Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3414/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsinsə vurulmuş 6 800 (altı min səkkiz yüz) manat maddi və 5 000 (beş min) manat mənəvi zərərin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Şahgəldiyev Zölırab Mehrab oğlu, X2, Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması bərədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(005)-210/2020 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanması Cavabdeh1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması iş üzrə maddi sübut olan - istintaq zamanı şahid Cavabdeh2könüllüolaraq təqdim etdiyi bir ədəd qızıl üzüyün zərərçəkmiş şəxs İddiaçı verilməsi nəzərə alınması nəzərdə tutulmuşdur. Göründüyü iddiaçı həmin cinayət işi üzə mən zərərçəkmiş şəxsdir. Cinayət nəticəsində ona maddi və mənəvi zərər vurulmuş, digər cavabdehlər X2, Cavabdeh3 cinayət işi üzrə şahid qismində cəlb edilsələr də onlar həmin cinayəti birlikdə törədiblər və Cavabdeh1 ilə birlikdə maddi məsuliyyət daşımalıdırlar. Odur ki, hesab edir dəymiş zərər hər üç şəxsdən tutulmalıdır. Hökmə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə günorta radələrində İddiaçı məxsus Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 824-835 ünvanda yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabın içindən sonuncuya məxsus İ ədəd 1200 manat dəyərində qadın qızıl boyunbağını, bir ədəd 1000 manat dəyərində qızıl kulonlu qadın qızıl boyunbağını, hər biri 500 manat olmaqla ümumilikdə 1000 manat dəyərində 2 ədəd qızıl kulonlu qadın qızıl boyunbağını, İ ədəd 600 manat dəyərində qadııı qızıl qolbağını, l ədəd 585 əyarlı sarı qızıldan ibarət olan 2.74 qramlıq 200 manat dəyərində və 1 ədəd 300 manat dəyərində qadın qızıl üzüyünü oğurlayaraq ona ümumilikdə 4300 manat ziyan vurmaqla oğurluq etmişdir. Halbuki ona dəymiş zərər daha iki dəfə artqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması bərədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və bildirdi ki, onun həmin oğurluq hadisəsi ilə əlaqədar heç bir günahı olmamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Cavabdeh1 onun mobil telefonu ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, həmin vaxt özünün Nərimanov rayonu ərazisində yerləşən çayxanalardan birində olduğunu ona demişdir. Bundan bir neçə dəqiqə sonra Zöhrab onun yanına gələrək onu çayxanadan çölə çağıraraq sözü olduğunu bildirmişdir. Çayxananın qarşısında o, sellofanın içində qızıl məmulatları göstərərək həmin qızılları yoldaşının ona verdiyini, xəstə olduğu üçün satıb müalicə olunmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə onun vəsiqəsi ilə qızılları satmaq istədiyini, buna görə də ondan köməklik istədiyini bildirmişdir. Düşünmüşdür ki, Zöhrab həqiqətən də müalicə üçün evindəki qızılları satmaq istəyir. Bundan sonra ona yazığı gəldiyindən onunla birlikdə gedərək qızılları “Gənclik” metrostansiyasının yaxınlığında qızıl alveri ilə məşğul olan həmkəndlisi Saleh adlı şəxsə onun şəxsiyyət vəsiqəsi ilə satmışlar. Qızılları satarkən Saleh qızılların kimə məxsus olması barədə soruşduqda onun dostuna məxsus olmasını, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə həmin qızılları onun vəsiqəsi ilə satacağını demişdir. Həmin vaxt Salehlə danışarkən Zöhrabı göstərərək bildirmişdir ki, qızıllar tanışı Zöhraba məxsusdur. O, isə nə üçün öz vəsiqəsi ilə satmağı barədə soruşduqda bildirmişdir ki, müalicə üçün pula ehtiyacı var, lakin şəxsiyyət vəsiqəsi yoxdur. Ona görə də ona münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Əvvəkli məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və bildirdi ki, onun həmin oğurluq hadisəsi ilə əlaqədar heç bir günahı olmamışdır. Bu hadisələrə kimi Zöhrab adlı şəxsi tanımamışdır. Onu yalnız polis əməkdaşları Cavabdeh3 adlı qohumundan almış olduğu qızıl zinyət əşyalarının oğurluq olması barədə ona məlumat vermələrindən sonra tanımışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə “Gənclik Univermağında” işlətdiyi qızıl zinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğu obyektdə olarkən Həsən adlı qohumu, yanında adının sonradan Zöhrab olduğunu öyrəndiyi, lakin həmin zaman birinci dəfə gördüyü şəxslə birlikdə obyektə gəlmişdir. Həsən ona bildirmişdir ki, yanındakı dostunun müalicə üçün pula ehtiyacı vardır və buna görə də qızıllarını satmaq istəyir. Lakin dostunun şəxsiyyət vəsiqəsi olmadığından qızılları onun vəsiqəsi ilə satacaqlar. Bundan sonra Həsəndən həmin şəxsi yaxından tanıyıb tanımadığını bir daha dəqiqləşdirmiş və Həsən demişdir ki, narahat olmasın onun dostudur, sadəcə olaraq pula ehtiyacı olduğundan qızılları satmalıdır, həmçinin vəsiqəsi olmadığına görə qızılları Həsənin vəsiqəsi ilə satacaqlar. Bundan sonra Həsənin vəsiqəsini alaraq sənəd tərtib etmişdir. Sonra həmin qızılları lom kimi əritmişdir. Bir ədəd üzük istintaqa qaytarılmışdır. Ona görə də ona münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 17 saylı Cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı iddiası ilə razılaşmır. Belə ki, ekspert rəyində 4.000 manat göstərildiyi halda iddiaçı ondan artıq məbləg və mənəvi zərər tələb edir.O, iddiaçıya mənəvi zərər yetirməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(005)-210/2020 saylı hökmünə əsasən Cavabdeh1 AzərbaycanRespublikasıCinayət Məcəlləsinin177.2.3-cü maddəsi ilənəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmsı, iş üzrə maddi sübut olan- istintaq zamanı şahid Cavabdeh2 könüllü olaraq təqdim etdiyi bir ədəd qızıl üzüyün zərərçəkmiş şəxs İddiaçı verilməsi nəzərə alınması hökm edilmişdir. Eyni zamanda, müvafiq hökmə əsasən, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə günorta radələrində İddiaçı məxsus Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 824-835 ünvanda yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabın içindən sonuncuya məxsus 1 ədəd 1200 manat dəyərində qadın qızıl boyunbağını, bir ədəd 1000 manat dəyərində qızıl kulonlu qadın qızıl boyunbağını, hər biri 500 manat olmaqla ümumilikdə 1000 manat dəyərində 2 ədəd qızıl kulonlu qadın qızıl boyunbağını, 1 ədəd 600 manat dəyərində qadın qızıl qolbağını, 1 ədəd 585 əyarlı sarı qızıldan ibarət olan 2.74 qramlıq 200 manat dəyərində və 1 ədəd 300 manat dəyərində qadın qızıl üzüyünü oğurlayaraq ona ümumilikdə 4300 manat ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddia olunan vəsaitinin məbləgi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi ilə 6.800 manat tələb olunsada məhkəmənin qanuni qüvvəsini almış hökmə əsasən iddiaçıya (zərərçəkənə) 4.300 manat ziyan vurulması öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının xeyrinə 4.300 manat tutulmalıdır. Qeyd olunan məbləgin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsi ilə məhkəmə razılaşmır. Belə ki, oğurluq cinayət hadisəsi ilə bağlı məhz Cavabdeh1 təqsirli bilinmiş və barəsində qanuni qüvvəsini almış ittiham hökmü vardır. Göründüyü kimi, Cavabdeh1 iddiaçıya 4.300 (dörd min üç yüz) manat borcunun olması sübut olunur. Buna görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş 4.300 (dörd min üç yüz) manat məbləğində pul vəsaitini Cavabdeh1 iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı “İddiaçı 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X3 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X3 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh1 təqsirli hərəkətlərinin təsirindən onun mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 4.300 (dörd min üç yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3414/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3414/2020
18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver