Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3530/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İrşad Elektroniks” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İrşad Elektroniks” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsinin cavabdehin üzərinə qoyulmaqla cavabdeh şirkətdən alınan qüsurlu telefonun cavabdeh tərəfindən yenisi ilə dəyişdirilməsi və ya ödənilən 3359 manat və 18 manat pulun geri qaytarılması, cavabdehdən 10.000(on min) manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci ildə “xxxx” Şirkətinin Neftçilər filalından qiyməti 3359 manat olan İphone 11 Pro Max telefonunu 1 kart kredit ödəniş sistemi vasitəsi ilə almışdır. O dükana daxil olaraq yaddaş tutumu 256 GB və rəngi midnight green olan İphone 11 Pro max telefonunu almqa istədiyini bildirdi. Ona bildirmişlər ki, bu rəngli model hal-hazırda onların filalında yoxdur. Əgər o gözləyərsə, onlar yaxınlıqda yerləşən digər filaldan bu modeli gətirə bilər. İddiaçı razılaşaraq gözlədyi müddətdə satıcı ona israrla bildirmişdir ki, telefonun pulunu ödəmklə telefon gələndə rəsimləşdirmə tez bitsin. İddiaçının da telefonu almaq niyyəti olduğundan ödəniş etmişdir. Nəhayət telefon təxminən 15-20 dəqiqədən sonra gəldi. Telefon gələndən sonra, satıcı nömrəni telefona daxil etmək üçün iddiaçını telefonunu istəmişdir. İddiaçı nömrəni satıcıya təqdim edib. Nömrəni telefona daxil edən zaman bildirdi ki, telefona qoruyucu üzlüyü də onlardan almaqla belə ki, şirkət məhz bu model telefonlar üçün xüsusi üzlüklər sifariş edərək gətirir. Telefona qoruyucu üzlükdə çəkdirmək niyyəti olduğu üçün razılaşıb. Satıcı bildirdi ki, elə oradaca üzlüyün pulunu kassaya ödəsin. Telefonu satıcının yanında qoyaraq pulu ödəməyə getmiş qayıdana qədər satıcı telfonu artıq öz tarasına qoymuşdur. İddiaçı telefonu əlinə götürüb üzlüyün çəkilib-çəkilməməsinə baxdı. Satıcı qarantiya kağızını telefonun arasında qoydu və o telefonu tarası ilə birgə götürüb dükandan çıxdı. İddiaçı əslində sonradan başa düşmüşdür ki, telefonu əlinə almadan nə telefon üçün ödəniş etməliydi, nə də telefonu satıcının yanında qoyub üzlük üçün ödənişə getməli idi. Belə ki, satıcı telefona nömrə daxil edərkən, məsuliyyətsizlik edərək komplektasiyadan götürdüyü əşyanı geri yerinə qoymamışdır. İddiaçı bu barədə yalnız evə gedəndən sonra xəbər tutmuşdur. Yenidən dükana qayıdıb bu barədə məlumat vermişdir. Onlar iddiaçıya öz işlətdikləri əşyanı təqdim etdilər. Bu əşyanın elə bir önəmi olmadığından həmin işlənmiş əşyanı qəbul etdi. Əslində onlar ona təzə əşya təqdim etməli idilər. Telefon üçün 1 il (12 ay) zəmanət talonu verilib. Alınandan 3-4 gün sonra telefonda donmalar baş vermişdir. Lakin donmalar müvəqqəti olduğundan dükana bu barədə iddiaçı məlumat verməmişdir. xx xxxx 2020-ci ildə 20% şarj ilə telefonu donmağa qoymuş yarım saatdan sonra nə qədər enerji yığdığına baxmaq üçün gələndə, telefonun açılmadığını görüb. Həmin dəqiqə cavabdeh şirkətin *0171 telefon xidmətinə zəng edib, vəziyyəti izah edib. İddiaçıya telefonu İrşad Elektroniks şirkətinin Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən servis mərkəzinə gətirməyini bildirdlər. Elə həmin gün telefonu servis mərkəzinə gətirdi. Telefonu təhvil verərəkən servisin işçisi ona bildirdi ki, telefona baxılacaq və açılıb təmir edilib qaytarılacaq. İddiaçı telefonun açılmağına razı olmamışdır. Çünki, telefon təzədir. 4 ay tamam deyil alınıbdır. Telefon yerə, suya düşməyib, cızığı, çatı, qırığı, batığı yoxdur. İddiaçı telfonu göz bəbəyi kimi qorumuşdur. Səliqəli istifadə etmişdir. Bütün bu sadalananlar yoxdursa, telefon niyə açılmalıdır. İşçi bildirdi ki, bu barədə qeyd aparacaq və bu məlumatı ustaya bildirəcək. Telefon servisə qəbul olunarkən üzərində heç bir cızığın , çatın, qırığın, batığın olmaması, yəni əmtəə görünüşünün pozulmaması barədə arayış verilib. xxxx şirkətinin servisindən 27-si iyul 2020-ci ildə, gizli nömrə ilə zəng edib dedilər ki, telefonun açılmasına razılıq verməmisiz telefon açılmalıdır. İddiaçı bildirmişdir ki, telfonun açılmasına razı deyil çünki telefon təzədir və səliqəli istifadə olunub. İddiaçı bu qədər pulu ona görə ödəməmişdir ki, telefon 4 ay olmamış öz-özündən sönsün və desinlər ki, telefon açılmalıdır. Telefonunun niyə birdən birə, öz-özündən söndüyü barədə soruşduqda usta bildirdi ki, istehlakçının günahıdır. İstehlakçının günahıdırsa, deməli telfon qüsurla gəlib, dəyişdirilməlidir. Bundan sonra usta əsəbi formada, aqressiya ilə danışmağa başladı. xx xxxx 2020-ci ildə xxxx şirkətinin servis mərkəzinə gedərək iddiaçı bildirmişdir ki, o rəhbərliklə görüşmək istəyir. İddiaçının sevisin Cavid adlı hüquqşünasının otağına yönləndirdilər. Cavid bəyə durumu izah etdi və oda öz növbəsində onunla aqressiv, əsəbi formada danışdı. Usta da söhbətdə iştirak edirdi. İddiaçı yenidən ustaya sual edərək telefon niyə birdən-birə, öz-özündən söndü. Usta bir daha bildirdi ki, istehsalçının günahıdır. Bildirdi ki, telefon qüsurlu olub dəyişdirilməlidir. Əks halda müvafiq orqanlara şikayət edəcək. Cavid bəyin cavabı belə oldu ki, gedin hara istəyrisiz şikayət edin. Bu davranış bir daha sübut etdi ki, şirkəti məmuniyyəti maraqlandırmır. İddiaçı qərara alır ki, şikayət etməzdən əvvəl məsələni İrşad Elektronics şirkətinin rəhbərliyi ilə, görüşüb danışsın. xx xxxx 2020-ci ildə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki baş ofisə gələrək öncə qrup otağında əyləşən elvin bəylə görüşmüş ona problem barədə danışaraq və telefonun dəyişdirilməsini bildirmişdir. O iddiaçını məsul şəxslərdən biri olan Bəxtiyar müəllimlə görüşdürdü. Məsələni yenidən ətraflı şəkildə yeindən Bəxtiyar müəllimə bildirdikdən və bir daha tələb etmişdir ki, telefon qüsurlu olduğu üçün dəyişdirilməlidir. Alternativ variant kimi istehsalçı şirkət ilə əlaqə saxlayıb mövcud vəziyyəti onlara bildirməyi xahiş etmişdir. Bundan əlavə iddiaçı bildirmişdir ki, təcrübədə belə hallar olub və telfonu satan şirkət müştəri məmuniyyətini düşündüyü üçün qüsurlu telefonu yenisi ilə əvəz edib. Çünki başa düşüb ki, bu istehsalçının günahıdır, telefon qüsurlu gəlib. İddiaçı bildirmişdir ki, məsələ müsbət həllini tapmazsa həm inzibati qaydada müvafiq orqanlara, həm də məhkəmə qaydasında şikayət edəcək. Bəxtiyar müəllim, xxxx şirkətinin müdiri Azad Məmmədovun burada olmadığını söylədi. Əvvəlcə qeyd etdi ki, gedin şikayət edin, sonra nəsə düşünərək bildirdi ki, sabah iclasda rəhbərliklə danışıb, məsələnin müsbət və ya mənfi tərəfə həll olunması barədə iddiaçıya Elvin bəy vasitəsilə zəng edilib məlumat veriləcək. Səhərisi gün Elvin bəy zəng edib, bildirdi ki, rəhbərliyin cavabı belə oldu ki, telefon 4 ay işləndiyi üçün dəyişdirilə bilməz. İddiaçı ona bildirdi ki, müvafiq orqanlara şikayət edəcək. Oda dedi ki, gedin edin. Araşdırma apararkən iddiaçıya məlum oldu ki, telefonun seriya nömrəsi vasitəsilə onun hansı tarixdən istifadə edildiyini bilmək olar. Ona görə də, “imei24.com” saytına daxil olmuşdur. Məlum oldu ki, telefon xx xxxx 2020-ci il tarixində aktiv edilib. Belə ki, iddiaçıya təzə adı ilə satılmış telefon öncədən aktiv edilmiş telefon olub. Beləliklə, İrşad Elektronics şirkəti onu aldatmaqla yanaşı həm də istehlakçı hüququnu kobud şəkildə pozub. Telefonu alanda ödəniş vasitəsi kimi 3359 manat pul ödəmişdir. Üstəlik 18 manat ödəyib elə Cavabdeh şirkətinin Neftçilər filalında üzlük çəkdirmişdir. O bu qədər pulu öncədəb aktiv edilmiş və qüsurlu telefon üçün ödəməmişdir. Telefon qüsurlu olub. Bu barədə eyni modelin satışını həyata keçirən digər şirkətlərə də məsləhət üçün müraciət etmişdir. Hər birinin fikri belə oldu ki, telefon qüsurla gəlib. Şirkət də bunu bilir, telefon dəyişdirilməlidir. İstehsalçının günahını iddiaçı çəkməməlidir. İstehsalçı ilə əlaqə saxlanılıb bu məsələ onlara bildirilməlidir. Cavabdeh şirkəti istehsalçı şirkətlə əlaqə saxlamaqdan da imtina edir. Belə çıxır ki, telefon saxta və qeyri-qanuni yollarla ölkəyə gətirilib, ona görə də şirkət istehsalçı şirkətlə əlaqə saxlamaqdan imtina etmişdir. Səhifələrində müştəri məmuniyyətini qeyd edən Cavabdeh şirkətini göründüyü qədər ilə müştəri məmuniyyəti yox, müştəridən qazanacaqları pullar maraqlandırır. Bundan əlavə, şirkətin baş ofisinin yeni ünvanını və əlaqə nömrələrini səhifələrində qeyd etməmişlər. *0171 nömrəsinə zəng edib, baş ofisin dəqiq ünvanını soruşaraq bildirmişdir ki, şirkətə məktub ünvanlayacaq. İddiaçıya demişlər ki, nömrə qoyun öyrənib sizinlə əlaqə saxlanılacaq. Belə çıxır ki, baş ofisin ünvanını müştərilərdən bilərəkdən gizlədirlər, işçilərə də tapşırıq verilib ki, məlumat verilməsin. Yalnız müvafiq orqanlara edilən şikayətlərdən sonra cavabdeh, şirkətin baş ofisinin yeni ünvanını səhifəsində qeyd edib. Müştəri məmuniyyətini düşünən və düzgün işləyən bir şirkət heç vaxt saxta və yalan yollardan istifadə etməz. Bu bir daha onu sübut edir ki, Cavabdeh şirkəti ölkəyə saxta və qeyriqanuni mallar gətirir. Nəticədə satılan əşya qüsurlu olanda əziyyət çəkən və bu saxtakarlığın qurbanı biz sadə müştərilər oluruq. Sonrada ünvanlarını, telefon nömrələrini müştərilərdən gizlətmək yolu ilə problemdən qaçaraq, müştərilərdən qazandıqları pullarla ciblərini doldururlar. Stress, əsəb sarsıntısı keçirmək isə müştərilərə qalır. İddiaçı 10 ilə yaxındır ki, özünə telefon ala bilmirdi. Qərara gəlmişdir ki, telefon alsa elə model alacaq ki, həm keyfiyyətli olsun, həm də ondan uzun müddət istifadə edə bilsin. Heç kim 3-4 ay üçün pul verib texnika almır. Ən azı 2-3 il normal istifadə etməyi düşünür. Telefonu almaq üçün kifayət qədər vəsait olmadığından iddiaçı telefonu kreditlə götürmüşdür. İddiaçı bütün əşyalarını səliqəli istifadə etdiyindən aldığı əşyaları uzun müddət istifadə edə bilir. Cavabdeh şirkətdən aldığı telefonu da uzun müddət istifadə etməyi düşünürdü. Telefonun 4 ay tamam olmamış öz-özündən sönməyi, qüsurlu olması, cavabdeh şirkətin telefonu dəyişdirməkdən imtina etməsi, istehsalçı şirkətə bu barədə məlumat verərək məsələni müsbətə doğru həll etmək istəməməsi qüsurlu malın dəyişdirlməsi tələbini irəli sürdüyü müddətdə lazımi kefiyyətdə olan analoji malın ona təqdim olunmaması və bundan əlavə, sonradan apardığı araşdırmalar nəticəsində iddiaçya 1 (bir) gün əvvəl aktiv edilmiş telefonun satılması bütün bunlar iddiaçının güclü mənəvi və psixi sarsınıtı keçirməyinə səbəb olmuşdur. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 10 000 (on min) manat həcmində dəyərləndir çünki cavabdehin iddiaçının istehlakçı hüquqlarını pozması nəticəsində 2 aya yaxındır ki, öz mülkiyyət hüququndan istifadə edə bilmir. Xüsusilə telefonunda olan vacib kontraktları var ki, iddiaçı onlarla əlaqə yarada bilmir, peşəkər fəaliyyətinin və təhsilinin davam etdirilməsində çətinliklə üz-üzə qalmışdır. Sosial şəbəkə hesablarından istifadə edə bilmir. İddiaçı telfonu bütün bu məsələləri həll etsin deyə almışdır. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı güclü mənəvi və psixi sarsıntı keçirimişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ASAN 4 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu ildə Kürdəmir rayonunda, Şilyan kəndində anadan olmuş İddiaçı ünvan 2 mənzil 49 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ********* nömrəli xx.xx.2020-ci il tarixli müştəri müraciəti haqqında vərəqədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə iphone 11 Pro Max 256gb Midnight, İmei kodu ********* 893202 olan mobil telefon almışdır. Lakin telefonu zarytakaya qoyduqda 20 faiz zaryatkası var idi. Yarım saatdan sonra yaxınlaşıb qoşulduqdan sonra telefon açılmamışdır. Məhsul normal vəziyyətdədir. Adapteri mövcuddur. Məhsulun təxmini təhvil vermə tarixi 14 iş günü müəyyən edilmişdir. Müştəri şərtlərlə tanış olaraq razı olmaqla imzalamışdır. İş materiallarında olan zəmanət talonundan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh neftçilər satış filalından müştəri İddiaçı iphone 11 Pro Max 256gb midnight Green-1sim adlı **********93202 seriyalı, qiyməti 3359 manat, zəmanət müddəti 12 ay olan mobil telefon almışdır. Zəmanət müddəti malın satıldığı gündən hesablanır. 14 gün ərzində, məhsulun əmtəə görnüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilər. Bu zaman qiymətdə fərq olarsa satıcı ilə lazımi hesablaşma aparılır. Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə texniki servis mərkəzində 2 gündən- 14 iş gününə qədər saxlanıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2020-ci ildə “xxxx” Şirkətinin Neftçilər filalından qiyməti 3359 manat olan İPhone 11 Pro Max 256 GB Midnight Green telefonunu 12 ay zəmanət şərtilə xx.xx.2020-ci il tarixdə almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı telefonda baş vermiş nasazlığa görə “İrşad Elektroniks” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, cavabdeh telefonu təmir etmək üçün qəbul etmək istəmiş, lakin iddiaçı telefonun açılmağına razı olmamışdır. İddiaçı razı olmamasının səbəbini onunla izah etmişdir ki, telefon təzədir, 4 ay tamam deyil alınıbdır. Bu səbəbdən cavabdeh şirkətdən alınan qüsurlu telefonun cavabdeh tərəfindən yenisi ilə dəyişdirilməsi və ya ödənilən 3359 manat və 18 manat pulun geri qaytarılması, cavabdehdən 10.000(on min) manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.2-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır. Həəmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəlləninin 587.3-cü maddəsinə əsasən bu məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbinin alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Göründüyü kimi xx.xx.2020-ci il tarixli zəmanət talonunda 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilməsinin mümkünlüyü ilə tərəflər razılaşmışlar. Bununla belə iddiaçının telefonunda baş vermiş qüsurları həmin telefonu aldığı müddətdən (xx.xx.2020-ci il) 14 gün müddət ötürüldükdən sonra, yani ilk dəfə satıcıya müraciəti, təxminən 4 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə olmuşdur. Məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə malın qaytarıla bilməsinin xx.xx.2020-ci il tarixli zəmanət talonunda tərəflərin razılaşdığı 14 günlük müddətini və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olan 14 günlük satılan malın dəyişdirilməsini tələb etmək hüququnu da iddiaçı ötürmüşdür. Digər tərəfdən iddiaçının tələbini əsaslandırıdığı hallar Mülki Məcəllənin 587-ci maddəsinin tələblərinə də uyğun deyildir. Qeyd edilən maddənin məzmunundan aydın olur ki, əşyanın keyfiyyətinə aid tələblər aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək, əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək, habelə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır. Bununla belə iddiaçı aldığı malda yaranan qüsurun aradan qaldırıla bilməyən qüsur olmasını sübut edə bilməmiş, habelə cavabdeh telefonu təmir etmək üçün qəbul etmək isətəsə də iddiaçı buna razı olmamış və həmin telefonun yenisi ilə əvəz olunmasını istəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İrşad Elektroniks” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3530/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3530/2020
26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver