Məhkəmə qərarları › İş №2(005)-336/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-336/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-336/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İHakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "X3 Anonim Şirkəti”nə, "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialına qarşı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "iddiaçının filial rəhbəri vəzifəsindən azad olunmasının müəyyən edilməsi və adının Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X3 Anonim Şirkəti”nə, "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialına qarşı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "iddiaçının filial rəhbəri vəzifəsindən azad olunmasının müəyyən edilməsi və adının Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının cavabdeh qismində cəlb edilməsini, İddiaçı "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsindən azad olunmasının müəyyən edilməsi və onun həmin şirkətin qanuni təmsilçisi vəzifəsindən azad edilməsinə dair qərarın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alman "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsində çalışmışdır. Filialın təsisçi və nizamnamə kapitalının miqdarının 100%-i "X3 Anonim Şirkəti”nə məxsusdur və Filial yarandığı gündən onun saxlanması, cari ödənişlər və s. digər ödənişlərlə bağlı bütün xərclər Türkiyə Respublikasında yerləşən "X3 Anonim Şirkəti"xxxx"X3 Anonim Şirkətinin" şirkətinin direktoru Volkan Gösterişli tərəfindən həmin şirkətin Azərbaycan Respublikasındakı filialına direktor vəzifəsinə təyin olunmuşdur. X5 tərəfindən filialda direktor vəzifəsini icra etmək üçün verilmiş etibarnamənin müddəti 2022-ci ilin aprel ayında bitmişdir. Həmin müddət başa çatdıqdan sonra ona yeni etibarnamə verilməmişdir. Filial isə faktiki olaraq fəaliyyət göstərmir. Sonra xx.xx.2023-cü il tarixdə onun Filialın direktoru vəzifəsindən azad olunmağı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindəki əmək müqaviləsi bildirişinə xitam verilmişdir. Buna baxmayaraq, hal-hazırki tarixədək onun adı Kommersiya hüquqi şəxslərin dövlət reyestrində formal olaraq qalmaqdadır. Adının həmin reyestrdən çıxarılması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə görə Filialın təsisiçisinin, yəni "X3 Anonim Şirkətinin" onu Filialın icra orqanının direktoru vəzifəsindən azad etməsi lazım idi. Çünki faktiki olaraq ona etibarnamə verilməməklə Şirkət onun Filialın rəhbəri vəzifəsindən azad etməsini etiraf etmiş, lakin rəsmi sənədləşməni yerinə yetirməmişdir. Bu səbəbdən o "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad olunmağı barədə qərar qəbul edilməsi üçün Şirkətin səlahiyyətli şəxslərinə dəfələrlə həm email, həm də “whatsapp” tətbiqi vasitəsilə müraciətlər etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, müraciətlər cavabsız qalmışdır. Etibarnamənin qüvvədə olma tarixindən, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasından əldə olunan çıxarışdan göründüyü kimi, onun cavabdeh Şirkətlə heç bir hüquqi bağlılığı yoxdur. Buna baxmayaraq, Şirkət tərəfindən reyestr orqanına müraciət olunmadığı üçün onun adı sistemdə formal olaraq Filialın rəhbəri kimi qalmaqdadır. Göründüyü kimi, onun “ "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialı ilə heç bir hüquqi bağlılığının olmaması dövlət qeydiyyatına alınması üçün Şirkət tərəfindən hərəkətsizlik edildiyi üçün məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət vardır. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia ərizəsinin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə iclasında nümayənd\lərinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Türkiyə Cumhuriyyətinin notariusu tərəfindən təsdiq edilən "X3 Anonim Şirkəti" Volkan Gösterişli tərəfindən xx.xx.2019-cu ildə yaradılmışdır. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "X3 Anonim Şirkətinin" sahibi Volkan Gösterişliyə ərizə ünvanlayaraq, onun 22 yanvar 2022-ci il tarixində öz xahişi ilşə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli “Email”dən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində işdən azad olmağı ilə bağlı ərizə yazdığını, lakin Azərbaycan qanunvericiliyinə uyğun olaraq 1 aydan çox keçməsinə baxmayaraq, işdən azad olmağı ilə bağlı cavab almamışdır. - "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının 01 nömrəli xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının direktoru, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş,onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - "X3 Anonim Şirkətinin" xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, İddiaçı işdən azad edilməsi səbəbindən firmada onun adına hər hansı vəzifə və öhdəliyin qalmadığı bildirilmişdir. - AR İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının xx.xx.2020-ci il tarixlə vergi və faizlər üzrə ümumilikdə 1073,14 manat, sosial sığorta və işsizlikdən sığorta haqqlarından faiz üzrə ümumilikdə 5422,16 manat, icbari sığortadan faiz üzrə 830,32 manat dövlət büdcəsinə ödənilməli borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialı arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarından olan X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının 01 nömrəli xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı "X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının direktoru, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş,onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə filialın direktoru vəzifəsindən azad edilmişdir. Buna baxmayaraq iddiaçının adı kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmamışdır. Göründüyü kimi, İddiaçı “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialında qanuni təmsilçilik funksiyalarına malik direktor vəzifəsindən azad edilməsini və onun adının kommersiya hüquqi şəxsilərinin dövlət reyestrindən çııxarılmasını başqa qaydada həll edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlanmağa məcbur edə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı- seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ,İV,Vİ hissələr). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "X3 Anonim Şirkəti" direktoru Volkan Gösterişliyə ərizə ilə müraciət edərək, onun tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, daha sonra xx.xx.2023-cü il elektron poçt vasitəsilə ərizəsinə baxılmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli əmrlə filialın direktoru vəzifəsindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən faktiki olaraq “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının direktor vəzifəsini icra etmədiyindən, həmçinin onun direktor vəzifəsindən azad olunması ilə əmr olduğundan iddiaçının formal olaraq hüquqi şəxslərin dövlət reyestrində filialın direktoru kimi qeydiyyatda qalması onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, idida tələbi iddiaçının “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsindən azad olunmasının müəyyən edilməsi hissəsində tam əsaslıdır və təmin edilməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. X2 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Qeyd edilən Qanunun 9.2-1-ci madəsiən əsasən bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Qeyd edilən Qanunun 5-1.5-ci maddəsinə əsasən, elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsindən azad olunduğu üçün, hüquqi şəxsin qanuni təmsilçisinin dövlət reyestrində boş saxlanılması yol verilməzdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.7-ci maddəsinə əsasən, qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində məlumatlar əks etdirilməlidir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən hüquqi şəxslərin dövlət reyestrində hüquqi şəxsin qanuni təmsilçisi barədə məlumatların əks etdirilməsi məcburidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsindən azad edilməsi müəyyən edilməli və onun azad edilməsinə dair qərarın verilməsi vəzifəsi “X3 Anonim Şirkətinə" həvalə edilməli, İddiaçı “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsindən azad edilməyinə dair qərara uyğun olaraq dövlət reyestrində dəyişiklik edilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılması “X3 Anonim Şirkətinə" həvalə edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu olan 100 manat cavabdeh “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialından və “X3 Anonim Şirkətin"dən tutularaq, İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə uyğun olaraq isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsindən azad edilməsi müəyyən edilsin və onun azad edilməsinə dair qərarın verilməsi vəzifəsi “X3 Anonim Şirkətinə" həvalə edilsin. İddiaçı “X3 Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsindən azad edilməyinə dair qərara uyğun olaraq dövlət reyestrində dəyişiklik edilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılması “X3 Anonim Şirkətinə" həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu olan 100 manat cavabdeh “X3 Anonim Şirkətinin"xxxx"X3 Anonim Şirkətin"dən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar