Məhkəmə qərarları › İş №2(005)-356/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-356/2021

11.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-356/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına qeydiyyata alınmış Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanına dair ********** qeydiyyat nömrəli, **********85-05101-093008 reyester nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibrasız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı qeydiyyatda olduğu və böyüyüb boya-başa çatdığı və mərhum atasına məxsus ünvan 1 ünvanının 2017-ci il tarixdən söküntüsü nəzərdə tululduğundan xəbər tutan bibisi Cavabdeh2 atası X9 və iddiaçıya qarşı xx.xx.2017-ci il larixli iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı mənzilin bölünməsini xahiş etmişdir. Bundan sonra onlar da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin uzun sürən məhkəmə çəkişməsindən sonra 2019-cu ildə nə onların nədə ki, Cavabdeh2 iddiası təmin edilməmişdir. Lakin iddiaçıya məxsus mənzilin bölünməsi ilə bağlı məhkəmədən nəticə əldə edə bilməyən iddiaçının bibisi Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestr, xidmətinin vəzifəli şəxslərinin köməkliyi, qanunsuz və əsassız qərarları nəticəsində iddiaçının xəbəri və razılığı olmadan Nərimanov rayonu, Qarabağ kiiçəsi, ev 7. mənzil 6-da yerləşən evi öz adna rəsmiləşdirilərək çıxarışın alınmasına nail olmuşdur. Mübahisəli mənzilin Cavabdeh2 adına rəsmiləşdirilərək ona həmin mənzilə dair ********* qeydiyyat nömrəli, 00701 1002985-05101-093008 reyestr nömrəli çıxarışın verildiyini 2020-ci ilin iyul ayında söküntü işlərini aparan şirkətdən öyrənmişlər. İddiaçı və oğlu X4 rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı ünvanda qeydiyyatdadır. Lakin qeyd edilən mənzilin Cavabdeh2 adına adına qeydiyyata alınmasına heç vaxt razılıq verməmişəm. Bu səbəbdən də həmin mənzilin hansı əsasla Cavabdeh2 adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Aşağıda göstərilənlərə iddiaçı hesab edir ki, Cavabdeh2 adma qeydiyyata alnımış Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanına dair ********** qeydiyyat nömrəli, **********85-05101-093008 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Revestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Abbasquliyeva Hicran Hidayət qızı, X6, X11, X12, X13, X18 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı mənzilə Cavabdeh2 hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. X10 verilmiş xx xxxxxx 1972-ci il tarixli, 025158 nömrəli orderin surətindən görünür ki, Spandarayan küçəsi, ev 7-də yerləşən 3 otaqlı 58,5 kv.m mənzil sahəsi verilərkən Aliyeva Hicran Hidayət qızının da adı ailə üzvü kimi qeyd edilmişdir. Nərimanov Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx xxxxxx 1980-ci il tarixli Qərarından görünür ki, X1, ev 7-də yerləşən 5 otaqlı mənzil onun 9 ailə üzvü nəzərə alınmaqla verilmişdir. xx.xx.2019-cu il tarixli 247454 nömrəli arayışın surətindən görünür ki, ünvan 3 nömrəli evin 6 nömrəli mənzili üzrə bu ünvanda məskunlaşmış məcburi köçkün olmadığı qeyd edilmişdir. DİN-nin yaşayış yeri və qeydiyyat üzrə xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da qeydiyyatda olmamışdır. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə ünvanlanmış ərizənin surətindən görünür ki, X13 və X12 ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz etməmişdir. xx xxxx 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X15 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamənin tərtib edilməsində şahid qismində Rzayev Vüqar və X16 iştirak etmişlər. xx xxxx 2018-ci il tarixli Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş ərizənin surətindən görünür ki, X15 ərizəsində qızının 1997-ci ildən mübahisəli mənzildə yaşamadığını və gəlin köçdüyünü qeyd etmişdir. xx.xx.2018-ci il tarixli 220/2018 nömrəli Bakı şəhər Səhiyyə İdarəsinin 4 saylı şəhər Poliklinikasının məktubundan görünür ki, X15 həmin poliklinikada psixiatr qeydiyyatında yoxdur. AZ-İ 997720 nömrəli xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı mənzilə dair X10 xx xxxxxx 1972-ci il tarixli, 025158 nömrəli order verilmişdir. Həmin mənzil sahəsi verilərkən cavabdeh Aliyeva (Abasquliyeva ) Hicran Hidayət qızının da adı ailə üzvü kimi qeyd edilmişdir. İddiaçı əvvəllər həmin mənzildə yaşamışdır. DİN-nin xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6da qeydiyyatda olmamışdır. Bu səbəbdən həmin mənzildə qeydiyyatda olan X7 və X8 notarial təsdiq edilmiş razılığı əsasında ünvan 2 ünvanında yerləşən mənzilə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçməklə çıxarış verilmişdir. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sadalanan qanunvericliyin əsaslarından göründüyü kimi mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunvericiliyin bu tələbinə əməl edilməsi isə daşınmaz əmlaka hüquqların dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas hesab olunur. İşin hallarından göründüyü kimi mübahisəli mənzilə Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilərkən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6da qeydiyyatda olmamışdır. İddiaçı həmin mənzildə qeydiyyatda olmaması iş materiallarında olan DİN-nin xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışına əsasən də öz təsdiqini tapır. Bu səbəbdən həmin mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatda olan şəxslərin razılığı əsasında Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçiriməklə ona çıxarış verilmişdir. ` Əlavə olaraq o da qeyd edilməlidir ki, mülki qanunvericilikdə yalnız əqdlərin etibarsızlığı nəzərdə tutulmuşdur. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına dair çıxarış əmlak üzərində mülkiyyət hüququnun olmasını təsdiq edən sənəddir. Bu baxımdan daşınmaz əmlaka hüquqları təsdiq edən çıxarışın etibarsızlığı ilə bağlı tələbin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından istisnalıq təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qanunvericiliyin tələblərinin dizpozisiya şərtləri ilə uzlaşmır. Odur ki, əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar