütün tibbi sənədlərin, habelə X32 xəstəlik tarixi barədə sənədlərin təsdiq edilmiş surətləri, X13 müayinəsi və müalicəsində iştirak etmiş həkimlər və tibb personalının, cərrahi əməliyyatı həyata keçirmiş X40nın ixtisasları barədə sənədlər, o cümlədən onların diplomları, sertifikasiyadan keçmələri barədə sənədlərin, habelə əmək müqavilələrinin təsdiq edilmiş surətləri tələb edilsə də, cavabdehlər tərəfindən vəkil sorğularına heç bir cavab verilməmişdir. Sonradan cavabdeh "xxxx" Tibb Mərkəzində fəaliyyət göstərən X40nın 29 il otolarinqoloq (lor) kimi iş təcrübəsinin olduğu qeyd edilmiş internet səhifəsində, onun 1991-1992-ci il tarixlərdə pediatriya üzrə internatura keçdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddiaçılar tərəfindən Cavabdeh3 MMC-yə ödənilmiş 700 manat, Cavabdeh2 MMC-yə ödənilmiş 1800 manat məbləğində pul vəsaitləri müvafiq olaraq cavabdehlərdən maddi zərər kimi tutulmalı, eyni zamanda cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq mərhumun yaxınlarına - iddiaçılar X5 və İddiaçı2 ödənilməlidir. Qeyd edilən pul vəsaitlərinin tutulduğu təqdirdə, həmin vəsaitlərin, mərhum X13 azyaşlı uşaqlarının adına açılacaq bank hesablarında, onların yetkinlik yaşına çatana qədər saxlanılması, ana qayğısından məhrum olan uşaqların gələcək müqəddəratı və iddiaçılar mərhumun anası və bacısının mənəvi təskinlik tapması üçün zəruridir. Eyni zamanda, həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırmanın aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini də zəruri hesab edir. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək iddia ərizəsində göstərilən ilkin cavabdehlərin əsl cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC ilə əvəz edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3107/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan zaman iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X21 cavabdeh kimi işə cəlb olunmasını, cavabdeh "xxxx" MMC-dən 700 manat, Cavabdeh2 MMC-dən 1800 manat məbləğində pul vəsaitləri maddi zərər kimi tutularaq iddiaçılar X5 və İddiaçı2 qızma ödənilməsi; cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçılar X5 və İddiaçı2 ödənilməsi barədə qətnamə; Həkim- Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı1 Məhəmədiyyə qızının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia tələblərini əsassz hesab etdikləörini bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh X21 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi X34 izahatında bildirdi ki, özü xəstə Cavabdeh2 MMC-də olduğu zaman orada olmamışdır. Lakin onda olan sənədlərdən xəstənin ağır vəziyyətdə Cavabdeh2a gətirildiyini öyrənmişdir. Xəstə çox güman ki "xxxx" Tibb Mərkəzinə qəbul olunan zaman artıq “Covid- 19” xəstəliyinə yoluxmuşdur. Lakin ağciyərin rentgeni zamanı özünü biruzə etməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır. Xəstə Cavabdeh2a gətirildiyini zaman ağır vəziyyətdə olduğundan onu dərhal “Covid-19” xəstəliyindən müyainə etmək mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X31 izahatında bildirdi ki, xəstəni 2020-ci ilin oktyabr ayında oğlunun əməliyyatı ilə əlaqədar tanımışdır. Həmin vaxtı mərhumun özünü də müayinə etmiş, burnunda çəpər əyriliyinin olduğunu müəyyən etmişdir. Bundan sonra xəstə qaynanası ilə birlikdə 2021-ci ilin yanvar ayının 18-si xəstəxanaya gələrək bütün analizlərdən keçmişdir. Qan analizi və koronavirus analizindən də keçmişdir. Əməliyyatdan sonra xəstə palataya köçürüldü və təzyiqi aşağı olması səbəbindən xəstəni həmin gün evə buraxmaq mümkün olmadı. Növbəti gün yenidən işə gədikdə ona xəstənin yüksək temperaturu olduğunu dedilər. Müayinə etdikdə təzyiqin hələ də aşağı olduğunu gördü. Reanimatoloqun məsləhəti ilə xəstəyə qan köçürüldü. Xəstənin qanını “star Life” klinikasına göndərdilər və koronavirus cavabı müsbət oldu. Buna görə də X49 çağırdılar amma xəstəni heç bir xəstəxanaya yerləşdirmək mümkün olmadı. Sonda xəstəni Cavabdeh2a yerləşdirdilər. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid ifadəsində bildirdi ki, onun işlədiyi xəstəxanaya axşam saatlarında zəng olunaraq, xəstənin ağır vəziyyətdə olduğu bildirilmiş və təcili yaxınlaşmaları xahiş olunmuşdur. Onlar iki həkimdən ibarət tərkibdə xəstənin olduğu xəstəxanaya gəlmişlər. Həmin zaman digər xəstəxanaların xəstəni götürməkdən imtina etmələri barədə məlumatları olmamışdır. Onlar ünvana gəldikləri zaman xəstənin vəziyyəti ağır olmuşdur. Orada olan reanimotoloqlara xəstənin mümumi vəziyyəti barədə suallar verildikdə aydın cavab ala bilmədilər. Xəstənin huşu aydın deyildi. Şəkərini yoxladıqda çox aşağı olduğu müəyyən edildi və ona qlükoza vuruldu. Bundan sonra xəstənin vəziyyəti nisbətən yaxşılaşdı. Növbəti gün yenidən gəldikdə xəstənin vəziyyətinin daha da ağırlaşdığını görmüş oksigen çatışmazlığından şübhələnmişlər. Müayinə etdikdə ciyərlərdə çoxlu miqdarda suyun olduğu məlum olmuşdur. Belə olduqda xəstəni məcbur aparata qoşmuşlar. Bundan sonra “Yeni Klinika” xəsətəxanasından maşınla gəlib xəstəni apardılar. Məhkəmə iclasına şahid qismində çağırılmış X26 ifadəsində bildirdi ki, onu "xxxx" adlı xəstəxanaya çağırmışdılar. Həkim briqadasının tərkibində Şahid, Asif Şərifov var idi. X37 əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. Xəstənin vəziyyəti əməliyyatdan sonra ağırlaşmış, şəkəri aşağı düşmüş, təzyiqi normal vəziyyətdə olmamış, huşu getmişdir. X45 bir-iki gün xəstəxanada qalmış, sonra qohumları sonuncunu başqa xəstəxanaya aparmışlar. Məhkəmə iclasına şahid qismində çağırılmış X35 ifadəsində bildirdi ki, onu "xxxx" adlı xəstəxanaya çağırmışdılar. X37 əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. Xəstənin vəziyyəti əməliyyatdan sonra ağırlaşmış, şəkəri aşağı düşmüş, təzyiqi normal vəziyyətdə olmamış, huşu getmişdir. Ona görə də xəstəyə klükoza iynəsi vurmuş, bundan sonra xəstə bir az özünə gəlmişdi. Xəstə əməliyyat olunan zaman qan itirmiş, halbuki ona qan itirilmədiyi deyilmişdir. X45 palatada olan zaman onun yanında Natavan həkim də vardı, sonuncu ona xəstədə “Covid 19” virusunun olub-olmaması barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasına ekspert qismində dəvət edilmiş X28 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X24” X50n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan xəstənin tibbi tarixçəsi, tibb sənədləri əsasında tərtib edilmişdir. Məhkəmə iclasına ekspert qismində dəvət edilmiş X39 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X24” X50n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan xəstənin tibbi tarixçəsi, tibb sənədləri əsasında tərtib edilmişdir. Məhkəmə iclasına ekspert qismində dəvət edilmiş X15 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X24” X50n xx.xx.2022-ci il tarixli rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan tibb sənədləri əsasında tərtib edilmişdir. X32 ölümünün səbəbi Covid- 19, ikitərəfli viral pnevmoniya, septik şok, ağır intoksikasiya, kəskin tənəffüs çatmamazlığıdır. Döş qəfəsi orqanlarının KT müayinəsində sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilir. Xəstəyə əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rentgen müayinəsində dös qəfəsi orqanlarının R-skopiyasının müayinəsi olaraq ağ ciyərlərdə patoloji ocaqlar aşkar edilmədiyi, Bronx-damar şəklinin gücləndiyi, köklərin şaxəli struktur olduğu, sinusların tam açıldığı, diaqrafmanın hərəkətinin sərbəst olduğu və ürəyin adi formada olduğu qeyd olunur. - "xxxx" Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli infeksiya müayinə sənədində “COVİD-19” (kart test) üzrə müayinə nəticələrinin neqativ olduğu qeyd edilmişdir. - "xxxx" Tibb Mərkəzinin xəstə yaxud yaxını tərəfindən verilən iltizamnadən aydın olur ki, xəstə Əliyeva Günay endotraxeal narkoz altında cərrahi müdaxilə zamanı, narkozla bağlı ağırlaşmalar ola biləcəyi,Əməliyyatdan sonra qarın boşluğunda, ağçiyər və tənəffüs yollarında irinli iltihabi ağırlaşmaların meydana çıxa biləcəyi və s. barədə xəbərdar edilmiş və məlumatlı olması barədə iltizamzaməyə imza atmışdır. - "xxxx" Tibb X1 aid xəstəlik tarixindən aydın olur ki, X20 tibb mərkəzinə burnun çəpər əyriliyi diaqnozu ilə qəbul olunmuşdur. Septoplastika cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Həkimin müşahidə gündəliyindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə ümumi dövr edən hermodinamikanı stabilləşdirmək məqsədi ilə eyni qrup A(ıı) Rh (+) 250 ml kütlə köçürülməsi üçün göstəriş verilmişdir. - Kadrlar uçotunun şəxsi vərəqəsindən aydın olur ki: X31 Azərbaycan Tibb Universitetində “Pediatriya” fakültəsini 1992-ci il tarixdə bitirmiş, bununla bağlı ona xx.xx.1991-ci il tarixli diplom verilmişdir; 1992-ci il tarixdə “Pediatriya” ixtisası üzrə internatura/rezidentura bitirmişdir; 2013-cü il tarixdə “otolorinqologiya” üzrə 6 həftə ərzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda kurs keçmişdir; xx.xx.2007-ci il tarixdə 34 nömrəli Şəhər Poliklinikasında həkim-otorinolarinqoloq vəzifəsi üzrə işə qəbul olunmuşdur. - xx.xx.1991-ci il tarixli UB 113739 nömrəli diplomun surətindən aydın olur ki, X31 N.Nərimanov adına Azərbaycan Tibb Universitetində “pediatriya” ixtisası üzrə təhsil almışdır. - xx.xx.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələrinin surətindən aydın olur ki, X25 otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilmiş edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 "xxxx" Tibb Mərkəzində “məşğulluq təsnifatı üzrə : tibb bacısı, peşəkar; əmək müqaviləsi üzrə : Əməliyyat tibb bacısı” vəzifəsi üzrə işə qəbulla bağlı xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitir. - 088197 nömrəli lisenziyanın surətindən aydın olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh1 MMC-yə özəl tibb fəaliyyəti həyata keçirmək üçün müddətsiz icazə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən icazə verilmiş ixtisasların siyahısından aydın olur ki, Cavabdeh1 MMC-yə otorinolarinqologiya, otorinolarinqoloji ambulator tibb xidməti üzrə, ümumi cərahiyyə, ümumi cərrahi stasionar tibb xidməti üzrə işlərin görülməsinə icazə verilmişdir. - xx.xx.2021-ci il tarixli, ******* nömrəli xəstəlik tarixindən aydın olur ki, X20 haqqında patoloji rəydə “Covid-19 pozitiv, KRVİ, iki tərəfli ağır gedişli pnevmoniya, tənəffüs çatışmazlığı, börək çatışmazlığı diaqnozu verilmiş, ölüm səbəbi olaraq ürək-ağciyər çatışmazlığı göstərilmişdir. - “X54” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, X8 20:00 radələrində Cavabdeh2 MMC-dən "xxxx" Tibb Mərkəzinə təxliyyə olunmuş, Daxil olarkən vəziyyəti olduqca ağır (Spo2-86% AT 60.30 mm ç.s Nəfəs sayı 28. Ağ ciyər üzərində çoxlu sayda xırıltılar. Anuriya) olmuşdur. Xəstə müayinə olunmuş, Kranial KT, ağ ciyər KT-abdominal, ağ ciyər nakterial infeksiya müəyyən olunmuşdur. - Cavabdeh2 MMC tərəfindən verilmiş elektrokardioqrafik müayinədən aydın olur ki, X3 taxikardiyası. ÜEO-nun normal vəziyyəti. Sol mədəciyin ön-yan divarında qan təchizatının pozulması diaqnozu qoyulmuşdur. - Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli döş qəfəsinin KT-də qeyd olunur ki, traxeya və baş bronxlar normal genişlikdə olub, açıqdır. Divar aralığında damar strukturları və ürək normal forma və lokalizasiyadadır. Perikard boşluğinda maye izlənillmədi. Divar aralığında böyümüş limfa düyünləri görülmədi. Sağ ağciyərin yuxarı və aşağı paylarında, sol ağciyərdə yayılmış şəkildə subplebral və mərkəzi yerləşmiş “buzlu şüşə” sahəsi və konsolidasiya sahələri izlənilir. Sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilir. Hər iki hemitoraksda plevral maye izlənmədi. Döş qəfəsinin yumşaq toxumalarına və sümüklərinə aid patologiya təyin edilmədi. Nəticə olaraq hər iki aöçiyərdə qeyd olunan dəyişikliklər viral pnevmoniya lehinə dəyərləndirilmişdir (75%-80%). - “X54” MMC tərəfindən verilmiş stasionar xəstənin ******* (279) saylı tibbi kartından çıxarışda qeyd olunur ki, Müşayiət edən yaxınlarının bildirdiyinə görə, xəstə təxminən 1 həftə öncə qızdırma, halsızlıqdan və boğulmadan, nəfəs darlığından şikayət etmiş və həmin şikayətlərlə 18 yanvar 2021-ci il tarixdə "xxxx" klinikasına müraciət etmişdir. Klinikada xəstəyə otolarinq tərəfindən baxış keçirilmiş və burun çəpərinin əyriliyinin olması müəyyən edilmişdir. Şikayətlərin burun çəpəri əyriliyinə bağlı olması xəstənin yaxınlarına bildirilmiş və əməliyyat aparılması məqsədəuyğun hesab edilmişdir. Həmin gün xəstəyə endotıaxeal narkoz altında “Septoplastika” əməliyyatı aparılmışdır. Lakin əməliyyatdan dərhal sonra xəstənin durumu kəskin pisləşmişdir. Xəstəyə 2 paket (hər biri 300 ml olmaqla) eyni qrup qan köçürülmüşdür. Lakin xəstənin vəziyyəti pisləşməkdə davam etmiş və Cavabdeh2a müraciət edilmişdir. 19 yanvar 2021 tarixdə saat 19.00 radələrində Cavabdeh2 reanimatoloqu tərəfindən "xxxx" klinikasında xəstəyə baxış keçirilmişdir. Baxış zamanı xəstənin durumu olduqca ağır kimi dəyərləndirilmişdir. Saat 19.45 radələrində qohumlarının və "xxxx" klinikasının həkimlərinin xahişi ilə ambulans vasitəsilə, oksigen dəstəyi ilə son dərəcə ağır vəziyyətdə “City Hospitala” gətirilmişdir. Daxil olarkən xəstənin ümumi vəziyyəti son dərəcə ağırdır. Huşu alaqaranlıq, dəridə görünən selik qişaları solğundur, kəskin halsızlıq, ümumi zəiflik qeyd edilir. Auskultasiyada ağ ciyərlər üzərində tənəffüs zəif eşidilir. Tənəffüs hərəkətlərinin sayı 18 vurğu/dəq. Ürəkdöyünmələrin sayı 116 vurğu/dəq. A/T — 90/60 mm.c.st. SpOo - 90%. Peritonun qıcıqlanma sindromu mənfidir. Döyəcləmə simptomu hər iki tərə mənfidir. Bədən səthi boyu geniş dəri səpgiləri və ishal qeyd edilir. Daxil olarkən durumu son dərəcə ağır və şıxarkən də durumu son dərəcə ağır olaraq qiymətl - “Yeni Klinika” X50 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunur ki, xəstə X20 xx.xx.1986-cü il təvəllüdlü xx.xx.2021 tarixində TTY vasitəsi ilə Cavabdeh2dan, KRVİ, COVİD-19 pozitiv, ağ ciyərlərin iki tərəfli total pnevmoniyasi, kəskin tənəffüs çatışmazlığı “Dz” ilə Yeni klinikaya gətirilmiş, ilkin dəyərləndirmədə saturasiyani təyin etmək olmamış, intub-boruda, sedasiyasi fonunda reanimasiya şöbəsinə yerləşdirilmişdir. Evdə şikayətləri boğulmadan olmuşdur. Xəstə yaxınlarının deməsinə görə özünü 2 gündür ki xəstə hesab edir, burun çəpəri probleminə görə müalicə aldığını deyiblər. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, SP02-66% ,A/T 76/43 PS 87, temperatur 36,0 C olmuşdur. Xəstəyə STA-na qoşulmuş,AC/PC rejimdə saturasiya 75% qədər yüksəlmişdir. Xəstəyə antibakterial, antiviral müalicəyə aparılmışdır. Qanın qaz tərkibi, hemogram, koagulyasiya, kimyəvi, infeksion və digər göstəricilərə ciddi nəzarət olunmuşdur.Xəstəxanaya daxil olandan xəstədə sidik ifrazı olmamış, burun ,ağız və bədənin müxtəlif nahiyyələrindən qanaxmalar olmuş. Endotraxeal borudan daimi qanlı ifzarat gəlmişdir. Lakin aparılan bütün tədbirlərə baxmayaraq xəstənin vəziyyəti proqressiv pişləşmiş. A/T düşməyə meylli olmuş, inotrop dəstək verilmişdir . Xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021 -ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmışdır, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetersiz olmuş, 08:00 da bioloji ölüm qeyd edilmişdir. - Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda qeyd olunur ki : əgər xəstə fövqəladə- təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa o zaman bu müayinələrin aparılması vacibdir. Hazırda COVİD-19 virusunun müəyyən edilməsi üçün standart kart-test üsulu stasionar müalicəyə qəbul olunan bütün xəstələr (fövqəladə təxirəsalınmaz əməliyyatlar istisna olunmaqla) üçün qəbuldan öncə məcburi qaydada həyata.keçrilir. Əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Klinikalarda reanimasiya və intensiv terapiya şöbələrinin mövcudluğu, bu klinikaların fəaliyyət spektri ilə bağlıdır. Əgər konkret desək böyük həcmli cərrahi müdaxilələr (ürək-damar, döş qəfəsi və qarın boşluğu orqanlarında aparılan mürəkkəb əməliyyatlar) icra olunan klinikalarda reanimasiya şöbəsinin olması vacibdir. Burada əsas normativ tələblər reanimatoloji xidmətin həyata keçirilməsi üçün lazımi avadanlıqların və kadr potensialının olmasıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X24” X50 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəydən müəyyən olunur ki, 1986-cı il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini üç in müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X6, eləcə də X12 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid-19) X51 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsu’u :Jə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur. Rentgenoloji müayinə zamanı “Bıızlu şüşə” görüntüsü aşkar edilməyə bilər, beləki bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür. Xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır. Tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, an.eraf təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kamrda qeyd edilmişdir. "xxxx" X43 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Tibbi sənədlərdə göstərilənlərə əsasən xəstə.mn vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması orun xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürülməsinə imkan vermişdir. Xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi Klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu hv klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçiin daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh2da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə “City hospitalda qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X16 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. Tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə G.Əliyevanın vəziyyətinin xx.xx.2021 -ci il tarixdə axşam saatlarında deyil, xx.xx.2021 -ci il tarixdə səhər saatlarında ağırlaşdığı qeyd olunub. “Covid-19” virusu aşkarlandıqdan sonra xəstə yaxınlarının təkidi ilə daha ixtisaslaşmış “City Hospitalda göndərilə bilər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X24” X50 tərəfindən verilmiş xx.xx.2023-c2 il tarixli, 53 nömrəli rəyinin nəticə hissəsinə əsasən 1986-cı il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2.3 Bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini üçün müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X6, eləcə də X12 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid-19) X51 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu :ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur. 4 Rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər, beləki bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür.

5. Xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir. Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır.

6. Tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, arterial təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kartında qeyd edilmişdir. 7-11 "xxxx" X43 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. 12 Tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürmək üçün xəstənin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilmiş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun köçürülməsinə imkan vermişdir. 13-16.18 Xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi Klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu bu klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçün daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh2da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X16 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. 17.19 Cavabdeh2da X13 adına tərtib edilmiş xəstəlik tarixindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:45-də “Kəskin tənəffüs çatmamazlığı” diaqnozu ilə daxil olmuşdur. Onun vəziyyətinin ağırlığına uyğun olaraq instrumental müayinələr, döş qəfəsi orqanlarının KT müayinəsi, xəstəyə cərrahın, reanimatoloqun, kardioloqun və nefroloqun konsultasiyası və infuzion terapiya icra edilmişdir. Sonra hipoksiyanı nəzərə alaraq xəstə intubasiya edilərək süni ventilyasiyaya keçirilmişdir. Xəstənin vəziyyəti onun digər tibb müəssisəsinə köçürülməsinə imkan verəcək qədər stabilləşdirildikdən sonra xx.xx.2021-ci il tarixdə, saat 20:00-da 103 vasitəsilə ağır vəziyyətdə “Yeni Klinika”ya köçürülmüşdür. - Binəqədi rayon prokurorluğunun müstəntiqi X22 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasını rədd edilməsi haqqında qərardan aydın olur ki, araşdırm zamanı "xxxx" Tibb Mərkəzinin həkimi X21 işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi halları müəyyən olunmamışdır. Günay Əliyevaın meyitinin müayinə olunmaması səbəbindən ölümün səbəbinin və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən X13 ölməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. - Binəqədi rayon prokurorluğunun müstəntiqi X22 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasını rədd edilməsi haqqında qərardan aydın olur ki, istintaq ilkin araşdırma zamanı alınmış izahatları, ekspert rəylərini və digər sübutları yenidən sadalamaq zərurəti duymadan həmin sübutların mötəbərliyi əsasında cinayət işinin başlanmasının rədd edilməsi nəticəsinə gəlmişdir. X13 ölümü ilə bağlı "xxxx" Tibb Mərkəzinin həkimi X21 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X20 18 yanvar 2023-cü il tarixdə "xxxx" klinikasında cavabdeh X31 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspress-test” vasitəsilə “Covid-19” analizini götürmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exokartioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatda ağırlaşma müşahidə edilməmiş, əməliyyatdan sonra həmin klinikada vəziyyəti pisləşmiş, təzyiqi düşmüş, bədən temperaturu qalxmışdır. Xəstədən onun “Covid-19” virusunun yoluxub-yoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X54” a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70-80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş; orada vəfat etmişdir. İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 X17 "xxxx" Tibb Mərkəzi»nin həkimi Natavan Əliyevanın səhlənkarlığı nəticəsində ölməsi şaqqında Binəqədi rayon prokurorluğuna müraciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. xx.xx.2021ci il tarixdə qeyd edilən qərar ləğv edilmiş və xx.xx.2022-ciil tarixdə yenidən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Sonuncu qərar Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə ləğv edilmiş və iş əlavə araşdırılmaya göndərilmişdir. Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin qərar hazırda qüvvədədir. Sözügedən qərara əsasən X13 ölümü ilə bağlı "xxxx" Tibb Mərkəzinin həkimi X21 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilməmişdir. Qeyd edilən müraciət üzrə araşdırma gedərkən eyni zamanda iddiaçılar – mərhumun anası İddiaçı1 Məhəmədiyyə qızı və bacısı İddiaçı2 məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 700 manat, Cavabdeh2 MMC-dən 1800 manat məbləğində pul vəsaitləri maddi zərər; cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və X19 mənəvi zərər kimi 500.000 məbləğində pul vəsaitinin tutularaq iddiaçılar X5 və İddiaçı2 qızma ödənilməsini, cavabdeh Natavan Əliyevanın barəsində müvafiq araşdırmanın aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinəyetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərinverdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıqvəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, "xxxx" Tibb Mərkəzində fəaliyyət göstərən həkimlərin (o cümlədən həkim X21) hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. İşin materiallarından görünür ki, 18 yanvar 2021-ci il tarixdə "xxxx" Tibb Mərkəzində X40 tərəfindən Günay Əliyevanın üzərində burnunda çəpər əyriliyi ilə bağlı septoplastika cərrahi əməliyyat olunmuşdur. İddiaçı tərəf həmin əməliyyatdan sonra G.Əliyevanın vəziyyətinin qəfildən ağırlaşaraq, səhhətindəki bu ağırlaşmanin bir neçə gün ərzində Günay Əliyevanın ölümü ilə nəticələnməsini göstərərək həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi "xxxx" Tibb Mərkəzinin və Cavabdeh2 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində Günay Əliyeva həyatdan məhrum olmasını iddia edərək maddi və mənəvi ziyanı məruz qalmalarını göstərmişlər. Müəyyən edilmişdir ki, X31 N.Nərimanov adına Azərbaycan Tibb Universitetində “pediatriya” ixtisası üzrə təhsil alsa da, ona otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün xx.xx.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri verilmişdir. Göründüyü kimi, X25 otorinolarinqologiya ixtisası üzrə fəaliyyət göstərmək səlahiyyəti olmuşdir. Mülki işin materiallarından görünür ki, iş üzrə hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 2 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək həyata keçirilərək ekspertlər qarşısında iddia tələblərinin əsaslılığı baxımından müvafiq suallar qoyulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki "xxxx" X43 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X16 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. Beləliklə, mülki iş materiallarında olan ekspert rəyləri mərhumənin ölməsi ilə cavabdeh klinikaların həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv edilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək "xxxx" Tibb Mərkəzinin həkimi X21 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu qərar hazırda qüvvədədir. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar onlara maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla cavabdeh təşkilatların həkimləri tərəfindən mərhuməyə təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, mərhumə X7” Tibb Mərkəzinin həkimi X31 tərəfindən əməliyyat olunmamışdan əvvəl “COVİD-19” (kart test) aparılmış, nəticə «neqativ» olmuşdur. Ekspertiza rəylərindən də göründüyü kimi, planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur. xx.xx.2021-ci il tarixdə mərhumə X13 tənəffüsündə və hemodinamik göstəricilərdə qeyri-stabillik, bədən hərarətinin 38,5 C olması qeyd olunduğu üçün intensiv terapiya aparılmaqla yanaşı konsilium ilə təcili “COVİD-19” təkrar diaqnostika üçün qandan İgM və İgG yoxlanılmış və nəticə pozitiv çıxmış, konsilium əsasında mərhumə artıq “COVİD-19” diaqnozu ilə Cavabdeh2a köçürülmüşdür. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması orun xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürülməsinə imkan vermiş, orada döş orqanlarının KT müayinəsində sağ ağciyərin orta rayında “Buzlu şüşə” sahəsi aşkar edilmiş, onun vəziyyəti aktiv fazada olan kəskin “COVİD-19” pnevmaniyası fonunda septik şok intoksasiyası kimi dəyərləndirilmiş və ağır vəziyyətdə «Yeni Klinika»ya köçürülmüşdür. Buna qədər isə Cavabdeh2da X16 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olması iş üzrə verilmiş rəylərdə öz təsdiqini tapmışdır Həmçinin də ekspert rəylərindən göründüyü kimi, "xxxx" Tibb Mərkəzində cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni zamanı “Bıızlu şüşə” görüntüsü aşkar edilməməyə bilərdi. Belə ki, bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür. Başqa sözlə, məhkəmənin qənaətinə görə mərhumə X7” Tibb Mərkəzinin həkimi X31 tərəfindən əməliyyat olunmamışdan əvvəl onda “COVİD-19” virusuna yoluxmasının əlamətləri artıq var idisə belə, əməliyyatdan əvvəlki müayinələr əsasında bu hal müəyyən edilmədiyindən əməliyyadan sonrakı dönəmdə onun vəziyyətinin ağırlaşmasının səbəbi kimi həmin virusun əlamətlərinin onda olmasının büruzə verməsi cavabdehlər tərəfindən işlərinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, "xxxx" Tibb Mərkəzinin həkimi X31 tərəfindən Günay Əliyevanın üzərində burnunda çəpər əyriliyi ilə bağlı hər hansı qeyri-qanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizləyə yol verməməsi həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş eksertiza rəyləri ilə də təsdiq edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, X21 işlədiyi "xxxx" Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni hallar digər cavabdeh “X54”a da aid olmaqla məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş ekspertlərin, şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə şahidlərin ifadələrinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, onlar baş verənləri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin də nəzərə alır ki, iddiaçı tərəfin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə və qiymətləndirilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçılar iddialarının əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, sübut kimi qiymətləndirdikləri dəlilləri məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə həmin dəlillər tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, iddiaçıların tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkimin (X21) tibbi normaları (standartları) pozmaqla səhvə yol verdiyi, cavabdehlər tərəfindən diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində iddiaçıların maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də X31 barəsində xüsusi qərardad çıxarılması hissələrində də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və X25 qarşı, “Yeni Klinika” X50, X9 və X30 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə» maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar