Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3328/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus və ‘‘İddiaçı” Sığorta Şirkətində sığortalanmış Volkswagen Passat" markalı, H 013 623 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 445 (dörd yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi məbləğinin və ərizənin verilməsi ilə bağlı 20.40 (iyirmi manat 40 qəpik) dövlət rüsumunun, cəmi 465.40 (dörd yüz altmış beş manat 40 qəpik) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barəcə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə idarə etdiyi "Toyota LC” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Parlament prospektində yol nəqliyyat hadisəsi törədərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus və ‘İddiaçı" Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat" markalı, H 013 623 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, ‘VAZ 21061” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh3 mülkiyyətində olan “Toyota LC” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin MYP ******* nömrəli X1 Protokolunda öz əksini tapmışdır. “xxxxxxxxxx” MMC-nin 14.12.215-ci il tarixli Qiymətlərin razılaşdırma Protokoluna uyğun olaraq, “Volkswagen Passat” markalı, H 013 623 dövlət qeydiyyat nişanlı avtomobilə 545 (beş yüz qırx beş manat 0 qəpik) manat ziyan dəymişdir. **********5 saylı sığorta müqaviləsinin 022935 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 100 (bir yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 445 (dörd yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “İddiaçı" sığorta şirkətinə dəymiş 445 (dörd yüz qırx beş manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən tərtib edilmiş 022935 nömrəli sığorta aktından və 6866 saylı, xx.xx.2015-ci il tarixli kassa məxaric ordeindən görünür ki, İddiaçı Sığorta Şirkəti sığortalıya 100 (bir yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 445 (dörd yüz qırx beş manat 0 qəpik) manat məbləğində sığorta ödənişi “xxxxxxxxxx” MMC-nə nağd qaydada ödənilmişdir. DYPİ-nin MYP ******* nömrəli X1 Protokolundan görünür ki, Cavabdeh2 xx.xx.2015ci il tarixdə baş vermiş qəzada təqsirli bilinmişdir. “xxxxxxxxxx” MMC-nin 14.12.215-ci il tarixli Qiymətlərin razılaşdırma Protokolundan görünür ki, “Volkswagen Passat” markalı, H 013 623 dövlət qeydiyyat nişanlı avtomobilə 545 (beş yüz qırx beş manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli Pretenziya məktublarındandan görünür ki, cavabdehlərə 10 iş günü ərzində vurulmuş ziyanı ödəmədikləri təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. **********5, xx.xx.2015-ci il tarixli Avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC özünə məxsus “Volkswagen Passat" markalı, H 013 623 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il saat 00:00-dan xx.xx.2016-cı il 23:59 tarixinədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tam sığortalanmışdır. Göründüyü kimi, xx.xx.2015-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə olunan “Toyota LC” MARKALİ, ** SK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hadisə törədilərkən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC özünə məxsus “Volkswagen Passat" markalı, H 013 623 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. İddiaçı tərfindən dəymiş ziyan aradan qaldırılaraq 545 manat məbləğində sığorta ödənişi sığortalıya ödənilinmişdir, buna görə də cavabdehlər, vurulmuş ziyanı subroqasiya qaydasında “İddiaçı Sığorta” Şirkəti ASC-yə ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuraıı şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuraıı tərəfindən tam həcmdə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 445 (dörd yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi və ödənilmiş 20,40 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 445 (dörd yüz qırx beş manat 0 qəpik) manat subroqasiya qaydasında və ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3328/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3328/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver