Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-342/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh1" MMC-dən cavabdeh X2 ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7 də olmuş 8 nömrəli mənzilin söküntüsü nəticəsində ona vurulmuş maddi zərər olaraq 174.400 manat məbləğində mənzilin dəyərinin ½ hissəsinin, yəni 87.000 (səksən yeddi min) manat pulun və vurulmuş mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 30.000 (otuz min) manat məbləğində pulun tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7, 8 nömrəli mənzili iddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə alınmışdır. Həmin əmlaka AR Bakı Şəhəri İcra hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həyat yoldaşı ilə aralarındakı nikah Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onun razılığı və xəbəri olmadan Arzu ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7, mənzil 8-ə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 MMC Azərbaycan Respublikası NK-nin 80 saylı xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən yeni yaşayış binasının tikintisini həyata keçirmək üçün bu binada Cavabdeh2 İdman qızına məxsus olan söküntüsü nəzərdə tutulmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7-də yerləşən 8 saylı mənzilini 2 otaqlı, 64.2 kv.m mənzilin faktiki sahəsinə 20% əlavə etməklə A bloku, yaşayışın 10-cu mərtəbəsi, 3 otaqlı 87.2 kv.m 50 nömrəli tam təmirli mənzilin "mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı "mənzilə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 İdman qızına və Cavabdeh1 MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7, mənzil 8-ə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7, mənzil 8-ə mülkiyyət payı olmuş və Cavabdeh2 özünün də bu mənzililə mülkiyyət payının (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) olmasına baxmayaraq o digər mülkiyyətçinin razılığı olmadan həmin mənzil üzərində təkbaşına və sərbəst sərəncam vermək hüquqna malik olmamışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7-də yerləşən 8 saylı 2 otaqlı, 64.2 kv.m paylı mülkiyyətində olmuş mənzili cavabdeh tərəfindən sökülmüş və keçmiş həyat yoldaşı Cavabdeh2 ilə “xxxx" MMC arasında həmin mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, paylı mülkiyyətində olmuş mənzilin sökülərək əvəzində Cavabdeh2 3 otaqlı 87.2 kv.m mənzil təklif edilmişdir. Sökülmüş mənzilin 1 kv.m 2000 manat olan ümumi 174.400 manat dəyərinin (87.2 x 2000 – 174.400 : 2 – 87.200 manat) ½ hissəsinin, yəni 87.200 manat hissəsinin ona ödənilməsini xahiş etsə də, cavabdeh “Cavabdeh1" MMC tərəfindən ona heç bir cavab verilməmişdir. Baxmayaraq ki, iddiaçı tərəfdən Cavabdeh1 MMC-yə xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 oğlu iddianı müdafiə edib bildirmişdirlər ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, mənzil 8-ə paya malik olmuş və həmin payından cavabdehlərin birgə qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Buna görə qanunsuz məhrum olduğu əmlakının əvəzini tələb edir. Məhkəmə tərəfindən bu iddia tələbinə baxılan zaman məhkəmə qabaqcadan iddiaçının subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını və cavabdeh(lər)in bu pozuntunu edibetməməsi məsələlərini araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki iş üzrə də müvafiq olaraq məhkəmə tərəfindən mütləq şəkildə müəyyən edilməli 3 əsas məqam var: İddiaçı mübahisə etdiyi əmlaka (mənzildə paya) malik olmuşdurmu; (və ya iddiaçının subyektiv hüquqa malik olub-olmaması) Həmin əmlakdan məhrumetmə (əmlakın alınması) faktı mövcuddurmu (və ya subyektiv hüququn pozulubpozulmaması) Məhrumetmə (əmlakın alınması) kimin təqsiri ucbatından baş vermişdir: r.ə cavabdeh(lər)in bu pozuntunu edib-etməməsi) Hər 3 faktın (şərtin) birgə mövcudluğu iddiaçını öz tələbində haqlı edir. İddiaçının hazırki iddia tələbinə münasibətdə subyektiv hüququnun olmaması məsələsinə qiymət verdikdə, subyektiv hüququn nədən ibarət olması əhəmiyyət daşıyır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1) öz hərəkətlərinə hüquqi ixtiyar; 2) başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3) müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Hazırki işdə iddiaçının subyektiv hüququ dedikdə, onun mübahisə etdiyi əmlaka (mənzildə paya) malik olub-olmaması başa düşülür. İddiaçının mübahisə etdiyi mənzilə dair Cavabdeh2 ilə birgə payının, yəni həmin mənzildə özünə məxsus payın olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiqlənir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda, iddiaçının həmin paya dair azad mülki dövriyyə şəraitində müqavilə bağlamaq hüququnun da mövcud olması (itirilməməsi) və məhdudlaşmaması Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-2285/2020 saylı qərarı ilə müəyyən olunmuşdur. (Qərarın 3-cü səhifəsi, 3-cü abzas) 2. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması dedikdə isə, mübahisə predmeti olan əmlakdan, yəni mənzildən məhrumetmə faktının mövcud olub-olmaması başa düşülməlidir. Hazırki mülki işin mübahisəsiz və bütün tərəflərin də təsdiqlədiyi hal isə ondan ibarətdir ki, mübahisəli mənzil bugün mövcud deyil və həmin mənzilə dair iddiaçının hüquqlarının rəsmiləşdirilməsinin mümkün olmaması da, məhz mübahisəli əmlakın artıq mövcud olmamasından irəli gəlmişdir. Yəni, mənzil sökülmüş olmasaydı, qeydiyyat yazısı ləğv edilməsəydi, aydın məsələdir ki, iddiaçının mənzildə olan birgə mülkiyətdə pay hüquqları rəsmiləşəcəkdi. Bu hal da yenə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-391/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Mənzil söküldüyü üçün iddiaçı mənzilə dair payını rəsmiləşdirə bilmir, həmin mənzildən nə mülkiyyətçi, nə də istifadə hüququ olan şəxs kimi (nəzərə alsaq ki, mənzildə hələ də pasport qeydiyyatındadır və onun həmin mənzilə dair itifadə hüquqlarına xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanmışdır) istifadə edə bilmir. İddiaçı mənzildən məhrumdur. Bu isə o deməkdir ki, iddiaçının hüquqları birmənalı olaraq pozulmuşdur və pozulmaqdadır. Nəhayət digər aydınlaşdırılmalı məsələ yuxarıda qeyd olunan halın kimin təqsiri və ya təqsirli hərəkətləri ucbatından baş verməsidir. Mübahisəli mənzil Cavabdeh1 MMC tərəfindən sökülmüş, buna digər Cavabdeh2 razılığı olmuşdur. Təflərdən Cavabdeh2 mənzilə dair hüquqları olan iddiaçının xəbəri olmadan, onun razılığı və hətta məlumatı olmadan hərəkət etmiş, müqavilə bağlayaraq mənzilin söküntüsünə razılıq vermiş, digər tərəf “xxxx” MMC isə mənzildə qeydiyyatda ola biləcək, yaşı 18-dən yuxarı və mülkiyyətçinin ailə üzvlərinin (keçmiş) razılığını almadan (yoxlamadan) hərəkət etmişdir. Bununla Cavabdeh2 iddiaçının əmlak (mülkiyyət), istifadə və digər əşya hüquqlarını, digər cavabdeh “xxxx” MMC isə daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələb etdiyi qayda və formalara riayət etməməklə, iddiaçının əmlak və həmin əmlakdan istifadə hüquqlarını pozmuşdur. Belə ki, özgəninkiləşdirmə - əmlakın başqa bir şəxsin mülkiyyətinə verilməsi, sahibinin əmlakına sərəncam vermək səlahiyyətini həyata keçirməyin yollarından biridir. Daşınmaz əmlak özgəninkiləşdirilən zaman tərəflər arasında bağlanmış müqavilənin notarial formasına əməl edilməli, notariat hərəkətlərinin aparılması haqqında qaydaların 49-cu bəndinə əsasən isə, mənzildə qeydiyyatda olan 18 yaşdan yuxarı şəxslərin yazılı razılıqlarının olması tələb olunur. Göründüyü kimi, mübahisəli mənzilə dair müqavilə bağlayan zaman və bununla da mənzilin sökülməsini həyata keçirən zaman tərəflər yalnız qarşılıqlı maraq və mənafeləri rəhbər tutmuşlar. Digər tərəfdən, tərəflər arasında bağlanmış olan xx xxxxxxxx 2017-ci il tarixli 35 saylı müqavilə etibarsız hesab edildiyi üçün, hal-hazırda mənzilin sökülməsinin heç bir qanuni və hüquqi əsası mövcud deyildir. Sökülmüş (məhv edilmiş) əmlak əvəzinə həmin əmlaka dair bu və ya digər formada əvəzin ödənilməsi tələbinə cavabdehlər əməl etməmişdir. Bu isə o deməkdir ki, cavabdehlər nəinki iddiaçının hüquqlarını pozaraq ona zərər vurmuş, hazırda da zərərin əvəzinin ödənməsinə yönələn hərəkətlər etməkdən imtina etməklə, birbaşa məsuliyyət daşıyırlar. Belə olan halda, hesab edirik ki, cavabdehlər Cavabdeh2 və “xxxx” MMC birgə hərəkətləri ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş və qanuni qüvvəsini almış məhkəmə aktı ilə pay hüququnun olması müəyyən olunan ünvan 2, mənzil 8-ə dair əmlak və digər istifadə hüquqlarından məhrum olunmasına səbəb olmuşlar. Şübhəsiz ki, “xxxx" MMC sökdüyü mənzilə görə iddiaçıya əvəz ödəməli və ya mənzili hüququ olan şəxslərlə eyni şərtlərlə müqavilə bağlamalıdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-391/2018 saylı, xx xxx 2018ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin ½ hissəsinə onun, ½ hissəsinə isə cavabdehin payının müəyyən edilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2285/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin bağlanması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Yuxarıda göstərilən məhkəmə aktlarından göründüyü kimi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 7 saylı evin 8 saylı mənzilinə mülkiyyət hüququnu təsdiq edəcək yekun məhkəmə aktı yoxdur. Mövcud olmayan mülkiyyət hüququna əsasən dəymiş ziyan kimi 87000 manat pul vəsaitinin və vurulmuş mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 30000 manat məbləğində pulun tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 391/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin ½ hissəsinə onun, ½ hissəsinə isə cavabdehin payının müəyyən edilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2285/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin bağlanması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Yuxarıda göstərilən məhkəmə aktlarından göründüyü kimi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 7 saylı evin 8 saylı mənzilinə mülkiyyət hüququnu təsdiq edəcək yekun məhkəmə aktı yoxdur. Mövcud olmayan mülkiyyət hüququna əsasən dəymiş ziyan kimi 87000 manat pul vəsaitinin və vurulmuş mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 30000 manat məbləğində pulun tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. "Cavabdeh1" MMC qeyd edilən ünvanda yerləşən mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 tanımışdır. Çünki həmin mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair həmin reyestrdən verilmiş çıxarış mövcud olmuşdur və onunla könüllü razılıq əsasında müqavilə bağlayaraq əvəzində yeni tikiləcək binada mənzil verilməsi barədə razılığa gəlinmiş və köhnə mənzil həmin müqavilə əsasənda sökülərək yerində yeni yaşayış binası inşa edilmişdir. Müqavilə bağlanan anda iddiaçının həmin mənzilə hər-hansı bir hüququnun olması müəyyən edilməmişdir. Yuxarıda göstərilən məhkəmə aktları ilə də bu hal bir daha təsbit edilmişdir. Göstərilənlərin nəzərə alınması və iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 046279 nömrəli qeydiyyat vəsiqəsinin notarial surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 7 saylı evin, 8 nömrəli mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 196 saylı reyestr kitabında 29117 nömrəli vərəqində 30/14426 saylı reyestr nömrəsi ilə xx.xx.2000-ci il tarixdə qeydiyyat aparılmışdır; Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 740624 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1992-ci il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 475 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Nəcəfzadə soyadı verilmişdir; Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13/1079 saylı arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 2020-ci il tarixli müraciətinə cavab olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7 də yerləşən 8 saylı mənzilini 64.2 kv.m faktiki sahəsinə 20% əlavə etməklə A bloku yaşayış 10-cu mərtəbəsi, 3 otaqlı 87.2 kv.m 50 nömrəli təmirli mənzilin 1 kv.m-nin orta bazar dəyərinə dair müvafiq rəyin verilməsinə şifahi sorğu əsasında mütəxəssislərimiz (qiymətləndiricilərimiz) tərəfindən AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (daşınmaz əmlak bazan üzrə fəaliyyət göstərən şəxslərdən və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə aşağıdakılar müəyyən edilmişdir: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7 də yerləşən 8 saylı mənzilini 64.2 kv.m faktiki sahəsinə 20% əlavə etməklə A bloku yaşayış 10-cu mərtəbəsi, 3 otaqlı 87.2 kv.m 50 nömrəli təmirli mənzilin 1 kv.m-nin orta bazar dəyəri 1700 (bir min yeddi yüz)- 1800 (bir min səkkiz yüz) manat təşkil edir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-391/2018 nömrəli xx xxx 2018-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh2 və "Cavabdeh1.” MMC-yə qarşı mənzilə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2643/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair İddiaçı və Cavabdeh2 ilə müqavilənin bağlanması öhdəliyinin cavabdeh "Cavabdeh1" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 12041/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(005)-2643/2019 qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2285/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli Qərarın surətinə əsasən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12041/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2285/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli Qərarındə məhkəmə kollegiyası göstərmişdir: «Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-391/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 və “Cavabdeh1.” MMC arasında ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh2 və “Cavabdeh1.” MMC arasında ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edildiyi halda cavabdehlər arasında qeyd edilən mənzillə bağlı hər hansı müqavilənin bağlanmış olmasından, bununla bağlı iddiaçının hüquqlarının pozulmuş olmasından söhbət gedə bilməz. Müqavilə bağlanması isə tərəflərin sərbəst iradə ifadəsinin təzahürüdür. İş materiallarından da görünür ki, iddiaçı tərəf göstərilən mənzillə bağlı “Cavabdeh1.” MMC ilə onun arasında müqavilə bağlanması üçün MMC-yə məhkəmədənkənar müraciət etməmiş, MMC nin hüquqlarına zidd olaraq onun üzərinə vəzifə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının bu hüququ itirilməmiş və ya məhdudlaşdırılmamışdır;» xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, tərəflər arasında nikah xx xxxxxx 2014-cü il tarixdə pozulmuşdur. İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin ½ hissələrdə payının müəyyən edilməsi, nikah dövründə qazanılmış, DƏDRX BƏİ-də xx.xx.2000-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 7, 8 saylı mənzilinə onun ikidə bir hissəsdə pay hüququnun tanınması və həmin mənzil əsasında Cavabdeh2 ilə “xxxx” MMC arasında Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 7, 8 saylı mənzilinə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli 35 saylı müqavilənin etibarsız sayılması barədə tələbi olmuş, artıq qanuni qüvvəsini almış qətnamə ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqaviləsinin etibarsız hesab edilmiş, iddia tələbinin qalan hissələri təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzilə dair zərər olaraq dəyərinin ½ hissəsinin, yəni 87 min manat tutulmasını tələb etməsi əsassızdır. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə olunan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilə dair hər hansı payın müəyyən olunmasına dair məhkəmə aktı mövcud deyil. Həmin paylar müəyyən olunmadığı halda mənzilin dəyərinin pul ekvalentinin 174 400 manat müəyyən edilərək, onun yarısının cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə tutulması əsassızdır, təmin oluna bilməz. Başqa sözlə digər məhkəmə icraatları çərçivəsində Cavabdeh2 və “Cavabdeh1.” MMC arasında ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə ünvan 2, 8 saylı mənzil barəsində Cavabdeh2 mənzilə mülkiyyət payının (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) olmasına baxmayaraq, onun digər mülkiyyətçinin razılığı olmadan həmin mənzil üzərində təkbaşına və sərbəst sərəncam vermək hüququna malik olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, müo cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Qanunvericiliyin tələbindən görünür ki, ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Hazırkı iş üzrə tərəflər arasında payın bərabər və ya digər qaydada bölünməsi ilə bağlı ər-arvadın əmlakının qanuni rejimi olmadığı halda mübahisəli mənzillə bağlı dəyərinin ½ hissəsi cavabdehlərdən tutula bilməz. Məhkəmə, iddia üzrə "mənzillə bağlı dəyərinin ½ hissəsinin ödənilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissələrinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "mənzillə bağlı dəyərinin ½ hissəsinin ödənilməsi" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının “mənəvi ziyanın ödənilməsi” hissələrində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-342/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-342/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver