Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3377/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 6950 manat pulun, pulu özündə saxladığı 2 ilə görə 10 faiz hesablanmaqla 695 manat pulun, mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 102 manat olmaqla, cəmi 8247 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə avtomobil almaq istəmiş, sosial şəbəkədən reklamı gedən Cavabdeh2 şirkətini tapmış, əlaqə saxlayaraq Ağ şəhərdə yerləşən avtosalona, yəni ofislərinə gedərək orada onlarla görüşmüşdür. Ona bir neçə avtomobil təklif olunmuş, modeli və ilkin ödənişi onu qane etmədiyi üçün tanıdıqları başqa şəxsin avtomobilini təklif etmişlər. Həmin şəxs Cavabdeh1 olmuşdur. Belə ki, ona həmin şəxsə məxsus 2013-cü il Opel Astra J markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 1000 manat olmaqla, 36 ay müddətinə qalmaq şərtilə təklif etmişlər. O, avtomobilə baxış keçirərkən avtomobilin radiator sistemində problem olduğunu bildirmiş, 3 gündən sonra ona yenidən görüş təklif etmişlər və nasazlığın aradan qaldırıldığını qeyd etmişlər. İddiaçı onlarla (5 nəfər) ofisdən kənarda Həzi Aslanov metrosunun yanında kafedə görüşmüşdür. Habil bildirmişdir ki, özünə məxsus avtomobil də lizinqdədir və ödənişləri bunun vasitəsilə edəcək. Belə razılaşmışlar ki, 1000 manat ilkin ödəniş verilsin və 36 ay müddətinə hər ay 750 manat pul verəcəkdir. Həmin gün də, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı 1000 manat pulu Cavabdeh1 vermiş və avtomobili götürmüşdür. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə ona 1 həftəlik etibarnamə yazılmış və bildirilmişdir ki, lizinqin qaydası etibarnamənin hər ay yenilənməsidir. Bu minvalla o, hər ay 36 ay olmaq şərtilə 750 manatı Habilin kart hesabına köçürməli olmuşdur. Lakin avtomobili bir-iki gün sürdükdən sonra yenidən həmin nasazlıqların və bundan əlavə bir sıra nasazlıqların olduğunu aşkar etmişdir. Bu barədə tam yararlı vəziyyətdə avtomobil verməli olduğunu Habilə bildirmişdir. Bu zaman ona avtomobildə olan nasazlıqları özünün aradan qaldırması və çəkdiyi xərci aylıq ödənişdən çıxarması deyilmişdir. Nəticədə, ilkin ödəniş 950 manat, aylıq ödənişlərdən 4500 manat Habilin kart hesabına, 1500 manat isə avtomobilin təmirinə xərc çəkmişdir. Nəhayət 2023-cü ilin aprel ayında, yol polisi əməkdaşları onu avtomobili idarə edərkən saxlatmış və etibarnamənin olmadığına görə avtomobili duracağa aparmışdırlar. Avtomobil də əşyaları və sənədləri içərisində ola-ola Cavabdeh2 şirkəti tərəfindən duracaqdan götürülmüşdür. Nəticədə lizinq şirkəti Cavabdeh1lə əlbir olaraq onu aldadaraq qanunsuz olaraq pullarını ələ keçirmişlər. Dəfələrlə lizinq şirkətinə getsə də, həmçinin Habillə danışsa da, pulu qaytaracağına söz versə də, bu günə qədər onu aldadaraq heç bir məbləğdə pul qaytarmamışdır. Bununla bağlı bütün yazışmalar və səs yazıları mövcuddur. Nəticədə həm pullarını, həm də avtomobili əlindən almışdırlar. Sonradan ona məlum olmuşdur ki, avtomobil başqa şəxsə satılmışdır. Buna görə, iddia təmin edilməklə həmin şəxslərin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan xüsusi qərar çıxarılmaqla müvafiq dövlət orqanına göndərilməlidir. Həmçinin, cavabdeh bu müddət ərzində ona vurduğu mənəvi zərərə görə 500 manat məbləğində mənəvi təzminat ödəməlidir. Bu müddət ərzində aldadıldığına görə əsəb sarsıntıları keçirtmişdir. Habelə, cavabdeh onun pulunu 2 il müddətində qanunsuz olaraq özündə saxladığına görə illik 5 faiz olmaqla, 2 ilə görə cəmi ödəməli məbləğin 10 faizi miqdarında ona əldən çıxmış fayda kimi pul ödəməlidir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı iddiasının rədd edilməsini xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə heç bir müqavilə bağlamamış, bir müddətlik sürmək istədiyi üçün lizinq təşkilatından xahiş etmişdir ki, etibarnamə verilsin, Sonra isə iddiaçı maşının lizinq təşkilatında olmasına baxmayaraq gündəlik ondan icarə kimi istəmişdir ki, maşını günlük pulu ödəməklə istifadə etsin. O isə razılaşmamış, iddiaçı təkid etmiş, onun kartına atılan pulu da, lizinq təşkilatına tam şəkildə ödəmişdir, ödənişi gecikdirdiyi, lizinq təşkilatına 450 manat borcu olduğu və sözünün üstündə durmadığı üçün etibarnamə ləğv edilmiş, lizinq təşkilatı maşını iddiaçının əlindən almış və satışa çıxarmışdır. Maşını sürən zaman cəriməyə səbəb olacaq hərəkətlər etdiyi üçün cərimə tətbiq edilmiş, lizinq təşkilatı cəriməni özü ödəmişdir. Avtoqəza edəndə maşını tamam yararsız hala salmış, lizinq təşkilatı onu ucuz məbləğə satmış, 330 manat məbləğində cəriməsi olmuş, lizinq təşkilatı həmin məbləği ödədikdən sonra ondan pulu almışdır. Bir dəfə motoru sıradan çıxartmış, 1500 manat ziyana salmışdır, sonda da qəza etmiş, lizinq təşkilatı 1250-1300 manat təmir üçün pul xərcləmiş və həmin məbləği də təşkilat ondan almışdır. İddiaçı nə qəza etdikdə, nə cərimə yazıldıqda, nə də maşının moturunu xarab etdikdə pul ödəməmişdir. Onun Rəşadın dövründən əvvəl ilkin ödədiyi 5500 manatı batmış və ondan sonra ödədikləri də batmışdır. Beləliklə, iddiaçı ona ziyan vurmuşdur. Onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamış və heç bir yazılı müqavilə bağlamamışlar. Əksinə orada yazılan məbləğləri ona verməli idi və iddiaçı ona borcludur. İddiaçı dəfələrlə telefonla zəng edərək onu hədələmiş və 900 manat şikayət edilməməsi üçün ödədiyini bildirmiş, o isə iddiaçının ona borclu olduğunu demişdir. Belə olduğu halda iddiaçı ondan sonradan ödəməsi qarşılığında təşkilata ödəniş etməsini xahiş etmiş, o isə əvvəldən yığılmış borcları, faizləri səbəbilə qəbul etməmişdir. Ödəniş etmədiyi dövrdə lizinq təşkilatı etibarnaməni uzatmamış və DYP-də tanışları olduğunu bildirərək iddiaçı etibarnaməsiz sürmüş, amma etibarnaməsiz sürdüyü üçün cərimələr tətbiq olunmuşdur. Həmçinin iddiaçı gündəlik taksi fəaliyyəti göstərmiş və ödədiyi puldan 4-5 dəfə çox qazanmış, lakin ondan maşınının üzərindən gündəlik (əlavə) qazandığı məbləği tələb etməmişdir. Həmçinin Cavabdeh2 MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməməsini xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/4717/YİLİZ saylı X1 əsasən “Opel Astra J” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avotmobil müqavilənin şərtlərinə və tərtib olunmuş təhvil-təslim aktına əsasən xx.xx.2022-ci tarixdən Cavabdeh1 istifadəsinə verilmişdir. Lizinq predmeti olan nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh1 Cavabdeh2 MMC-yə müraciət edərək, X2 yol vərəqəsi verilməsini xahiş etmişdir. Onun müraciəti əsasında etibarnamə (yol vərəqəsi) MMC tərəfindən təqdim edilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.4.8-ci bəndinə əsasən sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərində qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırıması və istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarınınpozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı razılaşdırılmışdır. Həmçinin xx.xx.1986-ci il təvəllüdlü İddiaçı ilə Cavabdeh2 MMC arasında müqavilə münasibətləri mövcud olmamış və bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Əlavə olaraq İddiaçı Cavabdeh1 şəxsi hesabına etdiyi ödənişlərdən və aralarında olan şifahi razılaşmadan Cavabdeh2 MMC-yə heç bir məlumat verilməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli 06/4717/YİLİZ saylı maliyyə lizinqi müqaviləsi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış, təhvil-təslim aktı və iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh1 ilə onun arasında maşının lizinqə verilməsi ilə bağlı müqavilə imzalanmamış, lakin şifahi razılıq olmuşdur. Şirkətin şərtləri ona uyğun olmadığı üçün cavabdehdən maşını lizinqə almışdır. 2022-ci ilin iyun ayında 1000 manat ilkin ödəniş etməklə, aylıq 750 manat ödənişlə 36 ay müddətinə maşını götürmüşdür. Habil ona maşının heç bir problemi olmadığını, əgər olarsa, maşının təmirinə çəkilən xərcin hər ay ödənişdən çıxılacağını bildirmişdir. Maşını tez-tez təmir etmiş, ən çox problem motorda olmuşdur. Bir dəfə təmirə 1500 manat ödəmiş, bu yazışmalarda əks olunmuşdur. Avtomobil üçün aldığı hər şeyi cavabdehə bildirmişdir. Maşın aprel ayınadək 10 ay müddətində onda olmuşdur. Hər ay üçün hissə-hissə ödəniş etmiş, imkanı olduqca 50-100 manat və ya daha çox məbləği cavabdehin kartına atırdı, lakin 750 manat ödənişi birdəfəlik ödəmirdi. Ona etibarnamə verilmədiyi üçün maşın cərimə meydançasında da qalmış, ona cərimə tətbiq edilmişdir. Sonradan öyrənmişdir ki, maşını cəmi 45-50 gün müddətinə etibarnamə ilə sürmüşdür. Cavabdeh onu aldadaraq aldığı pulları lizinq şirkətinə verməmiş, bu səbəbdən maşın ondan götürülmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı hər ay ona 750 manat ödəniş etməli idi, ödəniş tam edildikdən sonra maşın ona qalacaqdı. Bəzi aylar iddiaçı 350 manat ödəniş etmiş, stabil olaraq 750 manat ödəməmiş, sonuncu ay da heç bir ödəniş etməmişdir. Avtomobil onda olduğu dövrdə qəza törətmiş, onun xərci də ondan tutulmuşdur. Maşının təmir xərclərini özü çəkirdi. Xırda təmir işləri ola bilərdi ki, iddiaçı ödəsin. İddiaçı avtomobilə görə bildirdiyi kimi 4000 manat deyil, təxmini 2000 manata yaxın pul ödəmişdir. Razılaşdığı şərtlərlə pulu ona ödəməmiş, onu ziyana salmış, maşın vurulduğuna görə lizinq şirkəti onun depozitə qoyduğu pulu silmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - xx.xx.2022-ci il tarixli, 06/4714/YİLİZ saylı X3i müqaviləsindən görünür ki, lizinq verən Cavabdeh2 MMC ilə lizinq alan Cavabdeh1 arasında müqavilə bağlanmış, lizinq verən “Opel Astra J” markalı avtomobili lizinq alanın 36 ay müddətinə müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Lizinq alan illik 25% ilə, 6902 manat mükafat, 16000 manat əmtəə dəyəri olmaqla, ümumilikdə, 22902 manat məbləğində pul vəsaitini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür; - Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək hüququ xx.xx.2022-ci ilədək İddiaçı etibar edilmişdir; - xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək hüququ xx.xx.2022-ci il tarixinədək İddiaçı etibar edilmişdir; - xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək hüququ xx.xx.2022-ci il tarixinədək İddiaçı etibar edilmişdir; - xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2022-ci il tarixinədək İddiaçı etibar edilmişdir; - xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək hüququ xx.xx.2022-ci il tarixinədək İddiaçı etibar edilmişdir; - xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək hüququ xx.xx.2022-ci il tarixinədək İddiaçı etibar edilmişdir; - xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Opel Astra J minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək hüququ xx.xx.2022-ci il tarixinədək İddiaçı etibar edilmişdir; - Cavabdeh2 MMC tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli, 4743/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında müqavilə münasibətləri mövcud olmamış, bu barədə sənəd tərtib olunmamışdır. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 06-474/YLİZ saylı X3 müqaviləsinə əsasən Cavabdeh1 istifadəsinə verilmiş “Opel Astra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün 6 ədəd yol vərəqəsi (etibarnamə) müxtəlif tarixlərdə İddiaçı verilmişdir. Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına heç bir ödəniş edilməmişdir; - Cavabdeh2 MMC tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli, 4767/06 saylı cavab məktubunda qeyd edilmişdir ki, 4743/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubda - “Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına heç bir ödəniş edilməmişdir”- hissəsində texniki səhvə yol verilmişdir. Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 5 dəfə olmaqla, ümumilikdə 1380 manat ödəniş edilmişdir; - Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4714/06 saylı arayışdan görünür ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında imzalanmış 06/4714/YİLİZ saylı daxili X1 əsasən aparılmış ödənişlərdə xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 270 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 250 manat olmaqla, ümumilikdə 1380 manat ödəniş edilmişdir; - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 məxsus 52******456631 nömrəli kart hesabına 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür; - Ödəniş qəbzlərinin surətindən görünür ki, “Habil Masin” adı ilə qeyd olunmuş şəxsə xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 550 manat, xx.xx.2022-ci ildə 525 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 450 manat ödəniş edilmişdir; - xx.xx.2025-ci il tarixli, RB02/5206-25 saylı "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1983-cü ildə anadan olmuş, AA******* seriya nömrəli xxxxxxx fin kodlu Cavabdeh1 adına 526163******6631 nömrəli Rabitəbank ASC-yə məxsus plastik kart müəyyən edilmişdir; - Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixli, 19345/25 saylı məktubundan görünür ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/4717/YİLİZ saylı X1 əsasən “Opel Astra J” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilənin şərtlərinə və tərtib olunmuş təhvil-təslim aktına əsasən xx.xx.2022ci tarixdən Cavabdeh1 istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli, 06/4717/YİLİZ nömrəli X1 əsasən Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə qarşılıqlı öhdəliklər tam şəkildə yerinə yetirilmiş, tərəflər arasında olan hüquqi münasibətlərə xitam verilmiş və Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı hər hansı bir tələb və ya iddiası yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, lizinq verən Cavabdeh2 MMC ilə lizinq alan Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 06/4714/YİLİZ saylı X3i müqaviləsi bağlanmaqla, illik 25% ilə, 6902 manat mükafat, 16000 manat əmtəə dəyəri olmaqla, ümumilikdə 22902 manat məbləğində pul ödənilmək şərti ilə “Opel Astra J” markalı avtomobil 36 ay müddətinə lizinq alanın sahiblik və istifadəsinə verilmişdir. Bundan sonra Cavabdeh1 Cavabdeh2 MMC-nin razılığı ilə nəqliyyat vasitəsini İddiaçı etibarnamə əsasında istifadəyə vermiş, tərəflər arasında şifahi icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən 2022-ci və 2023-cü illərdə avtomobilə görə müəyyən ödənişlər Cavabdeh1 bank hesabına köçürülmüşdür. 2023-cü ilin aprel ayında lizinq ödənişləri ödənilmədiyindən avtomobil lizinq şirkəti tərəfindən geri götürülmüşdür. Hazırda iddiaçı aldadıldığına, verdiyi ödənişlərin lizinq şirkətinə ödənmədiyinə, avtomobilin ondan alındığına istinad edərək, 950 manat ilkin, 4500 manat ümumilikdə aylıq ödənişlərin və 1500 manat avtomobilin təmirinə çəkilmiş xərcin cavabdehlərdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-1.3-cü maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarına görə, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. İş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixli 06/4714/YİLİZ saylı X3i müqaviləsi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış, “Opel Astra J” markalı avtomobil lizinq müqaviləsinə əsasən 36 ay müddətinə sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilə üzrə lizinq predmeti olan nəqliyyat vasitəsinin mülkiyyət hüququ lizinq verəndə saxlanılmışdır. Mülki qanunvericiliyə əsasən maliyyə lizinqi müqaviləsi lizinq verənlə lizinq alan arasında bağlanır və lizinq predmeti müqavilənin qüvvədə olduğu müddətdə lizinq verənin mülkiyyətində qalır. Lizinq alan isə müqavilə ilə müəyyən edilmiş ödənişləri ödəmək və əmlakdan müqavilə şərtlərinə uyğun istifadə etmək öhdəliyini daşıyır. İş üzrə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında hər hansı yazılı lizinq müqaviləsi bağlanmamış, tərəflər arasında lizinq münasibətlərinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Əksinə, lizinq müqaviləsinin yalnız lizinq verən ilə Cavabdeh1 arasında bağlandığı iş materialları ilə sübuta yetirilmişdir. Beləliklə, iddiaçı ilə lizinq şirkəti arasında lizinq müqaviləsi münasibətləri mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, lizinq alan Cavabdeh1 lizinq verənin razılığı əsasında avtomobili iddiaçıya etibarnamə (yol vərəqəsi) ilə istifadəyə vermiş, iddiaçı isə avtomobili müəyyən müddət faktiki olaraq istifadə etmiş və bunun müqabilində pul vəsaitlərini Cavabdeh1 bank hesabına köçürmüşdür. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında yazılı müqavilə bağlanmasa da, tərəflər arasında avtomobilin müvəqqəti istifadəyə verilməsi və bunun müqabilində aylıq ödənişlərin edilməsi barədə şifahi razılaşma olmuşdur. Bu isə mahiyyət etibarilə icarə münasibətlərini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İddiaçının özünün verdiyi izahatdan da göründüyü kimi iddiaçı avtomobili faktiki olaraq 10 ay istifadə etmiş, ödənişlər hissə-hissə həyata keçirilmişdir. Qanunvercilik normalarının məzmunundan göründüyü kimi, icarə münasibətlərində icarəçi əmlakdan istifadə etdiyi müddət üçün icarə haqqını ödəməyə borcludur. Əmlakdan istifadə edildiyi halda, sonradan həmin istifadə müddətinə görə ödənilmiş vəsaitlərin geri tələb edilməsi isə heç bir qanuni əsasa söykənmir. Hətta tərəflər arasında lizinq müqaviləsinin bağlandığı fərz edilsə belə onun lizinq predmetindən istifadə etdiyi müddət üçün ödədiyi məbləğlərin geri qaytarılmasını tələb etməsi hüquqi və ədalət prinsipləri baxımından əsaslı sayıla bilməzdi. Belə ki, maliyyə lizinqinin hüquqi mahiyyətinə görə, lizinq müqaviləsi üzrə ödənilən məbləğlər lizinq predmeti üzrə maliyyələşdirmə və istifadə haqqıdır. Lizinq alan müqavilə şərtlərini pozduğu, ödənişləri gecikdirdiyi və ya müqaviləyə xitam verildiyi halda, əvvəlcədən ödənilmiş lizinq haqları geri qaytarılmır, çünki həmin məbləğlər əmlakdan istifadə müddətinə görə hesablanır və lizinq verənin risklərinin və maliyyə xərclərinin qarşılanmasına yönəlir. Müqavilə üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi halda lizinq verənin müqaviləyə xitam verərək əmlakı geri tələb etmək hüququ vardır. Lakin bu, lizinq alanın artıq istifadə etdiyi müddət üçün ödədiyi vəsaitlərin geri qaytarılmasını şərtləndirmir. Əks yanaşma lizinq münasibətlərinin iqtisadi və hüquqi mahiyyətinə zidd olardı. Beləliklə, tərəflər arasında yazılı müqavilə bağlanmadığındam lizinq müqaviləsi üzrə münasibətlər yaranmamış, iddiaçının avtomobildən 10 ay ərzində faktiki istifadə etdiyi müəyyən edilmiş, ödənilmiş məbləğlər isə həmin istifadənin qarşılığı olduğundan iddiaçı tərəfindən tələb olunan məbləğlərin geri qaytarılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilkin ödəniş kimi 900 manat pul ödədiyini və maşının əsaslı təmirinə 1500 manat xərc çəkdiyini bildirsə də, bu tələbini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, cavabdeh isə bu halı inkar etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əsas tələb təmin edilmədiyindən, ondan törəmə xarakter daşıyan faiz, mənəvi zərər və digər pul tələbləri də hüquqi əsasdan məhrum olduğuna görə təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3377/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3377/2025
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver