Məhkəmə qərarları › İş №2(005)-3374/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3374/2021

14.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3374/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “eyni şəxs olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “eyni şəxs olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 07.09.1956-cı il tarixdə 89 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnaməsində və 24.04.1978-ci il tarixdə 44 nömrə ilə qeydə alınmış nikah haqqında şəhadətnamədə adının “Məmməd” və ata adının isə “Canahgir” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi X9 ilə ailə həyatı quraraq 24 aprel 1978-ci il tarixli 370991 nömrəli nikah şəhadətnaməsi əsasında nikaha daxil olmuşdur. Nikah haqqında şəhadətnamə SSSR dövründə verildiyi üçün həmin şəhadətnamədə ərinin adı “Mamed" və ata adı “Cangir" kimi göstərilsə də, daha sonra alınan sənədlərdə ərinin adı “Məmməd" və ata adı isə “Cahangir" kimi göstərilmişdir. Bundan başqa, ərinin X4 07.09.1956-cı il tarixli doğum haqqında şəhadətnaməsi də, SSSR dövründə verildiyi üçün həmin doğum haqqında şəhadətnamədə də ərinin adı “Mamed" və ata adı “Cangir" kimi göstərilmişdir. 06.01.1996-cı il tarixdə Bakı şəhər icra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin Qeydiyyat Vəsiqəsi əsasında Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 137 nömrəli evin 8 nömrəli mənzili əri X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və həmin Qeydiyyat Vəsiqəsində ərinin adı “Məmməd” və ata adı isə “Cahangir” kimi göstərilmişdir. 24 mart 2021-ci il tarixdə əri X5 dəqiqləşdirilməmiş kəskin miokard infarktından vəfat etmiş və AZ-İİ № 164149 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də, mərhum ərinin adı “Məmməd” və ata adı isə “Cahangir” kimi göstərilmişdir. Mərhum əri vəfat etdikdən sonra vərəsəlik işinin açılması üçün Notariat Kontoruna müraciət etmiş, lakin Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 137 nömrəli evin 8 nömrəli mənzilin Qeydiyyat Vəsiqəsində və ölüm haqqında şəhadətnamədə mərhum ərinin adı və ata adı onun doğum haqqında şəhadətnaməsində, eləcə də nikah haqqında şəhadətnamədə qeyd olunan adı və ata ilə uyğun gəlmədiyinə görə doğum haqqında və nikah haqqında akt qeydlərinə düzəlişlər olunması üçün 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin 24 may 2021-ci il tarixli 05-Q-675/15 nömrəli məktubu ilə müraciətinə cavab verilərək ərizəsinin təmin olunmasının mümkün olmaması bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil yazılı ərizə təqdim edərək 07.09.1956-cı il tarixdə 89 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnaməsində “X12 oglu” ilə, 24.04.1978-ci il tarixdə 44 nömrə ilə qeydə alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X12 oglu” ilə Bakı şəhəri, Azadlıq prospekti 137, mənzil 8-ə aid qeydiyyat vəsiqəsində göstərilən X2 eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 24 may 2021-ci il tarixli 05/Q-675/15 nömrəli məktubun məzmunundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə əriniz X2 doğum və nikah haqqında akt qeydlərinin bərpa edilməsi barədə müraciətinizə baxılmışdır. Tərəfinizdən şöbəyə doğum və nikah akt qeydlərinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum və nikah haqqında şəhadətnamə) təqdim olunmağına baxmayaraq, araşdırma nəticəsində ərinizin ölüm haqqında şəhadətnaməsində və digər ona aid olan sənədlərdə onun ata adının „Cahangir", lakin bərpa olunmaq üçün təqdim edilən sənədlərdə ata adı “Cangir" qeyd olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “’Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar, müvafiq şöbəyə daxil olmuş müraciətin həyata keçirilməsi onların imkanları xaricində olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur; Ermənistanın SSR Kalinin rayonu ZAQS Şöbəsi tərəfindən İ-SL seriyalı 443672 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 30 avqust 1956-cı il tarixdə Ermənistanın SSR-in kalinin rayonunda anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 07.09.1956-cı il tarixdə 89 nömrə ilə qeyd edilmişdir. X1, anası X6r; Ermənistanın SSR kalinin rayonu ZAQS Şöbəsi tərəfindən tərəfindən 24 aprel 1978-ci il tarixdə verilmiş İ-SL seriyalı 370991 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Ərizəçi arasında 24 aprel 1978-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının nikah kitabında 24 aprel 1978-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir; Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 164149 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 23 mart 2021-ci il tarixdə “dəqiqləşdirilməmiş kəskin miokard infaktı” səbəbi ilə Abşeron rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 mart 2021-ci il tarixdə 452 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 137 nömrəli evin 8 nömrəli mənzilı X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 06.01.1996-cı il tarixdə qeydiyyat aparılmışdır; 10 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi X9 ilə ailə həyatı quraraq 24 aprel 1978-ci il tarixli 370991 nömrəli nikah şəhadətnaməsi əsasında nikaha daxil olmuşdur. Nikah haqqında şəhadətnamə SSSR dövründə verildiyi üçün həmin şəhadətnamədə ərinin adı “Mamed" və ata adı “Cangir" kimi göstərilsə də, daha sonra alınan sənədlərdə ərinin adı “Məmməd" və ata adı isə “Cahangir" kimi göstərilmişdir. Bundan başqa, ərinin X4 07.09.1956-cı il tarixli doğum haqqında şəhadətnaməsi də, SSSR dövründə verildiyi üçün həmin doğum haqqında şəhadətnamədə də ərimin adı “Mamed" və ata adı “Cangir" kimi göstərilmişdir. 06.01.1996-cı il tarixdə Bakı şəhər icra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin Qeydiyyat Vəsiqəsi əsasında Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 137 nömrəli evin 8 nömrəli mənzili əri X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və həmin Qeydiyyat Vəsiqəsində ərinin adı “Məmməd” və ata adı isə “Cahangir” kimi göstərilmişdir. 24 mart 2021-ci il tarixdə əri X5 dəqiqləşdirilməmiş kəskin miokard infarktından vəfat etmiş və AZ-İİ № 164149 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də, mərhum ərinin adı “Məmməd” və ata adı isə “Cahangir” kimi göstərilmişdir. Mərhum əri vəfat etdikdən sonra vərəsəlik işinin açılması üçün Notariat Kontoruna müraciət etmiş, lakin Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 137 nömrəli evin 8 nömrəli mənzilin Qeydiyyat Vəsiqəsində və ölüm haqqında şəhadətnamədə mərhum ərinin adı və ata adı onun doğum haqqında şəhadətnaməsində, eləcə də nikah haqqında şəhadətnamədə qeyd olunan adı və ata ilə uyğun gəlmədiyinə görə doğum haqqında və nikah haqqında akt qeydlərinə düzəlişlər olunması üçün 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etdikdə məhkəmə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 07.09.1956-cı il tarixdə 89 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnaməsində “X12 oglu” ilə, 24.04.1978-ci il tarixdə 44 nömrə ilə qeydə alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X12 oglu” ilə Bakı şəhəri, Azadlıq prospekti 137, mənzil 8-ə aid qeydiyyat vəsiqəsində göstərilən X2 eyni şəxs olması faktı müəyyən edilməlidir. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.09.1956-cı il tarixdə 89 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnaməsində “X12 oglu” ilə, 24.04.1978-ci il tarixdə 44 nömrə ilə qeydə alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X12 oglu” ilə Bakı şəhəri, Azadlıq prospekti 137, mənzil 8-ə aid qeydiyyat vəsiqəsində göstərilən X2 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar