Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3496/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evin naturada bölünməsinə və istifadə qaydasının müəyyən edilməsinə, əmlakdan maneəsiz istifadəyə edilən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı evin naturada bölünməsinə və istifadə qaydasının müəyyən edilməsinə, əmlakdan maneəsiz istifadəyə edilən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə ərizə ilə və ona əlavə edilmiş barışıq sazişi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən həmin barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı evin naturada bölünməsinə və istifadə qaydasının müəyyən edilməsinə, əmlakdan maneəsiz istifadəyə edilən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə 1-ci tərəf İddiaçı, 2-ci tərəf isə Cavabdeh1 və Cavabdeh2 arasında 17 oktyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bir tərəfdən İddiaçı (1-ci tərəf-iddiaçı tərəf),digər tərəfdən Cavabdeh1 və Cavabdeh2(2-ci tərəf-cavabdehlər) ünvan 1 ünvanında yerləşən, birgə sahiblikdə və istifadələrində olan evin naturada bölünməsi və istifadə qaydasının müəyyən edilməsinə dair aralarında yaranmış mübahisənin aşağıdakı qaydada və şərtlərlə həllinə/aradan qaldırılmasına və həmin əmlakla bağlı bundan sonrakı münasibətlərin aşağıdakı qaydada tənzimlənməsinə dair razılaşırlar:
1. Tərəflər razılaşırlar ki, ünvan 1 ünvanında yerləşən evin tikilisi və həyətyanı torpaq sahəsinin bu saziş bağlanan tarixədək aralarında yaranmış bölgüsünü bu sazişin 2-ci bəndində ifadə olunacaq razılaşma ilə ediləcək dəyişiklik nəzərə alınmaqla əsasən qəbul edirlər.
2. 1-ci tərəf təsdiqləyir ki, onun və ailə üzvlərinin istifadəsində olan həyətyanı sahədən bir hissəni - 2-ci tərəfə məxsus olan ev tikilisi hissəsinin girişinin qarşısında tikilmiş talvardan 1-ci tərəfin istifadəsində olan həyətyanı sahəyə doğru talvarın uzununa olan hissəsindən talvarın 1-ci tərəfə aid olan divarından hesablanmaqla eni 2 (iki) metr sahəni 2-ci tərəfin istifadəsinə və sahibliyinə verməyə, həmçinin əlavə olaraq, 4000 (dörd min) manat ödəməyə razıdır. Veriləcək sahənin ölçüsü və döngə nöqtələri tərəflər arasında bağlanacaq və bu sazişə əlavə ediləcək bölgü sxemində öz əksini tapacaqdır. Söküntütikinti işlərinə bu saziş bağlandıqdan sonra bir həftə ərzində başlanılacaq və bu işlər başlandıqdan sonra ən geci bir həftə ərzində bitirilib tamamlanacaqdır. 4000 (dörd min) manat bu saziş bağlanan gün notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 (2-ci tərəf-cavabdehlər) ödənilir. Pulun təhvil- təsliminə dair sənəd imzalanacaqdır.
3. Tərəflər razılaşırlar ki, bir-birlərinin və ailə üzvlərinin (qeydiyyatda olan və olmayan ailə üzvlərinin) hal-hazırda mövcud olan faktiki istıfadəçiliklərinə və sahibliklərinə dair bölgü sxemini bu sazişin 2-cı bəndində razılaşdırılmış şərtə uyğun qaydada təsdiqləyəcəklər.
4. Tərəflər razılaşırlar ki, aralarındakı bölgü sxeminə uyğun olaraq bölünərək ayrılacaq tikili və həyətyanı hissələri ilə bağlı bir-birlərinə qarşı bundan sonra heç bır iddia, tələb, etiraz, irad bildirməyəcəklər. Tərəflər onlara aid olan hissələrdən istifadə, buralara sahiblik və sərəncamla bağlı bir-birlərinin hüquqlarına və iradələrinə/istəklərinə, qanunvericiliklə müəyyən edilmiş qonşuluq münasibətlərinə və qaydalarına əməl edilmək şərti ilə, müdaxilə etməyəcəklər.
5. Tərəflər razılaşırlar ki, aralarındakı bölgü sxeminə uyğun olaraq bölünərək ayrılacaq tikili və həyətyanı hissələri üzərindəki hüquqlarını istədikləri şəxsə güzəştə gedə, bu hüquqlarından digər şəxslərin xeyrinə imtina edə bilər, öz hissələrinə istədikləri şəxsi köçürə, qeydiyyata aldıra bilər, bu hissələrlə bağlı hüquqlarını sata, bağışlaya, dəyişə, sair formada özgəninkiləşdirə. əvəzli və əvəzsiz istifadəyə verə bilərlər.
6. Tərəflər razılaşırlar ki, aralarındakı bölgü sxeminə uyğun olaraq bölünərək ayrılacaq tikili və həyətyanı hissələri üzərindəki hüquqlarını gələcəkdə qeydiyyata aldıra bilərlər. həmçinin istəyən tərəf ayrıca ünvan ala bilər. Bunun üçün birgə razılıq tələb olunduğu halda, öhdələrinə götürülər ki, bir-birlərinə mane olmayacaqlar, sənədləşmə işlərində tələb olunan sənədləri bir-birlərinə ədalətli qaydada, yəni eyni məzmunlu razılıq ərizələrini bir-birlərinə qarşılıqlı olaraq rahatlıqla verəcəklər.
7. 1-ci tərəf üzərinə götürür ki, 2-ci tərəfin istədiyi şəxsin gələcəkdə qeydiyyatı üçün tələb olunan razılığı (yazılı razılıq ərizələrini) özü versin və həmçinin, ailə üzvlərindən alaraq 2-ci tərəfə təqdim etsin. Həmçinin, 2-ci tərəf üzərinə götürür ki, 1-ci tərəfin istədiyi şəxsin gələcəkdə qeydiyyatı üçün tələb olunan razılığı (yazılı razılıq ərizələrini) özü versin və həmçinin ailə üzvlərindən alaraq 1-ci tərəfə təqdim etsin.
8. Tərəflər bu sazişin,aralarında notariat qaydasında təqdiqləndikdən sonra halhazırda tərəf olduqları məhkəmə işi üzrə məhkəməyə təqdim edilməsinə, məhkəmədə təsdiqlənməsinə və işə xitam verilməsinə etiraz etmirlər. İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı evin naturada bölünməsinə və istifadə qaydasının müəyyən edilməsinə, əmlakdan maneəsiz istifadəyə edilən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə