Məhkəmə qərarları › İş №2(005)-3485/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3485/2021

25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3485/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb edilməklə) “şikayətin surətini və qəbul olunan qərarın surətinin məhkəmə qaydasında alınması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb edilməklə) “şikayətin surətini və qəbul olunan qərarın surətinin məhkəmə qaydasında alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə sorğusuna əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 2018-ci il tarixində Cavabdeh2 ilə şahid Cavabdeh3, Cavabdeh1 qarşı şikayət ərizəsinin surəti və qəbul olunan qərarın surətinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, məhkəmə sorğusuna əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 2018-ci il tarixdə verilmiş şikayət ərizəsinin surəti və qəbul olunan qərarın surətinin alınması tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz. Həmçinin Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 83.1-ci maddəsinə əsasən işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. Həmin məcəllənin 83.2-ci maddəsinə əsasən məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. Göründüyü kimi, bu halda iddiaçı iddia ərizəsi ilə məhkəməyə məhkəmə tapşırığının icrası ilə bağlı müraciət edir. Məhkəmə qeyd edir ki, proses iştirakçıları tərəfindən məhkəmə tapşırığı barədə müraciət, habelə hazırki məsələyə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb edilməklə) “şikayətin surətini və qəbul olunan qərarın surətinin məhkəmə qaydasında alınması”tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb edilməklə) “şikayətin surətini və qəbul olunan qərarın surətinin məhkəmə qaydasında alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar