Məhkəmə qərarları › İş №2(005)-3496/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3496/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3496/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1150 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Mercedes Benz 190" markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxxxx 2019 il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən. İdarə olunan "Zontes 150 8A" markalı 10B453 dövlət qeydiyyat nişanlı motosikl ilə toqquşaraq onu zədələmiş, bundan başqa X4 yüngül xəsarət almışdır. Nizami Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra, Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkən motosikletinin zədələnməsi və xəsarətlə əlaqədar cəmi 1150 manat məbləğində sığorta ödənişi verilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, zərərçəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. "Mercedes Benz 190" markalı 90BR460 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobili Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib, bildirdi ki, hadisənin baş verməsi hissəsi ilə razılaşır, lakin iddiaçının təqdim etdiyi hesablamalar ilə razı deyil. Belə ki, yol-nəqliyyat hadisəsində vurulmuş motosikl köhnədir. Normalda həmin motosiklin güzgüsü 4-5 manat arasıdırsa, təqdim edilmiş qüsur aktında həmin qiymətdən yüksək göstərilib. Ümumilikdə hesablanmış zərər şişirdilib. Ümumilikdə sığorta şirkəti bu işlə bağlı həyata keçirdiyi prosedurlara heç birinə onu dəvət etməmiş və heç bir məlumat verməmişdir. Ən azı ekspertiza aparılarkən ona məlumat verilməli olduğu halda, məlumat verməmişlər. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli sığorta aktlarına və 02235, 02259 №-li ödəniş tapşırıqlarının surətindən görünür ki, “Zontes 150 8A” markalı, 10 B453 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş zərərə görə 1150 (400+50) manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X3 bank hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində 1 il müddətinə “xxxxxxxxxxxxx” ASC tərəfindən icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1591/2019, xx.xx.2019-cu il tarixli qərarına əsasən, Cavabdeh1 İXM-nin 327.8-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qərardan görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 17:10radələrində idarə etdiyi “Mercedes Benz 190” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, Bağırov körpüsünün üstündə X1 idarə etdiyi Zontes 150 8A” markalı, 10 B453 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş, nəticədə sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, X3 məxsus “Zontes 150 8A” markalı, 10 B453 dövlət qeydiyyat nişanlı motosikletə vurulmuş zərərin aradan qaldırılması üçün “xxxxxxxxxxxxx” ASC tərəfindən motosikletin təmiri üçün ümumilikdə 1150 manat pul ödənildiyindən, iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasənhəmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törətmiş olan "Mercedes Benz 190" markalı 90BR460 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətində olması müəyyən olunmuş, lakin Cavabdeh1 avtomobili xx.xx.2020-ci il tarixdə müddəti bitəcək ƏN-Vİ №-li etibarnamə ilə idarə etdiyi müəyyən edilmişdir. Odur ki, yüksək təhlükə mənbəyinin – "Mercedes Benz 190" markalı 90BR460 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmadığından mülki hüquq pozuntusuna görə məsuliyyət yüksək təhlükə mənbəyini etibarnamə ilə edən şəxsin, yəni Mercedes Benz 190" markalı 90BR460 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 üzərinə qoyulmalı və 1150 manat məbləğində pul Cavabdeh1tutularaq “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh1 m alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1150 manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar