Məhkəmə qərarları › İş №2(005)-3376/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3376/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3376/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Quliyeva Nigar Ülfət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıh oğlu ilə cavabdeh “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 29 mart 2009-cu il tarixli, 14/1 nömrəli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında 0,21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 56,0 kv.m yaşayış, 72,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatının adına qeydə alınmış MA seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X30 Məhkəməsinin (İş № 2(86)- 1233/2010,hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi ilə) 24 dekabr 2010-cu il tarixli qiyabi qətnaməsi ilə iddiaçı "İcraçı Kredit Agentliyi' Məlıdııd Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh "Araz Kredit İttifaqı” MMC-yə qarşı iddiası təmin olunmuş, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 29.03.2009-cu il tarixli 13 saylı müqavilə üzrə 87.237 manat 30 qəpik əsas borcu, ona hesablanmış 1368 manat 56 qəpik faiz borcu, 15.778 manat 92 qəpik cərimə, 29.03.2009-cu il tarixli 14 saylı müqavilə üzrə 84.711 manai 65 qəpik əsas və ona hesablanmış 2.944 manat 83 qəpik faiz borcu və 13.718 manat 78 qəpik məbləğində cərimə ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş əmlaklara yönəldilərək borc məbləğinin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat xidmət haqqı tələbləri, 20.02.2009-cu il tarixli 13/1, 13/2,13/4,13/5 saylı və 29.03.2009-cu il tarixli 14/1,14/2,14/3,14/4,14/5 və 14/6 saylı ipoteka müqavilələri üzrə girov qoyulmuş ünvan 2 sakini X8 məxsus olan ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı. 52.8 kv.metr yaşayış.,34.3 kv.metr köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə, Lənkəran rayonu, Kosalar kəndi sakini X9 məxsus olan Lənkəran rayonu, Kosalar kəndində 012 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.1 kv.metr yaşayış, 34.5 kv.metr köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə Lənkəran rayonu,Sütəmurdov kəndi sakini X10 məxsus olan ünvan 3i ünvanında 0.10 ha həyətyanı, yaşayış məntəqələrinin torpaqlar, təyinatlı torpaqlarına. Lənkəran rayonu, Yelədi kənd sakini X5 məxsus olan ünvan 4i ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı. 57 kv.m yaşayış. 175.6 kv,m köməkçi sahədən ibarət fərdi yaşayış evinə ünvan 5 ünvanında yaşayan İddiaçı məxsus olan, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ünvanında 0.21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 56.0 kv.m yaşayış, 72.36 kv.m köməkçi sahədən ibarət 307 nömrəli tərdi yaşayış evinə, ünvan 6anında yaşayan X1 məxsus olan ünvan 6anında 0.28076 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli. 3 otaqlı. 71.0 kv.m yaşayış. 132.8 kv.m köməkçi sahəsindən ibarət tərdi yaşayış evinə ünvan 7 ünvanında yaşayan X3 məxsus olan Lənkəran şəhəri, X18 küçəsində 0.05856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 107.6 kv.m yaşayış, 121.3 kv.m köməkçi sahədən ibarət 98 A nömrəli fərdi yaşayış evinə Lənkəran rayonu. Xarxatan kəndində yaşayan X15 məxsus olan ünvan 8 ünvanında 0.10 ha yaşayış məntəqələri təyinatlı torpaqlarına ünvan 9 ünvanında yaşayan X11 məxsus olan ünvan 10da 0.6 ha yaşayış məntəqələri təyinatlı torpaqlarına. ünvan 11nında yaşayan X6 məxsus olan ünvan 11nında 0.25 ha yaşayış məntəqələri təvinatlı torpaqlarına yönəldilərək, borc məbləği həmin əmlaklar hesabına "İcraçı Kredit Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit Təşkilatının xeyrinə ödənilməsi, cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumunun dövlət gəlirinə tutulması, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlı olması qət edilmişdir. Qeyd edilir ki, 2009-cu ildə paybəlli torpağında kənd təsərrüfatını genişləndirməkdən ötrü ailə büdcəsində 10.000 manat məbləğində pul vəsaitinə ehtiyac yaranmışdır. Sözügedən tarixdə verilən kreditlər üzrə faiz nisbətinin aşağı olması ilə xüsusi diqqət çəkən, Lənkəran rayonunun Boladi kəndində fəaliyyət göstərən "xxxx" MMCyə müraciət edərək İttifaqın baş mühasibi Elşən İbadovla ona kredit verilməsindən ötrü danışıqlar aparmış, baş mühasib istədiyi kredit məbləğinin verilməsini mümkün olduğunu söyləyərək, götürülmüş kredit müddəti tarixində istənilən daşınmaz əmlakın girov olaraq qoyulmasını tələb etmişdir. Müəssisənin rəsmisi ilə razılaşaraq. 10.000 manat kredit məbləğinin alınmasından ötrü ünvan 12 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin mülkiyyət sənədlərini girov qoymaqdan ötrü, Elşən İbadova təqdim etmişdir. Bundan sonra Lənkəran şəhərində yerləşən notariat kontoruna təşkilatın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ilə gedərək, fərdi yaşayış evinin girov qoyulması ilə bağlı zəruri sənədlər imzaladıqdan sonra, ittifaqın üzvlük haqqı, xidmət və komissiya haqqları çıxıldıqdan sonra, nağd səkildə 8749 manat məbləğində kredit götürərək, aylıq olaraq müntəzəm şəkildə ödənişlərini etməklə, kreditini bitirmişdir. Borc məbləği tam olaraq bitdiyi üçün Eİşən İbadova müraciət edərək, girov qoyduğu fərdi yaşayış evinin mülkiyyət sənədlərini geri almışdır. Məlum səbəblərdən sonra aydın oldu ki evinin mülkiyyət sənədləri onda olmasına baxmayaraq, evi ipoteka yüklülüyündədir. Məsələyə aydınlıq gətirməkdən ötrü "Araz Kredit İttifaqı” MMC-yə yaxınlaşaraq suallarının cavablandırılmasını istəsə də, aldığı cavab İttifaqa İKA BOKT tərəiindən ayrılmış və ödənilməyən kreditə görə əmlakınız girov qoyulmuşdur” cavabı olmuşdur. Bununla bağlı "İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına müraciət edərək, evimin digər şəxslərin əmlakları ilə birlikdə götürmüş olduğum 10.000 manat məbləğində kreditə görə deyil həmin cəmiyyətdən alınmış 93.300 manat məbləğində kreditə görə ipoteka ilə yüklü olmasının məlumatını almışdır. Bütün bunlara baxmayaraq. "Araz Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri Qəhraman Hüseynov və sözügedən İttifaqın baş mühasibi Elşən İbadov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, dövlətin qanunla qoruduğu mənafelərə mühüm zərər vurmaqla, birbaşa konstitusiya hüququ olan "mülkiyyət toxunulmazlığı’ hüququndan məhrum etmişlər. Pozulmuş hüquqların bərpası ilə əlaqədar hüquq mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlər əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 1(089)-70/ 2017 saylı hökmü ilə "Araz Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri X12 və 06 oktyabr 2017-ci il tarixli 1(089)- 324/2017 saylı hökmü ilə "Araz Kredit İttifaqı” MMC-nin baş mühasibi X21 cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. "Araz Kredit İttifaqı”MMC-nin İdarə Heyətinin sədri Qəhrəman Hüseynovun və ittifaqın baş mühasibi Elşən İbadovun 1(089)-70/2017 və 1(089)-324/2017 saylı hökmlərin təsviri əsaslandırıcı hissəsində qeyd olunmuş “səmimi etiraflarından" da görünür ki, İddiaçı "Araz Kredit İttifaqı” MMC-dən götürmüş olduğu krediti üzrə borcu tam olaraq ödənilib və hal-hazırda "Araz Kredit İttifaqı” MMC-yə heç bir kredit borcu yoxdur. Bütün bunlara rəğmən "Araz Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri Qəhrəman Hüseynov və sözügedən İttifaqın baş mühasibi X32 vəzifə səlahiyyətlərindən istifadə edərək, öz qanunsuz əməllərini davanı etdirməklə, onun və digər onlarla zərərçəkmiş şəxslərin birbaşa dövlət tərəfindən qorunan mülkiyyət toxunulmazlıq hüquqlarından məhrum etmişlər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-70/2017 saylı qanuni qüvvəyə minmiş hökmünün nəticə hissəsində xüsusi ilə vurğulanan iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varislərinə, zərərçəkmiş şəxslərə və zərər şəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquq an izah edilsin bəndi geniş şəkildə izah edilməli olduğu halda, təəssüflər olsun ki. bu günə qədər ona izah edilməmişdir. Əlavə olaraq qeyd edir ki, məhkəmədən kənar məsələnin müsbətə doğru həlli ilə əlaqədar İcraçı Kredit Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatın İdarə Heyətinin sədiri cənab Arif Əliyevə 03 may 2021-ci i tarixdə ünvanladığı "29 mart 2009-cu il larixli, 14/1 saylı ipoteka müqaviləsi üzrə fərdi yaşayış evinin girovdan azad olunması" tələbinə dair ərizəsi, 17 may 2021-ci il tarixdə №173 saylı məktubla cavablandırılaraq, sözügedən əmlakın girovdan azad edilməsini mümkünsüz hesab elmişdir. Səbəb olaraq göstərilmişdir ki, 24 dekabr 2010-cu il tarixli 2(86)-1233/2010 saylı qiyabi qətnamənin icrasından ötrü ünvan 1 ünvanında 0.21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 56.0 kv.m yaşayış, 72.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində ortaq mülkiyyət hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit ləşkilaiına məxsusdur. Hesab edir ki, onun tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə 13 avqust 2021-ci il tarixdə ərizə göndərərək iddia tələbini qəbul etdiklərini, iddianın təmin edilməsinə etirazları olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatılarını nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC və "xxxx" BOKT MMC arasında bağlanmış 29.03.2009-cu il tarixli, 14/1 nömrəli ipoteka müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, ünvan 13 ünvanında,0,21 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 56,0 kv.m yaşayış, 72,3 kv.m köməkçi sahədən ibarət, 307 nömrəli fərdi yaşayış evi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 13 ünvanında,0,21 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 56,0 kv.m yaşayış, 72,3 kv.m köməkçi sahədən ibarət, 307 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 18.02.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MA seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, ünvan 13 ünvanında,0,21 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 56,0 kv.m yaşayış, 72,3 kv.m köməkçi sahədən ibarət, 307 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 31.03.2012-ci il tarixdə "xxxx" BOKT MMC-nin adına ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X30 Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh "Araz Kredit İttifaqı” MMC-yə qarşı iddiası təmin olunmuş, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 20.02.2009-cu il tarixli 13 saylı müqavilə üzrə 87.237 manat 30 qəpik əsas borcu, ona hesablanmış 1368 manat 56 qəpik faiz borcu, 15.778 manat 92 qəpik cərimə, 29.03.2009-cu il tarixli 14 saylı müqavilə üzrə 84.711 manat 65 qəpik əsas və ona hesablanmış 2.944 manat 83 qəpik faiz borcu və 13.718 manat 78 qəpik məbləğində cərimə ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş əmlaklara yönəldilərək borc məbləğinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat xidmət haqqı tələbləri, 20.02.2009-cu il tarixli 13/1, 13/2. 13/4, 13/5 saylı və 29.03.2009-cu il tarixli 14/1. 14/2. 14/3. 14/4. 14/5 və 14/6 saylı ipoteka müqavilələri üzrə girov qoyulmuş ünvan 2 sakini X13 məxsus olan ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı. 52.8 kv.metr yaşayış, 34.3 kv.metr köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə, Lənkəran rayonu, Kosalar kəndi sakini X9 məxsus olan Lənkəran rayonu, Kosalar kəndində 012 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.1 kv.metr yaşayış, 34.5 kv.metr köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə, ünvan 3i sakini X10 məxsus olan ünvan 3i ünvanında 0.10 ha həyətyanı, yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlarına, Lənkəran rayonu. Velədi kənd sakini X5 məxsus olan ünvan 4i ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli. 3 otaqlı, 57 kv.m yaşayış. 175.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, ünvan 5 ünvanında yaşayan İddiaçı məxsus olan Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ünvanında 0.21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı, 56.0 kv.m yaşayış, 72.36 kv.m köməkçi sahədən ibarət 307 nömrəli fərdi yaşayış evinə, ünvan 6anında yaşayan X1 məxsus olan ünvan 6anında, 0.28076 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.0 kv.m yaşayış, 132.8 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə, ünvan 7 ünvanında yaşayan X3 məxsus olan Lənkəran şəhəri, X18 küçəsində 0.05856 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 5 otaqlı, 107.6 kv.m yaşayış, 121.3 kv.m köməkçi sahədən ibarət 98 A nömrəli fərdi yaşayış evinə, Lənkəran rayonu, Xarxatan kəndində yaşayan X15 məxsus olan ünvan 14 ünvanında 0.10 ha yaşayış məntəqələri təyinatlı torpaqlarına, ünvan 15 ünvanında yaşayan X11 məxsus olan ünvan 10da 0.6 ha yaşayış məntəqələri təyinatlı torpaqlarına, ünvan 11nında yaşayan X6 məxsus olan ünvan 11nında 0.25 ha yaşayış məntəqələri təyinatlı torpaqlarına yönəldilərək, borc məbləği həmin əmlaklar hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumunun dövlət gəlirinə tutulması, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlı olması qət edilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış 29.03.2009-cu il tarixli 14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC-yə illik 15,8% olmaqla, 12 il müddətinə, 93300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Araz Kredit İttifaqı” MMC-nin 04.11.2010-cu il tarixli, 80№-li arayışdan görünür ki, X2 Araz Kredit İttifaqı” MMC-yə kredit borcu yoxdur. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən X3 ünvanlanmış 16.05.2011-ci il tarixli, 707№li xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Hökumətinin zəmanəti ilə Dünya Bankı (BİA) tərəfindən ayrılmış kredit vəsaiti hesabına, ‘İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı ilə bağlanmış 29 mart 2009cu il tarixli 14 saylı Kredit müqaviləsinə əsasən Lənkəran rayonunda fəaliyyət göstərən “Araz Kredit İttifaqı’' MMC-yə 93.300 (doxsan üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq onunla bağlanılmış 29 mart 2009-cu il tarixli 14/3 saylı İpoteka müqaviləsinə əsasən o, özünə məxsus olan Lənkəran şəhəri, X18 küçəsində 0.05856 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107.6 kv.m yaşayış, 121.3 kv.m köməkçi sahədən ibarət 98A nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kreditin qaytarılma müddətinin başa çatmasına baxmayaraq 10.05.2011 -ci il tarixə "xxxx" MMC-nin faiz və cərimələr daxil olmaqla cəmi 95.838 (doxsan beş min səkkiz yüz otuz səkkiz) manat 85 (səksən beş) qəpik məbləğində borcu ödənilməmiş qalmışdır. Bağlanılmış kredit müqavilələrinin şərtlərinə əsasən "xxxx" MMC cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını vaxtında həyata keçirməlidir. Bununla əlaqədar dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, kredit borcunun qaytarılmasında heç bir irəliləyiş olmamışdır. Bildirilir ki, bağlanılmış İpoteka müqaviləsinin şərtlərinə əsasən kreditin vaxtında ödənilməməsinə görə kreditin təminatı olaraq qoyulmuş ipoteka ilə məsuliyyət daşıyır. Nəzərə çatdırılır ki, göstərilən borc məbləğinin ödənilmədiyi təqdirdə həmin borcun məcburi qaydada ipotekalar hesabına ödənilməsi üçün müvafıq məhkəmə orqanlarına müraciət ediləcəkdir. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən X7 ünvanlanmış 16.08.2019-cu il tarixli 701№-li məktubda qeyd edilmişdir ki, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına (İKA MMC) ünvanladığı 31.07.2019-cu il tarixli ərizəyə baxılmışdır. Bildiririk ki, İKA MMC ilə Lənkəran rayonunda fəaliyyət göstərmiş "xxxx" MMC (“Araz Kİ”) arasında imzalanmış 29.03.2009-cu il tarixli, 14 saylı kredit müqaviləsinə əsasən “Araz Kİ”-na 07.04.2009-cu il tarixdə 93300.0 manat məbləğində kredit resursu ayrılmışdır. Kredit resursunun təminatlarından biri X4 məxsus olan Lənkəran şəhəri. X18 küçəsi, ev 98A ünvanında, ümumi sahəsi 0.05856 ha torpaq sahəsində yerləşər 2 mərtəbəli, 5 otaqlı, 107.6 kv.m yaşayış, 121.3 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 29.03.2009-cu il tarixli 14/3 saylı ipoteka müqaviləsi ilə İKA MMC-nin xeyrinə yüklü edilmiş və yüklülük dövlət qeydiyyatına alınmışdır Qeyd olunmuş 14 saylı və digər kredit müqavilələri üzrə öhdəliklər “Araz Kİ" tərəfindən tam və vaxtında icra edilmədiyindən müvafiq qaydada məhkəməyə müraciət edilmiş və 24.12.2010-cu il tarixdə 2(86)-1233/2010 saylı qətnamə qəbul olunmuşdur. Qətnamədə “Araz Kİ”-nin təşkilatına olan kredit borcunun bir neçə əmlakın, o cümlədən V.Heydərova məxsus olan əmlakın satışı hesabına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə aparılmış icra tədbirləri nəticəsində əmlaklar hərraca çıxarılmış və borcun müqabilində hərrac vasitəsilə təşkilat tərəfindən əldə olunmuşdur. Nəticədə bir neçə əmlak üzərində, o cümlədən Lənkəran şəhəri, X18 küçəsi, ev 98A ünvanında yerləşən əmlak üzərində İKA MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, müvafiq orqanlar tərəfindən “Araz Kİ”-nin fəaliyyəti ilə bağlı aparılmış araşdırmalar nəticəsində ittifaqın rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmuş və bununla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.07.2017 tarixli 1(089)-70 saylı hökmü ilə bir qrup vətəndaş və İKA MMC zərərçəkmiş tərəf kimi tanınmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Lənkəran şəhəri, X18 küçəsi, ev 98A ünvanında yerləşən əmlakın girovdan azad edilməsinin mümkünsüz olduğunu nəzərə çatdırılır. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.07.2017-ci il tarixli 1(089)-70/2017 saylı hökmünün surətindən görünür ki, X14 AR CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul şəxs kimi vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, İddiaçı özünə məxsus əmlakı ipoteka ilə yüklü etsə də, "xxxx" MMCnin idarə həyətinin sədri X14 tərəfindən aldadılmışdır. İddiaçı öz əmlakını ona kredit kimi verilən və onun tərəfindən ödənilən 10000 manat kreditin qaytarılmasına təminat kimi girovla yüklü etmişdir. Onun "xxxx" MMC (“Araz Kİ”) "xxxx" BOKT MMC arasında imzalanmış 29.03.2009-cu il tarixli, 14/3 saylı kredit müqaviləsinə əsasən "Araz Kredit İttifaqı” MMC-yə 93300 manat məbləğində kreditin təminatı kimi öz əmlakını girov qoymaq niyyətinin olmaması artıq qüvvəyə minmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.07.2017-ci il tarixli 1(089)-70/2017 saylı hökmü ilə müəyyən edilmişdir və o, həmin hökmlə zərərçəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məhkəmə hesab edir ki, İddiaçı, "xxxx" MMC və "xxxx" BOKT MMC qarşısında öhdəliyi yaranmadığından, həmçinin qeyd edilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair bağlanmış ipoteka müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, ipoteka qoyan və ipoteka saxlayanın hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatının adına qeydə alınmış MA seriyalı ******* №-li çıxarış ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 29 mart 2009-cu il tarixli, 14/1 nömrəli İpoteka müqaviləsi etibarsız hesab edilsin. ünvan 13 ünvanında, 0,21 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 56,0 kv.m yaşayış, 72,3 kv.m köməkçi sahədən ibarət, 307 nömrəli fərdi yaşayış evi üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində “İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatının adına qeydə alınmış MA seriyalı ******* №-li çıxarış ləğv edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar