Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1799/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəsatətlə müraciət edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəsatətini onunla əsaslandırdı ki, iddiaçı hazırki cavabdehə qarşı yeni əsaslarla, eyni iddia tələbi ilə əvvəlki tarixlərdə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.10.2012-ci il tarixli, 2(044)-1450/2012 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26.12.2012-ci il tarixli, 2(104)-1526/2012 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.10.2012-ci il tarixli, 2(044)-1450/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatətə etiraz edərək, vəsatətin təmin edilməmsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək, vəsatətin təmin edilməsi, iş üzrə icraata xitam verilməsi qərarına gəlir. Belə ki vəsatət əlavə edilmiş qətnamələrdən, eyni tərəflər arasında, eyni predmet üzrə, eyni əsaslarla mübahisəyə baxıldığı və qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsinin mövcud olduğu müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan eyni tələblə bağlı təkrarən verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılması yolverilməzdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(005)- 1799/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1799/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1799/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver