Məhkəmə qərarları › İş №2(005)-3330/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3330/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3330/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İveco Urbanway” avtobus markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobillə vurulmuş ziyana görə ödənilmiş 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin və məhkəmənin hesabına köçürülmüş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutlaraq “Azsıgorta” Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Mercedes Benz S55” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə “Mercedes Benz S55” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən dayanacaqda dayanmış “X2” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə verindən yayınmışdır, hadisə nəticəsində “X2” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 81.96 (səksən bir manat doxsan altı qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Nərimanov KPİ-nin DYPŞ-i tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli Protokol tərtib olunmuş, TP 282242 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 (yüz) manat cərimələnmişdir. “X2” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “xxxxxxx” MMC tərəfindən 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir. “X2” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalandığından dəymiş zərər 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti zərəeçəkənin bank hesabına ödənilmişdir. “xxxxxxxxx” ASC tərəfindən subroqasiya hüququnun keçməsi əsasında 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxx” ASC- nin bank hesabına köçürülmüşdür. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: PAZ ********** nömrəli şəhadətnamənin məzmunundan görünür ki, “Mercedes Benz S55” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil müvafiq nəqliyyat vasitəsinin sahibi- Cavabdeh tərəfindən “Azsığorta” Açıq Səhmdar Cəmiyyətində xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İXP seriyalı ******* nömrəli protokolun və TP seriyalı 282242 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən və məzmunundan görünür ki, Cavabdeh xx xxxxxx 2018-cı il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə idarə etdiyi “Mercedes Benz S55” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır, hadisə nəticəsində “X2” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan dəymişdir. Araşdırma nəticəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 100 (bir yüz) manat məbləğində cərimələnmişdir; xx xxxxxx 2018-ci il tarixli sığorta aktının məzmunundan görünür ki, “X2” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir; xx xxxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X2” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilin sahibi “xxxxxxx” MMCnin bank hesabına müvafiq avtomobilinin təmir edilməsi üçün 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “Mercedes Benz S55” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh tərəfindən “Azsığorta” Açıq Səhmdar Cəmiyyətində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə saat 11:30 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə “Mercedes Benz S55” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən dayanacaqda dayanmış “X2” markalı, **-JX- *** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan dəymişdir. Araşdırma nəticəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 100 (bir yüz) manat məbləğində cərimələnmişdir. “X2” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 81.96 (səksən bir manat doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir. “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X2” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilin sahibinin bank hesabına müvafiq avtomobilinin təmir edilməsi üçün 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, rnexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini Ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında”Azərbaycan RespublikasıQanununun: 25.1-ci maddəsinə əsasən sığortaçınm mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarsı subroqasiya hüququ aşağda göstərilən hallarda yaranır: 25.1.1.sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2.bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3.icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında ” Azərbaycan Respublikası Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 84.96 (səksən dörd manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar